MQF Monitorinq Komissiyası "Şəffaflıq, ictimai nəzarət və ictimai şuraların fəaliyyəti" mövzusuna həsr olunmuş tədbir keçirib.
A A A
05/23/2018
Oxunma sayısı : 34895

|

Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları Forumu (MQF) Monitorinq Komissiyası MQF Bakı QHT Resurs və Təlim Mərkəzində "Şəffaflıq, ictimai nəzarət və ictimai şuraların fəaliyyəti" mövzusuna həsr olunmuş tədbir keçirib.

Tədbiri giriş sözü ilə açan MQF-nin prezidenti Rauf Zeyni ölkə başçısı cənab ilham Əliyevin məqsədyönlü, konkret hədəflərə istiqamətlənmiş fəaliyyəti nəticəsində sosial-iqtisadi problemlərin həllinə sistemli və kompleks yanaşmanın təmin olunduğunu, aparılan islahatlar, Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi, Açıq Hökumət Platforması, İctimai İştirakçılıq haqqında qanunun qəbul olunması vətəndaş cəmiyyətinin inkişafına və vətəndaş hüquqlarının qorunmasına atılan addımlardan olduğunu bildirib. MQF-nin nəzdində fəaliyyət göstərən MQF Monitorinq Komissiyasının da öz fəaliyyətini bu istiqamətdə davam etdirdiyini qeyd edib.

Sonra MQF Monitorinq Komissiyasının (MQF MK) sədri, “Cəmiyyətin və Vətəndaş Münasibətlərinin İnkişafı” İctimai Birliyinin sədri  Əhməd Abbasbəyli MQF Monitorinq Komissiyasının məqsəd və vəzifələri haqqında tədbir iştirakçılarına qısa məlumat verib,  bundan sonra MQF Monitorinq Komissiyasının daha geniş və fəal olacağını, bütün üzvlərin və tanınmış ekspertlərin dəstəyi ilə MQF Monitorinq Komissiyasının fəaliyyət proqramının hazırlanacağını və proqram çərçivəsində ardıcıl və məqsədyönlü faəliyyət göstərəcəyini iştirakçıların diqqətinə çatdırıb.

Daha sonra tədbirdə iştirak edən Beynəlxalq İnsan Hüquqları Cəmiyyətinin Azərbaycan Milli Qrupunun rəhbəri, Ədliyyə Nazirliyi yanında İctimai Komitənin koordinatoru Səadət Bənənyarlı, Dilarə Əliyeva adına Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin sədri Novella Cəfəroğlu, Ombudsman Aparatının nümayəndəsi Müqalib Mahmudov, Ədliyyə Nazirliyinin İnsan hüquqları və ictimaiyyətlə əlaqələr idarəsinin aparıcı məsləhətçisi Liza Xanməmmədova, MQF-nin vitse-prezidenti Asif Əsgərli,  MQF prezidentinin müşaviri Əhməd Qəşəmoğlu, tanınmış vəkil Əlizadə Kazımov, Kür-Xəzər Xeyriyyə Cəmiyyətinin sədri Akif Kərimov və Əmlak Resurs Mərkəzi İctimai Birliyinin sədri Şahin Qurbanov bugun müzakirə olunan mövzunun çox aktual olduğunu, İctimai Şuraların fəaliyyətinin çox böyük əhəmiyyət kəsb etdiyini, vətəndaş cəmiyyəti institutlarının bu sahəyə diqqətinin artırılmasını və bu sahədə sistemli fəaliyyətin qurulmasını, ölkə prezidenti cənab İlham Əliyevin ictimai nəzarətin gücləndirilməsi ilə əlaqədar olaraq çağırışlarını xüsusi vurğulayaraq öz fikirlərini bildiriblər..

Sonda Rauf Zeyni bir daha vurğulayıb ki, MQF və vətəndaş cəmiyyəti ölkə prezidenti cənab İlham Əliyevin apardığı islahatları dəstəkləyir və ölkəmizin inkişafi naminə şəffaflığın artırılması və ictimai nəzarətin gücləndirilməsini vacib hesab edir və MQF bu istiqamətdə fəaliyyətini davam etdirəcəkdir.

ŞƏRHLƏR

Digər Yazılar
XƏBƏRLƏR
Azay Quliyev QHT-lərə dəstəyin artırılmasını təklif etdi - Video - 13 / 11 / 2018 20:56
General KƏRİM KƏRİMOV fenomeninin sirri - 13 / 11 / 2018 19:37
"Bərdə Peşə Liseyinin Modernləşdirilməsi” layihəsi çərçivəsində görüş keçirilib - 13 / 11 / 2018 17:50
QHT-nin 20 illik yubileyi münasibətilə təbrik məktubu - 13 / 11 / 2018 12:56
Respublika Veteranlar Təşkilatında Mehdi Hüseynzadənin anadan olmasının 100 illik yubileyi qeyd edilib - 13 / 11 / 2018 11:01
QHT-lərin hazırladıqları filmlərin telekanallarda yayımı məsələsi gündəmə gətirilir - 13 / 11 / 2018 09:49
Diabetə birlikdə qalib gələk - 13 / 11 / 2018 06:50
Azerbaijan, Turkey ink MoU on joint activity, cooperation on work with NGOs - 12 / 11 / 2018 19:27
Elməddin Behbud Bilik Fondunda tələbə-jurnalistlərlə görüşüb - 12 / 11 / 2018 19:07
Türkiyədəki 17 min azərbaycanlı tələbənin problemi nazirlə müzakirə edildi - 12 / 11 / 2018 09:26
Dünya Veteranlar Federasiyasının prezidenti Azərbaycan Prezidenti İlham Əliyevə minnətdarlıq məktubu ünvanlayıb - 12 / 11 / 2018 05:48
Veteran jurnalist xatirə medalı ilə təltif edildi - 11 / 11 / 2018 19:55
Hemofiliyalı vətəndaşların dərman təchizatında olan çətinliklər həllini tapmaqdadır - 11 / 11 / 2018 11:20
QHT sədri xüsusi medalla təltif edilib - 10 / 11 / 2018 17:11
Parlament Jurnalistlər Birliyinin üzvləri ənənəvi olaraq Bayraq Günündə aksiya keçirdilər - 10 / 11 / 2018 07:52
Ankarada Azərbaycan ilə Türkiyə arasında QHT-lərin birgə fəaliyyətinə dair memorandum imzalanıb - 09 / 11 / 2018 20:15
Ağdamda möhtəşəm “Bayraq yürüşü” - 09 / 11 / 2018 19:07
“Hərəyə bir bayraq verək” aksiyası - 09 / 11 / 2018 13:35
“Milli Qəhrəmanlarımızı tanıyaq və tanıtdıraq!” - 09 / 11 / 2018 05:10
QHT-lərə Dövlət Dəstəyi Şurası tarixçi-alim İsrafil Məmmədovu Fəxri Fərmanla təltif etdi - 08 / 11 / 2018 20:06
Hasilat Sənayesində Şəffaflıq üzrə Komissiyanın növbəti iclası keçirilib - 08 / 11 / 2018 17:25
“Vətəndaş Cəmiyyətinin psixoloji maarifləndirilməsi və Media” layihəsinin bağlanış mərasimi keçirilib. - 08 / 11 / 2018 11:09
Tamxil Ziyədinoğlu “Oxu Akademiyası” tərəfindən Fəxri diplomla təltif edilib - 08 / 11 / 2018 10:34
Şuranın dəstəyilə hazırlanan “İrəvan - Azərbaycanın qədim mədəniyyət mərkəzi” adlı kitabın təqdimatı olub - 08 / 11 / 2018 10:09
Onlayn mediaya maliyyə dəstəyi günün tələbidir - 08 / 11 / 2018 08:32
Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkdilər - 08 / 11 / 2018 08:13
Gənclər təşkilatı “İnteqrasiya olunmuş sosial xidmətlər modelini” təqdim etdi - 08 / 11 / 2018 08:11
Şəmistan Əlizamanlı “Diriliş Ərtoğrul”da mahnı oxudu - VİDEO - 07 / 11 / 2018 21:06
Sumqayıtda "Uşaqlar hüquqlarını bilirlərmi" mövzusunda seminar təşkil olundu - 07 / 11 / 2018 19:44
Şura sədri Azay Quliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Ankaraya səfərə gedir - 07 / 11 / 2018 17:08