QHT-lərin fəaliyyəti haqqında həftəlik xəbərlər proqramı hazırlanacaq - Şuranın dəstəyi ilə
A A A
06/11/2018
Oxunma sayısı : 34766


Bu barədə QHT.az-a “İnformasiya Təşəbbüslərinə Dəstək” ictimai birliyinin sədri Cəsarət Hüseynzadə məlumat verib.

O qeyd edib ki, QHT TV-nin dəstəklənməsinə yönələn bu fəaliyyət Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “QHT sektorunda baş verən mühüm hadisələr və QHT-lərin fəaliyyəti haqqında video informasiyaların hazırlanması və yayımının təşkili” layihəsi çərçivəsində baş tutacaq.


Layihənin məqsədi QHT-lərin fəaliyyətinin təşviq edilməsi ilə müxtəlif sektorlar arasında etimadın artırılmasına və cəmiyyətin davamlı inkişafına nail olmaqdır.

Cəsarət Hüseynzadə bildirib ki, layihə ümumilikdə Azərbaycanda qeyri-kommersiya sektorunun təbliğini, QHT-lərin sosial və digər problemlərin həllinə verdiyi töhfələri, sektorlar arası ünsiyyət və qarşılıqlı inamın inkişaf etdirlməsinə dəstək verməyi hədəfləyir.


Layihə çərçivəsində QHT-lərin fəaliyyətini işıqlandıran həftəlik xəbərlər proqramının hazırlanması nəzərdə tutulur. Həftəlik xəbərlər blokunda 10-a yaxın QHT-nin fəaliyyəti və tədbirləri, eyni zamanda həftənin vətəndaş cəmiyyəti ilə bağlı önəmli xəbərlərinə yer veriləcək. Xəbərlər blokunun 10- 15 dəqiqə olmaqla həftədə 1 dəfə, layihə müddətində 20 buraxılış hazırlanması nəzərdə tutulub.

Cəsarət Hüseynzadə bildirib ki, layihələrin icrası zamanı yeni forma və metodlardan istifadə etmək əsas hədəfləridir:

“Bu layihədə xəbərlər blokunun hazırlanmasında əsas format vətəndaş jurnalistikası olacaq. 

Beləki, təşkilat layihənin daha əhatəli olmasının təmin etmək üçün xəbərlər blokunu QHT-lərldən gələn video materiallar vasitəsi ilə hazırlanmasın planlaşdırır. Bununla bağlı QHT-lər üçün xüsusi maarifləndirici video material da hazırlanacaq”.


Layihə rəhbərli QHT-ləri yaradılan bu imkandan istifadə etməyə çağırıb:

“Bizim bütün QHT-lərin tədbirlərində çəkiliş etməyə imkanımız yoxdur. Bildiyiniz kimi QHT-lər layihələr çərçivəsində keçirilən tədbirlərin video çəkilişlərini aparır. Həmin video çəkilişlərdən 1-2 dəqiqələrik görüntü təqdim etdikləri halda, təşkilatın fəaliyyətini xəbərlər blokunda işıqlandırılması mümkün olacaq. Bu sistemi keyfiyyətli və operativ formada qura bilsək həm QHT TV üçün həm də ictimai birliklər üçün yeni mərhələnin əsası qoyulacaq”.


Bundan başqa layihə çərçivəsində həftənin ictimai əhəmiyyətli əsas hadisəsini müzakirə etmək üçün QHT rəhbərləri ilə həftədə 1 dəfə, ümumilikdə 20 müsahibənin hazırlanması nəzərdə tutulur.
Hazırlanmış xəbərlər, müsahibələr və reportajlar QHT TV –nin internet səhifəsi (www.qhttv.az), QHT.az saytı, QHT TV–nin youtube kanalı və digər sosial şəbəkələrdə yayımlanacaq.

QHT TV-nin rəhbəri bildirib ki, layihənin icrasının texniki təminatın təşkil olunması ilə bağlı İnternet TV üçün kiçik studiyanın qurulması istiqamətində aparılan işlər davam edir. Bu işlərin iyun ayının sonlarına yekunlaşması gözlənilir.



Qeyd edək ki, QHT TV ötən il Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirilən ““QHT TV” - vətəndaş cəmiyyəti təşkilatları üçün media imkanlarının genişləndirilməsi” layihəsi çərçivəsində fəaliyyətə başlayıb.
Eyni zamanda Cəsarət Hüseynzadə QHT TV-dən öncə www.qht.az saytı üzərindən ilk dəfə Azərbaycanda QHT-lərin elektron bazasını və şəbəkəsini formalaşdırmışdır.

Hazırda həmin şəbəkədə 700-ə yaxın QHT haqqında informasiya bazası formalaşdırılmış və 700 QHT üçün subdomenli sayt yaradılmışdır. Eyni zamanda QHT-lərin fəaliyyəti haqqında gündəlik xəbərlər yayımlanır.

İnformasiya Təşəbbüslərinə Dəstək İctimai Birliyi

ŞƏRHLƏR

Digər Yazılar
XƏBƏRLƏR
QHT Türk şəhidlərinin şərəfinə ucaldılan xatirə abidəsinə ziyarət təşkil etdi - 21 / 10 / 2018 16:20
Masallıda vərəmlə bağlı vəziyyət müzakirə olunub - 20 / 10 / 2018 11:41
Azərbaycanda avtoritar ailə modelinin demokratik ailə modelinə çevrilməsi prosesi gedir - 19 / 10 / 2018 17:20
Şura 2019-cu il qrant müsabiqəsinin mövzularını təsdiq edib - 19 / 10 / 2018 17:10
“Vicdanlı işəgötürənlərin vergi və sosial ödəmə yükü artırılır” – QHT sədri - 19 / 10 / 2018 16:59
Şuranın dəstəyilə QHT TV-nin Xəbərlər Blokunun 14-cü buraxılışı hazırlanıb - Video - 19 / 10 / 2018 07:21
Bakı QHT Resurs və Təlim Mərkəzi QHT-lərin xidmətindədir - 19 / 10 / 2018 06:52
“Loqos”da növbəti dəfə “Layihələrin yazılması və idarə edilməsi” adlı təlimlər keçirilib. - 19 / 10 / 2018 06:45
ADPU-da “Layihələrin yazılması və idarə edilmə si” adlı təlim keçirilib. - 19 / 10 / 2018 06:42
Ucarda Şuranın fəaliyyətinin 10 illiyinə həsr olunan ictimai müzakirə keçirilib - 18 / 10 / 2018 15:41
"İşğal altında olan maddi və mənəvi abidələrin Bakıda və regionlarda təbliği" adlı tədbir keçirildi - 18 / 10 / 2018 14:33
Şuranın 10 illik yubileyi ilə bağlı fərqli statistik video-çarx - 18 / 10 / 2018 13:01
Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının 30 illik yubileyinə dəvət olunmuş nümayəndə heyəti ilə görüş olub - 18 / 10 / 2018 12:20
Layihənin yekun tədbiri keçirilib - 18 / 10 / 2018 03:06
Rəsul Quliyevin fərdi sərgisi - "Mən görürəm" - 17 / 10 / 2018 21:27
"Kəlbəcərdə yeni qəsəbə salınması Cenevrə Konvensiyasına ziddir" - Sahib Məmmədov - 17 / 10 / 2018 18:39
Azay Quliyev QHT sədrinin vəfatı ilə əlaqədar başsağlığı verdi - 17 / 10 / 2018 14:24
“11 000 manat bütün şəhid ailələrinə verilməlidir“ - 17 / 10 / 2018 13:13
Bakıda “Müasir dünyada təhlükəsizlik: qlobal və regional çağrışlar” mövzusunda beynəlxalq konfrans keçirmişdir - 17 / 10 / 2018 13:06
Şəmkirdə Şuranın fəaliyyətinin 10 illiyinə həsr olunan ictimai müzakirə keçirilib - 17 / 10 / 2018 11:48
Qarabağla ürəyi döyünən mərd, cəsur fədakar bir oğlu itirdik - 16 / 10 / 2018 19:55
“Photo magic of stars” fotosərgisi - 16 / 10 / 2018 19:13
Şuranın dəstəyilə hazırlanan “Yüksəlişin sirri” sənədli filmi təqdim olunub - 16 / 10 / 2018 18:34
Respublika Veteranlar Təşkilatının yaradılmasının 30 illik yubileyi qeyd olunub - 16 / 10 / 2018 13:59
“Loqos” da Üsküdar Universitetinin təqdimatı keçirilib. - 16 / 10 / 2018 12:24
Şuranın dəstəyilə “Mirzə Ələkbər Sabir virtual muzeyi” ingilis və rus dillərində təqdim olunub - 16 / 10 / 2018 00:20
Azay Quliyev: Son 15 ildə Prezident İlham Əliyev Azərbaycanı regionun ən güclü və münbit ölkəsinə çevirdi - 15 / 10 / 2018 17:13
Şuranın 10 illiyi və regionların inkişafında QHT-lərin rolu mövzusunda Şəkidə ictimai müzakirə keçirilib - Foto - 15 / 10 / 2018 17:05
“Nəsillərə örnək ömür” adlı tədbir keçirilib. - 15 / 10 / 2018 08:44
Məcburi köçkünlərin sosial vəziyyətinin qiymətləndirilməsinin nəticələrinə dair yekun tədbir keçirilib - 15 / 10 / 2018 05:42