“Yurd” Gənclər Təşkilatı ATƏT DTİHB-nun qərəzli hesabatına etiraz edir
A A A
04/15/2018
Oxunma sayısı : 14462
Azərbaycan Respublikasının vətəndaş cəmiyyəti institutularından olan “Yurd” Gənclərin İntellektual İnkişafına Dəstək İctimai Birliyi 11 aprel 2018-ci il tarixində keçirilən Azərbaycan Respublikasının Prezidenti seçkilərində müşahidə missiyasını yerinə yetirən ATƏT-in Demokratik təsisatlar və insan hüquqları bürosunun müşahidə missiyasının seçkilərdən sonra açıqladığı hesabatını qərəzli hesab edir, bu hesabatla özünü nüfuzlu sayan qurumların prinsiplərinə kölgə saldığı qənaətinə gəlir və bəyan edirik ki, biz, vətəndaş cəmiyyəti institutu olaraq qeyd olunan qurumların müşahidə missiyasının 11 aprel tarixində keçirilmiş prezident seçkilərinin nəticələri ilə əlaqədar hazırladıqları ilkin hesabatı ədalətli və obyektiv hesab etmirik.

Seçkilərdə iştirak edən bir vətəndaş kimi, həm də seçkiləri müşahidə edən təşkilat nümayəndələrimizin hesabatına əsasən deyə bilərik ki, aprelin 11-də Azərbaycanda baş tutan prezident seçkiləri azad və ədalətli, demokratik şəraitdə keçirilib. Seçkilərdə ATƏT-lə yanaşı iştirak edən MDB, TürkPA, Şanxay Əməkdaşlıq Təşkilatı və digər bu kimi müşahidə missiyalarının verdikləri açıqlamalar təsdiqləyir ki, prezident seçkiləri ciddi qanun pozuntuları olmadan, demokratik şəraitdə baş tutub. 
Lakin nədənsə bu dəfə də qərbin müstəqil siyasət aparan, xalq-iqtidar birliyinə daim sadiq olan dövlətlərə qarşı ikili yanaşması özünü göstərib. Özünü  demokratiya carçısı adlandıran, sülhün və sabitliyin nizalanmasında nüfuz sahibi hesab edən bir qurumun bu bəyanatı təsdiq edir ki, bu qurum da bir sıra qərb təsisatları kimi hansısa güclərin əlində oyuncağa çevrilib və onların diqtəsi ilə oturub-durur. 

Hesabatda seçkilərin məhdud siyasi mühit şəraitində keçməsi barədə iddia qeyd olunur və bildirilir ki, guya namizədlərə bərabər şarait yaradılmayıb. Bu fikir tamamilə əsassızdır. Seçki öncəsi prosesdə qeydə alınmış namizədlərin azad və sərbəst şəkildə aktiv seçki kampaniyası aparması üçün bütün zəruri şərait yaradılıb. Televiziya və radioda namizədlərə pulsuz efir vaxtı verilib və hamı bundan istifadə edib. Digər media qurumları da namizədlərə pullu xidmət göstərməkdə maraqlı olduqlarını bildiriblər. Bu da normaldır. Özəl sektor namizdələrə efir vaxtını havayı verməli deyil ki. Bu təbliğatdan da namizədələr istədikləri formada istifadə edə bilərdilər. Kimsə istifadə etmirsə və ya buna hansısa maddi resursu imkan vermirsə bu qanun pozuntusu və nöqsan adlandırıla bilməz və belə adlandırılma tamamilə absurddur və qərəz göstəricisidir. 

Qeydə alınan namizədlərin hər biri öz təbliğatını ölkə üzrə keçirib. Rayonlarda geniş zallarda, mədəniyyət mərkəzlərində onlar üçün geniş imkanlar yaradılıb. Onların görüşünə gələnlərin heç birinə hər hansısa maneçilik törədilməyib. Namizədlərin maddi və insan resursları nəyə qadir olubsa, onlar da o istiqamətdə iş aparıb. Hansısa namizəd bütün rayonlara getməyib deyə bunu mane və ya nöqsan adlandırmaq olmaz. Namizədlər özləri də qeyd edib ki, onlar imkanları daxilində sosial bazaları olan yerlərdə, rayonlarda görüşlərini uğurla həyata keçirib, təbliğatlarını aparıblar.

Əgər ATƏT missiyası hansısa özünü müxalifət adlandırıb, lakin ciddi siyasi dəstək bazasına malik olmadığından seçkini baykot yolunu seçənləri nəzərdə tutursa, bu da yanlışdır. Çünki onların da seçkiyə qoşulmasına şərait yaradılıb. Namizədlər arasında sağşı, solçu, mərkəzçi olanların da olması qeyd etdiklərimizin doğru olduğunu təsdiqləyir.Yəni bir sözlə, müşahidə missiyası bu fikrində də yanlışdır və qərəz nümayiş etdirir. Ölkədə demoktiya olmasaydı, siyasi qüvvələr sıxışdırılsaydı, onda bu qüvvələr necə mitinq edirdilər? Onların bu şəraitdən istifadə etməsi belə ATƏT müşahidə missiyasının arqumentlərini sıfıra endirir.

ATƏT müşahidə missiyasının irəli sürdüyü daha bir “nöqsan” lap gülməlidir. Hesabatda qeyd edilir ki, seçki məntəqələrinin bəzilərində seçki qutuları möhürlənərkən içinin boş olub-olmaması nümayiş etdirilmək üçün başaşağı çevrilməyib. Şəffaf seçki qutusunun içində nə olub-olmadığı uzaqdan bəlli olduğu halda, hansısa texniki məsələyə görə bunun edilməsinə nə hacət var? BU qayda illər öncə şəffaf olmayan qutular üçün nəzərdə tutulmayıbmı?  Bu fikirlərlə bəzən avropalıların lap robot olduğu anlayışı yaranır bizdə. Şəffaf qutunun çevrilib içinin boş olub-olmadığını göstərmək fikri sizcə absurd deyilmi?
ATƏT müşahidə missiyasının guya nöqsan dediyi məsələlərlə bağlı əks arqumetnlər kifayət qədərdir. 
Təşkilat bu hesabatda qeyd olunan “nöqsanları” mənasız, heç bir məntiqi əsası olmayan, fakta söykənməyən subyektiv qərəz fikirləri olduğunu bildirir, hansısa güclərin diqtəsi, maraqlı qüvvələrin təsiri ilə hətta öncədən hazırlandığı qənaətinə gəlir və ATƏT-in Azərbaycanda keçirilmiş prezident seçkilərinin demokratikliyə və şəffaflığına kölgə salmaq ilə bu qurumun iç üzünü, yalanını ortaya çıxarmış olur. 

Təşkilat bu hesabatla bir daha bu qənaətə gəlir ki, ATƏT və onun Demokratik Təsisatlar və İnsan Haqları Bürosu hələ də Azərbaycana qarşı qərəzli mövqeyindən əl çəkməyib və fürsət düşdükcə, imkan yarandıqca Azərbaycanı hədəf seçir. Bunu  bir mənalı şəkildə pisləyir və bildiririk ki, illərdir Dağlıq Qarabağ probleminin nizamlanması missiyasını üzərinə götürən, lakin heç bir ciddi nəticə əldə etməyən bir qurumdan başqa nəsə gözləmək sadəlövlük olardı. Bu bir daha qərəzin göstəricisi olaraq ATƏT-in Dağlıq Qarabağla bağlı missiyasının da geri götürülməsi vaxtının çatdığını göstərir. Çünki belə qərəzli, ikili standartlala işləyən qurumdan münaqişənin nizamlanmasında ədalətlilik və Azərbaycanının ərazi bütövlüyünün təmin olunmasını gözləmək olmaz. 

Sonda ATƏT-in və diqtəsi ilə oturub duran qurumların nəzərinə çatdırırıq ki, Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq ölkəmizdə keçirilən seçkilər ilk növbədə Azərbaycan Respublikası vətəndaşları üçün təşkil edilir. Azad, demokratik, ədalətli və şəffaf şəkildə keçirilmiş prezident seçkilərində Azərbaycan Respublikası vətəndaşları öz siyasi iradələrini bir daha ifadə edərək dəstəklədikləri namizədə səs verərək onu ölkəsinin rəhbəri seçiblər və bu seçimə bütün beynəlxalq qurumlar hörmət etməli və qəbul etməlidirlər. Təşkilat başqa cür yanaşmanı xalqın seçiminə qərəzli şəkildə qarışmaq, vətəndaşların hüquqlarının pozulması, dövlətin daxili işlərinə müdaxilə hesab edir.
Ümid edirik ki, ATƏT-in Demokratik təsisatlar və insan hüquqları bürosunun müşahidə missiyası qeyd olunanlardan nəticə çıxaracaq, öz qərəzli münasibətinə son qoyacaq və öz prinsiplərinə sadiqlik nümayiş etdirərək haqqın tərəfində duracaqdır. 

Yurd Gənclərin İntellektual İnkişafına Dəstək ictimai birliyi

ŞƏRHLƏR

Digər Yazılar
XƏBƏRLƏR
Əlilliyi olan şəxslərin turları davam edir-FOTOLAR - 19 / 07 / 2018 16:06
QHT sədrinin müavini millət vəkillərinə səsləndi - Təcili - 19 / 07 / 2018 09:05
Hansı QHT-lərin sosial xidmət mərkəzləri var - Siyahı - 18 / 07 / 2018 20:22
Mühasibat uçotu üzrə mövcud tədris proqramlarının təkmilləşdirilməsi ilə bağlı ekspertlər tərəfindən təqdim olunan təkliflərin müzakirəsi keçirilib - 18 / 07 / 2018 19:06
"Yay məktəbi"nin iştirakçıları "AccessBank"ın fəaliyyəti ilə tanış olublar - 18 / 07 / 2018 18:48
Sumqayıt şəhərində yaradılmış İcma Əsaslı Sosial Reabilitasiya Mərkəzi fəaliyyətini uğurla davam etdirir - 18 / 07 / 2018 18:43
Millət vəkili Azay Quliyev İctimai Televiziyanın “Diqqət Mərkəzi” verilişinin qonağı olub - Video - 18 / 07 / 2018 10:22
Şuranın dəstəyi ilə QHT TV-nin Xəbərlər blokunun növbəti buraxılışı hazırlanıb - Video - 18 / 07 / 2018 09:20
"Ölkədə ən çox problemlərdən danışan prezident İlham Əliyevdir" - 17 / 07 / 2018 20:23
“Qarabağ dünən və bugün” mövzusunda ictimai müzakirələr Macarstan səfirliyində davam etdi - 17 / 07 / 2018 18:20
Anfisa Zinyeddin: “Reproduktiv sağlamlıq sahəsində problemlərin aradan qaldırılması üçün, əhalinin bu məsələyə daha məsuliyyətli yanaşması vacıbdir” - 17 / 07 / 2018 08:20
Şuranın dəstəyi ilə “Sahibkar saatı” verilişi hazırlanıb - Videolar - 16 / 07 / 2018 19:23
"Loqos" un Müdafiə Nazirliyi ilə qarşılıqlı əməkdaşlığı davam edir. - 16 / 07 / 2018 13:13
Əlillər Cəmiyyəti əlilliyi olan şəxslər arasında özünüməşğulluq proqramlarından yararlanma imkanları mövzusunda tədbir keçirib - 16 / 07 / 2018 07:23
Şuranın dəstəyi ilə "Azərbaycanda sahibkarlığın inkişafı üçün hansı güzəştlər nəzərdə tutulub?" adlı videoçarx hazırlanıb - 15 / 07 / 2018 13:58
London evində əlilliyi olan şəxslərin övladları üçün tədbir təşkil edildi - 15 / 07 / 2018 13:35
“Qadın və uşaq hüquqlarının təbliğində ictimai rolun artırılması“ lahiyəsi davam edir - 15 / 07 / 2018 08:58
Şuranın dəstəyi ilə "Sahibkar saatı" verilişinin 5-ci buraxılışı hazırlanıb - 14 / 07 / 2018 20:23
Ailə ənənələri mövzusunda sosioloji araşdırmalar layihəsi yekunlaşdı - 14 / 07 / 2018 19:29
"Təxribatları təşkil edən qüvvələr bilirdilər ki..." - Sahib Məmmədov - 14 / 07 / 2018 19:25
QHT sədri: Ölkə vətəndaşlarının çətin anlarda öz dövlət başçısının yanında olması bir daha xalq-iqtidar birliyinin bariz göstərici oldu - 13 / 07 / 2018 19:17
OXU Akademiyası sizi Yay Məktəbinə dəvət edir - 13 / 07 / 2018 11:45
Cənub bölgəsində prezidentin fərmanına ictimai dəstək verildi - 13 / 07 / 2018 10:35
Rufiz Qonaqov: NATO Sammitinin yekun sənədi Ermənistanın işğalçı siyasətini iflasa uğratdı - 13 / 07 / 2018 10:10
Əliyevadan göstəriş: yüzlərlə tələbənin diplomu... -Video - 13 / 07 / 2018 09:02
Azərbaycan konstitusion, hüququn aliliyini əsas götürmüş dünyəvi bir dövlətdir - 13 / 07 / 2018 06:54
QHT sədri: “Törədilən qanlı olaylar Azərbaycan dövlətçiliyinə qarşı qəsdir” - 13 / 07 / 2018 06:17
Müharibədən zərər çəkmiş uşaqlar haqqında - 12 / 07 / 2018 18:40
Məktəb psixoloqlarının bilik və bacarıqlarının artırılması üçün təlim keçirilib. - 12 / 07 / 2018 13:41
QHT Yevlaxda seminar keçirib - 12 / 07 / 2018 13:33