Sahib Məmmədov: “45 milyon dollara yaxın pul yeyilib”
A A A
04/14/2018
Oxunma sayısı : 2777

Hüquq müdafiəçisi: “Seçkilərin nəticələrinin tanınmasında problem olmayacaq”

Vətəndaşların Əmək Hüquqlarının Müdafiəsi Liqasının sədri Sahib Məmmədov Bizim Yol-a müsahibəsində 11 aprel Prezident seçkilərini, bu seçkilərə dair rəyləri, iddiaları şərh edib

– Sahib bəy, Sizin təşkilatınız da seçkilərdə eksit-poll keçirib. Seçkilərin nəticələri artıq var. Siz bu seçkiləri necə qiymətləndirisiniz? Azad və ədalətli seçki oldumu? Eksit-poll nəticələri ilə yekun nəticələr arasında fərq çox deyil ki?

– Biz ABŞ -dan olan məşhur sorğu şirkətlərindən biri ilə artıq bu sorğunu üçüncü dəfədir, keçiririk. ABŞ-ın assosasiya şirkətidir. Bizim aramızda iş bölgüsünə görə məsələnin təşkilati, hüquqi tərəflərinə daha çox məsuliyyət daşıyırıq. Onlar isə hazır proqram əsasında sorğuların keçirilməsi metodikası ilə məşğul olurlar. Biz secki öncəsi sorğular da keçirmişik. Həmçinin, ölkədə seckiqabağı situasiyanı , o cümlədən, əhali arasında namizədlərə olan etimad məsələsini də öyrənmişdik. 2 həftə öncə keçirdiyimiz sosioloji sörğularla səsvermə günü keçirdiyimiz sörğular arasında elə bir fərq yoxdur. MSK –nın elan etdiyi son nəticələrlə bizim nəticələr arasında elə bir fərq yaranmayıb. Secki kampaniyası dövrünə və secki gününə qiymət verərkən azad və ədalətli seckiləri təmin edən əsas beynəlxalq standartlar var. Beynəlxalq təşkilatların hesabatlarında da bunu gördük…

– ATƏT Demokratik Təsisatlar İnsan Hüquqları Bürosunun müşahidə missiyasının rəyində deyilir ki, namizədlərə bərabər imkanlar yaradılmayıb…

– Fəaliyyətdə olan prezidentlə o biri namizədlərin arasında KİV –dən istifadədə bircə dənə fərq var. O da Prezidentin rəsmi, gündəilk işinə aid olan məsələlərdir. ki, hansısa dövlət rəhbərini qəbul etmək, rəsmi tədbirlər və s. Bundan qırağa çıxmayıb. Bu isə mümkündür və bütün ölkələrdə var. Prezidentin gündəlik işləri KİV -də işıqlandırılır. Seckiqabağı təşviqatla bağlı qalan məsələlərdə uzunmüddətli xarici müşahidəçilərin göstərdiyi kimi KİV-də bərabərlik hüququ təmin olunub. Bəzən olur ki, televiziya verilişləri əvvəlcədən yazılır və sonra müəyyən senzura tətbiq olunur. Bizdə isə birbaşa İctimai Televiziyada və radioda canlı yayım olur. Canlı yayımda isə senzura mümkün deyil.

– Həmin tənqidi rəydə o da var ki, namizədlər Prezidenti tənqid etməyib. Buna necə baxırsınız? Nə dərəcədə əsaslıdır?

– Kim nə istəyib, onu da deyib. Bu, bir göstəricidir. Seckiqabağı dövrdə toplaşma azadlığı təmin olunub. Bu da mühüm faktdır. Nə bizdə, nə də beynəlxalq müşahidəçilərdə belə bir fakt yoxdur ki, hansısa namizəd açıq və ya qapalı məkanda görüş keçirsin, ona mane olsunlar. Belə bir qeyd də yoxdur.

– Adminstrativ resursdan istifadə olunması iddiaları haqda nə deyə bilərsiniz?
– Administrativ resurslardan istifadə məsələsi belədi ki, namizədlərdən birinin üstələyən şəxsi fəaliyyəti daha güclüdür. Məsələn , YAP-ın bütün rayonlarda strukturları və üzvləri var. Partiya daha çox tədbirlər təşkil edə bilirdi. Amma onlar bu tədbiri keçirərkən hökumətin avtomobillərindən , qurğularından, avadanlıqlarından istifadə etməyiblər. YAP-ın özünün imkanları genişdir. O biriləri isə bir az fərqlidir. YAP-ın başqalarına nisbətən daha möhtəşəm təşkil etməsi onunla bağlıdır.

– Yəni seçkilərdə nöqsanlar yoxdur?

– İstənilən seckidə, kampaniyalarda, hətta secki günü də nöqsan ola bilər . Bu nöqsanlar azad və ədalətli seckiləri şübhə altına alacaq həddə deyil. Yəni çox cüzidir.

– Sizdə pozuntularla bağlı məlumat varmı?

– Biz tərəfdaşlarımızla birgə secki günü baş verən pozuntu halları ilə bağlı məlumat toplamamışıq. Bizim fəaliyyətimiz exit-poll-la başa çatıb . KİV- də, rəsmi məlumatlardan görürəm ki, şikayətlərdən də çox qeydlər var. MSK söz verib ki, bu məsələləri araşdıracaq. Demokratik prinsipləri inkişaf etdirən ölkə üçün normal, ədalətli secki saymaq olar. Dünyaya baxaq, secki proseslərində qarşıdurmalar, hətta iğtişaşlar baş verir. Bizdə isə stabil və sakit keçir.

– Həm Xarici İşlər Nazirliyi, həm MSK sədri xaricdə Azərbaycandakı seçkilərlə bağlı yalan xəbərlər yayıldığı haqda açıqlamalar verirdi. Kimlər yayır bu xəbərləri, hansı xəbərlərdən söhbət gedir?

– Həm secki kampaniyası dövründə , həm sə səvermə günü şayiə yayan saxta qruplar işləyirdi. Onlar əsasən Azərbaycandan kənarda yaşayanlardan təşkil olunmuş vahid şəbəkə idi. Əvvəlki dövrün seçki məlumatları əsasında mənbəyi olmayan saxta xəbərlər yayırdılar. “Topa- topa bülletenlərin secki qutularına atılması başlandı “ və yaxud “Karusel işə düşdü” və sair. Amma bunu sübut edəcək videogörüntü də yoxdu Vardısa da, saxtalaşdırılmış videolar idi. Bilirsiz ki, bu, mümkündür. Xaricdə yayılan şayiələri, əsasən, erməni şəbəkəsi, Azərbaycan əleyhinə olan o qüvvələrin cəmləşdiyi milli şəbəkələr yayıblar. Həm də vaxtilə onlar Azərbaycandan olan, o şəbəkəyə daxil olmuş və ya cəlb olumuş insanlar olub. İstənilən social şəbəkə istifadəçisi onların vahid mərkəzdən idarə olunduğunu və sinxron işlədiyini görürdü. Onlara məxsus olan KİV gizli və ya aşkar fəaliyyət göstərirdilər. Mən hesab etmirəm ki, onlar nailiyyətlər əldə edə bildilər.

– Bəzi partiyalar seçkidə iştirak etməsə də, mənfi münasibət açıqlayıb. Müsavat Partiyası da artıq seçkilərə rəy bildirib və nəticələri tanımadıqlarını bəyan edib. O rəylə tanışsınızmı? Necə dəyərləndirirsiniz?

– Siz termini düz istifadə etdiniz. Dediz ki, seçkidə iştirakdan imtina ediblər. Bəli bunun adı baykot deyil, seçkidə passiv iştirakdan imtinadır. Bir müqaisə aparım. 2008-ci,, 2013-cü, 2018 -ci illərin Prezident seckilərini götürək. 2008- ci ildə həmin qüvvələr seckiləri baykot edirik deyəndə və namizəd irəli sürməyəndə seçici fəallığı daha yüksək olub, nəinki boykot etmədikləri 2013-cü il seçkisində. Boykot o deməkdir ki , siyasi qüvvə seçkiyə qatılmır, onu dəstəkləyən şəxslər də seçkilərdə iştirak etmir. Bu da nəticələrə 5 %, 10% , 20% təsir edir. Bu hal yoxdur. İmtina edənlərin də sonrakı proseslərə qatılmaq imkanı var idi. Seçkiləri müşahidə etmək, əks təbliğat aparmaq və s. İmtina edənlər Bakıda sərbəst toplaşma azadlığından istifadə edərək toplantılar da keçirdilər. Orda da seçki əleyhinə çıxışlar etdilər. İndi də bəyanat yaydılar. Buna da normal baxmaq lazımdır. Əhalinin 100 faizinin seçkini dəstəklədiyini iddia etmək doğru deyil. Heç mümkün də deyil. 1 faiz və ya 5 faiz narazı varsa, bu da normaldır.

– O tənqidi rəylərdə deyilir ki, seçkilərin önə çəkilməsi haqda məlumat verilməyib. MSK-nın secici sayı haqda məlumatı ilə Dövlət Statistika Komitəsinin məlumatları arasında 1,9 milyon nəfər fərq olduğunu, seçici sayının qəsdən azaldıldığını deyirlər. Ölkədə 150 siyasi məhbus olduğunu, azad mətbuat və televiziya olmadığını da bildiriblər. Başqa iddiaları da var. Bu haqda fikriniz nədir?

– Bunlar təsdiqini tapmadı.Aktiv izləyici olmuşam. Siyasi məhbuslara gəldikdə isə deyim ki, bu, artıq çoxdandır ölkədə bir biznesdir. Biz hüquq müdafiəçiləri, ola bilsin, 5-6 nəfər ictimai siyasi fəal olaraq belə hesab edirik ki, həmin məhbusların azad olunması zəruridir. Ancaq 150 nəfər dedikləri kimdir? 1994 -cü ildə Bakı şəhərində metronu partladıb 54 nəfərin ölümünə səbəb olan şəxsi onlar siyasi məhbus sayırsa, onda Norveçdə Breninq niyə siyasi məhbus deyil?! Bu gün Avropada ən çox siyasi məhbus olan İspaniyadır. Katoloniyada bütün o etirazçıların, separatçı adlandırdığımız o qüvvələrin hamısı həbs olunub, ya da qaçıblar. 150 yox, 1500 nəfər də deyə bilərlər. 2012- ci ildə ölkəmizdə Avroviziyada hansısa terror qruplar vardı. Tutulub saxlanılıb, həbs olunublar. Bunların da bəzi nümayəndələrini siyahıya salıblar. Heç bir ciddi qurum 150 nəfər siyasi məhbus məsələsinə ciddi yanaşa bilməz. Ermənistanda kecən il və ondan qabaqkı il dalbadal keçirilən aksiyalar oldu. Polisləri girov götürdülər. Orda həbs olunanların sayı dəfələrlə çoxdur. Ermənistanda da insan hüquqlarını müdafiə edən təşkilatlar həbs olunanlarla bağlı kampaniya aparır, hökuməti tənqid edir. Amma onlar heç vaxt belə uzun siyahı tutmayıblar. Çünki orda asayışi konkret pozanlar vardı. Harasa partlayıcı maddə atıblar. Yəni bunlar tutulubsa, bunları siyasi məhbus saymırlar. Azərbaycanda 5-6 nəfər siyasi məhbus var ki, onları azad etməyin vaxtı çatıb. Bu günlərdə onlardan biri Əziz Orucov məhkəmənin qərarı ilə şərti cəza ilə azad olundu.Yerdə qalanlarla bağlı məsələdə isə çirkli pullar iştirak edir. Təxminən 45 milyon dollara yaxın puldan söhbət gedir. O pullar ölkə üzərindən gizli yollarla silinib.

Seçicilərin sayına gəldikdə isə, hətta bu bir neçə faiz olarsa, xəta sayılmır. Ona qalsa, ABŞ-da son seckilərində 15 milyon seçici gəlib adlarını siyahıda görməmişdilər. Bu hallar Avropa ölkələrində də ola bilər. İstənilən ölkədə seçicilərin sayının dürüstlüyü ilə bağlı xəta olur. Çünki bu, dinamik prosesdir. Məsələn, ola bisin ki, adları siyahıya düşən 5 milyon insanın içərisindən yüzlərcə insan vəfat edib. Ya da siyahılar tərtib olunduqdan sonra neçə insanın 18 yaşı tamam olub, mexaniki olaraq adları o siyahıya düşməyib. O seçici sayındakı fərqlı bağlı deyilənlər absurddur. Ola bilər ki, kiminsə adı siyahıdadır, ancaq özü ölkədə yoxdur, Rusiyaya gedib və sair. Yəni bu iddiaların əsası yoxdur.

– Sizcə, seçkinin nəticələrinin dünya birliyi tərəfindən tanınmasında problem olmayacaq ki?

– Problem ola bilməz. Azərbaycanda keçirilən seçkilərdə həmişə tənqidi fikirlər olub. Hesabatlar da verilib. Bir hissəsi də qərəzli olub. Yəni bu, heç bir nəticəyə gətirib çıxarmır. Ümumiyyətlə, bu seçkini tanıyıb-tanımamaq hüquqi akt deyil. Tutaq ki Rusiyada seçki keçirilib. Onunla münasibəti gərgin olan Böyük Britaniya zəng edib Putini təbrik etməyib. Bunun hansı bir hüquqi nəticəsi ola bilər. Sabah yenə də onlar bir yerdə görüşəcəklər, söhbət edəcəklər. Əksər ciddi hesabatlarda seçkilərin baş tutması göstərilib. Balaca qüvvələr var ki, onların təbliğatı heç bir ciddi nəticə verməyəcək.

Gülnarə ƏMİRQIZI

ŞƏRHLƏR

Digər Yazılar
XƏBƏRLƏR
Xalq şairi Nəriman Həsənzadə ilə görüş keçirilib. - 20 / 04 / 2018 18:48
Prezident ilham Əliyev bir daha sübüt etdi ki, vətən üçün xidməti olan heç kim unudulmayacaqdır - 20 / 04 / 2018 06:40
Şəhid ailələrinə 11 min manat pul veriləcək - Prezidentin fərmanı - 19 / 04 / 2018 17:52
“Prezidentin milli birlik mesajı bütün xalqları birləşdirir” - Niyaz Niftiyev - 19 / 04 / 2018 17:18
“Prezidentin qərarını alqışlayırıq”- QHT sədri - 19 / 04 / 2018 16:44
Şuranın dəstəyi ilə Azərbaycanın dövlət rəmzlərindən ibarət mobil tətbiqetmə hazırlanır - 19 / 04 / 2018 13:03
Bakıda və Respublikamızın regionlarında viruslu hepatitlərlə bağlı maarifləndirici flayerlər vərəmli pasiyentlər arasında paylanacaq - 19 / 04 / 2018 08:57
Hemofiliya xəstələrinin sayı niyə artır? - APA TV-də müzakirə - 18 / 04 / 2018 19:25
Sudan duru çıxan “kişi” - Raminə Eyvazqızı yazır ... - 18 / 04 / 2018 17:46
Atan jurnalist olsaydı, bir şalvarı 3 il geyinərdin... - 18 / 04 / 2018 13:50
"MQF-nin inkişafı: reallıqlar və perspektivlər" mövzusunda müşavirə keçirilib - 18 / 04 / 2018 12:18
QHT-lərin nəzərinə! - 18 / 04 / 2018 06:44
QHT-lərə Dövlət Dəstəyi Şurasının üzvü Əliməmməd Nuriyev “QHT Xəbər”in qonağı olub - ASAN Radioda - 17 / 04 / 2018 19:28
Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyası mətbuat konfransı keçirib - Dünya Hemofiliya Günü ilə bağlı - 17 / 04 / 2018 18:52
Şuranın dəstəyilə milli ailə dəyərlərinin təbliğinə dair layihənin icrasına start verilib - 17 / 04 / 2018 09:09
Loqosda növbəti dəfə “Layihələrin yazılması və idarə edilməsi” adlı təlimlər keçirilib. - 16 / 04 / 2018 19:25
"Ermənistanın Azərbaycana qarşı apardığı işğalçılıq siyasəti nəticəsində regionun ekologiyasına dəyən ziyan barədə maarifləndirmə tədbirlərinin keçirilməsi” layihəsinin icrasına start verildi - 16 / 04 / 2018 18:02
"Aqroturizmin inkişaf istiqaməti”nə dair müzakirələr aparılıb - 16 / 04 / 2018 16:08
Azay Guliyev makes speech on the OSCE/ODIHR’s observation mission for 11 April Presidential election held in Azerbaijan - 16 / 04 / 2018 14:38
Azay Quliyev: "ATƏT/DTIHB hesabatda yol verdiyi nöqsanlara yenidən baxmalı və onları aradan qaldırmalıdır" - 16 / 04 / 2018 13:57
11 aprel seçkilərinin mühüm məqamlarından danışlıdı - "Bizim Planet"də - 16 / 04 / 2018 12:12
Şuranın dəstəyilə “Hər şey vətən üçün!” - 16 / 04 / 2018 08:50
“Atatürkün heykəlini uçurdanlar dərhal cəzalanmalıdır!” - 15 / 04 / 2018 22:33
Dünya Hemofiliya Günü ilə bağlı mətbuat konfransı keçiriləcək. - 15 / 04 / 2018 21:37
Qibləsi bilinməyən qutu və yaxud seçkiyə ATƏT-in baxış bucağı - Cəsarət Hüseynzadə yazır... - 15 / 04 / 2018 11:25
“Yurd” Gənclər Təşkilatı ATƏT DTİHB-nun qərəzli hesabatına etiraz edir - 15 / 04 / 2018 08:38
ATU-nun Tədris terapevtik Klinikası uşaqlar üçün tibbi müayinə aksiyası keçirir - 14 / 04 / 2018 22:03
Tülküləri tanıyın, camaat belə deyir, söyüş briqadaları necə işləyir? – Sənan Nəcəfovun yazısı - 14 / 04 / 2018 15:20
Sahib Məmmədov: “45 milyon dollara yaxın pul yeyilib” - 14 / 04 / 2018 10:49
Azerbaycan'da İstikrar İlham Aliyev'le devam edecektir - 13 / 04 / 2018 18:31