“Qərarların qəbulunda vətəndaş iştirakçılığı” mövzusunda konfrans keçirilib
A A A
05/21/2018
Oxunma sayısı : 35669

|

Bakıda “Qərarların qəbulunda vətəndaş iştirakçılığı” mövzusunda konfrans keçirilib.

QHT.az APA-a istinadən  xəbər verir ki, tədbirdə Avropa Şurası və Avropa İttifaqının Azərbaycan nümayəndəliklərinin rəhbərləri, Milli Məclisin üzvləri, hökumət və qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak ediblər.

 
Avropa Şurası Bakı ofisinin rəhbəri Zoltan Hernyeş “Qərarların qəbulunda vətəndaş iştirakçılığı” mövzusunda müzakirə edilən layihənin AŞ və Avropa İttifaqının birgə layihəsi olduğunu deyib. O, sənəddə hökumətin bütün səviyyələrdə vətəndaşların iştirakını nəzərdə tutan qanunvericilik, institusional çərçivələrin yaradılması, şəffaflığın təmin olunması, qərarların qəbulunda xüsusilə qadınların iştirakının təminatı kimi məsələlərin nəzərdə tutulduğunu söyləyib.

 
Avropa Şurası Demokratiya Baş Direktorluğunun Demokratik İdarəçilik Departamentinin rəhbəri Daniel Popescu bildirib ki, mövcud qanunvericilik təkamül prosesində inkişaf etdirilməlidir: “Çalışırıq ki, bu, bir qədər yaxşılaşsın və iştirakçılığı daha asan şəkildə təşkil etmək mümkün olsun”.

 Avropa İttifaqının  (Aİ) Azərbaycan nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas da layihənin icrasında əsas məqsədin bu sahəni təkmilləşdirmək və bu günün, sabahın tempinə uyğun inkişafını təmin etmək olduğunu vurğulayıb.

 Tədbirdə çıxış edən millət vəkili, QHT-lərə Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev Azərbaycanda qərarların qəbulunda vətəndaş iştirakçılığının Konstitusiyanın 54-cü maddəsinin birinci hissəsinin əsas tələbi olduğunu deyib: “Bu tələbi yerinə yetirmək üçün qəbul edilmiş qanuna əsasən mərkəzi, yerli icra hakimiyyəti, yerli özünüidarəetmə orqanlarında ictimai şuralar yaradılıb. Nazirlər Kabinetinin qəbul etdiyi xüsusi Əsasnaməyə əsasən vətəndaş qurumları bir araya gələrək nazirliklər yanında özünün qurumunu yaradır ki, qəbul edilən qərarların hazırlanmasında iştirak etsinlər”.

 
A. Quliyev əlavə edib ki, bu günə qədər bu istiqamətdə xeyli iş görülüb.

 
Konfrans müzakirələrlə davam etdirilib, tövsiyələr səsləndirilib.

ŞƏRHLƏR

Digər Yazılar
XƏBƏRLƏR
Azay Quliyev QHT-lərə dəstəyin artırılmasını təklif etdi - Video - 13 / 11 / 2018 20:56
General KƏRİM KƏRİMOV fenomeninin sirri - 13 / 11 / 2018 19:37
"Bərdə Peşə Liseyinin Modernləşdirilməsi” layihəsi çərçivəsində görüş keçirilib - 13 / 11 / 2018 17:50
QHT-nin 20 illik yubileyi münasibətilə təbrik məktubu - 13 / 11 / 2018 12:56
Respublika Veteranlar Təşkilatında Mehdi Hüseynzadənin anadan olmasının 100 illik yubileyi qeyd edilib - 13 / 11 / 2018 11:01
QHT-lərin hazırladıqları filmlərin telekanallarda yayımı məsələsi gündəmə gətirilir - 13 / 11 / 2018 09:49
Diabetə birlikdə qalib gələk - 13 / 11 / 2018 06:50
Azerbaijan, Turkey ink MoU on joint activity, cooperation on work with NGOs - 12 / 11 / 2018 19:27
Elməddin Behbud Bilik Fondunda tələbə-jurnalistlərlə görüşüb - 12 / 11 / 2018 19:07
Türkiyədəki 17 min azərbaycanlı tələbənin problemi nazirlə müzakirə edildi - 12 / 11 / 2018 09:26
Dünya Veteranlar Federasiyasının prezidenti Azərbaycan Prezidenti İlham Əliyevə minnətdarlıq məktubu ünvanlayıb - 12 / 11 / 2018 05:48
Veteran jurnalist xatirə medalı ilə təltif edildi - 11 / 11 / 2018 19:55
Hemofiliyalı vətəndaşların dərman təchizatında olan çətinliklər həllini tapmaqdadır - 11 / 11 / 2018 11:20
QHT sədri xüsusi medalla təltif edilib - 10 / 11 / 2018 17:11
Parlament Jurnalistlər Birliyinin üzvləri ənənəvi olaraq Bayraq Günündə aksiya keçirdilər - 10 / 11 / 2018 07:52
Ankarada Azərbaycan ilə Türkiyə arasında QHT-lərin birgə fəaliyyətinə dair memorandum imzalanıb - 09 / 11 / 2018 20:15
Ağdamda möhtəşəm “Bayraq yürüşü” - 09 / 11 / 2018 19:07
“Hərəyə bir bayraq verək” aksiyası - 09 / 11 / 2018 13:35
“Milli Qəhrəmanlarımızı tanıyaq və tanıtdıraq!” - 09 / 11 / 2018 05:10
QHT-lərə Dövlət Dəstəyi Şurası tarixçi-alim İsrafil Məmmədovu Fəxri Fərmanla təltif etdi - 08 / 11 / 2018 20:06
Hasilat Sənayesində Şəffaflıq üzrə Komissiyanın növbəti iclası keçirilib - 08 / 11 / 2018 17:25
“Vətəndaş Cəmiyyətinin psixoloji maarifləndirilməsi və Media” layihəsinin bağlanış mərasimi keçirilib. - 08 / 11 / 2018 11:09
Tamxil Ziyədinoğlu “Oxu Akademiyası” tərəfindən Fəxri diplomla təltif edilib - 08 / 11 / 2018 10:34
Şuranın dəstəyilə hazırlanan “İrəvan - Azərbaycanın qədim mədəniyyət mərkəzi” adlı kitabın təqdimatı olub - 08 / 11 / 2018 10:09
Onlayn mediaya maliyyə dəstəyi günün tələbidir - 08 / 11 / 2018 08:32
Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkdilər - 08 / 11 / 2018 08:13
Gənclər təşkilatı “İnteqrasiya olunmuş sosial xidmətlər modelini” təqdim etdi - 08 / 11 / 2018 08:11
Şəmistan Əlizamanlı “Diriliş Ərtoğrul”da mahnı oxudu - VİDEO - 07 / 11 / 2018 21:06
Sumqayıtda "Uşaqlar hüquqlarını bilirlərmi" mövzusunda seminar təşkil olundu - 07 / 11 / 2018 19:44
Şura sədri Azay Quliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Ankaraya səfərə gedir - 07 / 11 / 2018 17:08