Sülh Əsgərləri Beynəlxalq Assosiyasiyası Azərbaycan təmsilçisini yüksək mükafata layiq görmüşdür
A A A
06/05/2018
Oxunma sayısı : 24020

|

Sülh Əsgərləri Beynəlxalq Assosiyasiyasının təşəbbüsü ilə İsveçrənin Cenevrə şəhərində 31 May "Sülh Əsgərləri" Beynəlxalq günü münasibətilə növbəti sülh konfransı keçirilmişdir. BMT-nin Cenevredəki mənzil-qərargahında BMT-nin Baş Katibinin iştirakı ilə baş tutmuş bu mühüm tədbirdə Azərbaycanı Respublika Veteranlar Təşkilatının sədr müavini, ehtiyatda olan polkovnik Cəlil Xəlilov təmsil etmişdir.  

Tədbidə BMT rəsmiləri, müxtəlif ölkələrin İsveçrədəki səfirləri, Daimi Missiyaların nümayəndələri, jurnalistlər, QHT nümayəndələri iştirak etmişdir.

Tədbirin keçirilməsində əsas məqsəd müxtəlif beynəlxalq nümayəndə heyətlərini bir araya gətirməklə beynəlxalq sülhün qorunmasına, xalqlar arsında münasibətlərin qarşılıqlı anlaşma və əməkdaşlıq çərçivəsində qurulmasına dəstək olmaqdır.

Tədbir ərəfəsində məruzə ilə çıxış edən Cəlil Xəlilov İkinci dünya müharibəsində faşizm üzərində qələbənin əldə olunmasında Azərbaycanın yaxından iştirakından, qanlı döyüşlərdə 350 mindən çox soydaşımızın həyətlarını itirməsindən, ölkəmizin cəbhəni neft, silah-sursat, digər hərbi təhcizatlar, ərzaq, geyimlə təmin etməsindən danışmış, bəşəriyyətin dəhşətli bəladan xilasında xalqların birgə nailiyyətinə verilən digər töhfələrdən bəhs etmişdir. Ölkəmizdə 9 may Qələbə gününün hər il böyük təntənə ilə qeyd edildiyini, bu bayramda Azərbaycanın dünyaya sülh, əmin-amanlıq mesajları çatdırmasını vurğulayan C.Xəlilov tədbir iştirakçılarlnln diqqətini qonşu Ermənistanın uzun illərdən bəri Azərbaycana qarşı davam edən təcavüzkarlıq, işğalçılıq siyasətinə, erməni faşizminin dəhşətli nəticələrinə yönəltmişdir. O, bu ölkənin hazırda yaşadığı gərgin sosial-psixoloji durumun məqsədli şəkildə qonşularına, xüsusilə Azərbaycan və Türkiyəyə qarşı yönləndirildiyini, müasir dünyada bunun yolverilməz olduğunu bildirmişdir. C.Xəlilov demişdir: “Artıq 26 ildir ki, Ermənistan tərəfi 20 faizdən çox Azərbaycan ərazisini işğal altında saxlayır. BMT-nin işğal altındakı torpaqların qeyd-şərtsiz azad olunması barədə qəbul etdiyi 4 qətnamə 25 ildir ki, icra edilmir. Bu isə Ermənistana özünün təcavüzkarlıq, işğalçılıq siyasətini daha açıq və arxayın şəkildə davam etdirməsinə şərait yaradır. Ermənilər bunla da kifayətlənmir, alman faşizminə xidmət göstərmiş erməni cəlladlarının bəraətinə çalışır, faşizmin yaşadılması üçün yalnız qonşu əraziləri işğal etməklə qalmır, bunun üçün hər vasitəyə əl atırlar. Biz Azərbaycan veteranları, ümumən cəmiyyəti bu siyasəti və onun doğurduğu cinayətləri birmənalı şəkildə qınayır və rədd edirik. Biz bir daha dünya ictimaiyyətini erməni faşızminin ifşasına biganə qalmamağa səsləyir, Azərbaycanın sülhün, əmin-amanlığın tərəfdarı olduğunu bəyan edirik.”

Tədbirdə iştirakçıları Sülh Əsgərləri Beynəlxalq Assosiyasının təqdimatı ilə tanış olmuş, təşkilatın fəaliyyəti və həyata keçirdiyi sülh yönümlü layihələr çərçivəsində qonaqlara geniş məlumat vermişdir. Daha sonra tədbir iştirakçıları beynəlxalq sülhün təbliği və təşviqi istiqamətində müxtəlif təqdimatlarla tanış edilmiş, mühazirələr dinləmiş, fikir mübadiləsi aparmışlar.

Səhəri gün davam edən Sülh Əsgərlərinin Beynəlxalq günü tədbirində Azərbaycanı təmsilçisi, Respublika Veteranlar Təşkilatının sədr müavini, ehtiyatda olan polkovnik Cəlil Xəlilov Beynəlxalq Assosiyasının Sülh mükafatı xatirə medalı ilə təltif edilmişdir. Təltif mətnində yazılan “Cəlil Xəlilov yorulmaz, xeyirxah sülpərvər, insan ləyaqətini yüksəldən fəaliyyətinə, gerçəkliyin daha da yaxşılaşmasına naminə ədalətin zəfər çalmasına vermdiyi töhfəyə görə təltif olunur” sözləri ümumən Azərbaycanın, onun dövlətinin yeritdiyi, xalqımızın daim tərəfdar çıxdığı sülsevər siyasətə verilən yüksək qiymətdir.

Tədbirdə müxtəlif ölkələr, o cümlədən Azərbaycan Beynəlxalq Assosiyasının Sülh mükafatı xatirə yubiley medalı ilə təltif edilmiş, təltiflər nümayəndə heyətlərinə təqdim olunmuşdur.

Beynəlxalq Sülh Əsgərləri Assosiyasiyası bu tədbiri 2003-cü ildən BMT ilə birgə əməkdaşlıq çərçivəsində hər il keçirməkdədir.

 

Respublika Veteranlar Təşkilatı

ŞƏRHLƏR

Digər Yazılar
XƏBƏRLƏR
Azay Quliyev: Son 15 ildə Prezident İlham Əliyev Azərbaycanı regionun ən güclü və münbit ölkəsinə çevirdi - 15 / 10 / 2018 17:13
Şuranın 10 illiyi və regionların inkişafında QHT-lərin rolu mövzusunda Şəkidə ictimai müzakirə keçirilib - Foto - 15 / 10 / 2018 17:05
“Nəsillərə örnək ömür” adlı tədbir keçirilib. - 15 / 10 / 2018 08:44
Məcburi köçkünlərin sosial vəziyyətinin qiymətləndirilməsinin nəticələrinə dair yekun tədbir keçirilib - 15 / 10 / 2018 05:42
Azay Quliyev: “Erməni Frankofoniyası” təkcə bəşəri dəyərlərin aşağılanması və ironiyası deyil, həm də bir nonsensdir - 14 / 10 / 2018 20:46
Şuranın dəstəyilə hazırlanan “Yüksəlişin sirri” sənədli filminin təqdimatı keçiriləcək - Video - 14 / 10 / 2018 14:39
Şuranın dəstəyilə QHT TV-nin Xəbərlər Blokunun 13-cü buraxılışı hazırlanıb - Video - 14 / 10 / 2018 10:06
Nazirlik: 35 QHT ilə 57 layihə üzrə müqavilə imzalanıb - 13 / 10 / 2018 09:56
Məşğulluqda qadınalara qarşı ayrı-seçkilik varmı? - 12 / 10 / 2018 11:11
Layihənin yekun tədbiri keçiriləcək - 11 / 10 / 2018 19:11
QHT Brüsseldə beynəlxalq tədbir təşkil edib - 11 / 10 / 2018 08:58
Şuranın dəstəklədiyi layihənin növbəti seminarı Sumqayıt şəhərində təşkil olundu - 11 / 10 / 2018 08:42
“Yeniyetmə, gənc və universitet tələbələri arasında vətənpərvərliyin təbliği ilə bağlı görüşlərin keçirilməsi” layihəsi çərçivəsində növbəti tədbir keçirilmişdir - 10 / 10 / 2018 14:53
Azay Quliyev seçicilərini qəbul edib - 10 / 10 / 2018 14:34
Bu gün ölkəmizin hərbi potensialı ən yüksək səviyyədədir - 10 / 10 / 2018 14:32
Vərəm əleyhinə QHT koalisiyası Şəmkirdə səfərdə olub - Video - 10 / 10 / 2018 14:04
“Qarabağ dünən və bugün” mövzusunda ictimai müzakirələr İordaniya səfirliyində davam etdi - 09 / 10 / 2018 21:25
Bu təşəbbüs qadınlardan deyil, Paşinyandan gəlməlidir - 09 / 10 / 2018 17:45
QHT sədri ATƏT-in Vyanadakı tədbirində mühüm təkliflə çıxış etdi: “Bəlkə biz yeni bir mexanizm işləyib hazırlamalıyıq?” - 09 / 10 / 2018 14:12
QHT Göyçə, Zəngəzur, İrəvanın təbliği ilə bağlı Gəncə və Göygöldə toplantılar keçirdi - 09 / 10 / 2018 10:25
Kadr hazırlığı - 3 proqramını bitirən tələbələr üçün məzun günü keçirilib - 09 / 10 / 2018 08:50
Sahibkar Qadınlar Assosiasiyasında görüş keçirildi. - 09 / 10 / 2018 08:48
“Psixoloqların bilik və bacarıqlarının artırılması”mövzusunda təlim keçirilib. - 09 / 10 / 2018 08:44
QHT Qubada gənclərlə görüş təşkil edib - 08 / 10 / 2018 07:52
QHT-lərə Çağrış - 08 / 10 / 2018 07:19
QHT sədri Vyanada ATƏT-in zirvə toplantısında iştirak edəcək - Şuranın dəstəyilə - 07 / 10 / 2018 21:41
"Düha" adlı fotoillüstrasiya sərgisi - 07 / 10 / 2018 18:44
Layihənin növbəti seminarı Sumqayıt şəhərində təşkil olunub - 07 / 10 / 2018 17:25
QHT ilə "Salyan oil" mübahisəsi bitdi - Müsahibə - 07 / 10 / 2018 13:00
İt is made with the support of Council twelfth edition of News Block of NGO TV - 06 / 10 / 2018 19:50