Əmək və əhalinin sosial müdafiəsi naziri QHT rəhbərləri ilə görüşdü
A A A
05/11/2018
Oxunma sayısı : 19227

|


Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev nazirlik yanında fəaliyyət göstərən İctimai Şuranın üzvləri ilə görüşüb.

 Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən  verilən məlumata görə, görüşdə S.Babayev vurğulayıb ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi üçün müəyyən edilmiş əsas vəzifələrdən biri sosial müdafiə sistemində şəffaflığın və bu sistemin sosial cəhətdən həssas qruplara əlçatanlığının, əhaliyə xidmətlərdə sosial ədalət prinsipinin tam təmin edilməsidir: "Təbii ki, bu istiqamətdə aparılan işlərin səmərəli təşkilində ictimai nəzarət mühüm rola malikdir. Nazirlik yanında İctimai Şuranın fəaliyyəti bu baxımdan, eyni zamanda normativ-hüquqi bazanın cəmiyyətin istək və maraqlarına uyğunlaşdırılmasında  xüsusi önəm kəsb edir".

 
Nazir bildirib ki, ümumilikdə əmək və sosial müdafiə sahələrində qanunvericiliyin təkmilləşməsinə, şəffaflıq və ədalət prinsipinin güclənməsinə yönələn islahatlarda İctimai Şura ilə əməkdaşlığın daha səmərəli mexanizmlər üzərində qurulması təmin olunmalıdır: "Şurada 15 vətəndaş cəmiyyəti institutu təmsil olunur ki, bu gün onlar əhatə etdikləri geniş əhali qrupları ilə nazirlik arasında körpü rolunu oynayırlar. Bu mənada həmin əhali qruplarının rəy və təkliflərinin öyrənilməsi, aparılan islahatların cəmiyyətin maraqları ilə uzlaşdırılması, bu və ya digər aidiyyəti fəaliyyət sahəsində nöqsan və çatışmazlıqların aşkar edilməsi və aradan qaldırılması işlərində İctimai Şuranın daha aktiv dəstəyi çox vacibdir. Həmçinin bir sıra məsələlərlə (qeyri-formal məşğulluğun şəxsin gələcək sosial təminatını sual altında qoyması, sosial sığorta sistemində iştirakın əhəmiyyəti, pensiya-müavinət və s.) barədə cəmiyyətdə dolğun və sistemli təbliğat və izahat işlərinin aparılmasında İctimai Şura öz fəal dəstəyini göstərə bilər".
 

Nazirliyin fəaliyyətinin bütün sahələri üzrə İctimai Şura ilə daimi əməkdaşlığa xüsusi önəm veriləcəyini qeyd edən S.Babayev bildirib ki, özünüməşğulluq proqramının icra mexanizminin vacib hədəfə - aztəminatlı ailələrin əmək qabiliyyətli üzvlərinin  kiçik biznesə çıxışına imkan yaradılması hədəfinə uyğun təkmilləşdirilməsində də bu əməkdaşlıq öz töhfəsini verə bilər: "Eyni zamanda, birgə fəaliyyətin əlilliyin qiymətləndirilməsi sisteminin daha təkmil şəkildə qurulması, reabilitasiya səviyyəsinin artırılması üçün vacib olan fərdi reabilitasiya proqramının hazırlanması sahələrini də əhatə etməsi məqsədyönlü olar. Sosial sifarişlər əsasında layihələrin icrası zamanı toplanan təcrübə və məlumatlar sosial cəhətdən həssas qruplarla bağlı siyasətin təkmilləşdirilməsində önəmli ola bilər".

 
Nazir diqqətə çatdırıb ki, ümumilikdə, İctimai Şura ilə birgə əmək və sosial müdafiə sisteminin bütün sahələri diqqətlə nəzərdən keçirilməli, problemlər və onların həlli üçün görüləcək birgə işlərin istiqamətləri müəyyən olunmalı, əməkdaşlıq müstəvisində pərakəndə və formal fəaliyyətə yol verilməməli, bu sahədə işlər ilk növbədə dolğun konseptual əsaslar üzərində təşkil edilməlidir. 

 
İctimai Şuranın üzvləri gələcək əməkdaşlıqda yeni istiqamətlərin müəyyən olunması ilə bağlı təkliflərini ifadə ediblər.

 
Eyni zamanda, nazirlik tərəfindən icra olunan proqram və layihələr, o cümlədən beynəlxalq qurumlarla birgə həyata keçirilən layihələr barədə İctimai Şuranın mütəmadi məlumatlandırılmasının, vaxtaşırı olaraq onlar üçün təqdimatlar edilməsinin məqsədəuyğun ola biləcəyi qeyd edilib.

 
Görüş səslənən təkliflərlə bağlı müzakirələrin aparılması şəraitində davam edib və İctimai Şuranın üzvlərinin bütün təkliflərinin sistemləşdirilərək Nazirliyə təqdim edilməsi qərara alınıb. 

ŞƏRHLƏR

Digər Yazılar
XƏBƏRLƏR
Mini Futbol üzrə Qazax rayon turnirinə start verildi - 22 / 01 / 2019 20:59
"Prezident İlham Əliyev bu adamların arzularını gözündə qoydu" - QHT sədri - 22 / 01 / 2019 20:29
QHT sədri rəis təyin olundu - 22 / 01 / 2019 14:05
“Mehman bundan əvvəl də prezidentə müraciətlər edib” - Əliməmməd Nuriyev - 22 / 01 / 2019 08:44
Mehmanın cinayət işinə xitam verildi - RƏSMİ - 22 / 01 / 2019 07:41
Mehmanın azadlığa çıxması daxildə və xaricdəki siyasi işbazları məyus edəcək - AZAY QULİYEV - 22 / 01 / 2019 07:35
QHT sədri: Hökumət üzvü bəyanat və açıqlamalarında ehtiyatlı olmalıdır - 21 / 01 / 2019 19:51
Web Portal design, development and maintenance proposal - 21 / 01 / 2019 19:17
Layihə çərçivəsində Mini Futbol üzrə Qazax rayon turnirinə start verildi - 21 / 01 / 2019 19:06
Azərbaycan Prezidenti məhkum Mehman Hüseynovun işinin obyektiv və ədalətli araşdırılması ilə bağlı tapşırıq verib - 21 / 01 / 2019 16:45
Hüquq müdafiəçiləri Mehman Hüseynovla bağlı Prezident İlham Əliyevə müraciət edib - 21 / 01 / 2019 16:45
Mehman Hüseynov Prezident İlham Əliyevə müraciət ünvanlayıb - 21 / 01 / 2019 16:45
Azərbaycanda yeni diaspor saytı fəaliyyətə başladı - 21 / 01 / 2019 08:55
QHT sədrinə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində vəzifə verildi -EKSKLÜZİV - 21 / 01 / 2019 08:43
Əlillik dərəcəsini qanunsuz alan 1055 nəfər: Onlardan pul necə geri alınacaq? – AÇIQLAMA - 19 / 01 / 2019 18:08
Beynəlxalq Qadın Klubunun üzvləri şəhidlər xiyabanını ziyarət etdi - 19 / 01 / 2019 18:05
Sahib Məmmədov: Bu qətnamənin heç bir ciddi hüquqi əhəmiyyəti yoxdur - VİDEO - 18 / 01 / 2019 21:16
Avropa Parlamentinin Mehman qətnaməsinin sirri - VİDEO - 18 / 01 / 2019 19:39
20 Yanvar şəhidlərinin xatirəsi xalqımızın qəlbində əbədi yaşayacaq - 18 / 01 / 2019 19:22
Qənirə Paşayeva MM-in Səhiyyə Komitəsində əhalinin sağlamlığı ilə bağlı bir sıra vacib təkliflərlə çıxış edib - 18 / 01 / 2019 18:43
Qənirə Paşayeva Milli Məclisdə vərəmlə mübarizə ilə bağlı ictimai dinləmələrin keçirilməsini təklif etdi - 18 / 01 / 2019 18:03
Sənin “BucketList”-in varmı? - 18 / 01 / 2019 17:45
ARB24-in "Gündəm" verlişində Şuranın yeni elektron xidmətləri haqqında danışılıb - VIDEO - 18 / 01 / 2019 17:35
Ağdam rayonunda xeyriyyə tədbiri keçirildi - 18 / 01 / 2019 14:27
“Qətnamənin qəbulunda “5-ci kolon”un öz maraqları var” - Sahib Məmmədov - 18 / 01 / 2019 10:01
Elməddin Behbud: ... Sorosun ögey övladlarında növbəti məyusluq yaradacaq - 18 / 01 / 2019 10:01
Avropa Parlamentinin riyakarlıq və qərəz simasızlığı – Sorosdan Harmsa qədər… - 17 / 01 / 2019 17:45
“Gənclər arasında tarix və mədəniyyət bələdçilərinin hazırlanması” layihəsinin ilk təlimi keçirilib - 17 / 01 / 2019 17:36
Kollec tələbələrinə sosial fəaliyyət və könüllüklə əlaqədar məlumat verilib - 17 / 01 / 2019 17:13
QHT və Milli Oftalmologiya Mərkəzinin Səyyar Klinikası birgə xeyriyyə aksiyası keçirib - 17 / 01 / 2019 16:39