Sahib Məmmədov: Sosial sifarişlər haqqında qanun qəbul olunmalıdır və bir çox sosial xarakterli sifarişlər QHT-lərə verilməldir
A A A
06/28/2018
Oxunma sayısı : 38725


Prezident yanında Qeyri Hökumət Təşkilatlarına Dəstək Şurasının faəliyyətə başlamasından 10 il ötür. Şura ötən 10 ildə vətəndaş cəmiyyətinin inkişafına hansı töhfələr verib?

QHT-lərə Dövlət Dəstəyi Şurasının üzvü Sahib Məmmədov bu haqda Paralel.az-a danışıb. O, xatırladıb ki, Prezident yanında Qeyri Hökumət Təşkilatlarına Dəstək Şurasının yaranması haqqında sənəd ölkə başçısı tərəfindən 2007-ci ilin dekabrında imzalanıb.

“Amma Şuranın tərkibinə ilk seçkilər 2008-ci ildə keçirilib və prezident aprel ayında qurumun ilk tərkibini təsdiqləyib. Bununla da Şura fəaliyyətə başlayıb. 10 il ərzində Şuranın rəhbərliyinə 3 dəfə seçki keçirilib, tərkibi 3 dəfə yenilənib. QHT Şurası Azərbaycanın ilk milli donorudur. Ondan sonra Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondu, Gənclər Fondu, Elm Fondu və digər təşkilatlar yaranıb. Bəzi icra hakimiyyəti orqanları qrantlar verməyə başlayıb. Amma Azərbaycanın ilk milli donor kimi tarixə düşən Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası olub.
Şura yalnız QHT-lərə maliyyə yardımı etmir, eyni zamanda onların fəaliyyətinin digər istiqamətində məsləhət verir, metodiki xidmət, texniki dəstək göstərir, onların bilik və bacarıqlarını artıran tədbirlər həyata keçirir. QHT Şurası Azərbaycan QHT-ləri ilə dövlət arasında bir körpü rolunu oynayır. Eyni zamanda, QHT-lərlə bağlı siyasətin müəyyənənləşməsində də öz rolunu oynayır. Bu baxımdan o sadəcə bir fond deyil, stasusuna görə daha böyükdür. Bu Şuranı idarə edənlərin 8 nəfəri vətəndaş cəmiyyətinin nümayəndəsi, 3 nəfəri isə Prezident Adminstrasiyasının, Ədliyyə Nazirliyinin, Maliyyə Nazirliyinin əməkdaşıdır. QHT Şurası unikal bir qurumdur”.

S.Məmmədov qeyd edib ki, Şura yarananda beynəlxalq təcrübədən istifadə olunub.

“Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası yaradılanda Şərqi Avropada və dünyanın digər yerlərində olan fondların ən yaxşı modelləri mənimsənilib. Təsadüfü deyil ki, bizim bu model dünyanın bir çox ölkələrində öyrənilir. Çünki burada əsas qərar qəbul edən şəxslər vətəndaş cəmiyyətinin nümayəndələridir. Ona görə də mən hesab edirəm ki, bu 10 il boş yerə getməyib. Azərbaycanda çox yaxşı donorluq institutu formalaşıb və 10 ildə özünü doğruldub”.
 
S.Məmmədovun sözlərinə görə, əvvəllər bəzi vətəndaş cəmiyyəti institutları xarici mənbələrdən maliyyələşirdi, indi isə xarici mənbələrdən yalnız gizli maliyyələşmə var.

“Bunun bir neçə səbəbi var, birincisi odur ki, Azərbaycanın iqtisadi inkişafına görə bir çox donorlar Azərbaycanı tərk etdi. Məsələn, Soros Fondu 2011-ci ildə özü könüllü olaraq Azərbaycandan getdi. Son illərdə qrantların qeydiyyatı ilə bağlı bəzi tənzimləmələr keçirildi və qeyri-şəffaf donorlar açıq əməkdaşlıqdan çəkindilər. Çünki onların fəaliyyəti şəffaf deyildi. Nəzarət gücləndirildikdən sonra onlar qeyri-leqal maliyyələşməyə keçdilər. Ona görə Azərbaycanın vətəndaş cəmiyyəti təşkilatlarından hansılar ki, kirli pullarla işləmir, onlar leqal fəaliyyət göstərir. Təbii ki, biz hər zaman deyirik ki, bu sahədə maliyyə çatışmamazlığı var. Hökumətin vətəndaş cəmiyyətinə ayırdığı vəsaitlər təkcə Şura tərəfindən verilmir, başqa fondların maliyyəsi də daxildirr. Buna baxmayaraq ehtiyacları tam ödəmir. Ona görə biz düşünürük ki, dövlət dəstəyi ilə yanaşı, biznesin dəstəyi də inkişaf etməldir. Bunun da mexanizmi həyata keçirilməlidir.

İnkincisi, bizim nazirliklər bir çox dövlət proqramları həyata keçirirlər. O dövlət proqramlarının əsas komponenti maarifləndirməyə həsr olunub. Biz müşahidə edirik ki, maarifləndirməni nazirliklər özləri keflərindən həyata keçirmir. Halbuki, bunu qeyri-hökumət təşkilatlarına sifariş verməklə daha keyfiyyətli, daha əhatəli etmək olar. Təəssüf ki, bizim nazirliklər QHT-lərə sosial sifariş verməkdən çəkinirlər. Bu problemdir. Biz fikirləşirik ki, sosial sifarişlər haqqında qanun qəbul olunmalıdır və bir çox sosial xarakterli sifarişlər QHT-lərə verilməldir. Belə olduğu halda QHT-lər inkişaf edəcək”.

//Modern.az

ŞƏRHLƏR

Digər Yazılar
XƏBƏRLƏR
“Xəzər hövzəsi və enerji təhlükəsizliyi” kitabının təqdimatı olub - 10 / 12 / 2018 14:52
Respublika Veteranlar Təşkilatında Ulu Öndər Heydər Əliyeyin anım mərasimi keçirilmişdir - 10 / 12 / 2018 10:35
“Eşitmə və Nitq Məhdudiyyətli Şəxslərə Sosial Yardım ” İctimai Birliyinin illik hesabat iclası keçirildi - 09 / 12 / 2018 12:48
ƏSMİD İctimai Birliyi ümumi yığıncağını və Heydər Əliyevin anım günü ilə əlaqədar tədbirini keçirdi - 09 / 12 / 2018 12:15
“Qarabağ” adlı mobil tətbiqetmə layihəsinin Türkiyədə təqdimatı olub - 08 / 12 / 2018 19:05
“Şəhid övladlarına və kimsəsiz uşaqlara yardım” İctimai Birliyi təsis edilib - 08 / 12 / 2018 17:24
“Əlilliyi olan şəxslərə və sağlamlıq imkanları məhdud uşaqlara diqqət və qayğının artırılması məqsədi ilə təbliğat kampaniyasının təşkili” layihəsinin yekun tədbiri keçirilib - 08 / 12 / 2018 12:40
Bakıda “Fərqliyik, bərabərik” adlı filmin təqdimatı olub - 08 / 12 / 2018 07:20
Ailə Dünyası "İlin Fovariti" Milli Mükafatına layiq görülüb - 08 / 12 / 2018 06:53
Göyçayın Yeniarx kəndində tibb məntəqəsinin tikintisi layihəsi üzrə qrant müqaviləsi imzalanıb - 07 / 12 / 2018 16:30
Aprel şəhidinin həyat yoldaşı QHT təsis edib - 07 / 12 / 2018 15:59
Azərbaycanın ilk rəsmi Ünvan Portalı təqdim olunub-Video - 06 / 12 / 2018 17:41
"Düzgün idarəetmə Azərbaycanda terrorun qarşısını alır" - 06 / 12 / 2018 17:03
“Heydər Əliyev ideyalarına sadiqik” devizi altında ümumordu xatirə tədbirləri aylığına start verilib - 06 / 12 / 2018 17:01
Azay Quliyevdən irad: “Münaqişənin adını doğru ifadə edin” - 06 / 12 / 2018 13:40
“Regional İnkişaf” İctimai Birliyi könüllülərinin birinci ümumrespublika konfransı keçirilib - 05 / 12 / 2018 17:34
Sağlam Düşüncə,sağlam cəmiyyətdir mövzusunda təlimlər davam edir - 05 / 12 / 2018 15:12
Xeyriyyəçilərə vergi güzəşti olmalıdır - 05 / 12 / 2018 14:12
Впереди – 75-летие Великой Победы - 05 / 12 / 2018 12:35
Xidməti müqavilələr ilə bağlı vergi 5 faizə qaldırılır - 04 / 12 / 2018 19:10
Avropa Şurası vətəndaş cəmiyyətinə dair yeni qərar qəbul etdi - 04 / 12 / 2018 16:07
Böyük şirkətlərin qurbanına çevrilənlər - Sadələşdirilmiş vergi ləğv olunur? - 04 / 12 / 2018 16:01
QHT Şurası üzvündən qrantlarla bağlı şok açıqlamalar - 04 / 12 / 2018 08:37
Vüsal Məmmədov “Maarifçilik məktəbi”-nin qonağı oldu - 03 / 12 / 2018 15:00
"Səssiz Dünyaya Körpü" kitabı işıq üzü görüb - 02 / 12 / 2018 20:30
Xidmət müqaviləsi ilə çalışanlar nəyi, necə ödəyəcəklər? - 01 / 12 / 2018 21:28
“Şəhidlərimizi Tanıyaq və Tanıdaq” layihəsinin icrasına başlanılıb - 01 / 12 / 2018 10:30
Mikayıl Cabbarov xeyriyyəçilərin vergidən azad olunması təklifini DƏSTƏKLƏDİ - 30 / 11 / 2018 19:35
QHT sədri Üzeyir Hacıbəylinin ev muzeyində olub - 30 / 11 / 2018 17:15
ƏSMİD ictimai birliyinin ümumtəhsil məktəblərində təlimləri davam edir - 30 / 11 / 2018 11:03