Azər Həsrət istefa verdi – QHT sədrliyindən
A A A
04/23/2018
Oxunma sayısı : 38277


QHT.az xəbər verir ki, bu barədə Mətbuat Şurasının İdarə Heyətinin üzvü Azər Həsrət öz şəxsi saytında yerləşdirdiyi bəyanatda qeyd edib: 

" Otuz ilə yaxındır ki, ictimai fəaliyyətlə məşğul oluram. Bu müddət ərzində istər milli, istərsə də beynəlxalq olmaqla müxtəlif nüfuzlu təşkilatların həm quruculuğunda, həm də rəhbərliyində iştirak etmişəm. Könül verdiyim işdə hər zaman səmimiyyətimi qorumuş, insanlara faydalı olmağa çalışmışam. 

Vaxtı çatanda tutduğum rəhbər vəzifələrdən imtina etməkdən də çəkinməmişəm. Ona görə də əvvəl rəhbəri olduğum bütün təşkilatlarla sonrakı mərhələdə yaxın münasibətlərim və şəxsimə sayğı qalmaqdadır. Qurucusu olduğum təşkilatlardan biri də Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsidir (CASCFEN). 


2003-cü ilin 20 mart günü Bakıda əsasını qoyduğumuz bu təşkilat ötən 15 il ərzində şərəfli yol keçmiş, istər Azərbaycan, istərsə də bizə doğma olan Orta Asiya ölkələri üçün faydalı işlərə imza atmışdır. Qurulduğu gündən sədri olduğum CASCFEN hər zaman milli maraqları rəhbər tutmuş, Azərbaycanın haqq səsi olmağa çalışmışdır. Bununla belə hər işin bir başlanğıcı olduğu kimi sonu da olur. O baxımdan hələ bir neçə ay öncə gəldiyim qərarımı elan etmək istərdim. 

Bəyan edirəm ki, 23 aprel 2018-ci il tarixindən CASCFEN sədrliyindən istefa verirəm. Qurumun İdarə Heyətinin yaxın günlərdə toplaşaraq bu istefamı qəbul etməsini və yeni rəhbərlə bağlı qərar verməsini istərdim. Mənim sonrakı fəaliyyətimlə bağlı onu da qeyd etmək istərdim ki, İctimai TV və Radio Yayımları Şirkəti Yayım Şurasının üzvü, həmçinin Azərbaycan Mətbuat Şurası İdarə Heyətinin üzvü, eyni zamanda xarici əlaqələr komissiyasının sədri kimi fəaliyyətimi davam etdirəcəyəm. CASCFEN-in bütün üzvlərinə, eləcə də bizə hər zaman xüsusi rəğbət və sayğıyla yanaşan dostlara, dəstək olan insanlara ehtiramımı ifadə edirəm. "

ŞƏRHLƏR

Digər Yazılar
XƏBƏRLƏR
Mini Futbol üzrə Qazax rayon turnirinə start verildi - 22 / 01 / 2019 20:59
"Prezident İlham Əliyev bu adamların arzularını gözündə qoydu" - QHT sədri - 22 / 01 / 2019 20:29
QHT sədri rəis təyin olundu - 22 / 01 / 2019 14:05
“Mehman bundan əvvəl də prezidentə müraciətlər edib” - Əliməmməd Nuriyev - 22 / 01 / 2019 08:44
Mehmanın cinayət işinə xitam verildi - RƏSMİ - 22 / 01 / 2019 07:41
Mehmanın azadlığa çıxması daxildə və xaricdəki siyasi işbazları məyus edəcək - AZAY QULİYEV - 22 / 01 / 2019 07:35
QHT sədri: Hökumət üzvü bəyanat və açıqlamalarında ehtiyatlı olmalıdır - 21 / 01 / 2019 19:51
Web Portal design, development and maintenance proposal - 21 / 01 / 2019 19:17
Layihə çərçivəsində Mini Futbol üzrə Qazax rayon turnirinə start verildi - 21 / 01 / 2019 19:06
Azərbaycan Prezidenti məhkum Mehman Hüseynovun işinin obyektiv və ədalətli araşdırılması ilə bağlı tapşırıq verib - 21 / 01 / 2019 16:45
Hüquq müdafiəçiləri Mehman Hüseynovla bağlı Prezident İlham Əliyevə müraciət edib - 21 / 01 / 2019 16:45
Mehman Hüseynov Prezident İlham Əliyevə müraciət ünvanlayıb - 21 / 01 / 2019 16:45
Azərbaycanda yeni diaspor saytı fəaliyyətə başladı - 21 / 01 / 2019 08:55
QHT sədrinə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində vəzifə verildi -EKSKLÜZİV - 21 / 01 / 2019 08:43
Əlillik dərəcəsini qanunsuz alan 1055 nəfər: Onlardan pul necə geri alınacaq? – AÇIQLAMA - 19 / 01 / 2019 18:08
Beynəlxalq Qadın Klubunun üzvləri şəhidlər xiyabanını ziyarət etdi - 19 / 01 / 2019 18:05
Sahib Məmmədov: Bu qətnamənin heç bir ciddi hüquqi əhəmiyyəti yoxdur - VİDEO - 18 / 01 / 2019 21:16
Avropa Parlamentinin Mehman qətnaməsinin sirri - VİDEO - 18 / 01 / 2019 19:39
20 Yanvar şəhidlərinin xatirəsi xalqımızın qəlbində əbədi yaşayacaq - 18 / 01 / 2019 19:22
Qənirə Paşayeva MM-in Səhiyyə Komitəsində əhalinin sağlamlığı ilə bağlı bir sıra vacib təkliflərlə çıxış edib - 18 / 01 / 2019 18:43
Qənirə Paşayeva Milli Məclisdə vərəmlə mübarizə ilə bağlı ictimai dinləmələrin keçirilməsini təklif etdi - 18 / 01 / 2019 18:03
Sənin “BucketList”-in varmı? - 18 / 01 / 2019 17:45
ARB24-in "Gündəm" verlişində Şuranın yeni elektron xidmətləri haqqında danışılıb - VIDEO - 18 / 01 / 2019 17:35
Ağdam rayonunda xeyriyyə tədbiri keçirildi - 18 / 01 / 2019 14:27
“Qətnamənin qəbulunda “5-ci kolon”un öz maraqları var” - Sahib Məmmədov - 18 / 01 / 2019 10:01
Elməddin Behbud: ... Sorosun ögey övladlarında növbəti məyusluq yaradacaq - 18 / 01 / 2019 10:01
Avropa Parlamentinin riyakarlıq və qərəz simasızlığı – Sorosdan Harmsa qədər… - 17 / 01 / 2019 17:45
“Gənclər arasında tarix və mədəniyyət bələdçilərinin hazırlanması” layihəsinin ilk təlimi keçirilib - 17 / 01 / 2019 17:36
Kollec tələbələrinə sosial fəaliyyət və könüllüklə əlaqədar məlumat verilib - 17 / 01 / 2019 17:13
QHT və Milli Oftalmologiya Mərkəzinin Səyyar Klinikası birgə xeyriyyə aksiyası keçirib - 17 / 01 / 2019 16:39