Gömrük orqanlarının fəaliyyətində şəffaflıq və hesabatlılıq müzakirə olunub
A A A
05/16/2018
Oxunma sayısı : 19456

Mayın 14-də “Pullman Baku” otelində Açıq Hökumət Platformasının və  Dövlət Gömrük Komitəsinin birgə təşkilatçılığı ilə “Gömrük orqanlarının fəaliyyətində şəffaflıq və hesabatlılıq” mövzusunda İctimai Müzakirə keçirilib.

Tədbirdə Dövlət Gömrük Komitəsi rəsmiləri,  Açıq Hökumət Platforması üzvləri və digər QHT təmsilçiləri,  millət vəkilləri, dövlət orqanları, beynəlxalq təşkilatların nümayəndələri iştirak ediblər.

Tədbirdə çıxış edən Dövlət Gömrük Komitəsi sədrinin müavini, gömrük xidməti general-leytenantı Rza Həsənəliyev Prezident İlham Əliyev tərəfindən son illərdə bütün sahələrdə həyata keçirilən iqtisadi islahatlar, bu islahatların ölkəmizin dinamik inkişafında rolu və gömrük orqanlarının bu sahədəki fəaliyyətindən bəhs edərək bildirib ki, ölkənin iqtisadi həyatında olduqca mühüm yerdə dayanan gömrük orqanları beynəlxalq ticarət təchizatının kompleks idarə edilməsində mühüm rola malikdir. Daha sonra komitə rəsmisi ölkə başçısının gömrük sahəsində həyata keçirdiyi islahatlar, bu islahatların iqtisadiyyatın və beynəlxalq ticarətin inkişafındakı rolu, gömrük orqanlarının modernləşdirilməsi, kadrların potensialının gücləndirilməsi, gömrük işinin səmərəli təşkili istiqamətində həyata keçirilən innovasiya layihələrindən bəhs edib.

Açıq Hökumət Platformasının koordinatoru, “Konstitusiya” Araşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyev tədbirin gömrük orqanları ilə vətəndaş cəmiyyəti arasındakı əlaqələrin gücləndirilməsinə mühüm töhfə verəcəyinə əminliyini ifadə edib. Əliməmməd Nuriyev şəffaflıq və hesabatlılığın dərinləşdirilməsinin vacibliyindən, bunun ölkədə həyata keçirilən islahatların səmərəliliyinin artmasına müsbət təsirindən bəhs edib və gömrük orqanlarında bu istiqamətdə atılan addımların təqdirəlayiq olduğunu diqqətə çatdırıb.

Daha sonra Dövlət Gömrük Komitəsinin Daxili Təhlükəsizlik İdarəsinin rəisi Fuad Qasımov “Gömrük orqanlarının fəaliyyətində şəffaflıq və hesabatlılığın təmin edilməsi ilə əlaqədar həyata keçirilən tədbirlər” mövzusunda təqdimatla çıxış edib. Fuad Qasımov gömrük işinin təşkili sahəsində Prezident İlham Əliyev tərəfindən həyata keçirilən tədbirlər, bu tədbirlərin şəffaflığın təmin edilməsindəki rolu barədə məlumat verib, gömrük-biznes münasibətlərində subyektiv amillərin aradan qaldırılması, vətəndaşlara xidmət səviyyəsinin yüksəldilməsi sahəsində atılan addımlardan söz açıb.

DGK-nın Fəaliyyətin Qiymətləndirilməsi və İnkişaf Proqramları Baş idarəsinin rəisi, gömrük xidməti general-mayoru İqbal Babayev “Gömrük-biznes əməkdaşlığında elektron xidmətlərin rolu” mövzusunda çıxış edib. O, DGK tərəfindən tətbiq edilən informasiya texnologiyaları layihələri, bu layihələrin şəffaflığın təmin edilməsindəki rolu barədə məlumat verib. İ.Babayev onu da bildirib ki, Azərbaycan gömrükçüləri tərəfindən tərtib edilən layihələrin nəinki regional, beynəlxalq səviyyədə gömrük işinin səmərəli şəkildə təşkilinə, sərhədkeçmə prosesinin sürətləndirilməsinə, beynəlxalq ticarətin asanlaşdırılmasına mühüm töhfələr verib və artıq bir sıra ölkələr Azərbaycanın bu sahədəki qabaqcıl təcrübəsindən bəhrələnir. İ.Babayev DGK-nın gələcək planlarından da söz açıb.

Açıq Hökumət Platformasının koordinatoru Əliməmməd Nuriyev“Gömrük orqanlarının fəaliyyətinə vətəndaş cəmiyyətinin baxışı” mövzusundakı təqdimatla çıxış edib. Təqdimat DGK-nın fəaliyyəti ilə əlaqədar ictimai etimadın artırılması,  şəffaflıq və hesabatlılığın müasir standartlarının tətbiqi, ictimai iştirakçılığın genişləndirilməsi,  effektiv antikorrupsiya atrategiyası ilə bağlı  ümumi yanaşma və konkret təklifləri əks etdib. Ə.Nuriyev bildirib ki, DGK islahatları və innovasiyaları, pozitiv  dəyişiklikləri barədə  ictimaiyyəti daha çox məlumatlandırmalıdır. DGK üçün effektiv kommunikasiya strategiyası çox mühümdür. DGK müasir metodlarla audio-vizual məlumatlandırmadan, sosial şəbəkələrin imkanlarından daha çox istifadə etməlidir. Platforma koordinatoru Effektiv Antikorrupsiya Strategiyası üçün məqbul hesab etdikləri yanaşmadan söz açıb və təklifləri səsləndirib. Ə.Nuriyev DGK-nın fəaliyyətində ictimai iştirakçılığın genişləndirilməsi ilə bağlı təklifləri də diqqətə çatdırıb, şəffaflığı və hesabatllığı təmin edəcək tədbirlər  barədə vətəndaş cəmiyyətinin mövqeyini ifadə edib. O, gömrük xidmətinin moderinizasiyası üçün əlavə səylərin göstərilməli olduğu sahə və istiqamətləri də qeyd edib.

Platforma üzvü Multimedia Mərkəzinin rəhbəri Osman Gündüz DGK-nın elektron xidmətləri, nəqliyyat vasitələri və malların idxal və ixracı, gömrük keçid məntəqlərinin işi, DGK-nın informasiya təminatı, digər dövlət orqanları ilə əməkdaşlıq  məsələləri ilə əlaqədar təkmilləşdirmələr barədə təkliflərlə çıxış edib.

Millət vəkili Qüdrət Həsənquliyev gömrük xidmətində kadr hazırlığının önəmini, DGK-nın ictimai əlaqələrinin inkişaf etməsi, Komitənin fəaliyyətində ictimai iştirakçılığın genişlənməsinin önəmini vuğulayıb.

Platforma üzvləri QHT rəhbərləri və ekspertləri Novella Cəfəroğlu, Ümid Rəhimoğlu, Rauf Zeyni, Rəşad Həsənov, Rahilə Mediyeva, Məhluqə Rəhimova öz təklif və iaradlarını diqqətə çatdırıblar.

DGK rəsmiləri və Platforma koordinatoru qeydlərə öz münasibətlərini bildiriblər və çoxsaylı sualları cavablandırıblar.


ŞƏRHLƏR

Digər Yazılar
XƏBƏRLƏR
Şuranın dəstəyilə "Radikal dini cərəyanlarla mübarizədə maarifçilik işinin təşkili" mövzusunda tədbir keçirilib - 20 / 09 / 2018 12:15
ATƏT-in Parlament Assambleyasının sədri Azərbaycanda səfərdədir - 20 / 09 / 2018 07:59
“Qarabağ dünən və bu gün” mövzusunda ictimai müzakirələr Ruminiya səfirliyində davam etdi. - 20 / 09 / 2018 06:15
Şəhid ailələrinə 11 min manat nə vaxt və necə ödəniləcək? - Şərh - 19 / 09 / 2018 22:32
Səbuhi Abbasov ATƏT-in tədbirində iştirakçılara səsləndi: "Mən sadəcə öz doğma yurduma, evimə qayıtmaq istəyirəm" - VARŞAVADA (VİDEO) - 19 / 09 / 2018 14:38
“Qarabağ dünən və bu gün” mövzusunda ictimai müzakirələr Polşa səfirliyində davam etdi - 19 / 09 / 2018 09:59
Şuranın dəstəyilə həyata keçirilən layihənin yekun tədbiri keçirilib - 18 / 09 / 2018 20:53
ATƏT toplantısında erməni təxribatı, separatçı çıxış edən erməni zaldan qovulub - 18 / 09 / 2018 19:55
Sahib Məmmədov: Konvensiya əleyhinə bir şəbəkə də yaradılır - 18 / 09 / 2018 14:29
Şuranın dəstəyilə qeyri-leqal məşğulluğun qarşısının alınması və işçilərin əmək hüquqlarının müdafiəsi mövzusunda veriliş hazırlanıb - 18 / 09 / 2018 05:51
“Qurbağa öpüşü” təqdim ediləcək - Ceylan Mumoğludan yeni kitab - 17 / 09 / 2018 18:40
Şuranın dəstəyilə dini radikalizmlə mübarizəyə dair layihə icra olunur - Video - 17 / 09 / 2018 18:07
Azay Quliyev: "Paşinyan bu addımları ilə bölgəni yenidən iri miqyaslı hərbi əməliyyatlara sürükləyir" - 17 / 09 / 2018 17:37
Şuranın dəstəyi ilə QHT TV-nin Xəbərlər blokunun X buraxılışı hazırlanıb - Video - 17 / 09 / 2018 05:37
Dələduzluqda və rüşvət almaqda ittiham olunan QHT sədrinin məhkəmə işi yekunlaşdı - 16 / 09 / 2018 18:15
Bu parad türk dünyasına qardaşlıq, səmimi dostluq mesajı idi - 16 / 09 / 2018 10:26
"Türk və Azərbaycan əsgərlərinin əziz xatirəsi iki qardaş xalqın qəlbində hər zaman yaşayacaq!" - Azay Quliyev - 15 / 09 / 2018 14:54
“15 sentyabr paradı Azərbaycan və Türkiyənin birlik mesajı idi” - Cəsarət Hüseynzadə - 15 / 09 / 2018 14:48
Liderlərin görüşü: Azərbaycan-Rusiya əlaqələri strateji tərəfdaşlığın məzmununa tamamilə uyğundur - 15 / 09 / 2018 09:22
“İnsanlığın qətl günü”: Xocalı ilə bağlı UNİKAL ADDIM - FOTO - 14 / 09 / 2018 19:54
Növbəti tədbir Xaçmaz rayonunda baş tutub - 14 / 09 / 2018 19:45
Özbəkistan ATƏT PA-nın Azərbaycanın təşəbbüsü ilə yaradılmış İpək Yoluna Dəstək Qrupuna üzvlüyə dəvət edilib - 14 / 09 / 2018 08:00
QHT-lərə Dövlət Dəstəyi Şurasının təşkilatçılığı ilə Bakının işğaldan azad olunmasının 100 illiyinə həsr edilmiş konfrans keçirilib - 13 / 09 / 2018 19:49
“15 sentyabr Türkiyə-Azərbaycan qardaşlığının bariz nümunəsi kimi əlamətdardır” MÖVQE-ÖZƏL - 13 / 09 / 2018 11:02
Milli QHT Forumu Qafqaz İslam Ordusunun 100 illik dönümü münasibətilə tədbir keçirib - 13 / 09 / 2018 10:53
“Yerli İdarəetməyə Yardım” ictimai birliyi regionlarda infosessiyalar keçirib - 12 / 09 / 2018 20:43
Türkiyənin qazi və ehtiyatda olan zabitlərdən ibarət nümayəndə heyəti Bakıda səfərdədirlər - 12 / 09 / 2018 20:31
Hemofiliyalı Xəstələrin dərman preparatlarının təminatında problemlər yaranıb - Video - 12 / 09 / 2018 17:40
Azay Quliyev: “ATƏT-in bütün üzvləri Mərkəzi Asiya ölkələri və Əfqanıstan arasında daha güclü inteqrasiyanı dəstəkləyir” - 12 / 09 / 2018 17:17
Bakının bolşevik-daşnak işğalından azad olunmasının 100 illik yubileyi Respublika Veteranlar Təşkilatında qeyd edilib - 12 / 09 / 2018 13:25