Regionlarda prezidentin fərmanına ictimai dəstək verilir
A A A
06/09/2018
Oxunma sayısı : 21519

|

 REGİONLARDA PREZIDENTIN FƏRMANINA ICTIMAI DƏSTƏK VERİLİR

      8 iyun 2018-ci il tarixində, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maaliyyə dəstəyi ilə, Azərbay­can Respub­likası «Beynəlmiləlçi Əlil Döyüşçülər» Fondu Qərb bölgəsinin Ağstafa rayonunda “Regionlarda şəhid ailələrinin, müharibə əlillərinin tibbi-reabilitasiyası və sosial problemlərinin həllinə dəstək” layi­hə­sində nəzərdə tutulmuş “Şəhid ailələrininə və müharibə əlillərinə dövlət qayğısı” mövzusunda maarifləndirmə iclası keçirildi.

    İclasda adiyyəti olan idarələrin, Ağstafa rayon İcra Hakimiyyətinin, QHT- rəhbərləri, Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olmuşların, hərbi əməliyyatlarda itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ailələri, müharibə əlilləri və ve­teran­lar iştirak etdilər. Tədbir məqsədi  o qədər marağlı və ictimaiyyəti düşündürən mövzu olduğundan iclasa hətdda qonşu Qazax rayondan şəhid ailləri və müharibə əlliləri gələrək iştirak edirdilər.

İclas, Azərbaycan Respublikasının Dövlət müstəqilliyi, torpaqlarının bütövlüyü uğrunda Şəhid olmuş hərbiçilərin və vətəndaşların  xatirəsi  yad edilərək öz işinə başladı.

   İclası Ağstafa rayon İcra Hakimiyyətinin İctimai-siyasi məsəllər şöbəsinin müdiri Əziz Məsmaliyev çıxış edərək iclas iştirakçılarını Ağstafa rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyevin  adından salamlayaraq belə bir mühüm əhəmiyyətli layihənin Qərb bölgəsinin Ağstafa rayonunda həyata keçirdərək şəhid ailələrinin birdəfəlik sığorta vəsaitinin almalarına və müharibə əlillərinin tibbi-sosial problemlərinin həllinə hüquqi köməklik gostərərk, onlar arasında maarifləndirmə işi təşkil etdikləri üçünAzərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasına və Beynəlmiləlçi Əlil Döyüşçülər Fondunun əməkdaşlarına öz təşəkkürünü bildirdi.

   Daha sonra layihənin direktoru, Azərbaycan Respublikası «Beynəlmiləlçi Əlil Döyüşçülər» Fondunun Prezidenti,  «Şəhid ailələrinin və müharibə əlillərinin tibbi-sosial problemlərinin həllinə dəstək mərkəzi»nin direktoru  Sərraf Oruc bildirdi ki, «Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olmuşların, hərbi əməliyyatlarda itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ailələrinə, müharibə əlillərinə və ve­teran­lara qay­ğı göstərmək həm dövlətin həm də cəmiy­yətin başlıca vəzifələ­rin­dən biridir!». Adları qeyd olunan vətəndaşların tibbi-sosial problemlərinin həlli istiqamətində dövlətin diqqət və qayğısını  ar­tır­­maq məqsədi ilə, Azərbaycan Respublikasının Prezidenti, Azərbaycan Silahlı Qüvələrinin Ali Baş Komandanı cənab İlham Əliyev tərəfindən müxtəlif fərman və sərən­camlar imzalanaraq davam edir.

   Həyata keçirilən layihənin əsas məqsədidə, məhz 1997-ci il avqustun 2-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların vərəsələrinə, Azərbaycan Respublikasının Prezidentinin, 19 aprel 2018-ci il tarixli Fərmanla müəyyənləşdirilmiş qaydada 11.000 (on bir min) manat məbləğində birdəfəlik sığorta vəsaitinin almaları üçün ayrı-ayrı regionlarda maarifləndirmə işləri aparmaq və hüquqi köməklik göstərməkdən ibarətdir.

     Layihə çərçivəsində həmçinin regionlarda, Səhiyyə Nazirliyinin Vətəndaşların Respublikadan Kənar Müalicəyə Göndərilməsi Məsələləri üzrə Komissıyasından keçərək respublikadan kənarda müalicə olmaları üçün rəy almış müharibəsi əlillərinin xarici ölkələrdə müalicələrinin, Səhiyyə Nazirliki və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliki tərəfindən təmin olunmasına hüquqi köməklik göstəriləcəkdir.

    Daha sonra Sərraf Oruc öz çıxışında ümidlə bildirdi ki, Prezidentin 19 aprel 2018-ci il tarixli fərmanı tətbiq edilərək icrası başa çatdıqdan sonra cənab Prezidentin bu istiqamətdə növbəti fərmanı I qrup Qarabağ əlillərinə 8 min 8 yüz manat, II qrup Qarabağ əlillərinə 6 min 600 manat, III qrup Qarabağ əlillərinə isə 4 min 400 manat birdəfəlik sığorta  pulunun ödənilməsi ilə bağlı olacaq və tezliklə onlarında söqorta məsələləri öz həllini tapacaqdır. Çünki, bu kateqoriyalı vətəndaşlarımızın bu vəsaitə çox ehtiyacları vardır.

    Daha sonra Prezdentin məlum Fərmanının icrasına adiyyəti olan idarəin Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağstafa rayon şöbəsinin rəisi mayor Fizuli Əliyev rəsmi statistik məlumar verərək bildirdi ki, Ağstafa rayonu üzrə 421 nəfər Böyük Vətən Müharibəsi iştirakçısı, 69 nəfər  Beynəlmiləl Döyüşçülər Əfqanıstan, 15 nəfər isə digərməhəlli müharibəsi veteranı, 152 şəhid ailəsi, onlardan 4 nəfəri Azərbaycanin Milli Qəhranıdır, 1258 nəfər Qarabağ müharibəsi veteranı, 122 nəfər 35 nəfər isə Çernobıl AES qəzasının iştirakçısı vardır. Sonuncu şəhidimiz 20 may 2018-ci tarixində, Azərbaycan-Ermənistan dövlət sərhədinin Naxçıvan Muxtar Respublikası sahəsində düşmən tərəfinin növbəti təxribatının qarşısını alarkən, döyüş tapşırığını yerinə yetirən zaman Azərbaycan Ordusunun hərbi qulluqçusu əsgər Tatarov Adil Əli oğludur. Bu insanlar hər vaxt I-ci növbədə Ağstafa rayonu İcra Hakimiyyətin və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağstafa rayon şöbəsinin diqqət və qayğsı altında olaraq onların tibbi-sosial məsələlərinə əlimizdən gələn köməkliyi əsirgəməmişik. Dövlətimiz tərəfindən bu diqqət-qayğı olub və  bundan sonrada davam etdiriləcəkdir.

     Sonra Prezdentin məlum Fərmanına adiyyəti olan idarəin Ağstafa rayonu Dövlət Sosial Müdafiyə Fondunun müdüri Oktay Məsməliyev, Dövlət Sığorta Kommersiya Şirkətinin Ağstafa rayon filalının direktoru Sahib Salıfov, Dövlət Sığorta Kommersiya Şirkətinin Qazax rayon filalının direktoru Mübariz Abdullayev, Ağstafa rayonu Mərkəzi Xəstəxanasının baş həkimi Fatıma Vəliyeva, Gənclər və İdman Nazirliyinin Ağstafa rayon idarəsinin baş məsləhətçisi Turan Hüseyinov, "Əfqanıstan Müharibəsi Veteranları" Birliyinin Ağstafa rayon şöbəsinin sədri Mirzahid Haciyev, Silahlı Qüvvələr və Əmək Respublika Veteranlar Təşkilatının Ağstafa rayon şöbəsinin sədri Fərhad Əliyev, Respublika Axsaqqalar Şurasının  Ağstafa rayon şöbəsinin sədri Firdovsi Heydərli, “Ehtiyatda olan Zabitlərin Konfederasiyası” ictimai birliyinin Ağstafa rayon şöbəsinin sədri Asif Abdullayev çıxış edərək şəhid ailələrinin və müharibə əlillərinin onlara dövlət tərəfindən qanunla nəzərdə tutulmuş sığorta pul vəsaitləri haqqında və şəhid ailələrinin, müharibə əlillərinin tibbi-reabilitasiyası, sosial məsəllər ilə əlaqədar iclas iştirakçılarına ətraflı məlumat verdilər.

    Çıxış edənlər öz çıxışlarnın sonunda, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 19 aprel 2018-ci il tarixində imzaladığı Fərmanını müsbət qiymətləndirərək, cənab Prezidentə və Fərmanın regionlarda icra olunmasına ictimayi dəstək verdiyinə görə, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasına və Azərbay­can Respub­likasıBeynəlmiləlçi Əlil Döyüşçülər” Fondunun əməkdaşlarına öz təşəkkürlərini bildirdilər.

   Iclasda şəhid ailələrinə, müharibə əlillərinə Prezidentin 19 aprel 2018-ci il tarixində imzaladığı Fərmanını haqqında maarifləndirmə bukleti paylanıldı və Ağstafa rayon adiyyəti olan idarələrin rəhbərləri tərəfindən şəhid ailələrini, müharibə əlillərinı maraqlandıran suallara  aydınlıq gətirildi.

    Iclas Ağstafa rayonunda şəhid ailələrinə, müharibə əlillərinə, vetranlara göstərdikləri  diqqət və qayğıya  və  gənclərin hərbi vətənpərvərlik ruhunun aşılamasındakı xidmətlərinə görə bir neçə nəfərə Fəxri–Fərmanlar və Respublika Veteranlar Təşkilatının medalı təqdim edilərək  yekunlaşdı.

 

 

Beynəlmiləlçi Əlil Döyüşçülər Fondu

ŞƏRHLƏR

Digər Yazılar
XƏBƏRLƏR
Assosiasiya hemofiliyalı pasientlərin həyat keyfiyyətnin yaxşılaşdırılması üçün təkliflər paketi hazırlayıb - 20 / 03 / 2019 17:49
ƏFV SƏRƏNCAMI: YÜKSƏK HUMANİZMİN VƏ MƏRHƏMƏTİN NÜMAYİŞİ - 20 / 03 / 2019 09:47
QHT bir qrup şəhid ailələri və tənha yaşayan ahılları bayram sovqatı ilə sevindirdi - FOTOLAR - 20 / 03 / 2019 09:42
QHT Koalisiyası “Dost Xonçası” aksiyasına qoşuldu - FOTOLAR - 20 / 03 / 2019 09:20
QHT sədrindən təklif: BMT- nin Baş Katibi vəzifəsinə namizədliyi irəli sürülsün - 19 / 03 / 2019 21:25
Azərbaycanın ən yaxşı gənc natiqi müəyyən olundu! - 19 / 03 / 2019 20:36
Sahib Məmmədov: "Qanun qəbul olunacağı təqdirdə məhkəmələrin yükü azalacaq" - 19 / 03 / 2019 18:30
Vüqar Səfərliyə BMAM-ın ali mükafatı təqdim olundu - 19 / 03 / 2019 13:48
QHT sədri Qazaxıstanda Türk dünyası ilə bağlı tədbirlərdə iştirak edəcək - 19 / 03 / 2019 09:49
Azay Quliyev şəhid Məsim Əkbərovun ailəsini ziyarət edib - FOTO - 19 / 03 / 2019 09:44
Respublika Veteranlar Təşkilatında Azərbaycanda təhlükəsizlik orqanlarının yaradılmasının 100 illiyi qeyd edilib - 19 / 03 / 2019 09:43
Forum prezidentindən -TƏBRİK - 19 / 03 / 2019 06:43
Əlilliyi olan şəxslər üçün Novruz şənliyi təşkil olundu - 18 / 03 / 2019 21:11
KİVDF-nin 10 illik yubileyi qeyd edilib - 18 / 03 / 2019 18:51
QHT Şurasından həssas sosial qrupların hüquqlarını qoruyan təşkilatlara GÜZƏŞT - 18 / 03 / 2019 16:35
Qalib QHT-lərin nəzərinə: - QHT Şurası yeni qaydaları açıqladı - 18 / 03 / 2019 16:13
QHT sədrinin səhhəti normallaşıb - 18 / 03 / 2019 14:09
Birinci qrant müsabiqəsində qalib gələn QHT-lərin adları açıqlandı - SİYAHI - 18 / 03 / 2019 13:45
lham Mədətov əlaçı tələbələrlə görüşdü - 18 / 03 / 2019 08:25
QHT Şurası 371 layihəni maliyyələşdirdi - VİDEO - 18 / 03 / 2019 08:14
Hüquq müdafiəçiləri Prezident İlham Əliyevə təşəkkür məktubu göndəriblər - 18 / 03 / 2019 08:00
"Planet " verilişinin növbəti buraxılışı... - VİDEO - 18 / 03 / 2019 07:28
İlham Əliyev hər zaman ölkə vətəndaşlarını düşünür və onların hər zaman yanındadı - QHT sədri - 17 / 03 / 2019 21:09
QHT Koalisiyası Vərəmlə Mübarizə Günü ilə bağlı silsilə tədbirlər keçirir - 17 / 03 / 2019 19:15
Masallıda gənclərlə görüş keçirilib - 17 / 03 / 2019 11:51
Əfv sərəncamı Salyandakı 5 saylı cəzaçəkmə müəssisəsində də icra olunub - 17 / 03 / 2019 10:13
Respublika veteranları Prezident İlham Əliyevin imzalığı əhf sərəncamının yüzlərlə ailəyə bəxş etdiyi sevincə qoşulur - 17 / 03 / 2019 08:52
İradə Rizazadə: "Əhalinin sosial rifahının yaxşılaşdırılması cənab Prezidentin siyasətinin prioritet istiqamətlərindən biridir" - 17 / 03 / 2019 07:54
Əfv sərəncamı 14 saylı cəzaçəkmə müəssisəsində də icra olunub - VİDEO - 17 / 03 / 2019 07:17
"Azərbaycan Prezidentinin bu humanist addımı yüzlərlə ailəyə əsl bayram sevinci bəxş etdi" - Davud Rəhimli - 16 / 03 / 2019 19:08