Avropada Diaspora və Media lobbiçiliyi - İlqar İlkin yazır...
A A A
04/28/2018
Oxunma sayısı : 20297


İlqar İlkin

Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzinin icra katibi,
"Birlik" jurnalının baş redaktoru

2016-cı ildə Dünya azərbaycanlılarının IV qurultayında Azərbaycan diasporunun qarşısında duran vəzifələrə yenidən baxıldı, erməni lobbisinə və xaricdə Azərbaycana qarşı olan qüvvələrə effektiv əks-hücumun təşkil olunması üçün Azərbaycan prezidenti İlham Əliyev tərəfindən təlimatlar da verildi. İki il əvvəl verilmiş bu təlimatlarda ölkə başçısı əsasən xarici media orqanlarında Azərbaycana qarşı qarayaxma kompaniyaların təşkil olunduğunu bildirir, bu əsassız ittihamlara qarşı diaspor təşkilatlarının görməli olduğu əsas vəzifələri də xatırladırdı.

Bu həmin vaxtlar idi ki, Avropada mühacir olan "sapı özümüzdən olan baltalar" Azərbaycana qarşı anti təbliğatın içərisində yeni yer almağa başlamışdılar. Xüsusilə, ölkə başçısı Azərbaycan və Türk xalqlarının diaspor təşkilatlarının xarici media orqanları ilə təmas qurmalarını, qarşılıqlı faydalı əməkdaşlıq etmələrini, bu media oqranlarında Türk dünyasına qarşı qərəzli hücumları neytrallaşırmağı, onlarla əlaqələrinin gücləndirilməsinə diqqət ayrılmasını vacib sayırdı. 

Bu həmin vaxtlar idi ki, ayrı-ayrı ölkələrin mətbu orqanlarında Azərbaycana qarşı müəyyən təxribat xarakterli yazılar dərc olunurdu, ölkəmizə qarşı şər-böhtan atılırdı. Lakin təəssüflər olsun ki, ötən iki il ərzində ölkəmizə qarşı olan qərəz, xarici mediada qarayaxmalar azalmaq bilmir, əksinə vaxtaşırı bu cür hücumlarla üz-üzə qalırıq. Bununla bağlı iki il əvvəl Xarcdə yaşayan azərbaycanlılarla iş üzrə Dövlət Komitəsinə verdiyimiz layihəyə isə heç etika xatirinə bir cavab da yazmamışdılar.

Məlumdur ki, Azərbaycan diasporunun ən təsirli hissəsinin fəaliyyət dairəsi Avropa ölkələrində cəmlənib. Avropa Birliyi ölkələri ilə Azərbaycanın əlaqələrini nəzərə alsaq, bu ölkələrdə milli maraqlarımızın yüksək səviyyədə təmin olunmasına da ehtiyac vardır. Avropa Birliyi ölkələri həm də erməni lobbisinin və diaspora təşkilatlarının ən güclü olduğu bir coğrafi məkandır. Odur ki, bu gücə qarşı mübarizədə Azərbaycan diaspor təşkilatlarının, diplomatik korpuslarımızın fəaliyyəti ilə yanaşı, üç başlıca güc mənbəyindən istifadə edilməlidir;

- Avropada fəaliyyət göstərən bütün Türk xalqlarının diaspor və lobbi təşkilatları ilə ortaq əlaqə;
- Avropa Birliyi ölkələrində fəaliyyət göstərən xarici Media qurumları ilə əlaqə;
- Avropada fəaliyyət göstərən Türkcə Media Qurumları ilə əlaqə.

İki il əvvəl Diaspor Komitəsinə təqdim etdiyimiz layihənin iki mərhələdə həyata keçirilməsi planlaşdırılırdı. Təqdim etdiyimiz layihənin birinci mərhələsində Avropa ölkələrində fəaliyyət göstərən diaspor və Türkcə Media orqanlarının iştirakı ilə Ümumavropa Türkcə Media Platformunun yaradılması nəzərdə tutulurdu. Bu Platformun Azərbaycan Media orqanları ilə əməkdaşlıq şəraitində fəaliyyəti Azərbaycan həqiqətlərinin Avropada təbliği istiqamətində yeni bir mərhələ ola bilirdi. Çünki, Avropa məkanında Türk xalqlarına aid olan 147 media orqanı fəaliyyət göstərir ki, bu media orqanlarının yerli təsir imkanları heç də ümidsizlik vəd etmir. 

"Avropada Diaspora və Media lobbiçiliyi; Ümumavropa Türkcə Media Platformunun yaradılması" layihəsinin əsas məqsədi də Avropanın aparıcı dövlətlərində fəaliyyət göstərən media qurumları, ictimai təşkilatları ilə əlaqələri dərinləşdirmək, sistem halında onlar arasında konsalidasiya rolunu gücləndirməkdən ibarət idi. Təbii ki, Avropada fəaliyyət göstərən bir çox diaspora təşkilatları ilə qarşılıqlı əlaqələrimizin mövcudluğu, onlarla ortaq layihələri gerçəkləşdirməyimiz nəticəsində əldə etdiyimiz təcrübədən də yararlanaraq, qeyd edə bilərik ki, xarici media ilə əlaqələrə önəm vermək üçün öncədən bir sıra addımlar atılmalıdır. Bu addımlardan biri kimi, aparıcı Avropa ölkələrində olan Türkcə Media Qurumlarının bir araya gətirilməsi, onlar arasında əlaqələrin qurulmasıdır. Məsələn, məlumat üçün bildirim ki, təkcə Avropanın siyasi mərkəzi olan Brüsseldə 21 türk media qurumu fəaliyyət göstərir ki, onlar da vahid Belçika Türkcə Media Platforumunda birləşiblər. Eyni qaydada Avropanın digər qabaqcıl ölkələrində - Holandiya, Almaniya, Fransa, İsveç, Norveç, İtaliya, İngiltərə və s. olan Türkcə media orqanları arasında əlaqələrin qurulması və onların Ümumavropa Türkcə Media Platformunda mərkəzləşdirilmiş şəkildə fəaliyyət göstərməsi dağınıq halda görünməyən media fəaliyyətlərinin açıq bir güc mərkəzi halında lobbi fəaliyyəti göstərməsini təmin edə bilər. Əslində düşünülən layihənin də məqsədi bu idi; Avropadakı media qurumları ilə bu məsələləri müzakirə etmək, onlar arasındakı birliyin yaradılmasına çalışmaq, hər halda bu ilk cəhd ola bilərdi.

Təbii ki, belə bir platformun yaranacağı təqdirdə Azərbaycanın 25 ildən artıq bir vaxtda məcburən üzləşdiyi Dağlıq Qarabağ probleminin səbəb və nəticələri haqda Avropa media qurumlarında, beynəlxalq mətbuat orqanlarında, xüsusən Avropa İttifaqı üzvü olan dövlətlərin ictimai və media qurumlarında dolğun məlumat formalaşacaq, bu münaqişənin tənzimlənməsində və ədalətli həllində onların Azərbaycanın maraqlarını müdafiə etməsində təmsil etdikləri ölkələrin rəsmi qurumlarına təsir imkanları artacaqdır. 

Eyni zamanda Azərbaycanın inkişafı, vətəndaş cəmiyyəti quruculuğu prosesləri, ölkəmizin demokratikləşməsi məsələləri Avropa dövlətlərin universitetlərində təhsil alan tələbələrin, siyasi partiyaların, Avropada fəaliyyət göstərən ayrı-ayrı dövlətlərin diplomatik korpusları əməkdaşlarının, kütləvi informasiya vasitələri əməkdaşlarının da faydalanacağı şəksizdir.Bu platformun yaranması həm də Azərbaycanın Dağlıq Qarabağ problemin həllinin sürətlənməsini təmin edə biləcək müvafiq məlumatların bütün Avropa cəmiyyətləri və aparıcı media orqanlarının əlçatarlıq əmsalını artıra biləcək, erməni diasporunun yalanlarına qarşı müştərək vahid təbliğat mexanizmin qurulması baxımından da olduqca vacibdir. Ümid edirəm ki, Diasporla İş üzrə Komitəsinin yeni sədri və onun komandası belə layihələrin dəstəklənməsində maraqlı olacaqlar. Çünki artıq yeni mərhələdə ciddi lobbiçilik fəaliyyətinə ehtiyacımız var.


ŞƏRHLƏR
XƏBƏRLƏR
Mini Futbol üzrə Qazax rayon turnirinə start verildi - 22 / 01 / 2019 20:59
"Prezident İlham Əliyev bu adamların arzularını gözündə qoydu" - QHT sədri - 22 / 01 / 2019 20:29
QHT sədri rəis təyin olundu - 22 / 01 / 2019 14:05
“Mehman bundan əvvəl də prezidentə müraciətlər edib” - Əliməmməd Nuriyev - 22 / 01 / 2019 08:44
Mehmanın cinayət işinə xitam verildi - RƏSMİ - 22 / 01 / 2019 07:41
Mehmanın azadlığa çıxması daxildə və xaricdəki siyasi işbazları məyus edəcək - AZAY QULİYEV - 22 / 01 / 2019 07:35
QHT sədri: Hökumət üzvü bəyanat və açıqlamalarında ehtiyatlı olmalıdır - 21 / 01 / 2019 19:51
Web Portal design, development and maintenance proposal - 21 / 01 / 2019 19:17
Layihə çərçivəsində Mini Futbol üzrə Qazax rayon turnirinə start verildi - 21 / 01 / 2019 19:06
Azərbaycan Prezidenti məhkum Mehman Hüseynovun işinin obyektiv və ədalətli araşdırılması ilə bağlı tapşırıq verib - 21 / 01 / 2019 16:45
Hüquq müdafiəçiləri Mehman Hüseynovla bağlı Prezident İlham Əliyevə müraciət edib - 21 / 01 / 2019 16:45
Mehman Hüseynov Prezident İlham Əliyevə müraciət ünvanlayıb - 21 / 01 / 2019 16:45
Azərbaycanda yeni diaspor saytı fəaliyyətə başladı - 21 / 01 / 2019 08:55
QHT sədrinə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində vəzifə verildi -EKSKLÜZİV - 21 / 01 / 2019 08:43
Əlillik dərəcəsini qanunsuz alan 1055 nəfər: Onlardan pul necə geri alınacaq? – AÇIQLAMA - 19 / 01 / 2019 18:08
Beynəlxalq Qadın Klubunun üzvləri şəhidlər xiyabanını ziyarət etdi - 19 / 01 / 2019 18:05
Sahib Məmmədov: Bu qətnamənin heç bir ciddi hüquqi əhəmiyyəti yoxdur - VİDEO - 18 / 01 / 2019 21:16
Avropa Parlamentinin Mehman qətnaməsinin sirri - VİDEO - 18 / 01 / 2019 19:39
20 Yanvar şəhidlərinin xatirəsi xalqımızın qəlbində əbədi yaşayacaq - 18 / 01 / 2019 19:22
Qənirə Paşayeva MM-in Səhiyyə Komitəsində əhalinin sağlamlığı ilə bağlı bir sıra vacib təkliflərlə çıxış edib - 18 / 01 / 2019 18:43
Qənirə Paşayeva Milli Məclisdə vərəmlə mübarizə ilə bağlı ictimai dinləmələrin keçirilməsini təklif etdi - 18 / 01 / 2019 18:03
Sənin “BucketList”-in varmı? - 18 / 01 / 2019 17:45
ARB24-in "Gündəm" verlişində Şuranın yeni elektron xidmətləri haqqında danışılıb - VIDEO - 18 / 01 / 2019 17:35
Ağdam rayonunda xeyriyyə tədbiri keçirildi - 18 / 01 / 2019 14:27
“Qətnamənin qəbulunda “5-ci kolon”un öz maraqları var” - Sahib Məmmədov - 18 / 01 / 2019 10:01
Elməddin Behbud: ... Sorosun ögey övladlarında növbəti məyusluq yaradacaq - 18 / 01 / 2019 10:01
Avropa Parlamentinin riyakarlıq və qərəz simasızlığı – Sorosdan Harmsa qədər… - 17 / 01 / 2019 17:45
“Gənclər arasında tarix və mədəniyyət bələdçilərinin hazırlanması” layihəsinin ilk təlimi keçirilib - 17 / 01 / 2019 17:36
Kollec tələbələrinə sosial fəaliyyət və könüllüklə əlaqədar məlumat verilib - 17 / 01 / 2019 17:13
QHT və Milli Oftalmologiya Mərkəzinin Səyyar Klinikası birgə xeyriyyə aksiyası keçirib - 17 / 01 / 2019 16:39