Turizm siyasətinin planlaşdırılmasında QHT-lərin rolu
A A A
06/12/2018
Oxunma sayısı : 12784
Elməddin Hacılı

Turizm siyasətinin planlaşdırılması qarşıya qoyulan məqsədlərin müvəffəqiyyəti üçün çox vacibdir və hədəfdə dayanıqlı turizmin inkişafını təmin etməkdir. Elmi-nəzəri mənbələrə görə turizm sistemində turizm siyasətinin planlaşdırılması altı əsas funksiyanı yerinə yetirir. Bu funksiyalar: turizm inkişafı üçün ümumi qaydaları müəyyənləşdirmək, destinasiyada qəbul edilə biləcək turistik fəaliyyət və davranışlar üçün ümumi bir çərçivə çəkmək, onları destenasiyda bütün turizm tərəfdaşlarına istiqamətləndirmək, destinasiyda turizmə xas strategiya və hədəflər mövzusunda konsensusun təmin edilməsinə kömək, turizm sənayesinin ölkənin iqtisadiyyatına və bütövlükdə cəmiyyətə verdiyi töhfəyə dair müzakirələr aparmaq, turizm sektorunun digər sektorlarla effektiv ünsiyyətdə olmasını təmin etməkdir. Beynəlxalq təcrübədə vətəndaş cəmiyyətinin əsas strukturlarından biri kimi QHT-lərin bu fəaliyyətlərin təmin edilməsində  iştirakı danılmaz faktdır.

Beynəlxalq təcrübədə aparılan tədqiqatlara görə turizm siyasətinin planlaşdırılması baxımından QHT-lərin funksiyaları turizm tərəfdaşları arasında ünsiyyət, yerli əhali və yerli maraqlı tərəflərin turizm planlaşdırma prosesinə daxil edilməsi ilə bağlı məsələlərdə yarana bilər. Mütəxəssislər qeyd edir ki, yaxşı idarəetmənin əsasında və  dayanıqlı turizm siyasətinin inkişafı prosesində mərkəzi hakimiyyət orqanlarının bir sıra səlahiyyətlərini yerli QHT-lərə verməsi vacibdir. 

Yaxşı  idarəetmənin əsaslandığı turizm siyasətinin inkişafında ikinci vacib məsələ yerli əhalinin iştirakı və  legitimlikdir. Turizm və beynəlxalq inkişaf üzrə ekspert Peter Burns "Turizm Planlaması: Üçüncü Bir Yol?" başlıqlı məqaləsində, turizm planlamasına istiqamətli bir model təklif etmişdir. Bu modelə görə, destinasiyalar üçün turizm planları yaradılarkən, yerli, regional və milli səviyyələrdə turizm hədəfləri təyin olunduqdan sonra, planlama prosesində cəmiyyətin hər seqmentindən insanların iştirakının təmin edilə bilməsi üçün, destinasiyadakı qeyri-hökumət təşkilatlarının dəstəklənməsi lazımdır. Çünki yerli miqyasda fəaliyyət göstərən qeyri-hökumət təşkilatları, yerli əhaliyə yaxın olduqlarından, yerli əhalinin problemlərini daha yaxından təqib edə bilməkdə və bu problemlərin turizm planlaması prosesində nəzərə alınmasına təsir edəcəkdir. 

Son illərdə Azərbaycanda dayanıqlı turizmin inkişafı istiqamətində mühüm siyasət sənədləri hazırlanmış və müvafiq olaraq fəaliyyətlər həyata keçirilir. Bu məqsədlə Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixli fərmanı ilə təsdiqlənən “Azərbaycan Respublikasında ixtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi”də 2020-ci ilədək olan dövrdə Bakının turizm potensialından tam istifadə, milli səviyyədə daha yaxşı idarəetmənin təşkili, turizm zonalarının yaradılması, mövsümiliyin aradan qaldırılması üçün regional səviyyədə turizm infrastrukturunun inkişafı, viza prosedurlarının sadələşdirilməsi, regionlarda turizmin inkişaf etdirilməsi, turizm sahəsində təhsil proqramlarına investisiya qoyuluşunu həyata keçirməklə milli turizmin keyfiyyət sisteminin yaradılması istiqamətində tədbirlərin həyata keçirilməsi planlaşdırılır. Qeyd edək ki, bu sənədin hazırlanmasında QHT-lər tərəfindən irəli surulən təkliflərin də  nəzərə alınıb. 

Vətəndaş cəmiyyəti institutu olaraq QHT-lərin də  islahat prosesində yaxından iştirak etməsi üçün imkanlar yaradılıb. Bir məqamı da xatırldaq  ki, strateji yol xəritəsini monitorinq və qiymətləndirmə nəticələrinin açıq ictimai müzakirələrinin təşkil olunması islahat prosesində vətəndaş iştirakçılığının təmin edilməsi və açıq hökumət prinsiplərinə uyğundur. 

Beləliklə, turizm sektorunda QHT-lər tərəfindən müvəffəqiyyətlə həyata keçirilən layihələr, eyni zamanda dövlət tərəfindən yerinə yetirilən  proqramlar və islahatlar Azərbaycanın son illərdə qazandığı uğurların davamlılığını şərtləndirir və ölkənin dünyada dinamik iqtisadiyyata malik ölkə kimi qiymətləndirilməsinə imkan verir.

ŞƏRHLƏR
XƏBƏRLƏR
Şəki veteran hərakatın ön sırasındadır - 20 / 09 / 2018 13:13
Şuranın dəstəyilə "Radikal dini cərəyanlarla mübarizədə maarifçilik işinin təşkili" mövzusunda tədbir keçirilib - 20 / 09 / 2018 12:15
ATƏT-in Parlament Assambleyasının sədri Azərbaycanda səfərdədir - 20 / 09 / 2018 07:59
“Qarabağ dünən və bu gün” mövzusunda ictimai müzakirələr Ruminiya səfirliyində davam etdi. - 20 / 09 / 2018 06:15
Şəhid ailələrinə 11 min manat nə vaxt və necə ödəniləcək? - Şərh - 19 / 09 / 2018 22:32
Səbuhi Abbasov ATƏT-in tədbirində iştirakçılara səsləndi: "Mən sadəcə öz doğma yurduma, evimə qayıtmaq istəyirəm" - VARŞAVADA (VİDEO) - 19 / 09 / 2018 14:38
“Qarabağ dünən və bu gün” mövzusunda ictimai müzakirələr Polşa səfirliyində davam etdi - 19 / 09 / 2018 09:59
Şuranın dəstəyilə həyata keçirilən layihənin yekun tədbiri keçirilib - 18 / 09 / 2018 20:53
ATƏT toplantısında erməni təxribatı, separatçı çıxış edən erməni zaldan qovulub - 18 / 09 / 2018 19:55
Sahib Məmmədov: Konvensiya əleyhinə bir şəbəkə də yaradılır - 18 / 09 / 2018 14:29
Şuranın dəstəyilə qeyri-leqal məşğulluğun qarşısının alınması və işçilərin əmək hüquqlarının müdafiəsi mövzusunda veriliş hazırlanıb - 18 / 09 / 2018 05:51
“Qurbağa öpüşü” təqdim ediləcək - Ceylan Mumoğludan yeni kitab - 17 / 09 / 2018 18:40
Şuranın dəstəyilə dini radikalizmlə mübarizəyə dair layihə icra olunur - Video - 17 / 09 / 2018 18:07
Azay Quliyev: "Paşinyan bu addımları ilə bölgəni yenidən iri miqyaslı hərbi əməliyyatlara sürükləyir" - 17 / 09 / 2018 17:37
Şuranın dəstəyi ilə QHT TV-nin Xəbərlər blokunun X buraxılışı hazırlanıb - Video - 17 / 09 / 2018 05:37
Dələduzluqda və rüşvət almaqda ittiham olunan QHT sədrinin məhkəmə işi yekunlaşdı - 16 / 09 / 2018 18:15
Bu parad türk dünyasına qardaşlıq, səmimi dostluq mesajı idi - 16 / 09 / 2018 10:26
"Türk və Azərbaycan əsgərlərinin əziz xatirəsi iki qardaş xalqın qəlbində hər zaman yaşayacaq!" - Azay Quliyev - 15 / 09 / 2018 14:54
“15 sentyabr paradı Azərbaycan və Türkiyənin birlik mesajı idi” - Cəsarət Hüseynzadə - 15 / 09 / 2018 14:48
Liderlərin görüşü: Azərbaycan-Rusiya əlaqələri strateji tərəfdaşlığın məzmununa tamamilə uyğundur - 15 / 09 / 2018 09:22
“İnsanlığın qətl günü”: Xocalı ilə bağlı UNİKAL ADDIM - FOTO - 14 / 09 / 2018 19:54
Növbəti tədbir Xaçmaz rayonunda baş tutub - 14 / 09 / 2018 19:45
Özbəkistan ATƏT PA-nın Azərbaycanın təşəbbüsü ilə yaradılmış İpək Yoluna Dəstək Qrupuna üzvlüyə dəvət edilib - 14 / 09 / 2018 08:00
QHT-lərə Dövlət Dəstəyi Şurasının təşkilatçılığı ilə Bakının işğaldan azad olunmasının 100 illiyinə həsr edilmiş konfrans keçirilib - 13 / 09 / 2018 19:49
“15 sentyabr Türkiyə-Azərbaycan qardaşlığının bariz nümunəsi kimi əlamətdardır” MÖVQE-ÖZƏL - 13 / 09 / 2018 11:02
Milli QHT Forumu Qafqaz İslam Ordusunun 100 illik dönümü münasibətilə tədbir keçirib - 13 / 09 / 2018 10:53
“Yerli İdarəetməyə Yardım” ictimai birliyi regionlarda infosessiyalar keçirib - 12 / 09 / 2018 20:43
Türkiyənin qazi və ehtiyatda olan zabitlərdən ibarət nümayəndə heyəti Bakıda səfərdədirlər - 12 / 09 / 2018 20:31
Hemofiliyalı Xəstələrin dərman preparatlarının təminatında problemlər yaranıb - Video - 12 / 09 / 2018 17:40
Azay Quliyev: “ATƏT-in bütün üzvləri Mərkəzi Asiya ölkələri və Əfqanıstan arasında daha güclü inteqrasiyanı dəstəkləyir” - 12 / 09 / 2018 17:17