"Ailə adətləri və süfrə mədəniyyəti" mövzusunda təlim keçirilib
A A A
06/18/2018
Oxunma sayısı : 18509
Gənclərin Həmrəyliyi İctimai Birliyi Şəmkir rayonunda "Ailə adətləri və süfrə mədəniyyəti" mövzusunda təlim keçirib.

QHT.az xəbər verir ki, tədbirdə Şəmkir Rayon İcra Hakimiyyətinin əməkdaşı Pərviz İbrahimov, Gənclərin Həmrəyliyi İctimai Birliyinin nümayəndələri və rayonun fəal qadınları iştirak ediblər.

Tədbirdə çıxış edənlər bildiriblər ki, bizim ən gözəl milli ənənələrimizdən biri elə süfrə mədəniyyətimizdir. Ailənin bir yerə yığışması, böyüyün yuxarı başda əyləşməsi, hər kəsin də öz yerini bilməsi həm ailədə tərbiyənin göstəricisidir, həm də bir səmimiyyətdir, doğmalıq hissinin təzahürüdür. Ata birinci olaraq əlini süfrəyə uzadır, sonra da qalanları yeməyə başlayır. Ailədə səmimiyyət olandan sonra yeyilən yemək də ləzzətli olur.

Süfrə ilə bağlı elə qanunlarımız var ki, onları tapdamaq olmaz. Uşaqlara kiçik yaşlarından süfrə mədəniyyətini öyrətmək lazımdır. Stol arxasında necə oturmağı, qaşığı və ya çəngəli necə tutmağı, xörəyi necə yeməyi gərək uşaqlara kiçik yaşlarında öyrədilə. Uşaqlara öyrətmək lazımdır ki, yemək yeyərkən dodaqlarını yumsunlar.

Süfrədən yarımçıq durmaq da mədəniyyətdən deyil. Hər kəs yeyib qurtarandan sonra süfrənin yığışdırılması, meyvənin və ya çayın verilməsi də bu gözəlliyin bir başqa davamıdır.

Bir önəmli məqama da ondan ibarətdir ki, əgər üzürlü səbəb yoxdursa hər kəs süfrə başına toplaşmalıdır. Çünki dədə-babadan həmişə belə olub ki, ailə başçısı öz övladları ilə süfrə başında yemək yeyərkən həm də onların gündəlik məşğuliyyəti ilə maraqlanıb, nə iş gördüklərinin bir növ hesabını soruşub. 

İştirakçılarınd da böyük marağına səbəb olan tədbir geniş diskusiya şəraitində davam etdirilib. 

Qeyd edək ki, tədbirdən sonra Gənclərin Həmrəyliyi İctimai Birliyinin nümayəndələri Şəmkirdə bir neçə ailədə olub və onların süfrə mədəniyyəti ilə yaxından tanış olaraq həmin ailələrə hədiyyələr təqdim ediblər.











 

ŞƏRHLƏR

Digər Yazılar
XƏBƏRLƏR
Azay Quliyev QHT-lərə dəstəyin artırılmasını təklif etdi - Video - 13 / 11 / 2018 20:56
General KƏRİM KƏRİMOV fenomeninin sirri - 13 / 11 / 2018 19:37
"Bərdə Peşə Liseyinin Modernləşdirilməsi” layihəsi çərçivəsində görüş keçirilib - 13 / 11 / 2018 17:50
QHT-nin 20 illik yubileyi münasibətilə təbrik məktubu - 13 / 11 / 2018 12:56
Respublika Veteranlar Təşkilatında Mehdi Hüseynzadənin anadan olmasının 100 illik yubileyi qeyd edilib - 13 / 11 / 2018 11:01
QHT-lərin hazırladıqları filmlərin telekanallarda yayımı məsələsi gündəmə gətirilir - 13 / 11 / 2018 09:49
Diabetə birlikdə qalib gələk - 13 / 11 / 2018 06:50
Azerbaijan, Turkey ink MoU on joint activity, cooperation on work with NGOs - 12 / 11 / 2018 19:27
Elməddin Behbud Bilik Fondunda tələbə-jurnalistlərlə görüşüb - 12 / 11 / 2018 19:07
Türkiyədəki 17 min azərbaycanlı tələbənin problemi nazirlə müzakirə edildi - 12 / 11 / 2018 09:26
Dünya Veteranlar Federasiyasının prezidenti Azərbaycan Prezidenti İlham Əliyevə minnətdarlıq məktubu ünvanlayıb - 12 / 11 / 2018 05:48
Veteran jurnalist xatirə medalı ilə təltif edildi - 11 / 11 / 2018 19:55
Hemofiliyalı vətəndaşların dərman təchizatında olan çətinliklər həllini tapmaqdadır - 11 / 11 / 2018 11:20
QHT sədri xüsusi medalla təltif edilib - 10 / 11 / 2018 17:11
Parlament Jurnalistlər Birliyinin üzvləri ənənəvi olaraq Bayraq Günündə aksiya keçirdilər - 10 / 11 / 2018 07:52
Ankarada Azərbaycan ilə Türkiyə arasında QHT-lərin birgə fəaliyyətinə dair memorandum imzalanıb - 09 / 11 / 2018 20:15
Ağdamda möhtəşəm “Bayraq yürüşü” - 09 / 11 / 2018 19:07
“Hərəyə bir bayraq verək” aksiyası - 09 / 11 / 2018 13:35
“Milli Qəhrəmanlarımızı tanıyaq və tanıtdıraq!” - 09 / 11 / 2018 05:10
QHT-lərə Dövlət Dəstəyi Şurası tarixçi-alim İsrafil Məmmədovu Fəxri Fərmanla təltif etdi - 08 / 11 / 2018 20:06
Hasilat Sənayesində Şəffaflıq üzrə Komissiyanın növbəti iclası keçirilib - 08 / 11 / 2018 17:25
“Vətəndaş Cəmiyyətinin psixoloji maarifləndirilməsi və Media” layihəsinin bağlanış mərasimi keçirilib. - 08 / 11 / 2018 11:09
Tamxil Ziyədinoğlu “Oxu Akademiyası” tərəfindən Fəxri diplomla təltif edilib - 08 / 11 / 2018 10:34
Şuranın dəstəyilə hazırlanan “İrəvan - Azərbaycanın qədim mədəniyyət mərkəzi” adlı kitabın təqdimatı olub - 08 / 11 / 2018 10:09
Onlayn mediaya maliyyə dəstəyi günün tələbidir - 08 / 11 / 2018 08:32
Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkdilər - 08 / 11 / 2018 08:13
Gənclər təşkilatı “İnteqrasiya olunmuş sosial xidmətlər modelini” təqdim etdi - 08 / 11 / 2018 08:11
Şəmistan Əlizamanlı “Diriliş Ərtoğrul”da mahnı oxudu - VİDEO - 07 / 11 / 2018 21:06
Sumqayıtda "Uşaqlar hüquqlarını bilirlərmi" mövzusunda seminar təşkil olundu - 07 / 11 / 2018 19:44
Şura sədri Azay Quliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Ankaraya səfərə gedir - 07 / 11 / 2018 17:08