“Qan qrupuna görə insan şəxsiyyətinin identifikasiyası” adlı təlim keçirilib
A A A
05/14/2018
Oxunma sayısı : 18434
Milli QHT Forumun Sağlamlıq Mərkəzinin rəhbəri, “İnkişafa Doğru Qadın Təşəbbüsü” İB-nın sədri Ziba Nəbiyevanın təşəbbüsü və Milli QHT Forumun (MQF) təşkilatı dəstəyi ilə MQF-nın Bakı QHT Resurs və Təlim Mərkəzində “Qan qrupuna görə insan şəxsiyyətinin identifikasiyası” adlı təlim keçirildi.

Təlim öncəsi Milli QHT Forumun prezidenti Rauf Zeyni təlim iştirakçılarını salamlayaraq, onlara rəhbərlik etdiyi təşkilat və onun fəaliyyəti haqqında qısa məlumat verdi. Daha sonra MQF Sağlamlıq Mərkəzinin rəhbəri Ziba Nəbiyeva çıxış edərək bildirdi ki, mərkəzin üzvləri səhiyyə və sağlamlıq sahəsində fəaliyyət göstərən MQF-yə üzv qəbul edilmiş QHT-lərdən ibarətdir və mərkəz qeyd olunan sahə üzrə yeni ideya və təşəbbüslər üçün hər zaman açıqdır.

Həmçinin, təlim mövzusunun aktuallığı, adi həyatda önəm vermədiyimiz qan qrupunun həyatımızın bütün sferalarına təsiri ilə bağlı məlumatların əldə edilməsinin vacibliyi təlim iştirakçılarının nəzərinə çatdırıldı.

Təlimbiologiya elmləri namizədi, BDU biologiya fakültəsinin dosenti və tədris-metodik şurasının üzvü, Milli QHT Forumu prezidentinin müşaviri, M.Ə.Sabir Fondunun prezidenti Sevda Tahirli tərəfindən aparıldı. Onun müəllifi olduğu “Qanımızın səsi” kitabının materialları əsasında hazırlanan təqdimatda 4 fərqli qan qrupunun insan xarakterinə, işgüzar fəaliyyətinə və sağlamlığına necə təsir göstərməsi haqqında məlumatlar verildi. Sağlamlıqla bağlı müxtəlif qan qruplarına malik insanlarda hansı xəstəliklərə meyllilik, qadınlarda ana olmaq imkanları və qan qrupuna uyğun olaraq yararlı və yararsız qidalar barədə maraqlı faktlar qeyd olundu. Həmçinin, qan qrupundan qaynaqlanan xüsusiyyətlərin ailə daxili və qarşı cinsə münasibətdə təsir imkanları göstərildi.
Yaponiya kimi inkişaf etmiş bir ölkədə artıq bir neçə onilliklər ərzində işə qəbul edilənlərin məhz qan qrupuna görə seçilməsi, hətta ərzaq məhsullarının qan qrupuna görə çeşidlənməsi kimi məlumatlar təlim iştirakçılarının marağına səbəb oldu.

Təlimdə şair-publisist,MQF prezidentinin müşaviri Əhməd Qəşəmoğlu, MQF-ninstrateji məsələlər üzrə vitse-prezidenti Asif Əsgərli, MQF idarə heyətinin və “Biosfer” İB-nin sədri Qorxmaz İbrahimli, “Azərbaycan Diabet Liqası” İB-nin sədri Yeganə Sultanova, “Vətəndaşların Sosial Rifahı Naminə” İB-nin sədri İradə Riza-zadə, “Ailə Sosial Dəstək” İB-nin sədri Esmira Rəhimova, “Peşəyönümlü Təhsilin İnkişafına Yardım” İB-nin sədri İradə Əlili, “Ekoloji Maarifçilik və Monitorinq” İB-nin sədri Qəmzə Sultanova, MQF Beynəlxalq Qadın Klubunun sədr müavini Dürdanə Əhədova, “Əlilliyi Olan Şəxslərin Sosial Müdafiəsinə və İnteqrasiyasına Dəstək” İB-nin sədr müavini Səfanə Dadaşzadə, Azərbaycan Demokratik Tələbə Gənclər Təşkilatının sədr müavini Gülnarə Bağırova, “Həyat” Humanitar Dəstək İB-dən sosioloq-ekspert Zəminə Səfərova, Bakı şəhəri üzrə Təhsil idarəsinin məsləhətçisi Qənirə Sultanova,həkim-terapevt Pərvanə Fətullayeva, “AİF” Konsaltinqdən Ələviyyə Həsənova və digər QHT nümayəndələri, həmçinin təhsil ocaqlarından müəllim və tələbələr də iştirak etdilər.
Sonda təlim iştirakçılarını maraqlandıran suallar cavablandırıldı və xatirə şəkilləri çəkildi.

 











ŞƏRHLƏR

Digər Yazılar
XƏBƏRLƏR
QHT Türk şəhidlərinin şərəfinə ucaldılan xatirə abidəsinə ziyarət təşkil etdi - 21 / 10 / 2018 16:20
Masallıda vərəmlə bağlı vəziyyət müzakirə olunub - 20 / 10 / 2018 11:41
Azərbaycanda avtoritar ailə modelinin demokratik ailə modelinə çevrilməsi prosesi gedir - 19 / 10 / 2018 17:20
Şura 2019-cu il qrant müsabiqəsinin mövzularını təsdiq edib - 19 / 10 / 2018 17:10
“Vicdanlı işəgötürənlərin vergi və sosial ödəmə yükü artırılır” – QHT sədri - 19 / 10 / 2018 16:59
Şuranın dəstəyilə QHT TV-nin Xəbərlər Blokunun 14-cü buraxılışı hazırlanıb - Video - 19 / 10 / 2018 07:21
Bakı QHT Resurs və Təlim Mərkəzi QHT-lərin xidmətindədir - 19 / 10 / 2018 06:52
“Loqos”da növbəti dəfə “Layihələrin yazılması və idarə edilməsi” adlı təlimlər keçirilib. - 19 / 10 / 2018 06:45
ADPU-da “Layihələrin yazılması və idarə edilmə si” adlı təlim keçirilib. - 19 / 10 / 2018 06:42
Ucarda Şuranın fəaliyyətinin 10 illiyinə həsr olunan ictimai müzakirə keçirilib - 18 / 10 / 2018 15:41
"İşğal altında olan maddi və mənəvi abidələrin Bakıda və regionlarda təbliği" adlı tədbir keçirildi - 18 / 10 / 2018 14:33
Şuranın 10 illik yubileyi ilə bağlı fərqli statistik video-çarx - 18 / 10 / 2018 13:01
Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının 30 illik yubileyinə dəvət olunmuş nümayəndə heyəti ilə görüş olub - 18 / 10 / 2018 12:20
Layihənin yekun tədbiri keçirilib - 18 / 10 / 2018 03:06
Rəsul Quliyevin fərdi sərgisi - "Mən görürəm" - 17 / 10 / 2018 21:27
"Kəlbəcərdə yeni qəsəbə salınması Cenevrə Konvensiyasına ziddir" - Sahib Məmmədov - 17 / 10 / 2018 18:39
Azay Quliyev QHT sədrinin vəfatı ilə əlaqədar başsağlığı verdi - 17 / 10 / 2018 14:24
“11 000 manat bütün şəhid ailələrinə verilməlidir“ - 17 / 10 / 2018 13:13
Bakıda “Müasir dünyada təhlükəsizlik: qlobal və regional çağrışlar” mövzusunda beynəlxalq konfrans keçirmişdir - 17 / 10 / 2018 13:06
Şəmkirdə Şuranın fəaliyyətinin 10 illiyinə həsr olunan ictimai müzakirə keçirilib - 17 / 10 / 2018 11:48
Qarabağla ürəyi döyünən mərd, cəsur fədakar bir oğlu itirdik - 16 / 10 / 2018 19:55
“Photo magic of stars” fotosərgisi - 16 / 10 / 2018 19:13
Şuranın dəstəyilə hazırlanan “Yüksəlişin sirri” sənədli filmi təqdim olunub - 16 / 10 / 2018 18:34
Respublika Veteranlar Təşkilatının yaradılmasının 30 illik yubileyi qeyd olunub - 16 / 10 / 2018 13:59
“Loqos” da Üsküdar Universitetinin təqdimatı keçirilib. - 16 / 10 / 2018 12:24
Şuranın dəstəyilə “Mirzə Ələkbər Sabir virtual muzeyi” ingilis və rus dillərində təqdim olunub - 16 / 10 / 2018 00:20
Azay Quliyev: Son 15 ildə Prezident İlham Əliyev Azərbaycanı regionun ən güclü və münbit ölkəsinə çevirdi - 15 / 10 / 2018 17:13
Şuranın 10 illiyi və regionların inkişafında QHT-lərin rolu mövzusunda Şəkidə ictimai müzakirə keçirilib - Foto - 15 / 10 / 2018 17:05
“Nəsillərə örnək ömür” adlı tədbir keçirilib. - 15 / 10 / 2018 08:44
Məcburi köçkünlərin sosial vəziyyətinin qiymətləndirilməsinin nəticələrinə dair yekun tədbir keçirilib - 15 / 10 / 2018 05:42