Təhsil Nazirliyi QHT-lər üçün qrant müsabiqəsi elan etdi
A A A
05/29/2018
Oxunma sayısı : 57445
Təhsil Nazirliyi “Sağlam Təhsil-Sağlam Millət” layihəsinin 2018-ci ildə inkişafına  dair qrant müsabiqəsi elan edir.

Qrant müsabiqəsinin keçirilməsində məqsəd təhsilalanların fiziki-psixi sağlamlığının qorunması və təlim nailiyyətlərinin yüksəldilməsi sahəsində aparılan işlərin davamlı inkişafını dəstəkləmək, əhəmiyyətli elmi-praktik nəticələr əldə etmək və kadr hazırlığını təmin etməkdir.

Müsabiqədə dövlət qeydiyyatı olan qeyri-hökumət təşkilatları iştirak edə bilərlər. Qeyri-hökumət təşkilatları qranta müraciət üçün layihə təklifi, layihənin icra planı və xərclər smetasını, reyestr məlumatını, dövlət qeydiyyatı haqqında şəhadətnamənin surətini və digər tələb olunan sənədləri  təqdim etməlidirlər.

Müsabiqədə iştirak etmək istəyən qeyri-hökumət təşkilatları müvafiq sənədləri 4 iyun 2018-ci il saat 18:00-dək [email protected] ünvanına göndərməlidirlər.

Təqdim olunan ərizələr qiymətləndirilərkən qurumun təhsil sahəsinə və əvvəlllər yerinə yetirilmiş (yerli və xarici) təhsilalanların sağlamlığının qorunması, təlim nailiyyətlərinin yüksəldilməsi məsələlərinə dair layihələrdə iştirakı, layihənin icrasına dair  dəqiq ifadə edilmiş və əsaslandırılmış təsvirin  olması, cəlb ediləcək mütəxəssislərin oxşar məqsədli layihələrdə təcrübəsi, eləcə də qrant layihəsi üçün tələb olunan maliyyələşdirilmənin məbləğinin əsaslandırılması, layihədə aparılan iqtisadi hesablamaların dəyərləndirilməsi, layihənin səmərəliliyi və icrası ilə bağlı risklərin göstərilməsi  nəzərə alınacaq.

Ümumi təhsil müəssisələrində “Sağlam Təhsil-Sağlam Millət” pilot layihəsinin tətbiqinə 2014-2015-ci tədris ilindən başlanılıb. Hazırda Bakı və Sumqayıt şəhərlərində “Sağlam Təhsil - Sağlam Millət” layihəsi üzrə təhsil alan şagirdlərin sayı 4000 nəfərə yaxındır.

Təhsil Nazirliyinin “Sağlam Təhsil-Sağlam Millət” layihəsinin 2018-ci ildə inkişafına dair qrant müsabiqəsinin elanı

Təhsilalanların fiziki-psixi sağlamlığının qorunması və təlim nailiyyətlərinin yüksəldilməsi sahəsində aparılan işlərin davamlı inkişafını dəstəkləmək, əhəmiyyətli elmi-praktik nəticələr əladə etmək və kadr hazırlığını təmin etmək məqsədi ilə  Azərbaycan Respublikası Təhsil Nazirliyi “Sağlam Təhsil-Sağlam Millət” layihəsinin 2018-ci ildə inkişafı üzrə qrant müsabiqəsi elan edir.

 

Müsabiqədə iştirak:

Müsabiqədə Azərbaycan Respublikasında dövlət qeydiyyatı olan Qeyri-hökumət təşkilatları iştirak edə bilərlər.

 

Müsabiqədə iştiraka dair tələblər:

Qeyri-hökumət təşkilatları qranta müraciətlə bağlı aşağıdakı sənədləri təqdim etməlidir:

1. Layihə təklifi (Əlavə 2);

2. Layihənin icra planı (Əlavə 6);

3. Layihənin xərclər smetası (Əlavə 5);

4. Qeyri-hökumət təşkilatının reyestr məlumatı (reyestrdən çıxarış);

5. QHT-nin dövlət qeydiyyatı haqqında şəhadətnamənin surəti

6. Təşkilatın Nizamnaməsinin surəti

7. Təşkilatın VÖEN-nin surəti

8. Təşkilat haqqında məlumat

9.Qeyri-hökumət təşkilatının rəhbərinin şəxsiyyət vəsiqəsinin surəti;

10. Layihə heyətində iştirak edən şəxslərin CV-ləri;

11. Qeyri-hökumət təşkilatının bank hesabı haqqında arayış;

12. Ümumi təhsil pilləsində, xüsusilə də, ibtidai təhsil səviyyəsində təhsilalanların fiziki-psixi sağlamlığı baxımından  müstəsna rolu olan (ətraf aləmin tam şəkildə dərk edilməsini, emosional stabilliyin qorunması və təlim marağının yüksəldilməsini təmin edən) inteqrativ təlim  texnologiyalarının  tətbiqi ilə bağlı təcrübəsini  təsdiq edən aşağıda qeyd edilən məlumatların təqdim edilməsi:

- təlimlərin təşkili və keçirilməsi prosesinin qısa xülasəsi;

- təlimdən keçmiş müəllimlərin siyahısı;

- ətraf aləmin tam dərk edilməsini təmin edən inteqrativ dərs modelinə dair dərsin cari planlaşdırılması  nümunələri;

 

Layihələrin təqdim edilməsi:

Ərizələr  elektron formada [email protected] ünvanına göndərilməlidir.

 

Qiymətləndirmə meyarları:

1.   Təhsil sahəsi üzrə layihələrdə qurumun təcrübəsi.

2.   Layihənin icrasına dair  dəqiq ifadə edilmiş və əsaslandırılmış təsvirin  olması.

3. Layihənin icrasına cəlb ediləcək mütəxəssilərin oxşar məqsədli  layihələrdə iştirak təcrübəsi;

4. İcraçının (icraçıların) əvvəlki yerinə yetirilmiş (yerli və xarici) təhsilalanların sağlamlığının qorunması və təlim nailiyyətlərinin yüksəldilməsi məsələlərinə dair layihələrində iştirakı.

5.   Qrant layihəsi üçün tələb olunan maliyyələşdirilmənin məbləğinin əsaslandırılması.

6.   Layihədə aparılan iqtisadi hesablamaların dəyərləndirilməsi.

7. Layihənin səmərəliliyi və layihənin icrası ilə bağlı risklərin qiymətləndirilməsi.

 

Müsabiqənin müddəti:

Layihələrin qəbulu 29 may 2018-ci il tarixindən başlayır və 04 iyun 2018-ci il tarixində başa çatır.

Layihələrin qəbulu üçün son tarix: 04 iyun 2018-ci il, saat 18:00.

 

Əlaqə:

Ünvan: Bakı şəhəri, Xətai 49

Telefon: 146

Elektron poçt: [email protected]


ŞƏRHLƏR
XƏBƏRLƏR
Azərbaycanda avtoritar ailə modelinin demokratik ailə modelinə çevrilməsi prosesi gedir - 19 / 10 / 2018 17:20
Şura 2019-cu il qrant müsabiqəsinin mövzularını təsdiq edib - 19 / 10 / 2018 17:10
“Vicdanlı işəgötürənlərin vergi və sosial ödəmə yükü artırılır” – QHT sədri - 19 / 10 / 2018 16:59
Şuranın dəstəyilə QHT TV-nin Xəbərlər Blokunun 14-cü buraxılışı hazırlanıb - Video - 19 / 10 / 2018 07:21
Bakı QHT Resurs və Təlim Mərkəzi QHT-lərin xidmətindədir - 19 / 10 / 2018 06:52
“Loqos”da növbəti dəfə “Layihələrin yazılması və idarə edilməsi” adlı təlimlər keçirilib. - 19 / 10 / 2018 06:45
ADPU-da “Layihələrin yazılması və idarə edilmə si” adlı təlim keçirilib. - 19 / 10 / 2018 06:42
"İşğal altında olan maddi və mənəvi abidələrin Bakıda və regionlarda təbliği" adlı tədbir keçirildi - 18 / 10 / 2018 20:05
Ucarda Şuranın fəaliyyətinin 10 illiyinə həsr olunan ictimai müzakirə keçirilib - 18 / 10 / 2018 15:41
Şuranın 10 illik yubileyi ilə bağlı fərqli statistik video-çarx - 18 / 10 / 2018 13:01
Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının 30 illik yubileyinə dəvət olunmuş nümayəndə heyəti ilə görüş olub - 18 / 10 / 2018 12:20
Layihənin yekun tədbiri keçirilib - 18 / 10 / 2018 03:06
Rəsul Quliyevin fərdi sərgisi - "Mən görürəm" - 17 / 10 / 2018 21:27
"Kəlbəcərdə yeni qəsəbə salınması Cenevrə Konvensiyasına ziddir" - Sahib Məmmədov - 17 / 10 / 2018 18:39
Azay Quliyev QHT sədrinin vəfatı ilə əlaqədar başsağlığı verdi - 17 / 10 / 2018 14:24
“11 000 manat bütün şəhid ailələrinə verilməlidir“ - 17 / 10 / 2018 13:13
Bakıda “Müasir dünyada təhlükəsizlik: qlobal və regional çağrışlar” mövzusunda beynəlxalq konfrans keçirmişdir - 17 / 10 / 2018 13:06
Şəmkirdə Şuranın fəaliyyətinin 10 illiyinə həsr olunan ictimai müzakirə keçirilib - 17 / 10 / 2018 11:48
Qarabağla ürəyi döyünən mərd, cəsur fədakar bir oğlu itirdik - 16 / 10 / 2018 19:55
“Photo magic of stars” fotosərgisi - 16 / 10 / 2018 19:13
Şuranın dəstəyilə hazırlanan “Yüksəlişin sirri” sənədli filmi təqdim olunub - 16 / 10 / 2018 18:34
Respublika Veteranlar Təşkilatının yaradılmasının 30 illik yubileyi qeyd olunub - 16 / 10 / 2018 13:59
“Loqos” da Üsküdar Universitetinin təqdimatı keçirilib. - 16 / 10 / 2018 12:24
Şuranın dəstəyilə “Mirzə Ələkbər Sabir virtual muzeyi” ingilis və rus dillərində təqdim olunub - 16 / 10 / 2018 00:20
Azay Quliyev: Son 15 ildə Prezident İlham Əliyev Azərbaycanı regionun ən güclü və münbit ölkəsinə çevirdi - 15 / 10 / 2018 17:13
Şuranın 10 illiyi və regionların inkişafında QHT-lərin rolu mövzusunda Şəkidə ictimai müzakirə keçirilib - Foto - 15 / 10 / 2018 17:05
“Nəsillərə örnək ömür” adlı tədbir keçirilib. - 15 / 10 / 2018 08:44
Məcburi köçkünlərin sosial vəziyyətinin qiymətləndirilməsinin nəticələrinə dair yekun tədbir keçirilib - 15 / 10 / 2018 05:42
Azay Quliyev: “Erməni Frankofoniyası” təkcə bəşəri dəyərlərin aşağılanması və ironiyası deyil, həm də bir nonsensdir - 14 / 10 / 2018 20:46
Şuranın dəstəyilə hazırlanan “Yüksəlişin sirri” sənədli filminin təqdimatı keçiriləcək - Video - 14 / 10 / 2018 14:39