Şuranın dəstəyi ilə inklüziv təhsillin təbliğinə həsr olunmuş ictimai maarifləndirmə tədbirləri davam etdirilir
A A A
06/14/2018
Oxunma sayısı : 38922

|

“Ümman” Əlilliyi olan Uşaqlara Qayğı ictimai birliyi tərəfindən Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə “İnklüziv cəmiyyət naminə - inklüziv təhsil” şüarı ilə ictimai maarifləndirmə kampaniyalarının təşkili” layihəsi çərçivəsində növbəti tədbir Abşeron rayonu Masazır kənd 4 nömrəli tam orta məktəbdə keçirilib.

Məktəbin direktor müavini Ofelya Məmmədova tədbiri açıq elan edib və vurğulayıb ki, ümumtəhsil məktəblərində bu kimi tədbirlərin keçirilməsi inklüziv təhsilin təbliği baxımından mühüm əhəmiyyət kəsb edir.

Birliyin rəhbəri Şükufə Məmmədova isə tədbir iştirakçılarını salamlayaraq, belə bir vacib layihəyə dəstək verdiyinə görə Şuraya, tədbirinin təşkil edilməsində yaradılan şəraitə görə isə yerli icra hakimiyyətinə, təhsil şöbəsinə və məktəb rəhbərliyinə minnətdarlığını bildirib.

Layihəyə ekspert qismində cəlb olunmuş sosial iş üzrə mütəxəssis Ramilə Rasimqızı çıxış edərək qarşıdan gələn 15 iyun - Milli Qurtuluş Günü, mübarək Ramazan bayramı və 18 iyun - İnsan Hüquqları Günü münasibətilə tədbir iştirakçılarını təbrik edib, inklüziv təhsil sahəsində mövcud vəziyyət, bu sahədə görülən işlər, qarşıda duran hədəflər, habelə layihənin əsas məqsəd və vəzifələri barədə ətraflı məlumat verib.

R.Rasimqızı vurğulayıb ki, BMT Baş Məclisi tərəfindən 2006-cı il 13 dekabr tarixdə qəbul edilmiş və 2008-ci ildən ölkəmizin də qoşulmuş olduğu “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Konvensiya bu qəbildən olan şəxslərin təhsil hüquqlarının bir çox tərəflərini əhatə edir və inklüziv təhsilin hər kəs üçün ən yaxşı təhsil mühiti olduğunu təşviq edir.

O, ölkəmizdə inklüziv təhsilin tətbiqi ilə bağlı 2004-cü ildən başlayaraq təşəbbüslərin olduğunu, “Xüsusi qayğıya ehtiyacı olan (sağlamlıq imkanları məhdud) uşaqların təhsilinin təşkili ilə əlaqədar 2005-2009-cu illər üçün İnkişaf Proqramı” çərçivəsində inklüziv təhsilin təşkili ilə bağlı 3 pilot layihənin icrası olaraq 15 ümumi təhsil müəssisəsində, 13 məktəbəqədər təhsil müəssisəsində 268 nəfər əlilliyi olan uşağın inklüziv təhsilə cəlb edildiyi bildirib. Daha sonra qeyd olunub ki, hazırda Təhsil Nazirliyi və BMT-nın Uşaq Fondu arasında imzalanmış “2014-2015-ci illərə dair İllik Fəaliyyət Planı”na müvafiq olaraq, 3 tədris ilidir ki, davam etdirilən “İbtidai təhsil səviyyəsi üzrə inklüziv təhsilin tətbiqi” layihəsi çərçivəsində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki 138, 220, 202 və 255 nömrəli ümumi təhsil məktəblərində inklüziv təhsil cəlb olunan sağlamlıq imkanları məhdud uşaqların sayı isə 40 nəfərdir.

Təqdirəlayiq hal kimi vurğulanıb ki, ölkə Prezidenti cənab İlham Əliyevin 2017-ci il 14 dekabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “2018-2024-cü illərdə Azərbaycan Respublikasında sağlamlıq imkanları məhdud şəxslər üçün inklüziv təhsilin inkişafı üzrə Dövlət Proqramı”nda bu qəbildən olan uşaqların digər uşaqlarla birgə təhsilə (inklüziv təhsilə) cəlb olunması üçün zəruri tədbirlərin həyata keçirilməsi nəzərdə tutulub.

Azərbaycan Respublikası Təhsil İnstitutunun doktorantı, Loqos Psixoloji və Nitq İnkişaf mərkəzinin əməkdaşı Gülnar Vəliyeva isə öz təqdimatında bildirib ki, inklüziv təhsil cox geniş bir

anlayış olsa da, Azərbaycanda inklüziv təhsil xüsusi qayğıya ehtiyacı olan uşaqların ümumtəhsil məktəblərində digər uşaqlarla birgə təhsil alması mənasında başa düşülür. Əslində isə inklüziv təhsil (fr. inclusif – “özünə daxil edən”, lat. Include - “daxil edirəm”) - uşaqların fiziki, psixi, intellektual və digər xüsusiyyətlərindən asılı olmayaraq, onların öz həmyaşıdları ilə məktəbdə eyni sinifdə təhsilə cəlb edilməsi deməkdir. Əlilliyi olan uşaqlar dərs prosesində digər həmyaşıdları ilə birgə iştirak etdikdə, onların arasında bir-birinə qarşı anlaşma və hörmət hissi inkişaf edir. Beləliklə də inklüziv təhsilin əsas məqsədi bu qəbildən olan uşaqların təhsil ehtiyaclarını ödəmək, onların tam və bərabər hüquqlu şəxsiyyət kimi inkişaf etmələrinə kömək etməkdir.

Tədbirdə əlilliyi olan şəxslərin inklüziv təhsilə cəlb olunması sahəsində mövcud maneələr və onların aradan qaldırılması yolları ilə bağlı geniş fikir mübadiləsi aparılıb və Azərbaycan Respublikası Təhsil İnstitutunun İnklüziv təhsil şöbəsinin müdiri, p.ü.f.d Lalə İmanova tərəfindən hazırlanmış “İnklüziv təhsil beynəlxalq norma kimi” adlı maarifləndirici buklet iştirakçılara paylanılıb.

ŞƏRHLƏR

Digər Yazılar
XƏBƏRLƏR
Azay Quliyev QHT-lərə dəstəyin artırılmasını təklif etdi - Video - 13 / 11 / 2018 20:56
General KƏRİM KƏRİMOV fenomeninin sirri - 13 / 11 / 2018 19:37
"Bərdə Peşə Liseyinin Modernləşdirilməsi” layihəsi çərçivəsində görüş keçirilib - 13 / 11 / 2018 17:50
QHT-nin 20 illik yubileyi münasibətilə təbrik məktubu - 13 / 11 / 2018 12:56
Respublika Veteranlar Təşkilatında Mehdi Hüseynzadənin anadan olmasının 100 illik yubileyi qeyd edilib - 13 / 11 / 2018 11:01
QHT-lərin hazırladıqları filmlərin telekanallarda yayımı məsələsi gündəmə gətirilir - 13 / 11 / 2018 09:49
Diabetə birlikdə qalib gələk - 13 / 11 / 2018 06:50
Azerbaijan, Turkey ink MoU on joint activity, cooperation on work with NGOs - 12 / 11 / 2018 19:27
Elməddin Behbud Bilik Fondunda tələbə-jurnalistlərlə görüşüb - 12 / 11 / 2018 19:07
Türkiyədəki 17 min azərbaycanlı tələbənin problemi nazirlə müzakirə edildi - 12 / 11 / 2018 09:26
Dünya Veteranlar Federasiyasının prezidenti Azərbaycan Prezidenti İlham Əliyevə minnətdarlıq məktubu ünvanlayıb - 12 / 11 / 2018 05:48
Veteran jurnalist xatirə medalı ilə təltif edildi - 11 / 11 / 2018 19:55
Hemofiliyalı vətəndaşların dərman təchizatında olan çətinliklər həllini tapmaqdadır - 11 / 11 / 2018 11:20
QHT sədri xüsusi medalla təltif edilib - 10 / 11 / 2018 17:11
Parlament Jurnalistlər Birliyinin üzvləri ənənəvi olaraq Bayraq Günündə aksiya keçirdilər - 10 / 11 / 2018 07:52
Ankarada Azərbaycan ilə Türkiyə arasında QHT-lərin birgə fəaliyyətinə dair memorandum imzalanıb - 09 / 11 / 2018 20:15
Ağdamda möhtəşəm “Bayraq yürüşü” - 09 / 11 / 2018 19:07
“Hərəyə bir bayraq verək” aksiyası - 09 / 11 / 2018 13:35
“Milli Qəhrəmanlarımızı tanıyaq və tanıtdıraq!” - 09 / 11 / 2018 05:10
QHT-lərə Dövlət Dəstəyi Şurası tarixçi-alim İsrafil Məmmədovu Fəxri Fərmanla təltif etdi - 08 / 11 / 2018 20:06
Hasilat Sənayesində Şəffaflıq üzrə Komissiyanın növbəti iclası keçirilib - 08 / 11 / 2018 17:25
“Vətəndaş Cəmiyyətinin psixoloji maarifləndirilməsi və Media” layihəsinin bağlanış mərasimi keçirilib. - 08 / 11 / 2018 11:09
Tamxil Ziyədinoğlu “Oxu Akademiyası” tərəfindən Fəxri diplomla təltif edilib - 08 / 11 / 2018 10:34
Şuranın dəstəyilə hazırlanan “İrəvan - Azərbaycanın qədim mədəniyyət mərkəzi” adlı kitabın təqdimatı olub - 08 / 11 / 2018 10:09
Onlayn mediaya maliyyə dəstəyi günün tələbidir - 08 / 11 / 2018 08:32
Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkdilər - 08 / 11 / 2018 08:13
Gənclər təşkilatı “İnteqrasiya olunmuş sosial xidmətlər modelini” təqdim etdi - 08 / 11 / 2018 08:11
Şəmistan Əlizamanlı “Diriliş Ərtoğrul”da mahnı oxudu - VİDEO - 07 / 11 / 2018 21:06
Sumqayıtda "Uşaqlar hüquqlarını bilirlərmi" mövzusunda seminar təşkil olundu - 07 / 11 / 2018 19:44
Şura sədri Azay Quliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Ankaraya səfərə gedir - 07 / 11 / 2018 17:08