Uğurlu qadın obrazı - Uğur Hekayələrinin növbəti qəhrəmanı
A A A
05/15/2018
Oxunma sayısı : 7370
 Gülayə Səfərova: “Hər hansı bir işin sonunun gözəl və nəticəsinin uğurlu olması üçün ilk olaraq səbir etməlisən. Səbir etmək hər bir uğurun, müvəffəqiyyətin ilk şərtidir”.

Gülayə Səfərova, Qubadlı rayonunda anadan olub, 1 övladı var. Hazırda  “Ailə Dünyası” Ailələrə Hüquqi Yardım İctimai Birliyi”nin sədridir.

Beynəlxalq Ailə günündə Gülayə xanımla həmsöhbət olub, ailələrin uğurlu olması, ümumilikdə, hər bir işdə uğur qazanmaq üçün nələrin gərəkdiyi ilə maraqlandıq. Qeyd edək ki, G.Səfərovanın rəhbərlik etdiyi təşkilatın elə əsas fəaliyyəti – münaqişəli ailələrlə iş, qadınlara qarşı zorakılığın aradan qaldırılmasına yardım etmək, qadın və uşaqların hüquqlarının müdafiəsi və sair problemli məsələlər üzərində qurulub.

Uğurları:

“Məişət zorakılığına qarşı qabağlayıcı tədbirlərinlərin keçirilməsi və ailədaxili zorakılıq qurbanlarına hüquqi yardım!”
HİV/AİDS-lə bağlı məktəblərdə, universitetlərdə, milli parkda, çimərliklərdə, əhalinin sıx olduğu yerlərdə geniş məlumatlandırma kompaniyalarının aparılması;
“İnsan alveri ilə mübarizədə Qiymətləndimə amili və onun əhəmiyyəti”
“Məlumatlı ol ki, İnsan alveri qurbanı olmayasan” devizi ilə maarifləndirmə kampaniyasının təşkili
“İnsan alveri qurbanlarına pulsuz hüquqi yardım, insan alverinə qarşı mübarizənin sistemli təşkili”
“Uşaqların dövlət uşaq müəssisələrinə düşməsinin qarşısının alınması və  çətin həyat şəraitində olan uşaqların və ailələrin sosial xidmətlərə çıxışının təmin edilməsi məqsədi ilə günərzi mərkəzlərin xidmətinin göstərilməsi ”
Öz işinin peşəkarlarından olan Gülayə xanım, bu günkü nailiyyətlərini Uğur düsturundakı 5 likdə (İnam, İstək, İntizam, İnkişaf, İnnovasiya) yer alan daxili İstəyi sayəsində əldə edənlərdəndi. O da öz məqsədinə çatmaq üçün daim üzərində işləyib, çalışıb, bir sözlə desək, özünü İnkişaf etdirib. Daxili İntizam məsələsini öz fəaliyyətində daim önə çəkən Gülayə Səfərova uğur qazanmağın yollarını bizimlə də bölüşdü.

Onunla söhbətə “Uğur sizinçün nədi?” – sualı ilə başladıq. “Uğur məqsədimin, arzumun müvəffəqiyyətli sonu, müsbət nəticəsidir” dedi. Həyatda hər bir kəsin özünəməxsus arzusu, məqsədi olur. İstədiyimiz və layiq olduğumuz həyatı yaşamaq üçün, ona çatmaq üçün zəhmət sərf etmək, səy göstərmək lazımdır. “Uğur 1%-i  istedaddırsa, 99% -i tərləməkdir” deyirlər. Uğura doğru getdiyin yolda dəfələrlə yıxılmağı, dəfələrlə zədələr almağı göz önünə gətirməlisən, buna hazır olmalısan, və heç zaman qorxmamalısan. Bu zaman cəsarət ön planda olmalıdı. Əks halda uğurdan söhbət gedə bilməz.

Uğuru bəzən şans, bəzən də Tanrının qisməti adlandırırlar. Həmsöhbətimin fikrinə görə, şans elə özü uğur qazanmaq imkanıdır. Hər hansı bir işin sonunun gözəl və nəticəsinin uğurlu olması üçün ilk olaraq səbir etməlisən. Səbir etmək hər bir uğurun, müvəffəqiyyətin ilk şərtidir. Gülayə xanım illərlə qazandığı uğurun sirlərini də bizimlə bölüşdü. “Uğuru əldə etməyimdə ailəmizin böyük rolu olub. Atamla anam ailə quranda atam yetim, kasıb oğlan, anam isə imkanlı ailənin qızı imiş. Anamı atamla evlənməsinə razı olmadıqlarına görə bir-birilərinə qoşulub qaçmalı olublar. Və söz verib, qarşılarına məqsəd qoyublar ki, öz övladlarına, yəni bizə layiq olduğumuz  həyatı yaşatsınlar. Həm oxuyub, həm işləyiblər. Ailədə 6 uşaq olmuşuq. Hamımızı oxutdurub, ali təhsil almağımıza şərait yaradıblar. Mən də uşaqlıqdan öyrəndim ki, hər uğurun kökündə zəhmət, səbr dayanır. Mənim bu günki uğurumun əsl səbəbkarları valideynlərim, onlardan aldığım örnək və bu uğura gedən yolda kifayət qədər səbirli ola bilməyimdi”.

“Öz bacarığı ilə uğur əldə edən insan dedikdə ilk ağlınıza kim gəlir? – sualına Gülayə Səfərovanın cavabı belə oldu: “ Bayaq dediyim kimi uşaqlıqda bunu valideynlərimdə görmüşdüm və bir də uğur dedikdə ilk ağlıma gələn Ulu Öndərimiz Heydər Əliyev olur. Yadımdadı. Bir dəfə televiziyaların birində milliliderlə bağlı bir film göstərirdilər. O, danışırdı ki, “biz ailədə çox uşaq idik, kiçik bir evimiz var idi, hamımız lampa işığının ətrafına yığılıb dərs oxuyardıq”. Baxın, Ulu Öndərimiz  öz zəkası və zəhməti ilə kiçik bir evin çıraq işığından Azəbaycan kimi böyük bir məmləkətin işığını yandırdı”.

Sonda uğura gedən yolda Gülayə xanımın gənclərimizə tövsiyəsi də oldu. “Gənclərimizə demək istərdim ki, uğur insanın ayağına öz-özünə gəlmir, bunun üçün zəhmət çəkmək, tər tökmək və səbr etmək lazımdır. Əgər bunu bacarsalar uğur hər zaman onlarla olacaq. Hər kəsə uğura qənşər gəlməsini arzulayıram!”

ŞƏRHLƏR
XƏBƏRLƏR
“Əhali arasında tibbi maarifləndirmə işinin təşkili və əhaliyə tibbi-psixoloji yardımların göstərilməsi” layihəsi başa çatıb - 15 / 08 / 2018 14:15
Layihə çərçivəsində bölgələrdə prezidentin fərmanına ictimai dəstək verilib - 15 / 08 / 2018 13:38
“Peşə təhsili ndə səriştəli kadrların yetişdirilməsi” - 15 / 08 / 2018 13:30
Bakı QHT Resurs və Təlim Mərkəzi QHT-ləri dəvət edir... – Elan - 15 / 08 / 2018 12:49
Bakıda ‘Life Long Learning’ formu keçiriləcək. - 15 / 08 / 2018 12:45
“Ailə Dünyası” Qazax rayonunun “Sınıq körpü” sərhəd-keçid məntəqəsində maarifləndirmə aksiyası keçirib - 15 / 08 / 2018 10:27
Summit of heads of state of Caspian countries great historical event - analyst - 14 / 08 / 2018 17:27
Hotellər Assosiasiyası yaradılacaq - 14 / 08 / 2018 17:17
Каспийская декларация: выдающееся достижение азербайджанской дипломатии - 14 / 08 / 2018 17:15
Xəzərin hüquqi statusu haqqında Konvensiya Azərbaycan diplomatiyasının böyük nailiyyətidir - 14 / 08 / 2018 15:24
Türk dünyası bir araya gəldi - 14 / 08 / 2018 13:40
QHT TV Xəbərlər Bloku - 06 - 14 / 08 / 2018 12:09
Layihə çərçivəsində “Qeyri-rəsmi məşğulluğa qarşı məlumatlandırma və təbliğat işlərinin təşkili” ilə bağlı mövqe sənədi hazırlanıb - 14 / 08 / 2018 10:16
Emin Həsənli: “Azərbaycan tərəfi 40 dəqiqəyə Ohanyan xəttini darmadağın etdi” - 14 / 08 / 2018 07:25
QHT sədri generalla görüşdü - 13 / 08 / 2018 18:27
“Erməni şəbəkəsinin məyusluğu hiss olunur” – Sahib Məmmədov - 13 / 08 / 2018 16:34
Binəqədi rayonunda yaşayan Qarabağ müharibəsi əlilləri və şəhid ailələri ilə görüş keçirilib - 13 / 08 / 2018 12:57
Gənclər Fondununun icraçı direktoru Türkiyədə işgüzar səfərdə olub - 13 / 08 / 2018 11:07
Nazirliyin işsizlərlə bağlı yeni qərarı: nəyi dəyişəcək? - 13 / 08 / 2018 09:25
V Xəzər Sammiti – Xəzərin hüquqi statusunu müəyyənləşdirməklə böyük tarixi hadisəyə çevrildi - 13 / 08 / 2018 07:02
Cənub bölgəsində hemofiliya və digər laxtalanma pozulmalarına dair təlimlər keçirilib - 11 / 08 / 2018 19:05
Beynəlxalq “Zaparoji Kazakları” Birliyinin Getmanı Azərbaycanda işgüzar səfərdə olub - 11 / 08 / 2018 10:55
Ekspert: “Sosial şəbəkələrdə əks hücum taktikası qurulmalıdır” - 10 / 08 / 2018 13:46
Kənd təsərrüfatı naziri İnam Kərimov Nar İstehsalçıları və İxracatçıları Assosiasiyasının üzvləri ilə görüşüb - 10 / 08 / 2018 13:38
“Tacikistan prezidentinin Azərbaycana səfəri strateji əhəmiyyətə malikdir” - Politoloq Rufiz Qonaqov - 10 / 08 / 2018 12:44
Tanınmış QHT sədrindən açıqlama: SMS göndərməklə reforma aparmaq alınmayacaq, xüsusən sosial sahədə - 10 / 08 / 2018 11:43
Milli ziyalı Mobil Vəkiloğlu haqqında.. - 10 / 08 / 2018 08:23
QHT sədri Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədrinə təşəkkür etdi - 09 / 08 / 2018 17:15
Şəmkir rayonunda növbəti məlumatlandırma sessiyaları həyata keçirilib - 09 / 08 / 2018 08:21
Məcburi köçkün icmaları arasında yol təhlükəsizliyi mövzusunda keçirilən intellektual müsabiqəyə yekun vuruldu - 08 / 08 / 2018 12:29