“Tərəqqi” Gəncliyin İnkişafı İctimai Birliyi tərəfindən 07 iyun 2018-ci il tarixində Astara şəhəri, Şindan otelində 42 nəfər gəncin iştirakı ilə istehlakçı hüquqları ilə bağlı təlim həyata keçirmişdir.
Təlim Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə “Region gənclərinin istehlakçı hüquqlarının qorunması sahəsində maarifləndirilməsi” layihəsi çərçivəsində reallaşdırılmışdır. Tədbirdə ali və orta-ixtisas məktəblərinin tələbələri və məzunları, hərbi xidmətdən yenicə qayıtmış və iş həyatına yenicə başlayan gənclər təmsil olunmuşdur. Tədbirin təşkili Astara Rayon Gənclər və İdman İdarəsinin dəstəyi ilə reallaşdırılmışdır.
Tədbirə giriş nitqi ilə başlayan “Tərəqqi” Gəncliyin İnkişafı İctimai Birliyinin sədri, layihə rəhbəri Raci Səfərov təşkilat və donor haqqında, layihə və layihənin məqsədləri barədə , dövlətin gənclər siyasəti, bu sahədə təsdiq olunmuş proqramlar və digər mühüm məsələlərlə bağlı iştirakçıları məlumatlandırmışdır. O çıxışında qeyd etmişdir ki, “Azərbaycan Respublikasında istehlakçı hüquqları yeganə hüquqdur ki, heç bir rüsum ödəmədən məhkəməyə müraciət etmək olar.Ümid edirəm ki layihə zamanı istehlakçı hüquqlarının qorunması ilə bağlı cəmiyyətin diqqətini bu problemə cəlb edəcəyik”.
Təlimi beynəxalq dərəcəli təlimçı Rafət Şirəliyev idarə edərək gənclərə “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında Azərbaycan Respublikasının qanununu” şərh olunmuş,Ştrix-kod nədir?, İstehlakçı nələri bilməlidir mövzularında məlumat verilmiş və interaktiv müzakirələr aparılmışdır.Təlim zamanı layihənin mövzusu iştirakçılar arasında geniş müzakirələrə səbəb olmuşdur.Çıxış edən iştirakçılar cəmiyyətdə bu sahədə məlumatsızlığın baş alıb getdiyini qeyd etmişlər.
Tədbirin sonunda içtirakçılarla birlikdə xatirə şəkli çəkdirildi.