Veteranlar təşkilatında Çexiya Respublikasının səfiri ilə görüş keçirilib
A A A
05/16/2018
Oxunma sayısı : 8876

|

16 may 2018-ci ildə Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında Çexiya Respublikasının Azərbaycan Respublikasındakı səfiri cənab Petr Vaqnerlə görüş keçirilmişdir. 

QHT.az xəbər verir ki, Respublika Veteranlar Təşkilatının sədri, general-polkovnik Tofiq Ağahüseynov qonaqları salamlamış, onlara Azərbaycanın İkinci dünya müharibəsində iştirakı, Təşkilatın fəaliyyəti, ölkəmizdə veteranlara dövlət tərəfindən göstərilən qayğı barədə ətraflı məlumat vermişdir. O, həmçinin Çexiyanın alman faşizmindən azad edilməsi uğrunda gedən döyüşlərdə soydaşlarımızın göstərdikləri qəhrəmanlıqlardan söhbət açmış, Çexiya və Azərbaycan veteran təşkilatları arasında əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsi üçün belə görüşlərin xüsusi əhəmiyyət kəsb etdiyini vurğulamışdır. 
General-polkovnik Tofiq Ağahüseynov özünün də İkinci dünya müharibəsi veteranı olduğunu, hərbi xidməti dövründə 7 il Çexiyada işlədiyini bildirmiş və bu ölkə ilə, çex xalqı ilə bağlı xoş xatirələrini bölüşmüşdür.  

Görüş iştirakçılarını milli Azərbaycan diviziyalarının zəfər yolu barədə geniş məlumat verən Respublika Veteranlar Təşkilatının sədr müavini, ehtiyatda olan polkovnik Cəlil Xəlilov həmin dövrdə Çexoslovakiya ərazisində, xüsusilə Praqa şəhəri uğrunda gedən döyüşlərdə həmyerlilərimizin göstərdikləri şücayətdən bəhs etmişdir. O, İkinci dünya müharibəsi cəbhələrində 30 ay fasiləsiz döyüşlər aparmış, Qırmızı Bayraq və II dərəcəli Suvorov ordenləri ilə təltif edilmiş 416-cı milli diviziyanın Bakıdan Praqaya qədər 5000 km. döyüş yolu qət edərək, Çexoslovakiya ilə yanaşı, daha 5 Avropa ölkəsinin – Rumıniya, Bolqarıstan, Yuqoslavinya, Macarıstan, Avstriyanın faşizmdən azad edilməsindəki iştirakından danışmış, diviziyanın zabit və əsgərlərdən 5 nəfərinə Sovet İttifaqı Qəhrəmanı fəxri adının verildiyini bildirmişdir. Qonaqlara 223-cü milli atıcı diviziyanın 1942-ci ilin yayında Şimali Qafqazdan başlayan döyüş yolunun Ukrayna, Moldova, Bolqarıstan, Yuqoslaviya, Macarıstan, Avstriyadan keçməsi, diviziyanın 1945-ci il mayın 9-da Çexoslovakiyaya daxil olması və mayın 12-də Amerika ordusunun hərbi hissələri ilə görüşməsi yada salınmış, onun döyüşçülərindən 3483 nəfərinin müxtəlif orden və medallarla təltif edilməsi, 2 nəfərinə Sovet İttifaqı Qəhrəmanı adının verildiyi bildirilmişdir. Qonaqlara Çexoslavakiyanın azadlığı uğrunda döyüşlərdə fərqlənmiş 77-ci Azərbaycan diviziyası barədə də məlumat verimişdir.  

Daha sonra Çexiya səfirinə hazırda həmin döyüşlərin iştirakçısı olmuş 8 nəfər azərbaycanlının həyatda olması, onların digər müharibə veteranları ilə bərabər hərtərəfli qayğı və diqqətlə əhatə edildikləri çatdırılmışdır. 
Səfir Petr Vaqner Respublika Veteranlar Təşkilatının sədrinə və sədr müavininə ətraflı məlumatlata görə öz minnətdarlıq etmiş, Azərbaycan Respublikasının dövlət orqanları və ictimai təşkilatları ilə Çexiyanın müvafiq qurumlarının qarşılıqlı əməkdaşlığının faydalı və arzuedilən olduğunu bidirmişdir. O, Çexiyanın alman faşizmindən azad edilməsi uğrunda gedən döyüşlərdə iştirak etmiş bütün insanların xatirəsinin çex xalqı üçün daim əziz olduğunu xüsusi vurğulayaraq, həmin qanlı döyüşlərin sağ qalan iştirakçıları ilə görüşə imkan yaradılmasını xahiş etmişdir. Bundan məmnun qalacaqlarını bildirən səfir həmçinin hər iki ölkənin veteran təşkilatları arasında əlaqələrin qurulmasının vacibliyini qeyd etmişdir. 
Görüşün sonunda xatirə şəkilləri çəkilmişdir.


Respublika Veteranlar Təşkilatı

ŞƏRHLƏR

Digər Yazılar
XƏBƏRLƏR
Cümhuriyyətin 100 illiyinə həsr olunmuş intellektual yarışa yekun vuruldu - 25 / 05 / 2018 17:31
“Vətəndaşların pensiya hüquqlarının reallaşdırılması problemləri” mövzusunda təlim keçirilib - 25 / 05 / 2018 17:09
Sumqayıtda şəhərində “İnsan alverinin qarşısının alınması" mövzusunda təlim keçirildi - 25 / 05 / 2018 14:14
Siyavuş Novruzov: QHT-lərin əksəriyyəti populizmlə məşğuldur - 24 / 05 / 2018 21:56
“AXC: Türk ölkələrinin dövlət quruculuğu tarixində müasir model” adlı konrans keçirildi - 24 / 05 / 2018 21:54
Albaniyada Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə bağlı tədbirlər keçirilib - 24 / 05 / 2018 21:35
Ahıllara və Tənhalara Dəstək ictimai birliyi yazıçı ilə görüş təşkil etdi - Bakı Türk Anadolu Liseyində - 24 / 05 / 2018 21:25
Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş intellektual yarışmaya start verildi - 24 / 05 / 2018 20:47
“Rüstəm İbrahimbəyov soyadını dəyişib İbrahimyan etsin” - 24 / 05 / 2018 20:37
“İbrahimbəyovun filmi ölkəmizə və xalqımıza təhqirdir” – Azay Quliyev - 24 / 05 / 2018 20:37
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin dəstəyi ilə sağlamlıq imkanları məhdud uşaqlar üçün reabilitasiya mərkəzlərinin fəaliyyəti təşkil olunub - 24 / 05 / 2018 13:52
Aztəminatlı ailələrdən olan yeniyetmələr üçün hazırlıq kursları təşkil olunub - 24 / 05 / 2018 08:24
2-ci qrant müsabiqəsinin qalibləri açıqlandı - Siyahı - 23 / 05 / 2018 12:51
MQF Monitorinq Komissiyası "Şəffaflıq, ictimai nəzarət və ictimai şuraların fəaliyyəti" mövzusuna həsr olunmuş tədbir keçirib. - 23 / 05 / 2018 12:28
Qusarda Xalq Cümhuriyyətinin 100 illiyi gənclərin iştirakı ilə qeyd olunub - 23 / 05 / 2018 10:51
Şura Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100-cü ildönümünə həsr olunan elmi-praktik konfrans keçirib - 23 / 05 / 2018 03:30
“Xaricdəki tədbirlərdə xeyli qulağı sırğalı, uzunsaçlı oğlanlar görürəm ki, vaxtilə bizdə siyasi məhbus olublar” - Video - 22 / 05 / 2018 17:13
Deputat Azay Quliyev bu gün seçicilərini qəbul edib - 22 / 05 / 2018 17:01
Şura Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100-cü ildönümünə həsr olunan konfrans keçirəcək - 22 / 05 / 2018 17:00
“Tənəffüs və səs vibrasiyaları üzərindən meditasiya” təlimi - 22 / 05 / 2018 13:40
Gəncə şəhərində “Təlimçilər üçün təlim” proqramı keçirildi - 22 / 05 / 2018 13:34
ATƏT PA sədri: "Azərbaycanla konstruktiv əməkdaşlıq üçün kifayət qədər resursumuz var" - 22 / 05 / 2018 09:57
Loqosda “Layihələrin yazılması və idarə edilməsi” adlı təlimlərin ikinci mərhələsi başa çatıb. - 22 / 05 / 2018 08:11
Şirvan İqtisadiyyat və Humanitar Kollecinində seminar təşkil olunub - 22 / 05 / 2018 07:53
ABŞ-da AXC-nin 100 illiyi ilə bağlı silsilə tədbirlər keçirilib - 22 / 05 / 2018 06:59
"QHT sədrinin insanların milli, mənəvi dəyərləri ilə bağlı qeyri-adekvat davranışı qəbuledilməzdir" - Elməddin Behbud - 22 / 05 / 2018 06:14
Şirvan şəhərində "Komandada Öz Yerini Tap" mövzusunda təlim keçirilib - 21 / 05 / 2018 16:34
"Sumqayıt şəhər məktəblərində şagirdlərin milli-mənəvi,estetik hisslərinin formalaşmasının təbliği ilə bağlı maarifləndirmə işinin dəstəklənməsi” layihəsi davam edir - 21 / 05 / 2018 13:44
“Qərarların qəbulunda vətəndaş iştirakçılığı” mövzusunda konfrans keçirilib - 21 / 05 / 2018 13:19
“BİZİM PLANET” də Prezident İlham Əliyevin Naxçıvana səfəri müzakirə olundu - 21 / 05 / 2018 08:29