Milli Qəhrəmanların və vətənpərvərliyin təbliği ilə bağlı görüş keçirilib
A A A
06/05/2018
Oxunma sayısı : 4724

|

Şəhid Dilqəm Nəbiyev adına 178 N-li tam orta məktəbdə  “Yeniyetmə və gənclər arasında Milli Qəhrəmanların və vətənpərvərliyin təbliği”  mövzusunda  görüş keçirilib.

QHT.az xəbər verir ki, tədbir   Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının  maliyyə dəstəyi ilə “Dünya Azərbaycanlılarının Vətənpərvərləri” ictimai birliyi tərəfindən həyata keçirilən “Yeniyetmə və gənclər arasında Milli Qəhrəmanların və vətənpərvərliyin təbliği”   layihəsi çərçivəsində baş tutub.

Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Laləndər Hasilova məktəb haqqında qonaqlara məlumat verərək bildirib ki, məktəbin müəllim kollektivi şagirdlərin vətənpərvərlik ruhunda inkişaf etməsinə xüsusi diqqət yetirir. Bununla bağlı mütəmadi tədbirlər təşkil olunur.

Daha sonra çıxış edən  “Dünya Azərbaycanlılarının Vətənpərvərləri” iİctimai birliyinin sədri Nəsimi Qarabağlı həyata keçirilən layihə haqqında tədbir iştirakçılarına geniş məlumat verib.

Təşkilat rəhbəri Azərbaycanın Milli Qəhrəmanları haqqında geniş məlumat verərək, onların vətən qarşısında xidmətlərindən danışıb. Eyni zamanda xalqımızın bu qəhrəmanları daim yaşatdığını və xatirələrini uca tutduğunu qeyd edib.

Çıxış edən Qarabağ müharibəsi iştirakçıısı Dəyanət Həsənov hələ məktəbli olarkən döyüşlərə qoşulduğunu  bildirib. O, bu addımının vətənə, torpağa ana yurduna olan sevgisi ilə əlaqələndirib və hər bir şəxsin vətəni qorumaq uçün hər an  döyüşə hazır olmağının vacibliyini qeyd edib.

“İnformasiya Təşəbbüslərinə Dəstək” ictimai birliyinin sədri Cəsarət Hüseynzadə qeyd edib ki, şagirdlər  müasir texnoloji imkanlardan istifadə etməklə  milli qəhrəmanların tanıdılmasına və vətənpərvərliyin təbliğində öz tövhələrini verə bilər. Bunun üçün sosial şəbəkələrdə bu mövzularda paylaşımlar etmək lazımdır.  

“Dünya Azərbaycanlılarının Vətənpərvərləri” ictimai birliyinin  qadınlar şurasının sədri Ülviyyə Cümayeva da öz çıxışında Azərbaycan qadınının da müharibə dövründə şücaət göstərdiyini qeyd edib. O, hər bir azərbaycanlının ümdə vəzifəsinin dövlətinə və millətinə xeyir verməsi olduğunu və gənclərin də bu ruhda böyüməsini arzu etdiyini qeyd edib.

Görüş diskussiya və şagirdlərin çıxışları ilə davam edib.

Dünya Azərbaycanlılarının Vətənpərvərləri İctimai Birliyi

ŞƏRHLƏR

Digər Yazılar
XƏBƏRLƏR
Şuranın fəaliyyətə başlamasının 10-cu ildönümü münasibətilə yubiley mərasimi keçirilib - 22 / 06 / 2018 21:05
Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 100 illik yubileyi ilə bağlı tədbir keçirilmişdir. - 22 / 06 / 2018 09:47
Vəkillər Kollegiyası QHT-lərə Dövlət Dəstəyi Şurasını 10 illik yubileyi münasibəti ilə təbrik etmişdir - 22 / 06 / 2018 08:47
Şuranın dəstəyilə Xaçmazda ailə dəyərləri müzakirə olunub - 22 / 06 / 2018 08:32
Nazir Türkiyədə səfərdə olmuş Qazilərimiz ilə görüşüb - 21 / 06 / 2018 20:18
QHT Pansionatda məskunlaşan kimsəsiz qocalar arasında stolüstü idman oyunları üzrə yarış təşkil edib - 20 / 06 / 2018 13:39
Şuranın dəstəyilə xalçaçılıq sənətinin təbliği və inkişafı məqsədilə təlimlər təşkil olunub - 20 / 06 / 2018 07:05
“Loqos” da ShushaPost.az saytının təqdimatı keçirilib - 19 / 06 / 2018 06:31
"Ailə adətləri və süfrə mədəniyyəti" mövzusunda təlim keçirilib - 18 / 06 / 2018 19:55
Anfisa Zinyeddin: “Erkən yaşda alilələrin qurulması, uşaqların, təhsildən yayınması, uşaqların əməyə cəlb olunması, usaqlara qarsı zorakılıq edilməsi, usaq hüquqlarının pozulması deməkdir” - 18 / 06 / 2018 06:37
Şuranın dəstəyi ilə “Qadın və uşaq hüquqlarının təbliğində ictimai rolun artırılması“ lahiyəsinin verlişlərinin cəklişləri və yayinlanmasina başlanılıb - 18 / 06 / 2018 06:24
Poeziya dəqiqələri: Müəllif və ifaçı QHT sədri - 17 / 06 / 2018 15:37
“Qalxan və qılınc” sənədli filminin təqdimatı olub - 16 / 06 / 2018 10:43
Azərbaycanda qaçqın statusu almış şəxslərlə Dövlət Miqrasiya Xidmətində görüş olub - 16 / 06 / 2018 07:19
QHT sədrinə ağır itki üz verib - 16 / 06 / 2018 06:45
ASGA Şuranın dəstəyi ilə növbəti layihəsinin təqdimatını etdi –"ShushaPost" - 15 / 06 / 2018 19:46
Ramazan bayramı münasibəti ilə tədbir keçirilib - 15 / 06 / 2018 19:37
Ramazan ayı İslam dininin ən gözəl aylarından biridir! - 15 / 06 / 2018 07:45
“Əhali arasında tibbi maarifləndirmə işinin təşkili və əhaliyə tibbi-psixoloji yardımların göstərilməsi” layihəsi davam edir - 14 / 06 / 2018 21:09
Azərbaycan Diabet Liqası "Diabetə birlikdə qalib gələk!" şüarı altında yürüş keçirir - 14 / 06 / 2018 19:20
“Qarabağ dünən və bugün” mövzusunda ictimai müzakirələr davam edir - 14 / 06 / 2018 17:36
Şuranın dəstəyi ilə inklüziv təhsillin təbliğinə həsr olunmuş ictimai maarifləndirmə tədbirləri davam etdirilir - 14 / 06 / 2018 16:48
Şuranın dəstəklədiyi layihə çərçivəsində ilk təlim Ucarda baş tutub - 14 / 06 / 2018 13:00
Azərbaycan Uşaq və Gənclərin Sülh Şəbəkəsi nəzdində fəaliyyət göstə rən Liderlik məktəbinin üzvləri “Loqos”da olublar - 14 / 06 / 2018 12:51
Şuranın dəstəyilə ‘NGO Azerbaijan’ adli mobil applikasiya təqdim edildi - 14 / 06 / 2018 09:07
Əlilliyi olan şəxslər arasında kiçik biznes və ailə təsərüfatının yaradılması imkanları müzakirə olunub - 14 / 06 / 2018 08:08
Bilik Fondu bölgələrdəki abituriyentlərə universitetləri yaxından tanıtdırdı - 14 / 06 / 2018 07:55
Şuranın dəstəyi ilə sahibkarlığın inkişafı ilə bağlı veriliş hazırlanacaq - 14 / 06 / 2018 06:20
Şuranın dəstəyi ilə “Məişət zorakılığı insan alverinə yol açır”mövzusunda təlim təşkil edildi - 14 / 06 / 2018 05:31
Şuranın maliyələşdirdiyi layihəyə yekun vuruldu - 14 / 06 / 2018 05:28