“Diabetə birlikdə qalib gələk” devizi ilə tədbir keçirilib
A A A
06/23/2018
Oxunma sayısı : 16292

|

İyunun 23-də Bakı şəhərinin Yasamal rayonu parkında Azərbaycan Diabet Liqasının (ADL) təşkilatçılığı ilə “Diabetə birlikdə qalib gələk” devizi ilə tədbir keçirilib.

QHT.az xəbər verir ki, tədbirdə ADL-in sədri, Respublika Endokrinologiya Mərkəzinin həkim-endokrinoloqu Yeganə Sultanova çıxış edib. O, hər yeddi saniyədən bir dünyada şəkərli diabetin fəsadlarından bir nəfərin dünyasını dəyişdiyini diqqətə çatdıraraq deyib: “Dünyanın bir çox ölkələrində şəkərli diabet ölümün bilavasitə səbəbləri arasında ürək-damar və onkoloji xəstəliklərdən sonra üçüncü yeri tutur. Beynəlxalq Diabet Federasiyasının məlumatına görə, hazırda dünyada 451 milyon adam şəkərli diabetdən əziyyət çəkir. Dünya Səhiyyə Təşkilatının proqnozlarına görə, diabetə tutulanların sayı 2045-ci ilə qədər 690 milyon nəfərə çata bilər”.

Onun sözlərinə görə, statistik məlumatlar göstərir ki, dünyanın bir çox ölkələrində olduğu kimi, Azərbaycanda da bu xəstəliyə tutulanların sayında, təəssüf ki, artım müşahidə olunur. Belə ki, müalicə-profilaktika müəssisələrində 243.226 xəstə qeydə alınıb. Y.Sultanova qabaqcıl ölkələrdə bu qlobal problemin həlli yollarının axtarışı istiqamətində həkimlər və tibb işçiləri tərəfindən aparılan tədqiqatlardan, habelə ölkəmizdə görülən işlərdən də danışıb. O, diqqətə çatdırıb ki, Azərbaycan Diabet Liqası yarandığı gündən (1999-cu il) indiyədək birinci və ikinci tip şəkərli diabeti olan insanların keşiyindədir və daim onlara yardım göstərir. Təşkilat tibbi proqram təminatı, hüquqi, sosial və humanitar yardım proqramı, fiziki və psixoloji yardım proqramı ilə məşğul olur. Bundan əlavə, yay düşərgələri təşkil edir. Düşərgələrdə diabetin profilaktikası, diyetoloqların və psixoloqların yardımı, yoqa dərsləri və s. tədbirlər keçirilir.

Çıxışlardan sonra paytaxt sakinləri, o cümlədən diabetdən əziyyət çəkən uşaqlar mütəxəssislər tərəfindən pulsuz tibbi müayinə olunublar. Onların hansı risk qrupuna daxil olduğu müəyyən edilib.

Aksiya iştirakçılarına şəkərli diabet və onun profilaktikası, şəkərli diabetdən əziyyət çəkən xəstələrin qidalanma qaydaları barədə məlumat verilib.

Tədbir konsert proqramı ilə davam edib.

Azərbaycan Diabet Liqası ictimai birliyi

ŞƏRHLƏR

Digər Yazılar
XƏBƏRLƏR
Azay Quliyev QHT-lərə dəstəyin artırılmasını təklif etdi - Video - 13 / 11 / 2018 20:56
General KƏRİM KƏRİMOV fenomeninin sirri - 13 / 11 / 2018 19:37
"Bərdə Peşə Liseyinin Modernləşdirilməsi” layihəsi çərçivəsində görüş keçirilib - 13 / 11 / 2018 17:50
QHT-nin 20 illik yubileyi münasibətilə təbrik məktubu - 13 / 11 / 2018 12:56
Respublika Veteranlar Təşkilatında Mehdi Hüseynzadənin anadan olmasının 100 illik yubileyi qeyd edilib - 13 / 11 / 2018 11:01
QHT-lərin hazırladıqları filmlərin telekanallarda yayımı məsələsi gündəmə gətirilir - 13 / 11 / 2018 09:49
Diabetə birlikdə qalib gələk - 13 / 11 / 2018 06:50
Azerbaijan, Turkey ink MoU on joint activity, cooperation on work with NGOs - 12 / 11 / 2018 19:27
Elməddin Behbud Bilik Fondunda tələbə-jurnalistlərlə görüşüb - 12 / 11 / 2018 19:07
Türkiyədəki 17 min azərbaycanlı tələbənin problemi nazirlə müzakirə edildi - 12 / 11 / 2018 09:26
Dünya Veteranlar Federasiyasının prezidenti Azərbaycan Prezidenti İlham Əliyevə minnətdarlıq məktubu ünvanlayıb - 12 / 11 / 2018 05:48
Veteran jurnalist xatirə medalı ilə təltif edildi - 11 / 11 / 2018 19:55
Hemofiliyalı vətəndaşların dərman təchizatında olan çətinliklər həllini tapmaqdadır - 11 / 11 / 2018 11:20
QHT sədri xüsusi medalla təltif edilib - 10 / 11 / 2018 17:11
Parlament Jurnalistlər Birliyinin üzvləri ənənəvi olaraq Bayraq Günündə aksiya keçirdilər - 10 / 11 / 2018 07:52
Ankarada Azərbaycan ilə Türkiyə arasında QHT-lərin birgə fəaliyyətinə dair memorandum imzalanıb - 09 / 11 / 2018 20:15
Ağdamda möhtəşəm “Bayraq yürüşü” - 09 / 11 / 2018 19:07
“Hərəyə bir bayraq verək” aksiyası - 09 / 11 / 2018 13:35
“Milli Qəhrəmanlarımızı tanıyaq və tanıtdıraq!” - 09 / 11 / 2018 05:10
QHT-lərə Dövlət Dəstəyi Şurası tarixçi-alim İsrafil Məmmədovu Fəxri Fərmanla təltif etdi - 08 / 11 / 2018 20:06
Hasilat Sənayesində Şəffaflıq üzrə Komissiyanın növbəti iclası keçirilib - 08 / 11 / 2018 17:25
“Vətəndaş Cəmiyyətinin psixoloji maarifləndirilməsi və Media” layihəsinin bağlanış mərasimi keçirilib. - 08 / 11 / 2018 11:09
Tamxil Ziyədinoğlu “Oxu Akademiyası” tərəfindən Fəxri diplomla təltif edilib - 08 / 11 / 2018 10:34
Şuranın dəstəyilə hazırlanan “İrəvan - Azərbaycanın qədim mədəniyyət mərkəzi” adlı kitabın təqdimatı olub - 08 / 11 / 2018 10:09
Onlayn mediaya maliyyə dəstəyi günün tələbidir - 08 / 11 / 2018 08:32
Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkdilər - 08 / 11 / 2018 08:13
Gənclər təşkilatı “İnteqrasiya olunmuş sosial xidmətlər modelini” təqdim etdi - 08 / 11 / 2018 08:11
Şəmistan Əlizamanlı “Diriliş Ərtoğrul”da mahnı oxudu - VİDEO - 07 / 11 / 2018 21:06
Sumqayıtda "Uşaqlar hüquqlarını bilirlərmi" mövzusunda seminar təşkil olundu - 07 / 11 / 2018 19:44
Şura sədri Azay Quliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Ankaraya səfərə gedir - 07 / 11 / 2018 17:08