“Loqos” da ShushaPost.az saytının təqdimatı keçirilib
A A A
06/19/2018
Oxunma sayısı : 38894

|

       "Loqos” Psixoloji və Nitq İnkişaf Mərkəzində QHT Şurasının dəstəyi ilə maliyyələşən Azərbaycan-Slavyan Gəncləri Assosiasiyasının növbəti layihəsi “Dağlıq Qarabağ münaqişəsində informasiya müharibəsinin rolu - ShushaPost.az saytının təqdimatı keçirilib.

        Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə reallaşan “ShushaPost.az – 2 dildə informasiya portalının təkmilləşdirilməsi və inkişafı” adlı layihənin əsas məqsədi Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ətrafında baş verən prosesləri obyektiv cəmiyyətə çatdırmaqdan  ibarətdir. ShushaPost.az saytı 3 ilə yaxındır ki,  Azərbaycan-Slavyan Gəncləri Assosiasiyasının daxili imkanları hesabına yalnız Azərbaycan dilində fəaliyyət göstərib. Şura 2 aylıq layihə çərçivəsində saytın rus dili versiyasının da yaradılmasına imkan yaradıb.

       Tədbiri giriş sözü ilə "Loqos” Psixoloji və Nitq İnkişaf Mərkəzinin Marketinq şöbəsinin rəhbəri Leyla Kərimova açaraq təmsil etdiyi qurum haqqında iştirakçılara geniş məlumat verdi.

     Daha sonra "Loqos” Psixoloji və Nitq İnkişaf Mərkəzinin rəhbəri Təranə Məmmədova çıxış edərək bu kimi layihələrin həyata keçirilməsinin vacibliyindən danışdı. T.Məmmədova rəhbərlik etdiyi qurumun bu və bu kimi mövzulara hər zaman həssas yanaşıldığını, bu istiqamətdə müxtəlif layihələrin reallaşdırdığını diqqətə çatdırdı.

    Azərbaycan-Slavyan Gəncləri Assosiasiyasının sədri Səbuhi Abbasov isə çıxışında layihə haqında geniş məlumat verdi. ShushaPost.az saytının 3 ilə yaxındır ki, yalnız Azərbaycan dilində fəaliyyət göstərdiyini dedi: “ShsushaPost.az saytı ilkin mərhələdə 2016-cı ildə Gənclər Fondunun dəstəyi ilə 3 aylıq layihə çərçivəsində yaradılıb. Lakin layihə bitdikdən sonra da biz ASGA olaraq layihəni dayandırmadıq və bu illər ərzində öz şəxsi imkanlarımız hesabına ayaqda saxladıq. Mən ilk növbədə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasına öz dərin təşəkkürümü bildirirəm. hesab edirəm bu layihəyə dəstək bundan sonra da olacaqdır”

    Editor.az saytının rəhbəri Fərid Şahbazlı isə münaqişə ətrafında baş verən proseslərə saytların müdaxiləsinin mütləq olduğunu dedi.

  Sonra gənc alim, İKT üzrə mütəxəssis Cahid İsmayıloğlu çıxış edərək Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ətrafında baş verən proseslərə innovativ yanaşmanın vacib olduğunu dedi. O, bu proseslərdə yeni medianın rolunun vacib olduğunu bildirdi.

    Azərbaycan Diasporu İnformasiya Mərkəzinin rəhbəri Toğrul Allahverdili isə çıxışında Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin gənclər arasında təbliğinin vacib olduğunu dedi.

     Azxeber.com saytının baş redaktoru Əfsələddin Ağalarov çıxış edərək Dağlıq Qarabağ münaqişəsi ətrafında baş verən prosesləri müxtəlif dillərdə beynəlxalq tribunalara daşınmasının vacib olduğunu dedi.

      Məlumat üçün qeyd edək ki, tədbirdən sonra 20-yə yaxın sayt rəhbəri, politoloqlar, ekspertlər mövzu ətrafında disskusiya aparıblar.     Sonra tədbirin bədii hissəsinə start verilib. Balaca fidanların hazırladıqları vətənpərvərlik kompozisiyası tədbir iştirakçılarında xoş əhval –ruhiyyə yaradıb.

 

 

 

Psixoloji Xidmət və Tədqiqatlar İctimai Birliyi

ŞƏRHLƏR

Digər Yazılar
XƏBƏRLƏR
Azay Quliyev QHT-lərə dəstəyin artırılmasını təklif etdi - Video - 13 / 11 / 2018 20:56
General KƏRİM KƏRİMOV fenomeninin sirri - 13 / 11 / 2018 19:37
"Bərdə Peşə Liseyinin Modernləşdirilməsi” layihəsi çərçivəsində görüş keçirilib - 13 / 11 / 2018 17:50
QHT-nin 20 illik yubileyi münasibətilə təbrik məktubu - 13 / 11 / 2018 12:56
Respublika Veteranlar Təşkilatında Mehdi Hüseynzadənin anadan olmasının 100 illik yubileyi qeyd edilib - 13 / 11 / 2018 11:01
QHT-lərin hazırladıqları filmlərin telekanallarda yayımı məsələsi gündəmə gətirilir - 13 / 11 / 2018 09:49
Diabetə birlikdə qalib gələk - 13 / 11 / 2018 06:50
Azerbaijan, Turkey ink MoU on joint activity, cooperation on work with NGOs - 12 / 11 / 2018 19:27
Elməddin Behbud Bilik Fondunda tələbə-jurnalistlərlə görüşüb - 12 / 11 / 2018 19:07
Türkiyədəki 17 min azərbaycanlı tələbənin problemi nazirlə müzakirə edildi - 12 / 11 / 2018 09:26
Dünya Veteranlar Federasiyasının prezidenti Azərbaycan Prezidenti İlham Əliyevə minnətdarlıq məktubu ünvanlayıb - 12 / 11 / 2018 05:48
Veteran jurnalist xatirə medalı ilə təltif edildi - 11 / 11 / 2018 19:55
Hemofiliyalı vətəndaşların dərman təchizatında olan çətinliklər həllini tapmaqdadır - 11 / 11 / 2018 11:20
QHT sədri xüsusi medalla təltif edilib - 10 / 11 / 2018 17:11
Parlament Jurnalistlər Birliyinin üzvləri ənənəvi olaraq Bayraq Günündə aksiya keçirdilər - 10 / 11 / 2018 07:52
Ankarada Azərbaycan ilə Türkiyə arasında QHT-lərin birgə fəaliyyətinə dair memorandum imzalanıb - 09 / 11 / 2018 20:15
Ağdamda möhtəşəm “Bayraq yürüşü” - 09 / 11 / 2018 19:07
“Hərəyə bir bayraq verək” aksiyası - 09 / 11 / 2018 13:35
“Milli Qəhrəmanlarımızı tanıyaq və tanıtdıraq!” - 09 / 11 / 2018 05:10
QHT-lərə Dövlət Dəstəyi Şurası tarixçi-alim İsrafil Məmmədovu Fəxri Fərmanla təltif etdi - 08 / 11 / 2018 20:06
Hasilat Sənayesində Şəffaflıq üzrə Komissiyanın növbəti iclası keçirilib - 08 / 11 / 2018 17:25
“Vətəndaş Cəmiyyətinin psixoloji maarifləndirilməsi və Media” layihəsinin bağlanış mərasimi keçirilib. - 08 / 11 / 2018 11:09
Tamxil Ziyədinoğlu “Oxu Akademiyası” tərəfindən Fəxri diplomla təltif edilib - 08 / 11 / 2018 10:34
Şuranın dəstəyilə hazırlanan “İrəvan - Azərbaycanın qədim mədəniyyət mərkəzi” adlı kitabın təqdimatı olub - 08 / 11 / 2018 10:09
Onlayn mediaya maliyyə dəstəyi günün tələbidir - 08 / 11 / 2018 08:32
Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkdilər - 08 / 11 / 2018 08:13
Gənclər təşkilatı “İnteqrasiya olunmuş sosial xidmətlər modelini” təqdim etdi - 08 / 11 / 2018 08:11
Şəmistan Əlizamanlı “Diriliş Ərtoğrul”da mahnı oxudu - VİDEO - 07 / 11 / 2018 21:06
Sumqayıtda "Uşaqlar hüquqlarını bilirlərmi" mövzusunda seminar təşkil olundu - 07 / 11 / 2018 19:44
Şura sədri Azay Quliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Ankaraya səfərə gedir - 07 / 11 / 2018 17:08