ATƏT DTİHB müşahidə missiyasının köməkçisi: "ATƏT DTİHB-nin hesabatı əvvəldən hazırlanmışdı"
A A A
04/13/2018
Oxunma sayısı : 18835


ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (ATƏT DTİHB) seçkiləri müşahidə missiyasının siyasi məsələlər üzrə köməkçisi Vüqar Əhmədov tutduğu vəzifədən istefa verib.

 

APA-nın məlumatına görə, V. Əhmədov bunu bu gün keçirdiyi mətbuat konfransında bildirib.

 

O, qurumu Azərbaycanda aprelin 11-də keçirilən prezident seçkiləri ilə bağlı qeyri-obyektiv və qərəzli  mövqe ortaya qoymaqda ittiham edib.

 

V. Əhmədov bildirib ki, əslində hesabat əvvəlcədən hazırlanmışdı və Azərbaycana mənfi münasibət bəsləyən missiya rəhbərinin müavini Stefan Krausonun tərtibatında fəal iştirak etmişdi: "Stefan Kraus 2017-ci il aprelin 2-də Ermənistanda keçirilən seçkilərlə bağlı təbrik ünvanlayıb, özünün sosial şəbəkədəki səhifələrində Heydər Əliyevə, Heydər Əliyev Fonduna mənfi münasibətini gizlətməyib. Bu, onun Azərbaycana münasibətinin göstəricisidir və təbii ki, belə bir şəxsin keçirilmiş prezident seçkiləri ilə bağlı obyektiv hesabat hazırlayacağını gözləmək  sadəcə sadəlövhlük olardı”.

 

V. Əhmədov bildirib ki, Stefan Krause ilə ünsiyyətdə olub və onun Azərbaycana mənfi münasibətini şəxsən müşahidə edib: “Missiyanın digər üzvü Eqol Tilpunov ilə də danışdım, o isə dedi ki, pozuntuların olacağı əvvəlcədən məlum idi. Ondan soruşdum ki, bunu haradan bilirsiniz? Dedi ki, "məndə əvvəlcədən məlumat var və bizdə hesabat artıq hazırdır". Sonra da əlavə etdi ki, Stefan Krause artıq hesabatı hazırlayıb və seçkinin səhərisi açıqlanacaq. Mən yenə soruşdum ki, seçkilər hələ olmayıb, ancaq sizdə hesabat artıq hazırdır? O bildirdi ki, Krause əvvəllər də Azərbaycanda olub və hər şeyi bilir. Bütün bunlar ondan xəbər verir ki, bu şəxslər nəyi müşahidə etmələrindən asılı olmayaraq qərəzli hesabat təqdim edəcəklər və çox təəssüf ki, elə də oldu”.

 

V. Əhmədovun sözlərinə görə,  müşahidə missiyasının mətbuatla əlaqələrə məsul əməkdaşı da Azərbaycana mənfi münasibətini açıq ifadə edirdi: “Bütün bunlar onu deməyə əsas verir ki, ATƏTmüşahidəçiləri Azərbaycana xüsusi sifarişlə gəlmişdilər".

 

V. Əhmədov deyib ki, Xədicə İsmayıl, Emin Milli ATƏT DTİHB Müşahidə Missiyası ilə sıx əlaqədə olublar. Hesabatda ciddi qanun pozuntularına yol verildiyi iddia edilir. Mən seçki günü ofisdə idim. Seçki məntəqələrindən kütləvi, ciddi qanun pozuntuları ilə bağlı məlumat daxil olmamışdı. Xırda məqamlar qeydə alınmışdı ki, bu da seçkinin nəticələrinə təsir edəcək səviyyədə olmayıb. Bu hesabat tənqid də deyil, qarayaxma, qərəzdir. Təsadüfi deyil ki, missiyanın bəzi üzvləri də bu sənədə etiraz etdilər. Lakin onlar missiyadan kənarlaşdırıldılar və geri dönməyə məcbur oldular. Mən də bunların heç bir ilə barışmadığım üçün rəsmi şəkildə müşahidə missiyasının rəhbərinə müraciət etdim və missiyanı tərk etdim. Müşahidə missiyası anti-Azərbaycan mövqeyində olan, erməni dairələrinin maraqlarına xidmət edən insanların təsiri altında idi".

 

ATƏT-in baş ofisinə də etirazını rəsmi qaydada çatdıracağını açıqlayan V. Əhmədov ATƏT DTİHB müşahidə missiyasının yekun hesabatında obyektivliyin təmin olunacağına, əsasız və qərəzli iddiaların aradan qaldırılacağına ümid etdiyini vurğulayıb.

ŞƏRHLƏR

Digər Yazılar
XƏBƏRLƏR
Əlilliyi olan şəxslərin turları davam edir-FOTOLAR - 19 / 07 / 2018 16:06
QHT sədrinin müavini millət vəkillərinə səsləndi - Təcili - 19 / 07 / 2018 09:05
Hansı QHT-lərin sosial xidmət mərkəzləri var - Siyahı - 18 / 07 / 2018 20:22
Mühasibat uçotu üzrə mövcud tədris proqramlarının təkmilləşdirilməsi ilə bağlı ekspertlər tərəfindən təqdim olunan təkliflərin müzakirəsi keçirilib - 18 / 07 / 2018 19:06
"Yay məktəbi"nin iştirakçıları "AccessBank"ın fəaliyyəti ilə tanış olublar - 18 / 07 / 2018 18:48
Sumqayıt şəhərində yaradılmış İcma Əsaslı Sosial Reabilitasiya Mərkəzi fəaliyyətini uğurla davam etdirir - 18 / 07 / 2018 18:43
Millət vəkili Azay Quliyev İctimai Televiziyanın “Diqqət Mərkəzi” verilişinin qonağı olub - Video - 18 / 07 / 2018 10:22
Şuranın dəstəyi ilə QHT TV-nin Xəbərlər blokunun növbəti buraxılışı hazırlanıb - Video - 18 / 07 / 2018 09:20
"Ölkədə ən çox problemlərdən danışan prezident İlham Əliyevdir" - 17 / 07 / 2018 20:23
“Qarabağ dünən və bugün” mövzusunda ictimai müzakirələr Macarstan səfirliyində davam etdi - 17 / 07 / 2018 18:20
Anfisa Zinyeddin: “Reproduktiv sağlamlıq sahəsində problemlərin aradan qaldırılması üçün, əhalinin bu məsələyə daha məsuliyyətli yanaşması vacıbdir” - 17 / 07 / 2018 08:20
Şuranın dəstəyi ilə “Sahibkar saatı” verilişi hazırlanıb - Videolar - 16 / 07 / 2018 19:23
"Loqos" un Müdafiə Nazirliyi ilə qarşılıqlı əməkdaşlığı davam edir. - 16 / 07 / 2018 13:13
Əlillər Cəmiyyəti əlilliyi olan şəxslər arasında özünüməşğulluq proqramlarından yararlanma imkanları mövzusunda tədbir keçirib - 16 / 07 / 2018 07:23
Şuranın dəstəyi ilə "Azərbaycanda sahibkarlığın inkişafı üçün hansı güzəştlər nəzərdə tutulub?" adlı videoçarx hazırlanıb - 15 / 07 / 2018 13:58
London evində əlilliyi olan şəxslərin övladları üçün tədbir təşkil edildi - 15 / 07 / 2018 13:35
“Qadın və uşaq hüquqlarının təbliğində ictimai rolun artırılması“ lahiyəsi davam edir - 15 / 07 / 2018 08:58
Şuranın dəstəyi ilə "Sahibkar saatı" verilişinin 5-ci buraxılışı hazırlanıb - 14 / 07 / 2018 20:23
Ailə ənənələri mövzusunda sosioloji araşdırmalar layihəsi yekunlaşdı - 14 / 07 / 2018 19:29
"Təxribatları təşkil edən qüvvələr bilirdilər ki..." - Sahib Məmmədov - 14 / 07 / 2018 19:25
QHT sədri: Ölkə vətəndaşlarının çətin anlarda öz dövlət başçısının yanında olması bir daha xalq-iqtidar birliyinin bariz göstərici oldu - 13 / 07 / 2018 19:17
OXU Akademiyası sizi Yay Məktəbinə dəvət edir - 13 / 07 / 2018 11:45
Cənub bölgəsində prezidentin fərmanına ictimai dəstək verildi - 13 / 07 / 2018 10:35
Rufiz Qonaqov: NATO Sammitinin yekun sənədi Ermənistanın işğalçı siyasətini iflasa uğratdı - 13 / 07 / 2018 10:10
Əliyevadan göstəriş: yüzlərlə tələbənin diplomu... -Video - 13 / 07 / 2018 09:02
Azərbaycan konstitusion, hüququn aliliyini əsas götürmüş dünyəvi bir dövlətdir - 13 / 07 / 2018 06:54
QHT sədri: “Törədilən qanlı olaylar Azərbaycan dövlətçiliyinə qarşı qəsdir” - 13 / 07 / 2018 06:17
Müharibədən zərər çəkmiş uşaqlar haqqında - 12 / 07 / 2018 18:40
Məktəb psixoloqlarının bilik və bacarıqlarının artırılması üçün təlim keçirilib. - 12 / 07 / 2018 13:41
QHT Yevlaxda seminar keçirib - 12 / 07 / 2018 13:33