“Daş karxanalarında əmək şəraitinin yaxşılaşdırılması lazımdır” -Sahib Məmmədov
A A A
05/15/2018
Oxunma sayısı : 3209


“Daş karxanalarını bağlamaqla vəziyyəti düzəltmək mümkün deyil, nəzərə almaq lazımdır ki, bu sahədə çoxlu sayda insan çalışır”

Sahib Məmmədov: “Daş karxanalarında əmək şəraitinin yaxşılaşdırılması lazımdır”

 

Məlum olduğu kimi, Əmlak Məsələləri Dövlət Komitəsi ölkədə fəaliyyət göstərən daş və qum-çınqıl karxanalarının monitorinqini aparıb. Komitənin yaydığı məlumatda qeyd olunur ki, nəticədə respublika üzrə 585 daş və qum-çınqıl karxanasının fəaliyyət göstərdiyi müəyyən edilib və onların elektron məlumat bazası yaradılıb.

Aparılmış təhlillər və monitorinqlər nəticəsində 250 belə karxananın torpaq qanunvericiliyinin tələblərinin pozulması halları əsasında fəaliyyət göstərdiyi müəyyən edilib. Qanunsuz fəaliyyət göstərən bu karxanaların işi dayandırılıb. Hazırda 238 daş və qum-çınqıl karxanası fəaliyyət göstərir ki, onlardan 23-ü qanuni sənədləşmə aparılmaqla işləyir. Monitorinqlər nəticəsində 127 karxanada baş vermiş qanun pozuntusu hallarına görə inzibati protokollar yazılıb, 46 karxananın fəaliyyətində torpaq sahəsinin özbaşına zəbt olunması halları olduğundan, tərtib olunmuş sənədlər tədbir görülməsi üçün hüquq-mühafizə orqanlarına göndərilib. Hazırda 42 karxanada araşdırmalar davam etdirilir. Ən çox belə hallar paytaxtın Xəzər, Qaradağ, eləcə də Abşeron, İmişli, Quba, Şəki, Qazax rayonlarında müşahidə edilib.

Qeyd edək ki, bu sahədə qeyri-şəffaf proseslər gedirdi. Qanunsuz fəaliyyət göstərən daş karxanalarının aşkar olunub onlarla bağlı müəyyən işlərin görülməsi bu sektorda şəffaflığın yaranmasına səbəb ola bilərmi?

“Vətəndaşların əmək hüquqları Liqasının” sədri Sahib Məmmədov qəzetimizə açıqlamasında qeyd etdi ki, bu sahədə özbaşınalıq hökm sürürdü. Daş karxanalarında əməyin mühafizəsi sıfır səviyyəsində idi: “İşçilərlə əmək müqaviləsi imzalanmırdı. Orada işləyən insanlar bir müddət sonra xəstəlik tapırdılar və ya dəzgahlarda işçilər sağlamlıqlarını itirirdilər. Ağır əmək şəraiti qarşılığında onlara aşağı məvacib verilirdi”.

Həmsöhbətimiz onu da bildirdi ki, daş karxanalarını bağlamaqla vəziyyəti düzəltmək mümkün deyil. Nəzərə almaq lazımdır ki, bu sahədə çoxlu sayda insan çalışır: “Hesab edirəm ki, daş karxanalarının bağlanması daş sahəsində monopoliyaya səbəb ola bilər. Qiymətin bahalaşması baş verə bilər”.

Ekspertin sözlərinə görə, daş karxanalarında əmək şəraitini yaxşılaşdırmaq lazımdır. Eyni zamanda, işçiləri formal əmək bazarına gətirmək vacibdir: “Müasir texnoloji avadanlıqlar tətbiq olunmalı, vergilər vaxtlı-vaxtında ödənilməlidir”.

Aytəkin KƏRİMLİ

ŞƏRHLƏR

Digər Yazılar
XƏBƏRLƏR
Cümhuriyyətin 100 illiyinə həsr olunmuş intellektual yarışa yekun vuruldu - 25 / 05 / 2018 17:31
“Vətəndaşların pensiya hüquqlarının reallaşdırılması problemləri” mövzusunda təlim keçirilib - 25 / 05 / 2018 17:09
Sumqayıtda şəhərində “İnsan alverinin qarşısının alınması" mövzusunda təlim keçirildi - 25 / 05 / 2018 14:14
Siyavuş Novruzov: QHT-lərin əksəriyyəti populizmlə məşğuldur - 24 / 05 / 2018 21:56
“AXC: Türk ölkələrinin dövlət quruculuğu tarixində müasir model” adlı konrans keçirildi - 24 / 05 / 2018 21:54
Albaniyada Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə bağlı tədbirlər keçirilib - 24 / 05 / 2018 21:35
Ahıllara və Tənhalara Dəstək ictimai birliyi yazıçı ilə görüş təşkil etdi - Bakı Türk Anadolu Liseyində - 24 / 05 / 2018 21:25
Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş intellektual yarışmaya start verildi - 24 / 05 / 2018 20:47
“Rüstəm İbrahimbəyov soyadını dəyişib İbrahimyan etsin” - 24 / 05 / 2018 20:37
“İbrahimbəyovun filmi ölkəmizə və xalqımıza təhqirdir” – Azay Quliyev - 24 / 05 / 2018 20:37
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin dəstəyi ilə sağlamlıq imkanları məhdud uşaqlar üçün reabilitasiya mərkəzlərinin fəaliyyəti təşkil olunub - 24 / 05 / 2018 13:52
Aztəminatlı ailələrdən olan yeniyetmələr üçün hazırlıq kursları təşkil olunub - 24 / 05 / 2018 08:24
2-ci qrant müsabiqəsinin qalibləri açıqlandı - Siyahı - 23 / 05 / 2018 12:51
MQF Monitorinq Komissiyası "Şəffaflıq, ictimai nəzarət və ictimai şuraların fəaliyyəti" mövzusuna həsr olunmuş tədbir keçirib. - 23 / 05 / 2018 12:28
Qusarda Xalq Cümhuriyyətinin 100 illiyi gənclərin iştirakı ilə qeyd olunub - 23 / 05 / 2018 10:51
Şura Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100-cü ildönümünə həsr olunan elmi-praktik konfrans keçirib - 23 / 05 / 2018 03:30
“Xaricdəki tədbirlərdə xeyli qulağı sırğalı, uzunsaçlı oğlanlar görürəm ki, vaxtilə bizdə siyasi məhbus olublar” - Video - 22 / 05 / 2018 17:13
Deputat Azay Quliyev bu gün seçicilərini qəbul edib - 22 / 05 / 2018 17:01
Şura Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100-cü ildönümünə həsr olunan konfrans keçirəcək - 22 / 05 / 2018 17:00
“Tənəffüs və səs vibrasiyaları üzərindən meditasiya” təlimi - 22 / 05 / 2018 13:40
Gəncə şəhərində “Təlimçilər üçün təlim” proqramı keçirildi - 22 / 05 / 2018 13:34
ATƏT PA sədri: "Azərbaycanla konstruktiv əməkdaşlıq üçün kifayət qədər resursumuz var" - 22 / 05 / 2018 09:57
Loqosda “Layihələrin yazılması və idarə edilməsi” adlı təlimlərin ikinci mərhələsi başa çatıb. - 22 / 05 / 2018 08:11
Şirvan İqtisadiyyat və Humanitar Kollecinində seminar təşkil olunub - 22 / 05 / 2018 07:53
ABŞ-da AXC-nin 100 illiyi ilə bağlı silsilə tədbirlər keçirilib - 22 / 05 / 2018 06:59
"QHT sədrinin insanların milli, mənəvi dəyərləri ilə bağlı qeyri-adekvat davranışı qəbuledilməzdir" - Elməddin Behbud - 22 / 05 / 2018 06:14
Şirvan şəhərində "Komandada Öz Yerini Tap" mövzusunda təlim keçirilib - 21 / 05 / 2018 16:34
"Sumqayıt şəhər məktəblərində şagirdlərin milli-mənəvi,estetik hisslərinin formalaşmasının təbliği ilə bağlı maarifləndirmə işinin dəstəklənməsi” layihəsi davam edir - 21 / 05 / 2018 13:44
“Qərarların qəbulunda vətəndaş iştirakçılığı” mövzusunda konfrans keçirilib - 21 / 05 / 2018 13:19
“BİZİM PLANET” də Prezident İlham Əliyevin Naxçıvana səfəri müzakirə olundu - 21 / 05 / 2018 08:29