Şuranın dəstəyi ilə Abşeron rayonunda inklüziv təhsillə bağlı ictimai maarifləndirmə tədbiri keçirilib
A A A
06/11/2018
Oxunma sayısı : 20356

|

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə “Ümman” Əlilliyi olan Uşaqlara Qayğı ictimai birliyi tərəfindən “İnklüziv cəmiyyət naminə - inklüziv təhsil” şüarı ilə ictimai maarifləndirmə kampaniyalarının təşkili” layihəsinin icrası həyata keçirilir.

QHT.az xəbər verir ki, layihənin icra planına uyğun olaraq Abşeron rayonu Xırdalan şəhərində yerləşən və şəhid Bəxtiyar Yaqub oğlu Cəfərovun adını daşıyan 3 nömrəli məktəb-liseydə “İnklüziv təhsil sahəsində mövcud vəziyyət və qarşıda duran vəzifələr” mövzusunda ictimai maarifləndirmə tədbiri keçirilib.

Müəllim, şagird və valideynlərin, QHT və KİV nümayəndələrinin iştirakı ilə keçirilən həmin tədbiri məktəb-liseyin direktoru Sevinc Məmmədəliyeva açıq elan edib və inklüziv təhsilin təbliğinə həsr edilmiş bu kimi tədbirlərin əhəmiyyətli olduğunu qeyd edib.

Birliyin rəhbəri Şükufə Məmmədova tədbir iştirakçılarını salamlayıb, müasir dövr üçün çox aktual bir mövzuya həsr olunmuş layihəyə dəstək verdiyinə görə Şuraya, ictimai maarifləndirmə tədbirinin keçirilməsi üçün yaradılan şəraitə görə isə Abşeron Rayon İcra Hakimiyyətinə, Təhsil Şöbəsinə, habelə məktəb-liseyin rəhbərliyinə təşəkkürünü bildirib.

Layihənin eksperti, sosial iş üzrə mütəxəssis Ramilə Rasimqızı isə öz çıxışında qarşıdan gələn 15 iyun - Milli Qurtuluş Günü, mübarək Ramazan bayramı və 18 iyun - İnsan Hüquqları Günü münasibətilə tədbir iştirakçılarının səmimi qəlbdən təbrik edib, ən xoş arzularını çatdırıb.
R.Rasimqızı qeyd edib ki, hazırda icra olunan həmin layihənin əsas məqsədi – inklüziv təhsilin əhəmiyyəti, aktual problemləri və perspektivləri, sağlamlıq imkanları məhdud uşaqların erkən aşkarlanması, reabilitasiyası, inklüziv təhsil imkanlarının artırılması, bu qəbildən olan uşaq və gənclərin, habelə ailələrin sosial inkluziyasına həsr olunmuş ictimai maarifləndirmə kampaniyalarının təşkil edilməsi ilə aidiyyəti dövlət qurumlarının və ictimaiyyətin diqqətini bu sahədə mövcud problemlərin həllinə cəlb etməkdən ibarətdir.

Eyni zamanda o, diqqətə çatdırıb ki, Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 14 dekabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “2018-2024-cü illərdə Azərbaycan Respublikasında sağlamlıq imkanları məhdud şəxslər üçün inklüziv təhsilin inkişafı üzrə Dövlət Proqramı”nda bu qəbildən olan uşaqların digər uşaqlarla birgə təhsilə (inklüziv təhsilə) cəlb olunması üçün zəruri tədbirlərin həyata keçirilməsi nəzərdə tutulmuşdur.

Tədbirdə çıxış edən Əlil Təşkilatları İttifaqının prezidenti Davud Rəhimli əlilliyin dərki probleminin inklüziv təhsilin tətbiqində mühüm maniələrdən biri olduğunu, buna görə də əhalinin bu barədə məlumatlılıq səviyyəsinin artırılması, əlilliyi olan şəxslərə təhsilin bütün pillələri üzrə bərabər imkanların yaradılması, təhsil müəssisələrinin infrastrukturunun onlar üçün uyğunlaşdırılması, habelə tədris proqramlarının təkmilləşdirilməsi istiqamətində zəruri tədbirlərin görülməsinin qarşıda duran ən mühüm vəzifələrdən biri olduğunu söyləyib.

Daha sonra layihəyəyə inklüziv təhsil üzrə ekspert qismində cəlb edilən Azərbaycan Dövlət Pedaqoji Universitetinin Korreksiyaedici təlim kafedrasının müəllimi, Təhsil İnstitutunun doktorantı Gülnar Vəliyeva mövzu ilə bağlı maraqlı təqdimatla çıxış edərək, inklüziv təhsilin anlayışı, məqsəd və vəzifələri barədə iştirakçılara ətraflı məlumat verib.

Qeyd olunub ki, inklüziv təhsil cox geniş bir anlayış olsa da, Azərbaycanda inklüziv təhsil xüsusi qayğıya ehtiyacı olan uşaqların ümumtəhsil məktəblərində digər uşaqlar ilə birgə təhil alması mənasında başa düşülür. Əslində isə inklüziv təhsil (fr. inclusif – “özünə daxil edən”, lat. Include - “daxil edirəm”) - uşaqların fiziki, psixi, intellektual və digər xüsusiyyətlərindən asılı olmayaraq, onların öz həmyaşıdları ilə məktəbdə eyni sinifdə təhsilə cəlb edilməsidir. Sağlamlıq imkanları məhdud uşaqlar dərs prosesində digər həmyaşıdları ilə birgə iştirak etdikdə, onların arasında bir-birinə qarşı anlaşma və hörmət hissi inkişaf edir. İnklüziv təhsilin əsas məqsədi sağlamlıq imkanları məhdud uşaqların təhsil ehtiyaclarını ödəmək, onların tam və bərabər hüquqlu şəxsiyyət kimi inkişaf etmələrinə kömək etməkdir.

Tədbirdə əlilliyi olan şəxslərin inklüziv təhsilə cəlb olunması sahəsində mövcud maneələr və onların aradan qaldırılması yolları ilə bağlı geniş fikir mübadiləsi aparılıb, Abşeron rayonunun nümunəvi ümumtəhsil müəssisəsi kimi tanınan Xırdalan şəhəri B.Y. Cəfərov adına 3 nömrəli məktəb-liseydə 2018-2019-cu tədris ilindən pilot layihə olaraq ibtidai təhsil səviyyəsində inklüziv təhsilin tətbiq edilməsi ilə bağlı Təhsil Nazirliyinə müraciət edilməsi təklif edilib.
Azərbaycan Respublikası Təhsil İnstitutunun İnklüziv təhsil şöbəsinin müdiri, p.ü.f.d Lalə İmanova tərəfindən hazırlanmış “İnklüziv təhsil beynəlxalq norma kimi” adlı maarifləndirici buklet tədbir iştirakçılarına paylanılıb.

ŞƏRHLƏR

Digər Yazılar
XƏBƏRLƏR
Azay Quliyev QHT-lərə dəstəyin artırılmasını təklif etdi - Video - 13 / 11 / 2018 20:56
General KƏRİM KƏRİMOV fenomeninin sirri - 13 / 11 / 2018 19:37
"Bərdə Peşə Liseyinin Modernləşdirilməsi” layihəsi çərçivəsində görüş keçirilib - 13 / 11 / 2018 17:50
QHT-nin 20 illik yubileyi münasibətilə təbrik məktubu - 13 / 11 / 2018 12:56
Respublika Veteranlar Təşkilatında Mehdi Hüseynzadənin anadan olmasının 100 illik yubileyi qeyd edilib - 13 / 11 / 2018 11:01
QHT-lərin hazırladıqları filmlərin telekanallarda yayımı məsələsi gündəmə gətirilir - 13 / 11 / 2018 09:49
Diabetə birlikdə qalib gələk - 13 / 11 / 2018 06:50
Azerbaijan, Turkey ink MoU on joint activity, cooperation on work with NGOs - 12 / 11 / 2018 19:27
Elməddin Behbud Bilik Fondunda tələbə-jurnalistlərlə görüşüb - 12 / 11 / 2018 19:07
Türkiyədəki 17 min azərbaycanlı tələbənin problemi nazirlə müzakirə edildi - 12 / 11 / 2018 09:26
Dünya Veteranlar Federasiyasının prezidenti Azərbaycan Prezidenti İlham Əliyevə minnətdarlıq məktubu ünvanlayıb - 12 / 11 / 2018 05:48
Veteran jurnalist xatirə medalı ilə təltif edildi - 11 / 11 / 2018 19:55
Hemofiliyalı vətəndaşların dərman təchizatında olan çətinliklər həllini tapmaqdadır - 11 / 11 / 2018 11:20
QHT sədri xüsusi medalla təltif edilib - 10 / 11 / 2018 17:11
Parlament Jurnalistlər Birliyinin üzvləri ənənəvi olaraq Bayraq Günündə aksiya keçirdilər - 10 / 11 / 2018 07:52
Ankarada Azərbaycan ilə Türkiyə arasında QHT-lərin birgə fəaliyyətinə dair memorandum imzalanıb - 09 / 11 / 2018 20:15
Ağdamda möhtəşəm “Bayraq yürüşü” - 09 / 11 / 2018 19:07
“Hərəyə bir bayraq verək” aksiyası - 09 / 11 / 2018 13:35
“Milli Qəhrəmanlarımızı tanıyaq və tanıtdıraq!” - 09 / 11 / 2018 05:10
QHT-lərə Dövlət Dəstəyi Şurası tarixçi-alim İsrafil Məmmədovu Fəxri Fərmanla təltif etdi - 08 / 11 / 2018 20:06
Hasilat Sənayesində Şəffaflıq üzrə Komissiyanın növbəti iclası keçirilib - 08 / 11 / 2018 17:25
“Vətəndaş Cəmiyyətinin psixoloji maarifləndirilməsi və Media” layihəsinin bağlanış mərasimi keçirilib. - 08 / 11 / 2018 11:09
Tamxil Ziyədinoğlu “Oxu Akademiyası” tərəfindən Fəxri diplomla təltif edilib - 08 / 11 / 2018 10:34
Şuranın dəstəyilə hazırlanan “İrəvan - Azərbaycanın qədim mədəniyyət mərkəzi” adlı kitabın təqdimatı olub - 08 / 11 / 2018 10:09
Onlayn mediaya maliyyə dəstəyi günün tələbidir - 08 / 11 / 2018 08:32
Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkdilər - 08 / 11 / 2018 08:13
Gənclər təşkilatı “İnteqrasiya olunmuş sosial xidmətlər modelini” təqdim etdi - 08 / 11 / 2018 08:11
Şəmistan Əlizamanlı “Diriliş Ərtoğrul”da mahnı oxudu - VİDEO - 07 / 11 / 2018 21:06
Sumqayıtda "Uşaqlar hüquqlarını bilirlərmi" mövzusunda seminar təşkil olundu - 07 / 11 / 2018 19:44
Şura sədri Azay Quliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Ankaraya səfərə gedir - 07 / 11 / 2018 17:08