Cəlilabadda rus icması ilə görüş keçirilib
A A A
05/14/2018
Oxunma sayısı : 10034

“Kamillik” Vətəndaşların Hüquqi Maarifləndirilməsi İctimai Birliyi AR Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının “Azərbaycanda yaşayan xalqların mədəniyyətlərinin təbliği və dövlətin bu istiqamətdə gördüyü işlərin ictimailəşdirilməsinə dəstək” layihəsi çərçivəsində Cəlilabad rayonunda yaşayan rus icması ilə görüş keçirib.


İB-dən QHT.az-a verilən məlumata görə, görüşdə “Kamillik” Vətəndaşların Hüquqi Maarifləndirilməsi İctimai Birliyinin sədri Niyaz Niftiyev, Cəlilabad rayon İcra Hakimiyyəti İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Loğman Hüseynov, Jurnalist Araşdırmalar Mərkəzinin rəhbəri Seymur Verdizadə və 30-dan çox rus icmasının nümayəndəsi iştirak edib. 

 

 

Cəlilabad rayon İcra Hakimiyyəti İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Loğman Hüseynov Cəlilabadda yaşayan ruslara dövlət qayğısından danışıb. Qeyd edib ki, rayonda yaşayan azsaylı rus icması ilə vaxtaşırı görüşlər keçirilir, onların müraciəti dərhal araşdırılır, problemləri həll olunur. 

 

 

İB sədri Niyaz Niftiyev rusların Azərbaycanda 1830-cu illərdən məskunlaşmağa başladığını bildirib: “XX əsrin əvvəlindən 1940-1950-ci illərə qədər ruslar Bakıda əsas milli azlıqlardan idi. Rusların Azərbaycana mühacirəti Sovet zamanı da davam edirdi. SSRİ dağıldıqdan sonra onların bir hissəsi Azərbaycanı tərk etməyə başlasalar da sonradan bu proses dayandı və hazırda Azərbaycanda ruslar ən böyük etnik qrup təşkil edirlər”. 

N.Niftiyev bildirib ki, o vaxtlar rusların bir hissəsi də indiki Cəlilabad rayonu ərazisində məskən salıblar: “Rusların burada məskunlaşması ilə əlaqədar Cəlilabad rayonunda zaman-zaman rus yer adları meydana gəlib. Bunlardan Pokrovka, Privolnoye, Astraxanovka, Tatyanovka, Nikolayevka, Petrovka, Andrevka, Mixaylovka və digərlərini sadalamaq olar. 1990-2000-ci illərdə rus kəndlərinin bəzilərinin adı dəyişdirilib, əhalisi isə bu gün əsasən ruslardan və azərbaycanlılardan ibarətdir. Cəlilabadda az sayda rusun qalmaqlarına baxmayaraq, onlar burada öz  icmalarını yaradıblar”.

 

 

Jurnalist Araşdırmalar Mərkəzinin rəhbəri Seymur Verdizadə Azərbaycanda nəyinki ruslara, bütün xalqlara bərabər imkanlar yaradıldığını vurğulayıb: “Onlar bizlərdən heç nə ilə fərqlənmirlər, həm dövlət, həm də sadə vətəndaşların Azərbaycanda yaşayan xalqlara münasibəti müsbətdir”. S.Verdizadə Azərbaycanda yaşayan xalqları bir xalçanın üzərindəki rəngli naxışlara bənzədib: “Bu naxışlar nə qədər çox olarsa xalça da bir o qədər gözəl olur. Azərbaycanda yaşayan xalqlar da nə qədər çox olarsa cəmiyyətimiz də bir o qədər rəngarəng olar”.

 

 

Cəlilabad rayonu, Privolnoye kəndinin icra nümayəndəsi Ələsgər İmanov etnik rəngarəngliyinə görə seçilən kəndlərindən birin də Privolnoye olduğunu bildirib. Qeyd edib ki, geniş torpaq sahələrinə, gözəl təbiətə malik olan bu kənddə ruslarla yanaşı, yəhudilər də yaşayırlar: “Kiçik bir kənddə azərbaycanlılarla yanaşı, həm rus, həm də yəhudi icmasının fəaliyyət göstərməsi Azərbaycanda əsrlər boyu mövcud olan tolerantlığın bariz nümunəsidir. Hazırda kəndin mərkəzində 24 rus, 9 yəhudi icması yaşayır. Kənddən köçüb gedən rusların övladları isə hər yay tətilində kəndə gəlir, dünyasını dəyişən yaxınlarının qəbirlərini ziyarət edirlər”. 

 

 

Cəlilabadda yaşayan rus icmasının sədri Ella Romanova icmanın fəaliyyəti və rayonda qalan azsaylı ruslardan danışıb: “Rayonun mərkəzində və bir neçə kənddə rus icması yaşamaqda davam edir. Cəlilabadda yaşayan və bu gün də burada qalmaqda davam edən rusların hamısı burada doğulub. Bəziləri işləyir, bəziləri də təqaüdçüdür. Köçənlər isə yaşlı nəslin nümayəndələri olub, böyük əksəriyyəti də Rusiyada yaşayan övladlarının yanına gediblər. Onların problemləri isə rayon əhalisinin ümumi problemləri ilə eyniyyət təşkil edir. Yəni konkret olaraq rusların özəl problemləri var kimi anlayışlar yox səviyyəsindədir”. 

 

 

Tədbirdə rus icmasının üzvləri - Nadejda Jifkova, Mariya Petrikova, Nellanda Xanukaeva və digərləri çıxış edərək Cəlilabadda yaşayan rusların məxsusi problemlərinin olmadıqlarını bildiriblər. Qeyd ediblər ki, onlar bu torpaqda anadan olublar və yerli sakinlərdən fərqli münasibət görməyiblər.

 

 

 

 

 

ŞƏRHLƏR

Digər Yazılar
XƏBƏRLƏR
Mini Futbol üzrə Qazax rayon turnirinə start verildi - 22 / 01 / 2019 20:59
"Prezident İlham Əliyev bu adamların arzularını gözündə qoydu" - QHT sədri - 22 / 01 / 2019 20:29
QHT sədri rəis təyin olundu - 22 / 01 / 2019 14:05
“Mehman bundan əvvəl də prezidentə müraciətlər edib” - Əliməmməd Nuriyev - 22 / 01 / 2019 08:44
Mehmanın cinayət işinə xitam verildi - RƏSMİ - 22 / 01 / 2019 07:41
Mehmanın azadlığa çıxması daxildə və xaricdəki siyasi işbazları məyus edəcək - AZAY QULİYEV - 22 / 01 / 2019 07:35
QHT sədri: Hökumət üzvü bəyanat və açıqlamalarında ehtiyatlı olmalıdır - 21 / 01 / 2019 19:51
Web Portal design, development and maintenance proposal - 21 / 01 / 2019 19:17
Layihə çərçivəsində Mini Futbol üzrə Qazax rayon turnirinə start verildi - 21 / 01 / 2019 19:06
Azərbaycan Prezidenti məhkum Mehman Hüseynovun işinin obyektiv və ədalətli araşdırılması ilə bağlı tapşırıq verib - 21 / 01 / 2019 16:45
Hüquq müdafiəçiləri Mehman Hüseynovla bağlı Prezident İlham Əliyevə müraciət edib - 21 / 01 / 2019 16:45
Mehman Hüseynov Prezident İlham Əliyevə müraciət ünvanlayıb - 21 / 01 / 2019 16:45
Azərbaycanda yeni diaspor saytı fəaliyyətə başladı - 21 / 01 / 2019 08:55
QHT sədrinə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində vəzifə verildi -EKSKLÜZİV - 21 / 01 / 2019 08:43
Əlillik dərəcəsini qanunsuz alan 1055 nəfər: Onlardan pul necə geri alınacaq? – AÇIQLAMA - 19 / 01 / 2019 18:08
Beynəlxalq Qadın Klubunun üzvləri şəhidlər xiyabanını ziyarət etdi - 19 / 01 / 2019 18:05
Sahib Məmmədov: Bu qətnamənin heç bir ciddi hüquqi əhəmiyyəti yoxdur - VİDEO - 18 / 01 / 2019 21:16
Avropa Parlamentinin Mehman qətnaməsinin sirri - VİDEO - 18 / 01 / 2019 19:39
20 Yanvar şəhidlərinin xatirəsi xalqımızın qəlbində əbədi yaşayacaq - 18 / 01 / 2019 19:22
Qənirə Paşayeva MM-in Səhiyyə Komitəsində əhalinin sağlamlığı ilə bağlı bir sıra vacib təkliflərlə çıxış edib - 18 / 01 / 2019 18:43
Qənirə Paşayeva Milli Məclisdə vərəmlə mübarizə ilə bağlı ictimai dinləmələrin keçirilməsini təklif etdi - 18 / 01 / 2019 18:03
Sənin “BucketList”-in varmı? - 18 / 01 / 2019 17:45
ARB24-in "Gündəm" verlişində Şuranın yeni elektron xidmətləri haqqında danışılıb - VIDEO - 18 / 01 / 2019 17:35
Ağdam rayonunda xeyriyyə tədbiri keçirildi - 18 / 01 / 2019 14:27
“Qətnamənin qəbulunda “5-ci kolon”un öz maraqları var” - Sahib Məmmədov - 18 / 01 / 2019 10:01
Elməddin Behbud: ... Sorosun ögey övladlarında növbəti məyusluq yaradacaq - 18 / 01 / 2019 10:01
Avropa Parlamentinin riyakarlıq və qərəz simasızlığı – Sorosdan Harmsa qədər… - 17 / 01 / 2019 17:45
“Gənclər arasında tarix və mədəniyyət bələdçilərinin hazırlanması” layihəsinin ilk təlimi keçirilib - 17 / 01 / 2019 17:36
Kollec tələbələrinə sosial fəaliyyət və könüllüklə əlaqədar məlumat verilib - 17 / 01 / 2019 17:13
QHT və Milli Oftalmologiya Mərkəzinin Səyyar Klinikası birgə xeyriyyə aksiyası keçirib - 17 / 01 / 2019 16:39