Azay Quliyev: "ATƏT/DTIHB hesabatda yol verdiyi nöqsanlara yenidən baxmalı və onları aradan qaldırmalıdır"
A A A
04/16/2018
Oxunma sayısı : 23669


Milli Məclisin deputatı, ATƏT PA-nın vitse-prezidenti Azay Quliyev ATƏT PA-nın Büro iclasında aprelin 11-də Azərbaycanda keçirilmiş Prezident seçkilərində ATƏT/DTİHB-nin müşahidə missiyasının fəaliyyətinə dair çıxış edib. 

Azay Quliyev Büro üzvlərinin nəzərinə çatdırıb ki, Azərbaycanda prezident seçkiləri uğurla təşkil edilmiş və burada iştirak edən 8 namizədin hər birinə demokratik və bərabər şərait yaradılmışdır. Namizədlərin biri fərdi qaydada, altısı siyasi partiyalar, biri isə təşəbbüs qrupu tərəfindən irəli sürülmüşdür. Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyev böyük səs çoxluğu ilə seçkinin qalibi olmuşdur.

Vitse-prezident qeyd edib ki, ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu (DTİHB) və ölkəmiz arasında münasibətlərdə ötən illərdə mövcud olan bir sıra ciddi fikir ayrılığı və gərginliklərə baxmayaraq, Azərbaycan hökuməti DTİHB-ni prezident seçkilərini müşahidə etməyə dəvət edib. Azərbaycan konstruktiv və səmərəli əməkdaşlığı bərpa etmək üçün təşkilatın Seçki Müşahidə Missiyasının fəaliyyəti üçün bütün imkanları yaradıb. Hətta uzun müddətli müşahidə missiyasının formalaşması mərhələsində DTİHB-ni xahiş etdiyi və ehtiyac duyduğu müvafiq dəstəyi də verdi.

Azay Quliyev ATƏT PA-nın prezidenti Cənab G.Tsereteli və baş katib R. Montellaya DTİHB ilə Azərbaycan arasında konstruktiv və davamlı əməkdaşlığı bərqərar etmək,ümumi dəyərlər və prinsiplər naminə tərəflərə yeni imkanlar tapmaqda yardım göstərdiyi üçün təşəkkür edib: “Mən, həqiqətən də, bu məsələyə sərf etdiyiniz enerjinizə və səylərinizə görəsizə minnətdarlığımı bildirirəm və bunu çox yüksək qiymətləndirirəm. Lakin, təəssüf ki, Beynəlxalq Müşahidə Misssiyası adından aprelin 12-də dərc edilmiş qeyri-obyektiv, balanssız və ədalətsiz hesabat və mətbuata açıqlama bütün bu səylərə mənfi təsir göstərdi və demək olar ki, onları heçə endirdi”.
A.Quliyev deyib ki, beynəlxalq fəaliyyətinin 13 ilini ATƏT PA-ya həsr edən bir şəxs və bu qurumun vitse-prezidenti kimi bütün bu problemlər və uğursuzluqlar barədə danışmaq ona çox çətindir: “Hesabat haqqında tənqidi qeydlərimi yanlış anlamayın. Hər halda, mən bir neçə beynəlxalq müşahidə missiyasına rəhbərlik etmiş bir şəxs kimi DTİHB-nin rolunu və vəzifəsini çox yaxşı anlayıram, ona görə də aparılan müşahidələr və təhlillər asasında əsaslandırılmış və obyektiv tənqidlərə və tövsiyələrə qarşı heç bir şəkildə etiraz etmirəm. Lakin onu da bilirəm ki, tənqid və qiymətləndirmə, real faktlar və sübutlar əsasında, ədalətli və balanslı şəkildə hazırlandığı zaman doğru qəbul edilir və ciddiyə alınır.

Təəssüf ki, Beynəlxalq Seçki Müşahidəsi Missiyasının ilkin nəticələrini və mətbuata açıqlamasını oxuduqdan sonra onların hər ikisi məndə ədalətsiz, balanssız və tam obyektiv olmayan sənəd təsəvvürü yaratdı. İlkin hesabat seçki kampaniyasının və seçki gününün real vəziyyətini əks etdirmək üçün həm müsbət, həm də mənfi tərəfləri lazımi səviyyədə təqdim edə bilmədi, eyni zamanda əksini tapmış bəzi əsas tənqidi məqamlar isə həqiqətdən uzaq oldu. Bunların hamısı məni Azərbaycan Respublikasının Milli Məclisinin üzvü və Assambleyanın vitse-prezidenti kimi çox narahat edir”.
ATƏT PA-nın vitse-prezidenti çıxışında qiymətləndirmənin ədalətli və tam olması üçün əksini tapması vacib olan, lakin hesabatda və mətbuata verilən açıqlamaya daxil edilməmiş məsələlərə toxunub: “Birinci, hesabatda yazılır ki, digər namizədlər vəzifədə olan prezidentə qarşı əks mövqe nümayiş etdirməkdən və ya onu tənqid etməkdən çəkinmişlər. Bu iradı qəbul etmək mümkün deyil. Çünki seçki prosesini izləyən hər kəs şahidi oldu ki, prezidentliyə bir sıra namizədlər, xüsusilə ADP-nin sədri Sərdar Cəlaloğlu istər İctimai Televiziyadakı debatlar zamanı, istərsə də digər mətbu orqanlarda və sosial şəbəkələrdə hakimiyyəti sərt tənqid etmiş və buna görə hər hansı məhdudiyyətlə üzləşməmişdir”. 

İkinci məsələ isə siyasi mühitlə birbaşa bağlı olan sərbəst toplaşmaq azadlığının təmin olunması ilə bağlıdır: “Həm seçkidə iştirak edən namizədlərin, həm də iştirak etməkdən imtina edən siyasi partiyaların sərbəst toplaşmaq azadlığlına hörmət edilməsi faktından, buna bariz misal olaraq mart ayının 10-u və 31-də Bakının mərkəzində müxalifətin mitinqlər keçirməsindən Missiyanın mətbuata verdiyi açıqlamada bir kəlmə də olsun danışılmır”. 

Azay Quliyev çıxışında toxunduğu üçüncü məsələ ilə bağlı isə bildirib ki, seçkilərə qatılmaq istəyən və bunun üçün qanunvericlikdə müəyyən edilmiş sənədləri və imzaları təqdim edən hər kəsə bərabər şərait yaradılmış və heç kimin seçki marafonuna qatılmasının qarşısı hər-hansı bir yolla alınmamışdır.

Dördüncü mühüm məsələ isə budur ki, Azərbaycan əhalisinin 80 faizinin internetə sərbəst çıxışı olması faktı aralıq hesabatdan fərqli olaraq ilkin hesabatda nədənsə “unudulur”. Azərbaycanda vebsaytların, xüsusilə sosial medianın təhqirlə tənqidin sərhədlərini belə tanımadan tam sərbəst və heç bir məhdudiyyət qoyulmadan fəaliyyət göstərməsi qeyd edilmir. 

Vitse-prezidentin vurğuladığı beşinci məsələ isə 11 aprel prezident seçkilərində ilk dəfə tətbiq olunan mühüm yeniliklə bağlı olub: “Bir məsələyə tamamilə laqeyd yanaşılır və hesabatda haqsız və mən deyərdim, bilərəkdən əks olunmur. Bu da İTV-də debat üçün ayrılmış pulsuz efir vaxtından başqa, ölkə üzrə yayımlanan 6 televiziya kanallarının xəbər proqramlarında bütün namizədlərin seçki təşviqat kampaniyasına pulsuz olaraq geniş yer ayırması, onların seçicilərlə görüşü barədə ətraflı məlumat verməsi faktının qeyd olunmamasıdır. Hətta seçki təşviqatının son həftəsində həmin televiziya kanallarının xəbərlərində gedən materialların ümumi həcminin 84 faizi digər namizədlərin, yəni rəqiblərin, yalnız 16 faizi YAP-ın namizədinin seçki fəaliyyətinə həsr olunmuşdur. ATƏT/DTİHB-nin bu haqda müfəssəl məlumatı olsa da, təəssüf ki, bu barədə hesabatda heç nə yazmadı”. 

Azay Quliyevin toxunduğu altıncı məsələdə isə bildirilir ki, ümumilikdə 29 mart 2018-ci ildə təqdim olunmuş aralıq hesabtla 12 aprel 2018-ci ildə təqdim olunmuş ilkin hesbat məzmun etibari ilə bir-birindən o qədər fərqlənir ki, sanki bu sənədlər ayrı-ayrı ölkələrdən bəhs edir. Aralıq hesabatda balanslı şəkildə qeyd olunan bir çox mühüm və müsbət müddəalarm ilkin hesabatda ya verilmir, ya da mahiyyəti tamamilə dəyişilir. Bu fakt Seçki Missiyasının Ilkin Hesbatının səmimiliyinə və dəqiqliyinə ciddi şübhə yaradır. 

ATƏT PA-nın vitse-prezidenti çıxışında ATƏT/DTİHB-nin müşahidə missiyasının hesabatında və mətbuata verilən açıqlamada istifadə olunan ritorika, boşluqlar və digər mübahisəli məsələlərə də münasibət bildirib: “Mətbuata açıqlamada deyilir ki, “səslərin hesablanmasının yarıdan çoxu mənfi şəkildə qiymətləndirilmişdir”. Bu məlumatı oxuyan istənilən şəxs belə düşünəcək ki, Seçki Müşahidə Missiyası mövcud 5641 seçki məntəqəsinin 3000-dən çoxunu ziyarət etmiş və hər birində səslərin hesablanması prosesində ciddi pozuntulara şahid olmuşdur. Ancaq bu qeyri-məntiqli və riyazi baxımdan qeyri-mümkündür. SMM-in maksimum 360 müşahidəçisi var idi və onlar əgər bütün imkanlarını səfərbər etsəydilər, maksimum eyni sayda, yəni 360 seçki məntəqəsində səslərin hesablanmasını müşahidə edə bilərdilər. Belə olan halda onlar səslərin hesablanmasının yarıdan çoxunu necə mənfi qiymətləndirə bilərlər? Bu nədir? Bu, seçki prosesinə qəsdən və açıq-aşkar şəkildə kölgə salmaq cəhdidir”.

Digər bir diqqəti çəkən məsələ müsahiblərlə aparılan söhbətlərin məzmununun qəsdən “filtrdən keçirilməsidir”. Bəyanatda bildirilib ki, onlar bir sıra müsahiblə söhbətlər aparmışlar: “Şübhəsiz ki, onlara müsahiblər tərəfindən həm müsbət, həm də mənfi hallar və faktlar barədə məlumat verilmişdir, ancaq bəyanatda yalnız mənfi olanlar əksini tapdı. Bu, obyektivliyin hər hansı bir prinsipinə uyğun gəlmir.Ümumi vəziyyəti bir tərəfli qaydada təsvir etməyin hansısa bir praktiki faydası varmı? Bəyanat birtərəfli olduğundan, biz bunu sağlam tənqid adlandıra bilmərik. Mən sizdən soruşmaq istəyirəm. Belə hərəkətlər bu bəyanatı dərc edən təşkilata olan etibarı artırırmı?”.
Azay Quliyev diqqəti pozuntuların miqyasının bəyanatda şişirdilməsinə də yönəldib: “Bəyanatda seçki qutularına topa bülletenlərin atılması hallarının olması qeyd olunub. 

Deyək ki, bir neçə belə hal baş veribdir. Ancaq hesabatda bu kimi epizodik məqamları ümumi tendensiya kimi təqdim edilmiş və mətnin əsas hissəsində yerləşdirilmişdir.5-6 bu cür hala görə bütövlükdə seçki prosesini şübhə altına qoymağa cəhd etmək nə dərəcədə əsaslı və ədalətlidir? Bundan başqa, daha bir məsələni dediklərimə əlavə etmək istəyirəm. Seçkilərin nəticələrinə dair hesabatın layihəsini hazırlamağa məsul olan üç əsas şəxsdən biri, missiya rəhbərinin müavini Ştefan Krau zhələ missiyaya qoşulmadan əvvəl ölkəmə qarşı açıq-aydın mənfi və qərəzli mövqedə olmuş, Facebook səhifəsində Azərbaycanla bağlı bir sıra hörmətsiz və qərəzli paylaşımlar etmişdir. Bir ölkənin simvollarına və rəhbərliyinə sosial media vasitəsilə hörmətsizlik göstərən şəxsin həmin ölkədə keçirilən seçkilərə necə qiymət verəcəyini yəqin ki, təsəvvür etmək sizin üçün çətin deyil. Nəticə isə göz qabağındadır. Belə bir qərəzli və selektiv yanaşma nəticəsində DTİHB-nin və bütün müşahidə missiyasının etibarlılığının zədələnməsindən çox narahatam və üzgünəm. Onu da nəzərinizə çatdırım ki, Azərbaycanın Mərkəzi Seçki komissiyası hesabatda yol verilən nöqsanları və ziddiyətli məqamları ətraflı analiz etmiş və aprelin 13-də həmin nöqsanları aradan qaldırmaq üçün ATƏT/DTİHB-ə rəsmi müraciət göndərmişdir.
Mən də öz növbəmdə ATƏT/DTİHB-na müraciət edirəm ki, müşahidə zamanı aşkar etdikləri və əsas kimi götürdükləri bütün sübutları və faktları, əgər varsa Azərbaycan hökumətinə təqdim etsinlər ki, bunlar araşdırılsın və müvafiq tədbirlər görülsün”.

Azay Quliyev bildirib ki, O bu haqsızlığa səssiz və laqeyd qala bilməzdi: “Təkcə ona görə yox ki, bu haqsızlıq mənim ölkəmə qarşı baş verib. Bu, hal ümumiyyətlə başqa ölkəyə qarşı olsaydı, mən yenə də ona eyni münasibəti bildirərdim. Biz Büro üzvü və ATƏT Parlament Assambleyasının rəhbərliyi olaraq öz məsuliyyətimizi unutmamalıyıq, üzv ölkələrə qarşı yol verilən bu cür qeyri-obyektiv və ədalətsiz yanaşmaya yol verməməli və belə hallar olduğu təqdirdə onun qarşısını vaxtında almağı bacarmalıyıq”.

Vitse-prezident çıxışında toxunduğu bütün məlumatları və faktları ATƏT PA rəhbərliyinə rəsmi şəkildə təqdim edib: “Bu məsələlərə yenidən baxmaq və yekun hesabatda nəzərə almaq məqsədilə DTİHB-na çatdırmağınızı xahiş edirəm. Ümid edirəm ki, zəruri olan addımı atmaq – yol verilmiş çatışmazlıqları və səhvləri düzəltmək heç vaxt gec deyil”.

ŞƏRHLƏR

Digər Yazılar
XƏBƏRLƏR
Növbəti tədbir Qusar rayonunda keçiriləcək - 22 / 09 / 2018 10:01
Ölkədəki narkomaniyanın durumu: Rauf Zeyni təhlil etdi - 21 / 09 / 2018 19:13
Belarus Parlamentinin sədri Azay Quliyevin sədri olduğu beynəlxalq platformanın fəaliyyətini yüksək dəyərləndirib - 21 / 09 / 2018 18:56
Bakı şəhərinin iki təhsil ocağında dünyanın 60-a yaxın ölkəsinin qoşulduğu “Sülh göyərçini” mənəvi birliyə çağırış təntənəli yığıncağı keçirmişdir - 21 / 09 / 2018 17:18
Lənkəran rayonu Xanbulan kənd tam orta məktəbində tədbir keçirilib - 21 / 09 / 2018 13:44
Şuranın dəstəklədiyi layihə KİV üçün ekspertlərin yetişdirilməsi məqsədi daşıyır - 21 / 09 / 2018 12:42
Şəki veteran hərakatın ön sırasındadır - 20 / 09 / 2018 13:13
Şuranın dəstəyilə "Radikal dini cərəyanlarla mübarizədə maarifçilik işinin təşkili" mövzusunda tədbir keçirilib - 20 / 09 / 2018 12:15
ATƏT-in Parlament Assambleyasının sədri Azərbaycanda səfərdədir - 20 / 09 / 2018 07:59
“Qarabağ dünən və bu gün” mövzusunda ictimai müzakirələr Ruminiya səfirliyində davam etdi. - 20 / 09 / 2018 06:15
Şəhid ailələrinə 11 min manat nə vaxt və necə ödəniləcək? - Şərh - 19 / 09 / 2018 22:32
Səbuhi Abbasov ATƏT-in tədbirində iştirakçılara səsləndi: "Mən sadəcə öz doğma yurduma, evimə qayıtmaq istəyirəm" - VARŞAVADA (VİDEO) - 19 / 09 / 2018 14:38
“Qarabağ dünən və bu gün” mövzusunda ictimai müzakirələr Polşa səfirliyində davam etdi - 19 / 09 / 2018 09:59
Şuranın dəstəyilə həyata keçirilən layihənin yekun tədbiri keçirilib - 18 / 09 / 2018 20:53
ATƏT toplantısında erməni təxribatı, separatçı çıxış edən erməni zaldan qovulub - 18 / 09 / 2018 19:55
Sahib Məmmədov: Konvensiya əleyhinə bir şəbəkə də yaradılır - 18 / 09 / 2018 14:29
Şuranın dəstəyilə qeyri-leqal məşğulluğun qarşısının alınması və işçilərin əmək hüquqlarının müdafiəsi mövzusunda veriliş hazırlanıb - 18 / 09 / 2018 05:51
“Qurbağa öpüşü” təqdim ediləcək - Ceylan Mumoğludan yeni kitab - 17 / 09 / 2018 18:40
Şuranın dəstəyilə dini radikalizmlə mübarizəyə dair layihə icra olunur - Video - 17 / 09 / 2018 18:07
Azay Quliyev: "Paşinyan bu addımları ilə bölgəni yenidən iri miqyaslı hərbi əməliyyatlara sürükləyir" - 17 / 09 / 2018 17:37
Şuranın dəstəyi ilə QHT TV-nin Xəbərlər blokunun X buraxılışı hazırlanıb - Video - 17 / 09 / 2018 05:37
Dələduzluqda və rüşvət almaqda ittiham olunan QHT sədrinin məhkəmə işi yekunlaşdı - 16 / 09 / 2018 18:15
Bu parad türk dünyasına qardaşlıq, səmimi dostluq mesajı idi - 16 / 09 / 2018 10:26
"Türk və Azərbaycan əsgərlərinin əziz xatirəsi iki qardaş xalqın qəlbində hər zaman yaşayacaq!" - Azay Quliyev - 15 / 09 / 2018 14:54
“15 sentyabr paradı Azərbaycan və Türkiyənin birlik mesajı idi” - Cəsarət Hüseynzadə - 15 / 09 / 2018 14:48
Liderlərin görüşü: Azərbaycan-Rusiya əlaqələri strateji tərəfdaşlığın məzmununa tamamilə uyğundur - 15 / 09 / 2018 09:22
“İnsanlığın qətl günü”: Xocalı ilə bağlı UNİKAL ADDIM - FOTO - 14 / 09 / 2018 19:54
Növbəti tədbir Xaçmaz rayonunda baş tutub - 14 / 09 / 2018 19:45
Özbəkistan ATƏT PA-nın Azərbaycanın təşəbbüsü ilə yaradılmış İpək Yoluna Dəstək Qrupuna üzvlüyə dəvət edilib - 14 / 09 / 2018 08:00
QHT-lərə Dövlət Dəstəyi Şurasının təşkilatçılığı ilə Bakının işğaldan azad olunmasının 100 illiyinə həsr edilmiş konfrans keçirilib - 13 / 09 / 2018 19:49