Şəhid ailələrinə 11 min manat pul veriləcək - Prezidentin fərmanı
A A A
04/19/2018
Oxunma sayısı : 34717
Prezident İlham Əliyev Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında Fərman imzalayıb.

QHT.az xəbər verir ki, fərmana əsasən 1997-ci il avqustun 2-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların vərəsələrinə bu Fərmanla müəyyənləşdirilmiş qaydada 11 min manat məbləğində birdəfəlik ödəmə veriləcək. Birdəfəlik ödəmə hərbi qulluqçuların Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq müəyyən edilən vərəsələrinə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən veriləcək.

Birdəfəlik ödəmə həqiqi hərbi xidmətdə (toplanışda) olduğu zaman həlak olması, ölməsi və ya xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilməsi ilə əlaqədar əvvəllər sığorta ödənişi verilməmiş, o cümlədən barəsində sığorta ödənişinin verilməsinə dair qanuni qüvvəyə minmiş məhkəmə aktı olmayan hərbi qulluqçuların vərəsələrinə verilir.

Fərmana əsasən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti 1997-ci il avqustun 2-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ümumi siyahısını Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Ədliyyə Nazirliyi, Xüsusi Dövlət Mühafizə Xidməti, Dövlət Təhlükəsizliyi Xidməti, Dövlət Sərhəd Xidməti və digər aidiyyəti dövlət orqanları ilə birgə müəyyən edəcək və üç ay müddətində Maliyyə Nazirliyinə və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim etməlidir.

Fərmanda deyilir ki, Azərbaycan dövlətinin müstəqilliyinin, suverenliyinin və ərazi bütövlüyünün təmin edilməsi və qorunub saxlanması üçün ölkənin hərbi qüdrətinin artırılması, hərbi-sənaye kompleksinin inkişaf etdirilməsi, silahlı qüvvələrin döyüş qabiliyyətinin gücləndirilməsi və mənəvi-psixoloji vəziyyətinin daha da yüksəldilməsi dövlətin ən ümdə vəzifələridir.

Son illərdə hərbi sahəyə ayrılan xərclərin əhəmiyyətli dərəcədə artırılması ölkənin müdafiə potensialının gücləndirilməsi ilə yanaşı, silahlı qüvvələrdə xidmət edən hərbi qulluqçuların etibarlı sosial müdafiəsinin təmin edilməsinə, mənzil-məişət problemlərinin həll olunmasına, onlara verilən imtiyaz və güzəştlərin miqyasının genişləndirilməsinə şərait yaradıb. Bu sahədə dövlət siyasətinin mühüm istiqamətlərindən biri də hərbi qulluqçulara dövlət icbari sığortasının tətbiqidir. 1997-ci il avqustun 2-də “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə mindikdən sonra hərbi qulluqçuların həlak olması, itkin düşməsi və ya xəsarət alması zamanı sığorta ödənişlərinin verilməsinə dair normativ hüquqi baza formalaşdırılmış, belə ödənişlərlə bağlı maliyyə təminatı məsələsi həll edilmiş və Qanuna uyğun olaraq sığorta ödənişlərinin verilməsinə başlanılıb.


Qeyd edə ki,  əmək və əhalinin sosial müdafiəsi naziri vəzifələrinin icra edən Səlim Müslümov mətbuat konfransında çıxışı zamanı bildirib ki, ilkin informasiyaya görə 8800 şəxs bu fərmanını icrası altına düşür.

 

"Bu gün bizim bazalarda müxtəlif kateqoriyadan olan 12 737 nəfər şəhid ailəsi var. Hərbi qulluqçu kimi şəhid olanların sayı 8 714 nəfərdir. Bizim bazada olan rəqəmlərə görə isə 7 605 nəfəri 1997-ci ilin 2 avqust ayına kimi vəfat edənlərdir. Bundan başqa, 1997-ci ilin 2 avqustundan sonra da vəfat edən şəxslər var ki, hansı ki döyüşlər zamanı yaralanıb və s. İlkin informasiyaya görə 8800 şəxs bu fərmanını icrası altına düşür. Və təxmini hesablamalarımıza görə, bu fərmanın icrası üçün 95-100 milyon manat vəsait tələb olunacaq. Vətəndaşlar artıq bu gündən başlayaraq sənədlərini toplaya bilərlər. Fərmanın icrası vaxt məhdudiyyətindən söhbət gedə bilməz. Fərmanın icrası 1 də, 2 il də davam edə bilər. Sənədlər elektron şəklində deyil, kağız formasında olacaq. Çünki vətəndaşların hamısında elektron imza yoxdur," - deyə nazir vurğulayıb.

 

Nazirin sözlərinə görə, 1997-ci il avqustun 2-dək ölkəmizin ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ailələrinə 11 min manat məbləğində birdəfəlik ödəmə veriləcək.



ŞƏRHLƏR

Digər Yazılar
XƏBƏRLƏR
QHT Türk şəhidlərinin şərəfinə ucaldılan xatirə abidəsinə ziyarət təşkil etdi - 21 / 10 / 2018 16:20
Masallıda vərəmlə bağlı vəziyyət müzakirə olunub - 20 / 10 / 2018 11:41
Azərbaycanda avtoritar ailə modelinin demokratik ailə modelinə çevrilməsi prosesi gedir - 19 / 10 / 2018 17:20
Şura 2019-cu il qrant müsabiqəsinin mövzularını təsdiq edib - 19 / 10 / 2018 17:10
“Vicdanlı işəgötürənlərin vergi və sosial ödəmə yükü artırılır” – QHT sədri - 19 / 10 / 2018 16:59
Şuranın dəstəyilə QHT TV-nin Xəbərlər Blokunun 14-cü buraxılışı hazırlanıb - Video - 19 / 10 / 2018 07:21
Bakı QHT Resurs və Təlim Mərkəzi QHT-lərin xidmətindədir - 19 / 10 / 2018 06:52
“Loqos”da növbəti dəfə “Layihələrin yazılması və idarə edilməsi” adlı təlimlər keçirilib. - 19 / 10 / 2018 06:45
ADPU-da “Layihələrin yazılması və idarə edilmə si” adlı təlim keçirilib. - 19 / 10 / 2018 06:42
Ucarda Şuranın fəaliyyətinin 10 illiyinə həsr olunan ictimai müzakirə keçirilib - 18 / 10 / 2018 15:41
"İşğal altında olan maddi və mənəvi abidələrin Bakıda və regionlarda təbliği" adlı tədbir keçirildi - 18 / 10 / 2018 14:33
Şuranın 10 illik yubileyi ilə bağlı fərqli statistik video-çarx - 18 / 10 / 2018 13:01
Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının 30 illik yubileyinə dəvət olunmuş nümayəndə heyəti ilə görüş olub - 18 / 10 / 2018 12:20
Layihənin yekun tədbiri keçirilib - 18 / 10 / 2018 03:06
Rəsul Quliyevin fərdi sərgisi - "Mən görürəm" - 17 / 10 / 2018 21:27
"Kəlbəcərdə yeni qəsəbə salınması Cenevrə Konvensiyasına ziddir" - Sahib Məmmədov - 17 / 10 / 2018 18:39
Azay Quliyev QHT sədrinin vəfatı ilə əlaqədar başsağlığı verdi - 17 / 10 / 2018 14:24
“11 000 manat bütün şəhid ailələrinə verilməlidir“ - 17 / 10 / 2018 13:13
Bakıda “Müasir dünyada təhlükəsizlik: qlobal və regional çağrışlar” mövzusunda beynəlxalq konfrans keçirmişdir - 17 / 10 / 2018 13:06
Şəmkirdə Şuranın fəaliyyətinin 10 illiyinə həsr olunan ictimai müzakirə keçirilib - 17 / 10 / 2018 11:48
Qarabağla ürəyi döyünən mərd, cəsur fədakar bir oğlu itirdik - 16 / 10 / 2018 19:55
“Photo magic of stars” fotosərgisi - 16 / 10 / 2018 19:13
Şuranın dəstəyilə hazırlanan “Yüksəlişin sirri” sənədli filmi təqdim olunub - 16 / 10 / 2018 18:34
Respublika Veteranlar Təşkilatının yaradılmasının 30 illik yubileyi qeyd olunub - 16 / 10 / 2018 13:59
“Loqos” da Üsküdar Universitetinin təqdimatı keçirilib. - 16 / 10 / 2018 12:24
Şuranın dəstəyilə “Mirzə Ələkbər Sabir virtual muzeyi” ingilis və rus dillərində təqdim olunub - 16 / 10 / 2018 00:20
Azay Quliyev: Son 15 ildə Prezident İlham Əliyev Azərbaycanı regionun ən güclü və münbit ölkəsinə çevirdi - 15 / 10 / 2018 17:13
Şuranın 10 illiyi və regionların inkişafında QHT-lərin rolu mövzusunda Şəkidə ictimai müzakirə keçirilib - Foto - 15 / 10 / 2018 17:05
“Nəsillərə örnək ömür” adlı tədbir keçirilib. - 15 / 10 / 2018 08:44
Məcburi köçkünlərin sosial vəziyyətinin qiymətləndirilməsinin nəticələrinə dair yekun tədbir keçirilib - 15 / 10 / 2018 05:42