“Açıq hökumət həftəsi”nə start verildi
A A A
05/06/2018
Oxunma sayısı : 58716
“Açıq Hökumət” Milli Fəaliyyət Planında 4-cü istiqamət üzrə həyata keçirilən tədbirlər” mövzusunda dəyirmi masa təşkil olunub.

QHT.az xəbər verir ki, dəyirmi masa Açıq Hökumətin təşviqinə dair Hökumət-Vətəndaş Cəmiyyəti Dialoq Platforması, “Tərəqqi” Sosial Tədqiqatlar İctimai Birliyi (TSTİB) ilə birlikdə Avropa İttifaqının dəstəyilə həyata keçirilən “Vətəndaş cəmiyyəti və vətəndaşların maraqlarının müdafiəsi" layihəsi çərçivəsində baş tutub.

Tədbirdə millət vəkilləri, Ədliyyə Nazirliyinin, Azərbaycan Respublikasının  Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının əməkdaşları, QHT nümayəndələri, KİV təmsilçiləri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Açıq Hökumət Platformasının koordinatoru Əliməmməd Nuriyev bildirib ki, “Açıq hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planı”nın 4-cü istiqamətində vətəndaş cəmiyyətinin dəstəklənməsi üçün əhəmiyyəti tədbirlər nəzərdə tutulub: “Açıq Hökumət Platforması hesab edir ki, bütün maraqlı tərəflərin iştirakı ilə bu məsələlərin müzakirəsi, təklif və fikirlərin səsləndirilməsi çox mühümdür.

 Bu cür müzakirələr mövcud çətinlikləri aydın görməyə, birgə həll yolları təklif etməyə imkan yaradır”.. 
Ə.Nuriyev xatırladıb ki, 7-11 may tarixlərində dünayda “Açıq hökumət həftəsi” keçiriləcək və Azərbaycanda da bununla bağlı tədbirlər nəzərdə tutulub.
 
Daha sonra çıxış edən Millət vəkili Qüdrət Həsənquliyev bildirib ki, hazırda Azərbaycanda QHT-lərin maddi-texniki bazası zəifdir. Onun sözlərinə görə, dövlət büdcəsindən ayrılan vəsaitlər bir çox hallarda yetərli olmur. “İctimai iştirakçılıq haqqında” qanun da yaxşı işləmir. İctimai Şuralar effektiv fəaliyyət göstərmir. Q.Həsənquliyev qeyd edib ki, QHT-lər öz fəaliyyətində qanunvericiliyin tələblərinə ciddi əməl etməlidirlər. Eyni zamanda QHT-lərlə bağlı qanunvericilik də təkmilləşdirilməlidir. Millət vəkili QHT rəhbərlərinin təkiflərini Milli Məclisdə səsləndirməyə hazır olduğunu da diqqətə çatdırıb. 

Tərəqqi  Sosial Tədqiqatlar İctimai Birliyinin sədri Cəlal Əmənov isə  layihə fəaliyyətləri barədə məlunat verərək, qeyd edib ki, “bu cür müzakirələr mövcud problemlərin həllinə ortaq baxışın formalaşmasına töhfə verir, dövlət qurumları, parlament üzvləri və QHT-lər arasında fikir mübadiləsinin güclənməsini təmin edir”. O, layihə çərçivəsində Platforma ilə əməkdaşlığının uğurlu nəticələr verəcəyinə əmin olduğunu qeyd edib. 

Platformanın üzvü “Demokratiyanı öyrənmə” İctimai Birliyinin sədri Mirəli Hüseynov “İctimai Şuraların fəaliyyəti: mövcud vəziyyət və gözləntilər” mövzusunda təqdimatlı çıxış edib. Ekspert İctimai Şuranın fəaliyyətindəki nöqsanları qeyd edib və çıxış yollarını təklif edib. 

Millət vəkili Fazil Mustafa bildirib ki, İctimai şuraların əsas mahiyyəti şəffaflığın cəmiyyətə daha aydın şəkildə təqdim edilməsidir: “Azərbaycanda bəzi dövlət qurumları şəffaflığa maraqlı deyillər. qanunun işləməməsi problemlərini gündəmə gətirir. Biz də Milli Məclisdə müəyyən təkliflərlə çıxış edəcəyik”.

Tədbir müzakirələrlə davam edib.

ŞƏRHLƏR

Digər Yazılar
XƏBƏRLƏR
Mini Futbol üzrə Qazax rayon turnirinə start verildi - 22 / 01 / 2019 20:59
"Prezident İlham Əliyev bu adamların arzularını gözündə qoydu" - QHT sədri - 22 / 01 / 2019 20:29
QHT sədri rəis təyin olundu - 22 / 01 / 2019 14:05
“Mehman bundan əvvəl də prezidentə müraciətlər edib” - Əliməmməd Nuriyev - 22 / 01 / 2019 08:44
Mehmanın cinayət işinə xitam verildi - RƏSMİ - 22 / 01 / 2019 07:41
Mehmanın azadlığa çıxması daxildə və xaricdəki siyasi işbazları məyus edəcək - AZAY QULİYEV - 22 / 01 / 2019 07:35
QHT sədri: Hökumət üzvü bəyanat və açıqlamalarında ehtiyatlı olmalıdır - 21 / 01 / 2019 19:51
Web Portal design, development and maintenance proposal - 21 / 01 / 2019 19:17
Layihə çərçivəsində Mini Futbol üzrə Qazax rayon turnirinə start verildi - 21 / 01 / 2019 19:06
Azərbaycan Prezidenti məhkum Mehman Hüseynovun işinin obyektiv və ədalətli araşdırılması ilə bağlı tapşırıq verib - 21 / 01 / 2019 16:45
Hüquq müdafiəçiləri Mehman Hüseynovla bağlı Prezident İlham Əliyevə müraciət edib - 21 / 01 / 2019 16:45
Mehman Hüseynov Prezident İlham Əliyevə müraciət ünvanlayıb - 21 / 01 / 2019 16:45
Azərbaycanda yeni diaspor saytı fəaliyyətə başladı - 21 / 01 / 2019 08:55
QHT sədrinə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində vəzifə verildi -EKSKLÜZİV - 21 / 01 / 2019 08:43
Əlillik dərəcəsini qanunsuz alan 1055 nəfər: Onlardan pul necə geri alınacaq? – AÇIQLAMA - 19 / 01 / 2019 18:08
Beynəlxalq Qadın Klubunun üzvləri şəhidlər xiyabanını ziyarət etdi - 19 / 01 / 2019 18:05
Sahib Məmmədov: Bu qətnamənin heç bir ciddi hüquqi əhəmiyyəti yoxdur - VİDEO - 18 / 01 / 2019 21:16
Avropa Parlamentinin Mehman qətnaməsinin sirri - VİDEO - 18 / 01 / 2019 19:39
20 Yanvar şəhidlərinin xatirəsi xalqımızın qəlbində əbədi yaşayacaq - 18 / 01 / 2019 19:22
Qənirə Paşayeva MM-in Səhiyyə Komitəsində əhalinin sağlamlığı ilə bağlı bir sıra vacib təkliflərlə çıxış edib - 18 / 01 / 2019 18:43
Qənirə Paşayeva Milli Məclisdə vərəmlə mübarizə ilə bağlı ictimai dinləmələrin keçirilməsini təklif etdi - 18 / 01 / 2019 18:03
Sənin “BucketList”-in varmı? - 18 / 01 / 2019 17:45
ARB24-in "Gündəm" verlişində Şuranın yeni elektron xidmətləri haqqında danışılıb - VIDEO - 18 / 01 / 2019 17:35
Ağdam rayonunda xeyriyyə tədbiri keçirildi - 18 / 01 / 2019 14:27
“Qətnamənin qəbulunda “5-ci kolon”un öz maraqları var” - Sahib Məmmədov - 18 / 01 / 2019 10:01
Elməddin Behbud: ... Sorosun ögey övladlarında növbəti məyusluq yaradacaq - 18 / 01 / 2019 10:01
Avropa Parlamentinin riyakarlıq və qərəz simasızlığı – Sorosdan Harmsa qədər… - 17 / 01 / 2019 17:45
“Gənclər arasında tarix və mədəniyyət bələdçilərinin hazırlanması” layihəsinin ilk təlimi keçirilib - 17 / 01 / 2019 17:36
Kollec tələbələrinə sosial fəaliyyət və könüllüklə əlaqədar məlumat verilib - 17 / 01 / 2019 17:13
QHT və Milli Oftalmologiya Mərkəzinin Səyyar Klinikası birgə xeyriyyə aksiyası keçirib - 17 / 01 / 2019 16:39