Bakıda və Respublikamızın regionlarında viruslu hepatitlərlə bağlı maarifləndirici flayerlər vərəmli pasiyentlər arasında paylanacaq
A A A
04/19/2018
Oxunma sayısı : 6537

|

Bu gün Hepatit B  və Hepatit C dünya səhiyyəsi üçün çox əhəmiyyət kəsb edən və həll olunması tələb olunan problemdir. Rəsmi göstəricilərə əsasən bu viruslara yoluxmuş insanlar dünya əhalisinin 10%-nə yaxın hissəsini təşkil edir. Dünyada 328 milyon insan XHB və XHC virusuna yoluxub. 2015 ildə viruslu hepatitlərdən 1340000 insan dünyasını dəyişib və həmin ildə 1750 000 nəfərdə yeni HCV-na yoluxma qeydə alınıb.

Azərbaycanda rəsmi statistikaya əsasən ümumi əhali populyasiyası arasında bu viruslara yoluxma faizi (~4%) orta səviyyədədir. Digər mənbələrdə isə yoluxmanın (6-12%) arasında, yəni orta və yüksək yoluxma dərəcəsi səviyyəsində olduğu göstərilir. Səhiyyə mütəxəssislərin apardığı araşdırmaların nəticələrinə görə, riskli davranışa malik qruplar arasında, həmçinin müxtəlif xroniki xəstəlikləri (Vərəm, Qan xəstəlikləri, Talassemiya, İİV, Xroniki böyrək çatışmazlığı) olan insanlarda virusların aşkarlanması üzrə ortalama göstərici yüksəkdir, məsələn: Vərəm xəstələrində hepatit B 9%, hepatit C isə 12,2%-dir.

Yuxarıda qeyd olunan statistik göstəricilər xroniki xəstəlikləri olan insanlar arasında maarifləndirmə işlərinin daha geniş şəkildə aparılmasını aktual edir. “İnkişafa Doğru Qadın Təşəbbüsü” İB-nin sədri Ziba Nəbiyeva bu təşəbbüslə “Sağlamlığa Xidmət” İB-nın rəhbəri Elçin Muxtarlı və onun işçi heyəti ilə görüşüb. Görüşdə yoluxucu xəstəliklər olan vərəm və viruslu hepatitlərlə effektiv mübarizə yolları və gələcək perspektivdə həyata keçirilə biləcək birgə fəaliyyətlər müzakirə edildi.

Ziba Nəbiyeva görüşdə bildirdi ki, A.R. Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının yardımı ilə “İnkişafa Doğru Qadın Təşəbbüsü” İB tərəfindən viruslu hepatitlərlə mübarizə məqsədi ilə maarifləndirici çap materialları (flayerlər) hazırlanıb. Bu flayerlərdə viruslu hepatitlər haqqında - növləri, yoluxma üsulları, qorunma qaydaları, profilaktikası, peyvəndlər, tətbiq edilən yeni müalicə üsulları və həmçinin pulsuz müalicə proqramı haqqında məlumatlar yer alıb. Bu məlumatların vərəmli pasiyentlər arasında paylanması, qabaqlayıcı profilaktik tədbirlərin həyata keçirilməsi kimi qiymətləndirilir və immun sistemi zəifləmiş vərəmli insanların əlavə olaraq viruslu hepatitlərə yoluxmasının qarşısını almaqda mühüm rol oynayır. Bu təşəbbüs “Sağlamlığa Xidmət” İB-nin rəhbərliyi tərəfindən dəstəkləndi və qərara alındı ki, maarifləndirici çap materialları həm Bakı şəhəri üzrə, həm də regional vərəm dispanserlərində, poliklinikaların vərəm kabinetlərində, cənub regionunda yerləşən ağciyər xəstəlikləri xəstəxanasında və kəndlərin həkim-tibb məntəqələrində ərazi üzrə qeydiyyatda olan vərəmli pasiyentlər arasında paylansın.

Görüşün sonunda “İnkişafa Doğru Qadın Təşəbbüsü” İB-nin sədri Ziba Nəbiyeva vərəmli pasiyentlər arasında viruslu hepatitlərlə bağlı maarifləndirmə işində göstərdiyi dəstəyə görə, “Sağlamlığa Xidmət” İB-nin rəhbəri Elçin Muxtarlı və mülki xəstəxanalarda vərəm üzrə müalicəyə nəzarət və dəstək üzrə layihə koordinatoru Çingiz Ramazanlıya təşəkkür etdi.

 

İnkişafa Doğru Qadın Təşəbbüsü Ictimai Birliyi

ŞƏRHLƏR

Digər Yazılar
XƏBƏRLƏR
Cümhuriyyətin 100 illiyinə həsr olunmuş intellektual yarışa yekun vuruldu - 25 / 05 / 2018 17:31
“Vətəndaşların pensiya hüquqlarının reallaşdırılması problemləri” mövzusunda təlim keçirilib - 25 / 05 / 2018 17:09
Sumqayıtda şəhərində “İnsan alverinin qarşısının alınması" mövzusunda təlim keçirildi - 25 / 05 / 2018 14:14
Siyavuş Novruzov: QHT-lərin əksəriyyəti populizmlə məşğuldur - 24 / 05 / 2018 21:56
“AXC: Türk ölkələrinin dövlət quruculuğu tarixində müasir model” adlı konrans keçirildi - 24 / 05 / 2018 21:54
Albaniyada Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə bağlı tədbirlər keçirilib - 24 / 05 / 2018 21:35
Ahıllara və Tənhalara Dəstək ictimai birliyi yazıçı ilə görüş təşkil etdi - Bakı Türk Anadolu Liseyində - 24 / 05 / 2018 21:25
Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş intellektual yarışmaya start verildi - 24 / 05 / 2018 20:47
“Rüstəm İbrahimbəyov soyadını dəyişib İbrahimyan etsin” - 24 / 05 / 2018 20:37
“İbrahimbəyovun filmi ölkəmizə və xalqımıza təhqirdir” – Azay Quliyev - 24 / 05 / 2018 20:37
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin dəstəyi ilə sağlamlıq imkanları məhdud uşaqlar üçün reabilitasiya mərkəzlərinin fəaliyyəti təşkil olunub - 24 / 05 / 2018 13:52
Aztəminatlı ailələrdən olan yeniyetmələr üçün hazırlıq kursları təşkil olunub - 24 / 05 / 2018 08:24
2-ci qrant müsabiqəsinin qalibləri açıqlandı - Siyahı - 23 / 05 / 2018 12:51
MQF Monitorinq Komissiyası "Şəffaflıq, ictimai nəzarət və ictimai şuraların fəaliyyəti" mövzusuna həsr olunmuş tədbir keçirib. - 23 / 05 / 2018 12:28
Qusarda Xalq Cümhuriyyətinin 100 illiyi gənclərin iştirakı ilə qeyd olunub - 23 / 05 / 2018 10:51
Şura Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100-cü ildönümünə həsr olunan elmi-praktik konfrans keçirib - 23 / 05 / 2018 03:30
“Xaricdəki tədbirlərdə xeyli qulağı sırğalı, uzunsaçlı oğlanlar görürəm ki, vaxtilə bizdə siyasi məhbus olublar” - Video - 22 / 05 / 2018 17:13
Deputat Azay Quliyev bu gün seçicilərini qəbul edib - 22 / 05 / 2018 17:01
Şura Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100-cü ildönümünə həsr olunan konfrans keçirəcək - 22 / 05 / 2018 17:00
“Tənəffüs və səs vibrasiyaları üzərindən meditasiya” təlimi - 22 / 05 / 2018 13:40
Gəncə şəhərində “Təlimçilər üçün təlim” proqramı keçirildi - 22 / 05 / 2018 13:34
ATƏT PA sədri: "Azərbaycanla konstruktiv əməkdaşlıq üçün kifayət qədər resursumuz var" - 22 / 05 / 2018 09:57
Loqosda “Layihələrin yazılması və idarə edilməsi” adlı təlimlərin ikinci mərhələsi başa çatıb. - 22 / 05 / 2018 08:11
Şirvan İqtisadiyyat və Humanitar Kollecinində seminar təşkil olunub - 22 / 05 / 2018 07:53
ABŞ-da AXC-nin 100 illiyi ilə bağlı silsilə tədbirlər keçirilib - 22 / 05 / 2018 06:59
"QHT sədrinin insanların milli, mənəvi dəyərləri ilə bağlı qeyri-adekvat davranışı qəbuledilməzdir" - Elməddin Behbud - 22 / 05 / 2018 06:14
Şirvan şəhərində "Komandada Öz Yerini Tap" mövzusunda təlim keçirilib - 21 / 05 / 2018 16:34
"Sumqayıt şəhər məktəblərində şagirdlərin milli-mənəvi,estetik hisslərinin formalaşmasının təbliği ilə bağlı maarifləndirmə işinin dəstəklənməsi” layihəsi davam edir - 21 / 05 / 2018 13:44
“Qərarların qəbulunda vətəndaş iştirakçılığı” mövzusunda konfrans keçirilib - 21 / 05 / 2018 13:19
“BİZİM PLANET” də Prezident İlham Əliyevin Naxçıvana səfəri müzakirə olundu - 21 / 05 / 2018 08:29