Şuranın dəstəyilə Xaçmazda ailə dəyərləri müzakirə olunub
A A A
06/22/2018
Oxunma sayısı : 21289

|

“İnnovativ İdeya və Təşəbbüslər” İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri – Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyilə icra etdiyi layihə çərçivəsində Xaçmaz rayonunda tədbirlər keçirib.
 
“Milli ailə dəyərlərinin və məişət zorakılğının aradan qaldırılması yollarının təbliği, gənclər və gənc ailələrlə görüşlərin təşkili” layihəsi çərçivəsində tədbirlər Ə. Tahirov adına Köhnə Xaçmaz kənd tam orta məktəbində, akademik Zərifə Əliyeva adına 8 nömrəli məktəb liseyində və A. Səlimov adına Xaçmaz şəhər 7 nömrəli tam orta məktəbində keçirilib.
 
Tədbirlərdə “ İnnovativ İdeya və Təşəbbüslər ” İctimai Birliyinin sədri, millət vəkili Elşən Musayev, Xaçmaz rayonundan seçilmiş millət vəkili Eldəniz Səlimov, Ə. Tahirov adına Köhnə Xaçmaz kənd tam orta məktəbin direktoru İnqilab Musayev, A. Səlimov adına Xaçmaz şəhər 7 nömrəli tam orta məktəbinin direktoru Şamama Nəsirova, rayon Təhsil Şöbəsinin nümayəndəsi İmran Müseyibli, rayon İcra hakimiyyətinin nümayəndəsi, rayon ziyalıları və gənclər iştirak ediblər.
 
Tədbirlərdə giriş çıxış edən təhsil müəssisələrinin rəhbərləri qonaqları, tədbir iştirakçılarını, pedaqoji kollektiv və gəncləri salamlayaraq, belə görüşlərin keçirilməsinin yüksək əhəmiyyət daşıdığını vurğulayıblar. 
 
Millət vəkili və layihə rəhbəri Elşən Musayev çıxışlarında layihənin əsas məqsədindən, gənc ailələr arasında ailə dəyərlərinin qorunub saxlanılmasından, gənc nəslin tərbiyəsindən, çoxəsrlik tarixə malik böyüyə hörmət ənənəsini qoruyub gələcək nəsillərə ötürülməsinin əhəmiyyətindən danışıb. Bildirib ki, mənəviyyat insanın daxili aləmi, onun mənəvi xəzinəsidir. Hər bir xalqın varlığı, onun kimliyi ilk növbədə milli mənəvi dəyərlərində əks olunur. Dövlətin dövlətçilik xüsusiyyətlərindən biri də elə məhz ona məxsus olan dəyərlərdir. Xalqımızın da özünəməxsus çox qiymətli dəyərləri var. Bizi başqa xalqlardan, millətlərdən fərqləndirən, bir çox məqamlar da milli-mənəvi dəyərlərimiz, mədəniyyətimiz və mənəviyyatımızıdır.
 
Millət vəkili Eldəniz Səlimov çıxışlarında xalqımızın məişətində və həyatında əsrlər boyu formalaşan müxtəlif adət-ənənələrimizdən, milli, mənəvi əxlaqi dəyərlərimizin çox qədim tarixi kökə bağlı olduğundan, Azərbaycan ailəsinin digər xalqlara nümunə olmasından, ölkəmizdə ailənin inkişafı və sosial təminatı, qadın və uşaq hüquqlarının qorunuması istiqamətində atılan müsbət addımlardan söz açıb. 
 
Daha sonra iştirakçıları maraqlandıran suallar qonaqlar tərəfindən cavablandırılıb. 

İnnovativ İdeya və Təşəbbüslər ictimai birliyi

ŞƏRHLƏR

Digər Yazılar
XƏBƏRLƏR
Mirhəsən Seyidov: "Uğurlu inkişafın istiqamətlərində duran ən əsas insanlardan biri gənclərdir" - 16 / 11 / 2018 19:22
QHT sədri Qazaxıstanda beynəlxalq konfransda iştirak edəcək - 16 / 11 / 2018 12:59
Şuranın elan etdiyi 2019-cu il birinci qrant müsabiqəsi ilə bağlı ARB TV-də müzakirə aparılıb - 16 / 11 / 2018 04:59
QHT Sağlamlıq imkanları məhdud şəxslərlə davranış qaydaları mövzusunda təlimlərinə start verdi - 15 / 11 / 2018 16:08
Şura 2019-cu il üçün 1-ci qrant müsabiqəsini elan edir - 15 / 11 / 2018 13:22
Bakıda Dünya Diabet Gününə həsr olunmuş tədbir keçirilib - 15 / 11 / 2018 04:00
Murad Məmmədovun həyat dərsi - "Stand up" - 14 / 11 / 2018 18:26
"Minlərlə QHT gözləyir ki, 2019-cu ilin dövlət büdcəsindən QHT-lərə ayrılan vəsait artırılacaq" – Niyaməddin Orduxanlı - 14 / 11 / 2018 14:39
Sahib Məmmədov: Bizdə xarici fəaliyyət uçun resurs çatmır - 14 / 11 / 2018 14:36
Əliməmməd Nuriyev: Qrantlara ehtiyac var. - 14 / 11 / 2018 14:23
“Azay Quliyevin qaldırdığı məsələ çox aktualdır” - QHT sədrləri də danışdılar - 14 / 11 / 2018 14:15
Şuranın mobil tətbiqetməsi istifadəyə verilib - 14 / 11 / 2018 14:04
Şuranın dəstəyilə təhsil ocaqlarında “Azərbaycanın Milli Qəhrəmanları” adlı foto-guşələr yaradılıb - 14 / 11 / 2018 10:12
MP: Azerbaijani NGOs need financial support - 14 / 11 / 2018 08:15
Азай Kулиев: НПО Азербайджана необходима финансовая поддержка - 14 / 11 / 2018 08:14
Azay Quliyev QHT-lərə dəstəyin artırılmasını təklif etdi - Video - 13 / 11 / 2018 20:56
"Bərdə Peşə Liseyinin Modernləşdirilməsi” layihəsi çərçivəsində görüş keçirilib - 13 / 11 / 2018 17:50
General KƏRİM KƏRİMOV fenomeninin sirri - 13 / 11 / 2018 17:48
QHT-nin 20 illik yubileyi münasibətilə təbrik məktubu - 13 / 11 / 2018 12:56
Respublika Veteranlar Təşkilatında Mehdi Hüseynzadənin anadan olmasının 100 illik yubileyi qeyd edilib - 13 / 11 / 2018 11:01
QHT-lərin hazırladıqları filmlərin telekanallarda yayımı məsələsi gündəmə gətirilir - 13 / 11 / 2018 09:49
Diabetə birlikdə qalib gələk - 13 / 11 / 2018 06:50
Azerbaijan, Turkey ink MoU on joint activity, cooperation on work with NGOs - 12 / 11 / 2018 19:27
Elməddin Behbud Bilik Fondunda tələbə-jurnalistlərlə görüşüb - 12 / 11 / 2018 19:07
Türkiyədəki 17 min azərbaycanlı tələbənin problemi nazirlə müzakirə edildi - 12 / 11 / 2018 09:26
Dünya Veteranlar Federasiyasının prezidenti Azərbaycan Prezidenti İlham Əliyevə minnətdarlıq məktubu ünvanlayıb - 12 / 11 / 2018 05:48
Veteran jurnalist xatirə medalı ilə təltif edildi - 11 / 11 / 2018 19:55
Hemofiliyalı vətəndaşların dərman təchizatında olan çətinliklər həllini tapmaqdadır - 11 / 11 / 2018 11:20
QHT sədri xüsusi medalla təltif edilib - 10 / 11 / 2018 17:11
Parlament Jurnalistlər Birliyinin üzvləri ənənəvi olaraq Bayraq Günündə aksiya keçirdilər - 10 / 11 / 2018 07:52