"Uşaqların sehirli dünyası" adlı tədbir keçirilib.
A A A
06/02/2018
Oxunma sayısı : 16961

|

        “Əziz Bağça”, Psixoloji Xidmət və Tədqiqatlar İctimai Birliyi və “Loqos” Psixoloji və Nitq İnkişaf Mərkəzinin təşkilatçılığı ilə “Əziz Bağça” da 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi günü ilə bağlı "Uşaqların sehirli dünyası" adlı tədbir keçirilib.

       Tədbirdə PXTİB-nin icraçı direktoru Leyla Kərimova, PXTİB-nin sənədlər şöbəsinin rəhbəri Ləman Ağalarova, Əziz bağçanın rəhbəri Şəlalə Qarayeva , PXTİB-nin könüllüləri, bağçanın  müəllim, valideyn və uşaq kollektivi iştirak ediblər. 

        Tədbiri bağçanın balaca fidanları dövlət himni ilə onlara məxsus olan özəl günü açıq elan ediblər və tədbir "Azərbaycan " adlı kompozisiya ilə start götürüb. Sonra qonaqları salamlayan bağçanın müdiri Şəlalə Qarayeva tədbirin proqramı haqqında məlumat verib.

        Daha sonra çıxış edən PXTİB-nin icraçı direktoru Leyla Kərimova uşaqları təbrik edərək vurğulayıb ki, uşaqlar bizim gələcəyimizdir. Natiq çıxışında bildirib ki, tarix boyu hər bir dövlət, hər bir cəmiyyət gələcəyi olan uşaqların qayğısına qalmağı, onların fiziki və mənəvi cəhətdən böyüməsini təmin etməyi özünün ən ümdə vəzifələrindən biri hesab edib. Azərbaycan dövləti də bu mühüm məsələyə qayğı ilə yanaşır. Bu gün müstəqil Azərbaycanın uşaqları diqqət və qayğı ilə əhatə olunub.

      Sonra 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi günü ilə bağlı rus qrupunun uşaqları tərəfindən  nağıl əsasında hazırlamış "Uşaqların sehirli dünyası" adlı ssenarisi maraqlı kompozisiyalarının nümayişi ilə davam edib. Uşaqların nümayiş etdirdikləri nağıl qəhrəmanlarının personajları, şeirlər, mahnılar, rəqslər və səhnəciklər tədbir iştirakçılarında xoş əhval-ruhiyyə yaradıb. O cümlədən, bağçanı bitirən məktəbəqədər balaca fidanların məktəbə yolasalınması qeyd edilib.

       Daha sonra sonda sülhün rəmzi sayılan göyərçinlər səmaya uçurularaq, "Uşaqların sehirli dünyası" adlı tədbir tortun kəsilməsi ilə yekunlaşıb.

 

Psixoloji Xidmət və Tədqiqatlar İctimai Birliyi

ŞƏRHLƏR
XƏBƏRLƏR
Nazir Arıçılar Assosiasiyasının üzvləri ilə görüşüb - 16 / 08 / 2018 18:17
Əmanətimizə sahib çıxaq! - 16 / 08 / 2018 18:10
Millət vəkilləri QHT Koalisiyasının üzvləri ilə görüşdülər - 16 / 08 / 2018 14:01
Kimlər təhsil haqqından azaddır? - 16 / 08 / 2018 13:17
Respublika Veteranlar Təşkilatı gənclər arasında vətənpərvərliyin təbliğinə dair yeni layihə həyata keçirir - 16 / 08 / 2018 12:10
Psixoloji Xidmət və Tədqiqatlar İctimai Birliyi AQSİA ilə əməkdaşlıq haqqında memorandum imzalayıb. - 16 / 08 / 2018 07:06
“Əhali arasında tibbi maarifləndirmə işinin təşkili və əhaliyə tibbi-psixoloji yardımların göstərilməsi” layihəsi başa çatıb - 15 / 08 / 2018 19:49
Layihə çərçivəsində bölgələrdə prezidentin fərmanına ictimai dəstək verilib - 15 / 08 / 2018 13:38
“Peşə təhsilində səriştəli kadrların yetişdirilməsi” - 15 / 08 / 2018 13:00
Bakı QHT Resurs və Təlim Mərkəzi QHT-ləri dəvət edir... – Elan - 15 / 08 / 2018 12:49
Bakıda ‘Life Long Learning’ formu keçiriləcək. - 15 / 08 / 2018 12:45
“Ailə Dünyası” Qazax rayonunun “Sınıq körpü” sərhəd-keçid məntəqəsində maarifləndirmə aksiyası keçirib - 15 / 08 / 2018 10:27
Summit of heads of state of Caspian countries great historical event - analyst - 14 / 08 / 2018 17:27
Hotellər Assosiasiyası yaradılacaq - 14 / 08 / 2018 17:17
Каспийская декларация: выдающееся достижение азербайджанской дипломатии - 14 / 08 / 2018 17:15
Xəzərin hüquqi statusu haqqında Konvensiya Azərbaycan diplomatiyasının böyük nailiyyətidir - 14 / 08 / 2018 15:24
Türk dünyası bir araya gəldi - 14 / 08 / 2018 13:40
QHT TV Xəbərlər Bloku - 06 - 14 / 08 / 2018 12:09
Layihə çərçivəsində “Qeyri-rəsmi məşğulluğa qarşı məlumatlandırma və təbliğat işlərinin təşkili” ilə bağlı mövqe sənədi hazırlanıb - 14 / 08 / 2018 10:16
Emin Həsənli: “Azərbaycan tərəfi 40 dəqiqəyə Ohanyan xəttini darmadağın etdi” - 14 / 08 / 2018 07:25
QHT sədri generalla görüşdü - 13 / 08 / 2018 18:27
“Erməni şəbəkəsinin məyusluğu hiss olunur” – Sahib Məmmədov - 13 / 08 / 2018 16:34
Binəqədi rayonunda yaşayan Qarabağ müharibəsi əlilləri və şəhid ailələri ilə görüş keçirilib - 13 / 08 / 2018 12:57
Gənclər Fondununun icraçı direktoru Türkiyədə işgüzar səfərdə olub - 13 / 08 / 2018 11:07
Nazirliyin işsizlərlə bağlı yeni qərarı: nəyi dəyişəcək? - 13 / 08 / 2018 09:25
V Xəzər Sammiti – Xəzərin hüquqi statusunu müəyyənləşdirməklə böyük tarixi hadisəyə çevrildi - 13 / 08 / 2018 07:02
Cənub bölgəsində hemofiliya və digər laxtalanma pozulmalarına dair təlimlər keçirilib - 11 / 08 / 2018 19:05
Beynəlxalq “Zaparoji Kazakları” Birliyinin Getmanı Azərbaycanda işgüzar səfərdə olub - 11 / 08 / 2018 10:55
Ekspert: “Sosial şəbəkələrdə əks hücum taktikası qurulmalıdır” - 10 / 08 / 2018 13:46
Kənd təsərrüfatı naziri İnam Kərimov Nar İstehsalçıları və İxracatçıları Assosiasiyasının üzvləri ilə görüşüb - 10 / 08 / 2018 13:38