İşsizlərin DİQQƏTİNƏ! - Hər ay müavinət ala bilərsiniz
A A A
05/08/2018
Oxunma sayısı : 28419

İş yerini itirənlər işsizlik sığortası ilə aylıq ödəniş ala biləcəklər.

Bildiyiniz kimi, 2018-ci il yanvarın 1-dən “İşsizlikdən sığorta haqqında” qanun qüvvəyə minib. Yeni sistemin əsas özəlliyi iş yerini itirdiyi andan işsizin yeni iş yeri tapanadək olan dövrdə itirilmiş gəlirlərini tam və ya qismən kompensasiya edilməsi,onun əmək bazarına təkrar qaytarılmasına kömək göstərilməsindən ibarətdir.

“Yeni qanuna əsasən, işsizlik üzrə sığortanı iş stajı olmayan şəxslər ala bilməyəcəklər”.

Bu sözləri Metbuat.az saytına açıqlaması zamanı ekspert Vüqar Şahinoğlu bildirib. Onun sözlərinə görə, 3-5 il arası işszilik sığortası olanlar orta aylıq əməkhaqqının 50%-ni, 5-10 il arası stajı olanlar 55%-ni, 10 ildən çox stajı olan isə orta aylıq əmək haqqının 60% miqdarında işsizlik sığortası ödənişini ala bilər:

“Yeni qanun işsizlik sığortasının məbləğini artırsa da, digər tərəfdən işsizliyə görə müavinət alanların sayını azaldacaq. Çünki müvafiq qaydalarına uyğun olan şəxslərə həmin işsizlikdən sığorta ödənişi ediləcək. Bu sığorta ödənişini almaq üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tərkibində İşsizlikdən Sığorta Fondu yaradılıb. Həmin fondun 2018-ci il üzrə büdcəsi 89 milyon manat hesablanıb. Bu vəsaitin 37.6 %-i işsizliyə görə sığorta ödənişi üçün nəzərdə tutulub. Qalan digər vəsait isə fondun özünədəstək proqramı, yaxud da peşə yönümünün dəyişdiriməsinə hesablanıb. Bunların alınması üçün işləyən zaman mütləq işsizliyə görə sığorta ödənişi olmalıdır. Bu ödənişlər İşsizlikdən Sığorta Fonduna olunur. Qanunvericiliyə görə, hər hansı bir şəxs müəssisədə işləyirsə, həmin o müsəssiinin büdcəsindən 0.5% İşsizlikdən Sığorta ödənişi olunmalıdır. Həmçinin işçinin də əməkhaqqından 0.5% tutulmalıdır. Həmin bu ödənişlər hər ay olmalıdır. Həmin müəssisə bağlanarsa, ştatı sayı və işçi sayı ixtisara düşərsə, minimum 3 il işsizliyə görə sığorta stajı olduğu zaman İşsizlikdən Sığorta Fonduna müraciət edə bilər. Fonda müraciət etdikdən sonra həmin işsizliyə görə sığorta ödənişini əldə edə bilər. Bunun da qanunvericiliyə görə baxılma müddəti 10 gündür. 10 gün müddətinə müraciətə baxılaraq sığorta ödənişinin təyin edilməsi və ya təyin olunmasından imtina edilməsi barədə qərar çıxarılaraq müraciət etmiş şəxsə məlumat verilir".

"Həmçinin qəbul edilmiş İşsizlikdən Sığorta haqqında qanunda göstərilən digər qaydaya görə, sığorta ödənişinin məbləği əvvəlki ildə ölkə üzrə orta aylıq əmək haqqı məbləğindən çox və minimum əmək haqqı məbləğindən az ola bilməz. Öhdəsində 18 yaşa çatmayan və ya bu yaşa çatsa da təhsil alan uşaqlar olan valideynlər əlavə olaraq hər uşağa görə, hesablanmış məbləğin 5%-i həcmində əlavə ödəniş alacaqlar. Lakin 20 faizdən artıq olmamaq şərti ilə ödənişə əlavə edilə bilər. Məsələn, maksimum bir ailədə 4 yetkinlik yaşına çatmayan uşaq varsa, hər uşağa görə 5 faiz əlavə işsizlikdən sığorta ödənişi edilə bilər. Əgər ər və arvad ikisi də eyni zaman işsizlik sığortası ödənişini ediblər və yuxarıda qeyd etdiyim şərtlərə uyğundursa, bu halda ikisindən biri işsizlikdən sığorta ödənişini almaq hüququ ələ edir.

Tələb edilən İşsizlik sığortasına malik vətəndaş 6 ay müddətində bu sığorta ödənişindən yararlana bilər. İlk iki ayı 100, 3-4-cü ayları üçün 80 faiz, 5-6 tayları üçün 70 faiz məbləğində ala biləcək. Təkrar müraciət zamanı isə 3 ay müddətinə minimum (2018-ci il üzrə ehtiyac meyarı 130 manat) sığorta ödənişi edilir. İşçi işsiz qaldıqdan sonra qarşıdakı 24 ay ərzində 9 ay işsizlik sığortası ala bilər."


Xəyalə Məmmədova / METBUAT.AZ

ŞƏRHLƏR

Digər Yazılar
XƏBƏRLƏR
QHT Türk şəhidlərinin şərəfinə ucaldılan xatirə abidəsinə ziyarət təşkil etdi - 21 / 10 / 2018 16:20
Masallıda vərəmlə bağlı vəziyyət müzakirə olunub - 20 / 10 / 2018 11:41
Azərbaycanda avtoritar ailə modelinin demokratik ailə modelinə çevrilməsi prosesi gedir - 19 / 10 / 2018 17:20
Şura 2019-cu il qrant müsabiqəsinin mövzularını təsdiq edib - 19 / 10 / 2018 17:10
“Vicdanlı işəgötürənlərin vergi və sosial ödəmə yükü artırılır” – QHT sədri - 19 / 10 / 2018 16:59
Şuranın dəstəyilə QHT TV-nin Xəbərlər Blokunun 14-cü buraxılışı hazırlanıb - Video - 19 / 10 / 2018 07:21
Bakı QHT Resurs və Təlim Mərkəzi QHT-lərin xidmətindədir - 19 / 10 / 2018 06:52
“Loqos”da növbəti dəfə “Layihələrin yazılması və idarə edilməsi” adlı təlimlər keçirilib. - 19 / 10 / 2018 06:45
ADPU-da “Layihələrin yazılması və idarə edilmə si” adlı təlim keçirilib. - 19 / 10 / 2018 06:42
Ucarda Şuranın fəaliyyətinin 10 illiyinə həsr olunan ictimai müzakirə keçirilib - 18 / 10 / 2018 15:41
"İşğal altında olan maddi və mənəvi abidələrin Bakıda və regionlarda təbliği" adlı tədbir keçirildi - 18 / 10 / 2018 14:33
Şuranın 10 illik yubileyi ilə bağlı fərqli statistik video-çarx - 18 / 10 / 2018 13:01
Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının 30 illik yubileyinə dəvət olunmuş nümayəndə heyəti ilə görüş olub - 18 / 10 / 2018 12:20
Layihənin yekun tədbiri keçirilib - 18 / 10 / 2018 03:06
Rəsul Quliyevin fərdi sərgisi - "Mən görürəm" - 17 / 10 / 2018 21:27
"Kəlbəcərdə yeni qəsəbə salınması Cenevrə Konvensiyasına ziddir" - Sahib Məmmədov - 17 / 10 / 2018 18:39
Azay Quliyev QHT sədrinin vəfatı ilə əlaqədar başsağlığı verdi - 17 / 10 / 2018 14:24
“11 000 manat bütün şəhid ailələrinə verilməlidir“ - 17 / 10 / 2018 13:13
Bakıda “Müasir dünyada təhlükəsizlik: qlobal və regional çağrışlar” mövzusunda beynəlxalq konfrans keçirmişdir - 17 / 10 / 2018 13:06
Şəmkirdə Şuranın fəaliyyətinin 10 illiyinə həsr olunan ictimai müzakirə keçirilib - 17 / 10 / 2018 11:48
Qarabağla ürəyi döyünən mərd, cəsur fədakar bir oğlu itirdik - 16 / 10 / 2018 19:55
“Photo magic of stars” fotosərgisi - 16 / 10 / 2018 19:13
Şuranın dəstəyilə hazırlanan “Yüksəlişin sirri” sənədli filmi təqdim olunub - 16 / 10 / 2018 18:34
Respublika Veteranlar Təşkilatının yaradılmasının 30 illik yubileyi qeyd olunub - 16 / 10 / 2018 13:59
“Loqos” da Üsküdar Universitetinin təqdimatı keçirilib. - 16 / 10 / 2018 12:24
Şuranın dəstəyilə “Mirzə Ələkbər Sabir virtual muzeyi” ingilis və rus dillərində təqdim olunub - 16 / 10 / 2018 00:20
Azay Quliyev: Son 15 ildə Prezident İlham Əliyev Azərbaycanı regionun ən güclü və münbit ölkəsinə çevirdi - 15 / 10 / 2018 17:13
Şuranın 10 illiyi və regionların inkişafında QHT-lərin rolu mövzusunda Şəkidə ictimai müzakirə keçirilib - Foto - 15 / 10 / 2018 17:05
“Nəsillərə örnək ömür” adlı tədbir keçirilib. - 15 / 10 / 2018 08:44
Məcburi köçkünlərin sosial vəziyyətinin qiymətləndirilməsinin nəticələrinə dair yekun tədbir keçirilib - 15 / 10 / 2018 05:42