2 yaşı tamam olan ShushaPost.az saytı təkmilləşdirildi – Şuranın dəstəyi ilə
A A A
04/24/2018
Oxunma sayısı : 2995
ShushaPost.azsaytı 2016-cü ilin aprel ayının 24-dən fəaliyyət göstərir. İlk öncə Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə 3 aylıq layihə çərçivəsində fəaliyyətə başlayan sayt son 2 ildə Azərbaycan-Slavyan Gəncləri Assosiasiyasının daxili imkanları hesabına ayaqda qalmışdır.

Bu barədə saytımıza Azərbaycan-Slavyan Gəncləri Assosiasiyasının sədri, internet-media ekspert Səbuhi Abbasov məlumat verib: "Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ətrafında baş verən prosesləri obyektiv, qərəzsiz ölkə və dünya ictimaiyyətinə 2 dildə çatdırmağı hədəfləyən saytın sonrakı taleyi müəmmalı, bağlanma təhlükəsi ilə üz-üzə qalmışdır.Təşkilatımız Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası 2018-ci il üzrə QHT-lər üçün 1-ci qrant müsabiqəsinə "ShushaPost.az informasiya portalının təkmilləşdirilməsi” layihəsi ilə müraciət etdi və müsbət cavab aldı və 2 aylıq layihə çərçivəsində dəstək aldı. Mən saytımızın kollektivi adından Şura katibliyinə təşəkkür edirəm. ShushaPost.az informasiya portalı olaraq ayaqda qalmağımız, düşmənlə daha sistemli mübarizə aparmağımız üçün ölkəmizdə fəaliyyət göstərən hökümət və qeyri-hökumət qurumlarını əməkdaşlığa və bizə dəstək olmağa dəvət edirik. Biz bu illər ərzində bir çox qurumlara müraciət etdik. Təəssüflər olsun ki, müsbət cavab ala bilmədik. Saytımızda bayağı, şou-biznes xarakterli yazılar dərc edilmədiyi üçün reklam potensialı da aşağıdır. Lakin ixtisaslaşmış sayt olduğundan, eyni zamanda, ölkəmizin xarici siyasətinin ən strateji istiqamətlərinə yönəlik fəaliyyətindən dolayı dəstəyə böyük ehtiyacımız var. Erməni haker qrupları bu illər ərzində 6 dəfə saytımızı tamamilə dağıdıblar. Bu da onu deməyə əsas verir ki, biz hardasa hədəfimizə çatmışıq və heç bir halda bu saytı yarı yolda qoymayacağıq. 24 aprel tarixində ermənilər dünyaya qondarma soyqırım iddiasını sırımaq istəyirlər. ShushaPost saytı da məhz bu tarixdə yaranıb, həqiqətləri dərc etməyi hədəfləyib. Şuşada görüşənədək.”

ŞƏRHLƏR

Digər Yazılar
XƏBƏRLƏR
Cümhuriyyətin 100 illiyinə həsr olunmuş intellektual yarışa yekun vuruldu - 25 / 05 / 2018 17:31
“Vətəndaşların pensiya hüquqlarının reallaşdırılması problemləri” mövzusunda təlim keçirilib - 25 / 05 / 2018 17:09
Sumqayıtda şəhərində “İnsan alverinin qarşısının alınması" mövzusunda təlim keçirildi - 25 / 05 / 2018 14:14
Siyavuş Novruzov: QHT-lərin əksəriyyəti populizmlə məşğuldur - 24 / 05 / 2018 21:56
“AXC: Türk ölkələrinin dövlət quruculuğu tarixində müasir model” adlı konrans keçirildi - 24 / 05 / 2018 21:54
Albaniyada Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə bağlı tədbirlər keçirilib - 24 / 05 / 2018 21:35
Ahıllara və Tənhalara Dəstək ictimai birliyi yazıçı ilə görüş təşkil etdi - Bakı Türk Anadolu Liseyində - 24 / 05 / 2018 21:25
Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş intellektual yarışmaya start verildi - 24 / 05 / 2018 20:47
“Rüstəm İbrahimbəyov soyadını dəyişib İbrahimyan etsin” - 24 / 05 / 2018 20:37
“İbrahimbəyovun filmi ölkəmizə və xalqımıza təhqirdir” – Azay Quliyev - 24 / 05 / 2018 20:37
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin dəstəyi ilə sağlamlıq imkanları məhdud uşaqlar üçün reabilitasiya mərkəzlərinin fəaliyyəti təşkil olunub - 24 / 05 / 2018 13:52
Aztəminatlı ailələrdən olan yeniyetmələr üçün hazırlıq kursları təşkil olunub - 24 / 05 / 2018 08:24
2-ci qrant müsabiqəsinin qalibləri açıqlandı - Siyahı - 23 / 05 / 2018 12:51
MQF Monitorinq Komissiyası "Şəffaflıq, ictimai nəzarət və ictimai şuraların fəaliyyəti" mövzusuna həsr olunmuş tədbir keçirib. - 23 / 05 / 2018 12:28
Qusarda Xalq Cümhuriyyətinin 100 illiyi gənclərin iştirakı ilə qeyd olunub - 23 / 05 / 2018 10:51
Şura Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100-cü ildönümünə həsr olunan elmi-praktik konfrans keçirib - 23 / 05 / 2018 03:30
“Xaricdəki tədbirlərdə xeyli qulağı sırğalı, uzunsaçlı oğlanlar görürəm ki, vaxtilə bizdə siyasi məhbus olublar” - Video - 22 / 05 / 2018 17:13
Deputat Azay Quliyev bu gün seçicilərini qəbul edib - 22 / 05 / 2018 17:01
Şura Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100-cü ildönümünə həsr olunan konfrans keçirəcək - 22 / 05 / 2018 17:00
“Tənəffüs və səs vibrasiyaları üzərindən meditasiya” təlimi - 22 / 05 / 2018 13:40
Gəncə şəhərində “Təlimçilər üçün təlim” proqramı keçirildi - 22 / 05 / 2018 13:34
ATƏT PA sədri: "Azərbaycanla konstruktiv əməkdaşlıq üçün kifayət qədər resursumuz var" - 22 / 05 / 2018 09:57
Loqosda “Layihələrin yazılması və idarə edilməsi” adlı təlimlərin ikinci mərhələsi başa çatıb. - 22 / 05 / 2018 08:11
Şirvan İqtisadiyyat və Humanitar Kollecinində seminar təşkil olunub - 22 / 05 / 2018 07:53
ABŞ-da AXC-nin 100 illiyi ilə bağlı silsilə tədbirlər keçirilib - 22 / 05 / 2018 06:59
"QHT sədrinin insanların milli, mənəvi dəyərləri ilə bağlı qeyri-adekvat davranışı qəbuledilməzdir" - Elməddin Behbud - 22 / 05 / 2018 06:14
Şirvan şəhərində "Komandada Öz Yerini Tap" mövzusunda təlim keçirilib - 21 / 05 / 2018 16:34
"Sumqayıt şəhər məktəblərində şagirdlərin milli-mənəvi,estetik hisslərinin formalaşmasının təbliği ilə bağlı maarifləndirmə işinin dəstəklənməsi” layihəsi davam edir - 21 / 05 / 2018 13:44
“Qərarların qəbulunda vətəndaş iştirakçılığı” mövzusunda konfrans keçirilib - 21 / 05 / 2018 13:19
“BİZİM PLANET” də Prezident İlham Əliyevin Naxçıvana səfəri müzakirə olundu - 21 / 05 / 2018 08:29