Atan jurnalist olsaydı, bir şalvarı 3 il geyinərdin...
A A A
04/18/2018
Oxunma sayısı : 17530


Seymur Verdizadə

Xalq artisti olsa da, yaxşı səsi yoxdur. Amma bunu özünə dərd eləmir. Deyir ki, vacib olan var-dövlətdir, sərvətdir: “Nəvə-nəticəm bundan sonra 100 il də yesə, pulum qurtarmaz...”
          

Ötən gün yenə çəkiliş meydançasında qarşılaşdıq. Son vaxtlar onu tez-tez tənqid etsəm də, incikliyini büruzə vermədi. Əksinə, məni təriflədi, obyektiv mövqeyimə görə ünvanıma xoş sözlər dedi. Sonra isə mətləbə keçdi: “Jurnalistlər oğlumla aramızda soyuqluq yaradıblar. Olmayan şeyləri yazıb, evimizdə söz-söhbət yaradırlar”.

Təəccübümü gizlədə bilmədim: “Müəllim, yenə nə olub? Qaçan da jurnalistlərdən gileylənir, qovan da...”

Dedi ki, oğlunun 28 yaşı var. Sözlüdür. Bu gün – sabah toyu olacaq. Amma jurnalistlər ona dinclik vermirlər.

Sizin kimi mən də bu söhbətdən heç nə anlamadım. Sözü kəlbətinlə çəkməkdən başqa çarəm yox idi: “Yəqin toyla bağlı şişirdilmiş məlumatlar yayıblar...”

Tələsik cavab verdi: “Toy eləməyə imkan verirlər ki?! Uşaq haqqında elə şeylər yazırlar ki, qız evi nişanı qaytarmaq istəyir”.

Bu dəfə mən dilxor oldum. Bir-birini sevən iki gəncin arasına nifaq salmaq günahdır, buna yol vermək olmaz. Həmin vaxt beynimdən keçən ilk sual bu oldu: görəsən, nə yazıblar?

Kişi ağlımdan keçənləri üzümdən oxudu: “Əvvəllər bahalı maşınlarımız olub. Oğlum beş-altı il əvvəl sükan arxasında üç-dörd şəkil çəkdirərək, özünün facebook səhifəsində paylaşıb. İndi yazırlar ki, filan xalq artistinin oğlu “avtoş”dur, səhərdən-axşama kimi avaralıq edir, gününü kef məclislərində keçirir. Qızın atası bunları oxuyandan sonra bərk dilxor olub. Son vaxtlar aramızdan soyuq küləklər əsir”.

Heç bir valideynə bu vəziyyətə düşməyi arzulamıram. Əlbəttə, indiki xoşagəlməz situasiyanın yaranmasında valideynlərin də rolu az deyil. Amma indi bu barədə danışmağın mənası yox idi. Üstəlik, onu sakitləşdirmək üçün söz də tapa bilmirdim. Sükutu özü pozdu: “Oğlum savadlı uşaqdır. Universiteti Ukraynada, magistraturanı Rusiyada oxuyub. Üç il əvvəl yaxşı bir dövlət idarəsində işə düzəltmişəm. Vəzifəsi, hörməti var”.

Məsləhət gördüm ki, qudası ilə danışıb, işi yoluna qoysun: “Tanınmış adamsan, sənə inanarlar”.

Onun qayğısına qalmağım xoşuna gəldi. Hiss etdim ki, indi mənə daha çox ürək qızdırır: “Ötən gün uşaq dedi ki, kaş, sıravi bir müəllimin, həkimin, jurnalistin oğlu olaydım, amma heç kim məni tanımayaydı, haqqımda yazmayaydı...”

Ona sözünü tamamlamağa imkan vermədim: “Bəs, sən nə dedin?”

Çiyinlərini çəkib, belə cavab verdi: “Nə deyə bilərdim?”

Susmağın yeri deyildi. Bəzi gənclərin təbirincə desək, ona həyatı başa salmaq lazımıydı:“Oğluna deyərdin ki, sən sıravi müəllim, həkim, jurnalist övladı olsaydın, ömrünün sonuna kimi o cür bahalı maşınlara həsrət qalacaqdın. Bir şalvarı 3 il geyinəcəkdin. Ayaqqabın yırtılmayana kimi yenisini almayacaqdılar...”

Təəccüblə üzümə baxsa da, heç nə demədi. Mən isə hələ sözümü tamamlamamışdım: “Oğlun sənin pullarının hesabına Ukraynada universitet, Rusiyada magistratura oxuyub. Amma Azərbaycanda minlərlə tələbə təhsil haqqını ödəyə bilmədiyi üçün universitetdən xaric olunub”.

Sifətində qəribə ifadə vardı. Sözlərimin ona necə təsir etdiyini müəyyənləşdirməyə çətinlik çəkirdim. Amma indi bu barədə fikirləşməyə vaxt yox idi. Aparıcı bizi studiyaya dəvət etdiyi üçün söhbəti yekunlaşdırmaq lazımıydı: “Sən olmasaydın, oğlun Ukraynadan gətirdiyin diplomla dövlət qurumunda, üstəlik, yaxşı bir vəzifədə işləyə bilməzdi. İmkanlı atası, pulu dayısı olmadığı üçün mənim Polşada universitet, Çexiyada magistratura qurtaran qohumum 450 manat məvaciblə oteldə turistlərin çemodanlarını daşıyır...”

Yəqin ki, hamını bir sual düşündürür: həmin xalq artistinin reaksiyası necə olub? Yazım, bunu da bilin. Veriliş başa çatana kimi ağzını açıb bir kəlmə danışmadı. Fonoqrama ilə oxuyanda isə səhnədə heykələ dönmüşdü...

Missiya.az


ŞƏRHLƏR
XƏBƏRLƏR
“Əhali arasında tibbi maarifləndirmə işinin təşkili və əhaliyə tibbi-psixoloji yardımların göstərilməsi” layihəsi başa çatıb - 15 / 08 / 2018 14:15
Layihə çərçivəsində bölgələrdə prezidentin fərmanına ictimai dəstək verilib - 15 / 08 / 2018 13:38
“Peşə təhsili ndə səriştəli kadrların yetişdirilməsi” - 15 / 08 / 2018 13:30
Bakı QHT Resurs və Təlim Mərkəzi QHT-ləri dəvət edir... – Elan - 15 / 08 / 2018 12:49
Bakıda ‘Life Long Learning’ formu keçiriləcək. - 15 / 08 / 2018 12:45
“Ailə Dünyası” Qazax rayonunun “Sınıq körpü” sərhəd-keçid məntəqəsində maarifləndirmə aksiyası keçirib - 15 / 08 / 2018 10:27
Summit of heads of state of Caspian countries great historical event - analyst - 14 / 08 / 2018 17:27
Hotellər Assosiasiyası yaradılacaq - 14 / 08 / 2018 17:17
Каспийская декларация: выдающееся достижение азербайджанской дипломатии - 14 / 08 / 2018 17:15
Xəzərin hüquqi statusu haqqında Konvensiya Azərbaycan diplomatiyasının böyük nailiyyətidir - 14 / 08 / 2018 15:24
Türk dünyası bir araya gəldi - 14 / 08 / 2018 13:40
QHT TV Xəbərlər Bloku - 06 - 14 / 08 / 2018 12:09
Layihə çərçivəsində “Qeyri-rəsmi məşğulluğa qarşı məlumatlandırma və təbliğat işlərinin təşkili” ilə bağlı mövqe sənədi hazırlanıb - 14 / 08 / 2018 10:16
Emin Həsənli: “Azərbaycan tərəfi 40 dəqiqəyə Ohanyan xəttini darmadağın etdi” - 14 / 08 / 2018 07:25
QHT sədri generalla görüşdü - 13 / 08 / 2018 18:27
“Erməni şəbəkəsinin məyusluğu hiss olunur” – Sahib Məmmədov - 13 / 08 / 2018 16:34
Binəqədi rayonunda yaşayan Qarabağ müharibəsi əlilləri və şəhid ailələri ilə görüş keçirilib - 13 / 08 / 2018 12:57
Gənclər Fondununun icraçı direktoru Türkiyədə işgüzar səfərdə olub - 13 / 08 / 2018 11:07
Nazirliyin işsizlərlə bağlı yeni qərarı: nəyi dəyişəcək? - 13 / 08 / 2018 09:25
V Xəzər Sammiti – Xəzərin hüquqi statusunu müəyyənləşdirməklə böyük tarixi hadisəyə çevrildi - 13 / 08 / 2018 07:02
Cənub bölgəsində hemofiliya və digər laxtalanma pozulmalarına dair təlimlər keçirilib - 11 / 08 / 2018 19:05
Beynəlxalq “Zaparoji Kazakları” Birliyinin Getmanı Azərbaycanda işgüzar səfərdə olub - 11 / 08 / 2018 10:55
Ekspert: “Sosial şəbəkələrdə əks hücum taktikası qurulmalıdır” - 10 / 08 / 2018 13:46
Kənd təsərrüfatı naziri İnam Kərimov Nar İstehsalçıları və İxracatçıları Assosiasiyasının üzvləri ilə görüşüb - 10 / 08 / 2018 13:38
“Tacikistan prezidentinin Azərbaycana səfəri strateji əhəmiyyətə malikdir” - Politoloq Rufiz Qonaqov - 10 / 08 / 2018 12:44
Tanınmış QHT sədrindən açıqlama: SMS göndərməklə reforma aparmaq alınmayacaq, xüsusən sosial sahədə - 10 / 08 / 2018 11:43
Milli ziyalı Mobil Vəkiloğlu haqqında.. - 10 / 08 / 2018 08:23
QHT sədri Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədrinə təşəkkür etdi - 09 / 08 / 2018 17:15
Şəmkir rayonunda növbəti məlumatlandırma sessiyaları həyata keçirilib - 09 / 08 / 2018 08:21
Məcburi köçkün icmaları arasında yol təhlükəsizliyi mövzusunda keçirilən intellektual müsabiqəyə yekun vuruldu - 08 / 08 / 2018 12:29