Şura ikinci qrant müsabiqəsinin nəticələrini açıqladı: 82 layihə maliyyələşdirildi
A A A
06/01/2018
Oxunma sayısı : 20632


Şura 2018-ci il ikinci qrant müsabiqəsinin yekunları ilə bağlı  qərar qəbul edib

QHT.az xəbər verir ki, bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının növbəti iclası keçirilib. Şura sədrinin müavini Vüsal Quliyev iclası açaraq gündəliyə təklif olunan Şuranın Apelyasiya Komissiyasının (AK) iclasının nəticələrinə baxılması, 2018-ci il ikinci qrant müsabiqəsinin yekunları və Şuranın 2018-ci il birinci rübdəki fəaliyyəti barədə məsələni elan edib. Gündəlik yekdilliklə təsdiq olunub.



Vüsal Quliyev Şuranın qrant müsabiqəsi mövzularının hər zamankı kimi cənab Prezident İlham Əliyevin müəyyən etdiyi dövlət siyasətinin prioritetlərinə, ictimai aktuallıq kəsb edən məsələlərə uyğun olaraq tərtib olunduğunu deyib. Sədr müavini dövlət başçısının İrəvan xanlığı, Zəngəzur, Göyçə mahalları kimi tarixi torpaqlarımıza qayıtmağımızın siyasi və strateji hədəfimiz olması ilə bağlı bildirdiyi fikirlərini əsas götürərək 2018-ci il ikinci qrant müsabiqəsinin 9 mövzusundan 5-nin bu istiqamətə həsr olunduğunu vurğulayıb. 

Apelyasiya Komissiyasının sədri Sahib Məmmədov cari ilin aprelin 5-də AK-nin növbəti iclasının keçirildiyini qeyd edərək nəticələr haqqında Şura üzvlərini məlumatlandırıb. 

Şura Katibliyinin icraçı direktoru F.Qurbanov 2018-ci il ikinci qrant müsabiqəsi haqqında geniş məlumat verib. İcraçı direktor 07 mart - 30 mart 2018-ci il tarixlərində ikinci qrant müsabiqəsində iştirak üçün 223 QHT-nin Şuraya ərizə təqdim etdiyini deyib. Onlardan sənədləri qaydasında olan 220 təşkilatın ərizəsi qeydiyyata alınıb. Bu QHT-lərdən 207-si layihə təqdim edib. 15 təşkilatın təqdim etdiyi layihə müsabiqə şərtlərinə uyğun olmadığından qeydiyyata alınmayıb. 192 layihə isə ekspertizaya təqdim edilib. İcraçı direktor müsabiqə prosesinin Şuranın təlimat və qərarlarına müvafiq şəkildə təşkil olunduğunu bildirib.

Fərasət Qurbanov Şuranın 2018-ci il birinci rübdəki fəaliyyəti barədə də ətraflı məruzə edib. 

Şura üzvləri Şahin İsmayılov, Nərgiz Xələf, Emin Həsənli, Əliməmməd Nuriyev, Sahib Məmmədov, Rufiz Qonaqov və Anar Xəlilov çıxış edərək gündəlikdə dayanan məsələlərlə bağlı bağlı rəy və təkliflərini bildiriblər. 

Yekun olaraq Şura üzvləri ekspertlərin və Büdcə Komissiyasının rəyini nəzərə alaraq 82 layihənin maliyyələşdirilməsi, həmçinin Apelyasiya Komissiyasının iclasının nəticələri haqqında qərar qəbul ediblər.

Qalib təşkilatların siyahısı ilə bir azdan QHT.az-da tanış ola bilərsiniz.

ŞƏRHLƏR

Digər Yazılar
XƏBƏRLƏR
Şuranın fəaliyyətə başlamasının 10-cu ildönümü münasibətilə yubiley mərasimi keçirilib - 22 / 06 / 2018 21:05
Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 100 illik yubileyi ilə bağlı tədbir keçirilmişdir. - 22 / 06 / 2018 09:47
Vəkillər Kollegiyası QHT-lərə Dövlət Dəstəyi Şurasını 10 illik yubileyi münasibəti ilə təbrik etmişdir - 22 / 06 / 2018 08:47
Şuranın dəstəyilə Xaçmazda ailə dəyərləri müzakirə olunub - 22 / 06 / 2018 08:32
Nazir Türkiyədə səfərdə olmuş Qazilərimiz ilə görüşüb - 21 / 06 / 2018 20:18
QHT Pansionatda məskunlaşan kimsəsiz qocalar arasında stolüstü idman oyunları üzrə yarış təşkil edib - 20 / 06 / 2018 13:39
Şuranın dəstəyilə xalçaçılıq sənətinin təbliği və inkişafı məqsədilə təlimlər təşkil olunub - 20 / 06 / 2018 07:05
“Loqos” da ShushaPost.az saytının təqdimatı keçirilib - 19 / 06 / 2018 06:31
"Ailə adətləri və süfrə mədəniyyəti" mövzusunda təlim keçirilib - 18 / 06 / 2018 19:55
Anfisa Zinyeddin: “Erkən yaşda alilələrin qurulması, uşaqların, təhsildən yayınması, uşaqların əməyə cəlb olunması, usaqlara qarsı zorakılıq edilməsi, usaq hüquqlarının pozulması deməkdir” - 18 / 06 / 2018 06:37
Şuranın dəstəyi ilə “Qadın və uşaq hüquqlarının təbliğində ictimai rolun artırılması“ lahiyəsinin verlişlərinin cəklişləri və yayinlanmasina başlanılıb - 18 / 06 / 2018 06:24
Poeziya dəqiqələri: Müəllif və ifaçı QHT sədri - 17 / 06 / 2018 15:37
“Qalxan və qılınc” sənədli filminin təqdimatı olub - 16 / 06 / 2018 10:43
Azərbaycanda qaçqın statusu almış şəxslərlə Dövlət Miqrasiya Xidmətində görüş olub - 16 / 06 / 2018 07:19
QHT sədrinə ağır itki üz verib - 16 / 06 / 2018 06:45
ASGA Şuranın dəstəyi ilə növbəti layihəsinin təqdimatını etdi –"ShushaPost" - 15 / 06 / 2018 19:46
Ramazan bayramı münasibəti ilə tədbir keçirilib - 15 / 06 / 2018 19:37
Ramazan ayı İslam dininin ən gözəl aylarından biridir! - 15 / 06 / 2018 07:45
“Əhali arasında tibbi maarifləndirmə işinin təşkili və əhaliyə tibbi-psixoloji yardımların göstərilməsi” layihəsi davam edir - 14 / 06 / 2018 21:09
Azərbaycan Diabet Liqası "Diabetə birlikdə qalib gələk!" şüarı altında yürüş keçirir - 14 / 06 / 2018 19:20
“Qarabağ dünən və bugün” mövzusunda ictimai müzakirələr davam edir - 14 / 06 / 2018 17:36
Şuranın dəstəyi ilə inklüziv təhsillin təbliğinə həsr olunmuş ictimai maarifləndirmə tədbirləri davam etdirilir - 14 / 06 / 2018 16:48
Şuranın dəstəklədiyi layihə çərçivəsində ilk təlim Ucarda baş tutub - 14 / 06 / 2018 13:00
Azərbaycan Uşaq və Gənclərin Sülh Şəbəkəsi nəzdində fəaliyyət göstə rən Liderlik məktəbinin üzvləri “Loqos”da olublar - 14 / 06 / 2018 12:51
Şuranın dəstəyilə ‘NGO Azerbaijan’ adli mobil applikasiya təqdim edildi - 14 / 06 / 2018 09:07
Əlilliyi olan şəxslər arasında kiçik biznes və ailə təsərüfatının yaradılması imkanları müzakirə olunub - 14 / 06 / 2018 08:08
Bilik Fondu bölgələrdəki abituriyentlərə universitetləri yaxından tanıtdırdı - 14 / 06 / 2018 07:55
Şuranın dəstəyi ilə sahibkarlığın inkişafı ilə bağlı veriliş hazırlanacaq - 14 / 06 / 2018 06:20
Şuranın dəstəyi ilə “Məişət zorakılığı insan alverinə yol açır”mövzusunda təlim təşkil edildi - 14 / 06 / 2018 05:31
Şuranın maliyələşdirdiyi layihəyə yekun vuruldu - 14 / 06 / 2018 05:28