Amsterdamda milyonluq əmlak, Praqada 3 mənzil və... - ŞOK İDDİA
A A A
06/28/2018
Oxunma sayısı : 10918
Son dövrlər xaricdə mənzillənən və maliyyələşən antiAzərbaycan şəbəkənin arasında gizli qarşıdurmalar baş verir. Çox vaxt bu mübarizə açıq aydın müstəviyə keçir.
 
Metbuat.az xəbər verir ki, ekspertlər bu şəbəkələrin arasındakı qarşıdurmanı maliyyənin azalmasıyla izah edirlər.
Emin Hüseynovla Xədicə İsmayıl arasındakı qalmaqal da bu qəbildəndir.
 
İsveçrədə yaşayan Reportyorların Azadlığı və Təhlükəsizliyi İnstitutunun rəhbəri Emin Hüseynov sosial şəbəkədə ilginc bir status paylaşmışdı. Statusunda müstəqil jurnalist Xədicə İsmayılova barədə sərt sözlər yazan E.Hüseynov aralarında yaranmış gərginliyin detallarını da açıqlayıb.
Məlum olub ki, E.Hüseynov X.İsmayılovaya zəng edib və sonuncu onun səsini eşidən kimi “səninlə danışmaq istəmirəm”, deyib. Musavat.com xəbər verir ki, E.Hüseynov bu söhbətin detallarını belə açıqlayıb: “Bu gün maraqlı bir hadisə baş verdi: Xədicə İsmayılova telefonuna zəng vurdum səsimi eşidən kimi kinli-kinli mənə dedi səninlə danışmaq istəmirəm və telefon dəstəyini atdı. Mənə bu çox qəribə gəldi. Yenidən yığdım dedim nə məsələdi ? Cavabı isə belə oldu sən mənim və digər adamların adları ilə pul qazanmaq istəyirsən mən isə buna imkan verməyəcəm, mən öz növbəmdə ondan təəccüblənərək soruşdum, Xədicə anlamadım, nə demək istəyirsən, zəhmət olmasa izah elə, o isə izah etmədən telefon dəstəyini yenidən asdı. Qərara gəldim ki əgər dəstəyi atan adam məni eşitmək istəmirsə, üstəlik də bu cür əsassız və saxta ittiham edirsə, bu adama ictimai acıq müraciətlə cavab verim və suallarımı ünvanlayım, buyurun oxuyun :
 
- Xədicə sənin qısa telefon danışığın bu günə qədər məni ən çox təəccübləndirən danışıq oldu.
Bilmirəm sənə nə olub; ola bilər ki, kimsə səndə barəmdə yanlış fikir formalaşdırıb, ola bilər ki, sən ulduz xəstəliyinə yoluxmusan, ayağın yerə dəymir, göynən uçursan; ya da paxıllıqdan bunu edirsən, ya da başqa fikrimə gələ bilməyən məsələlərə görə, hər halda dəqiq deyə bilmərəm, amma gec - tez aydın olacaq.
Məlumatın üçün bildirim ki mən bu günə kimi qazandığım hər bir şeyi halal zəhmətimlə qazandım, hətta həyatımda çoxları üçün itki saya biləcək çətin anları özüm üçün qazandığım həyat təcrübəsi kimi qəbul etmişəm.
Sənin barəmdə bu gün səsləndirdiyin əsassız şər - böhtan məni təəccübləndirdi. Bu günə kimi bu sözləri mən ancaq iqtidar nümayəndələri adından və ya da onların əlaltıları adından eşidirdim.
Hər nə baş veribsə mən bilmirəm. Amma onu dəqiq bilirəm ki, ən azı kimisə nədəsə ittiham edəndə, ondan mövqe soruşarlar məsələlərə aydınlıq gətirmək istəyərlər. Sən isə bunu etmədin, məni şərlədin.
 
Mənə dedin ki, sənin taleyinlə və başqa adamların taleyi ilə pul qazanıram. Əgər həbsxanada oturarkən mənim səni müdafiə etməyimi istəmirdinsə, xəbər göndərərdin buna müvafiq addım atardım və qərarına hörmətlə yanaşardım. Lakin sənin müdafiənlə bağlı sənin yaxınların əlimizdən gələ biləcək köməyi bizdən istəyirdilər. Mən və rəhbəri olduğum qurum bunu edirdik. Üstəlik, səni 2012-ci ilin martın 8-dən 2014 ilin avqust ayınadək müdafiə edirdim və sən mənə hər hansı bununla bağlı etiraz bildirməmisən, əslində məndən kömək və dəstək istəyirdin. Mənim 2014 ilin avqustun 8-dən 2015 ilin iyun ayının 12-ə qədər səni açıq- aşkar müdafiə etməyə imkanım yox idi. Amma RATİ-nin bütün kollektivi əlindən gələn köməyi səndən əsirgəmirdi. 2015 ilin iyun ayının ortalarından sənin müdafiə kampaniyana yenidən qoşuldum və sən azadlığa çıxana qədər əlimdən gələni etmişəm.
Sən həbsdən azad olunduqdan sonra mənimlə bir neçə dəfə danışanda da bildirməmisən ki, sənin gələcək müdafiənlə bağlı hər hansı potensial addımlarımı dayandırım”.
 
E.Hüseynov daha sonra digər detalları da açıqlayıb: “Mən müdafiə etdiyim adamdan heç bir təşəkkür istəmirəm. Sənin də təşəkkürünə ehtiyacım yoxdur. Bu, mənim işimdir. Başına gələn haqsızlıqların ilk günündən bu günə kimi daim sənin müdafiəndə olmuşam və bundan sonra ehtiyacın olarsa və buna etirazın olmasa edəcəm. Şəxsən mən özüm və rəhbəri olduğum təşkilatın əməkdaşları sənə bütün zəhmətimizi halal etdik, təşkilatımızın dünyasını dəyişmiş sabiq sədri Rasim Əliyev bizimlə artıq olmadığı üçün rəhmətliyin adından sənə halallıq verib verməmək səlahiyyətim yoxdur. Amma ümid etmək istəyərdim ki, onun da ruhu inciməz sənin şərindən. Sənin barəmdə telefonda səsləndirdiyi şər-böhtanı 2006-cı ildən bu günə kimi, həbsdən çıxan və müdafiəsinə gücümüzü və həyatımızı əsirgəmədən sərf etmiş bəzi jurnalistlərimizin ağızlarından da eşitmişik. Həmişə bu cür şər-böhtanlardan sonra təşkilatımızın işçiləri sual verirdilər ki, jurnalistləri bir-birinə bu cür naşükür hərəkət etmələrinə nə vadar edir. Mən isə cavabında deyirdim ki, dostlar, ruhdan düşməyin, biz heç kəsdən “sağ ol” sözünü eşitməməliyik. Sadəcə heç nəyə baxmayaraq işimizi davam etdirməliyik. Bəzi dostlar sözlərimi anlayıb, işlərini davam elətdirdilər. Amma bəzilərinə bu ağır, sarsıdıcı olduğu üçün onlar bu cür naşükür yanaşmadan inciyərək birdəfəlik insan haqları müdafiəsi sahəsindən uzaqlaşıblar. Bu cür adamların içində Azərbaycanda insan haqlarının müdafiəsinə səndən və məndən çox enerjisini və həyatını sərf etmiş adam da olub. Sən mənə etdiyin məsuliyyətsiz və əsassız saxta ittihamını, mənə onun kökündə duran problemi izah etmək əvəzinə, zəif və cılız adamlar kimi dəstəyi atırsan və mənimlə açıq söhbətdən qaçırsan. Özünü lap Azərbaycan iqtidarının yüksək çinli məmurlarına bənzədirsən. Onlar da sənin suallarına cavab vermirlər, suallarından qaçılarlar. Mən bu günə qədər heç kəsin sualından qaçmamışam. Barəmdə səslənən bütün şər-böhtanla bağlı həmişə aydınlıq gətirmişəm və bundan sonra da lazım gələrsə aydınlıq gətirəcəm. Əgər sənin vicdanın təmizdirsə, onda zəhmət çək, barəmdə telefonla səsləndirdiyin fikrə ictimaiyyət qarşısında aydınlıq gətir və məndən üzr istə”.
 
E.Hüseynov sonda bir məqamı da xatırladıb və fikirlərinə belə yekun vurub: “Bu mətni oxuyacaq hər bir kəs, o cümlədən Xədicə, sənə üzümü tutaraq deyirəm ki, mənim barəmdə böhtan yaymamışdan qabaq mənə istənilən məsələ ilə bağlı sual verin, cavabınızı alın və bu şərhi yayanda da mənim mövqeyimi vurğulamağı unutmayın”.
 
Xədicə İsmayıl isə ona cavabında aşağıdakı sözləri yazıb: “Mən danışmaq istəmədim, sən israr etdin. Dedim ki, xaricdə oturub, burda əziyyət çəkənlərin hesabına pul qazanmaq istəyinə yardımçı olmaq istəmirəm. Xüsusilə də bu qazancı əldə etmək üçün bütün təşkilatlara yerli hüquq müdafiəçiləri, ölkədə qalıb, əziyyətlərə qatlaşanlar haqqında böhtan donosları yazmağından sonra. Sizin orda nə davanız var, bilmirəm, amma o davanın insan haqları ilə heç bir əlaqəsi yoxdur. Bundan artıq deyib, özümün də, camaatın da ürəyini bulandırmaq istəmirəm. Sənə dedim, məni rahat burax. Nə qədər ki, ölkədəydin, əziyyətlərə qatlaşırdın, sənin bütün əyər-əskiyinə dözürdük. İndi daha nə qədər çalışsan da dissidentə oxşamırsan. Zənglərinə cavab verməyəndə bir şeyi yaddan çıxarmışdım. Onu da indi edim, səhifəni blok edim ki, daha belə postlarla məni narahat etməyəsən”.
 
E. Hüseynov isə polemikanı davam etdirməkdə israrlı olub və X. İsmayıla aşağıdakıları yazıb: “Xədicə, mən hər zaman halal işimlə pulumu qazanmışam. Kimsə istəmirsə mən onun ictimai müdafiəçisi olum, özü mənə açıq bunu deyə bilər, sənin başqa adamların adından danışmaq vəkalətnamən varsa ictimaiyyətə təqdim elə, işimi bilim. Qaldı ki, sənin indi səsləndirdiyin şər böhtan ittihamlarına, sən utanmadan, heç bir sübut gətirmədən dilə gətirirsən. Sənə də digər jurnalistlərə etdiklərimi edərkən səndən və onlardan heç nə ummamışam. Qaldı ki, səninlə bağlı yaxınlarının məndən edilən xahişlə bağlı mən məsələ ilə bağlı bir söz deyə bilərəm. Yaxşılığın yaddaşı qısa olur, hesab elə ki, sən haqlısan və mənə heç kəs səninlə bağlı heç bir xahiş etməyib. Mən ölkədə olanda da indi eyni işi görürəm. Hesab edirəm ki, kifayət qədər peşəkar görürəm (irad və təkliflərin olsa, buyur bildir, zəruri olsa nəzərə alaram). Əyər əskiklərimizi tərəziyə çıxarası olsaq, səninkilər mənimkindən 10 qat pis olar. Mən heç kəsin gözündə dissident kimi görsənmək üçün insan haqları müdafiə işinə başlamamışam. Qrant hesabına iş görmək ayıb deyil. Ayıb sənin kimi sübutu olmadan sənin müdafiənə və ömrünün 5 ilini həsr etmiş, həyatını təhlükəyə atmış adamı şər-böhtanla ləkələməkdir”.
 
Bütün bu proseslərin fonunda qalmaqal daha sonra digər xaricdən maliyyələşən qruplara arasında davam etdirildi.
E.Hüseynov canlı videoda bildirib ki, Emin Millinin təpədən dırnağa qədər yalançı olduğunu Azərbaycan xalqına isbat edə bilər. Meydan TV-nin qurulmasını müzakirə etməyən E.Hüseynov bu televiziyanın E.Millinin məhsulu olmadığını deyib: “Bu televiziya Eminsiz də yarana bilərdi. Hamını sıradan çıxaranda ayaqüstə qala bilən bir onlayn media qurumu olduğu üçün irəliləyişlər edə bilirsiz. Bu, sırf maliyyə axını ilə bağlı məsələdir. Bu, Eminin ağıl və dərrakəsinə görə deyil. Əvvəl maliyyəni 10-15 müstəqil mediaya verəndə, sonra Eminə verdilər. Onun bəxti gətirdi ki, Meydan TV-ni Berlində qurdu”.
 
RATİ sədri eyni zamanda E.Millinin çirkli təklifləri, ürəkbulandırıcı “iş birlikləri” barədə də məlumatlı olduğunu deyib. O, Avropada yaşayan bəzi mühacirlər barədə isə ad çəkmədən deyib ki, “siz strauslarsız, başınızı quma soxub, Emin Hüseynov barədə gic-gic danışırsız, intriqalar yayırsız”. E.Hüseynovu qəzəbləndirən əsas nüans isə onun guya ki, qardaşı Mehmanla yola getməməsi barədə söz-söhbət yayılması olub. O bildirib ki, qardaşı ilə çox yaxın dost olub və bu, hər zaman da belə olacaq. 
İctimai sektordakı bəzi şəxslər barədə faktları canlı yayım vasitəsilə açıqlayacağını anons edən E.Hüseynov daha sonra aşağıdakıları bildirib: “Xədicə İsmaylın xəyanətkar olduğunu Emin Milliyə demişəm. Son görüşdə Emini kobud şəkildə pisləmişəm. Emin Milli Mehman Qələndəriov barədə pis sözlər deyib. Bu qətli ört-basdır etməyə çalışan Xədicə İsmayılı gözümün işığı kimi təqdim edib. Xədicə İsmayıl, Emin Milli, gəlin, canlı yayıma çıxaq. Kimin nə xəyanət etdiyini deyəcəm. Emin və Xədicə, siz Vaşinqtona, Londiona yazırsız ki, Emin qeyri-adekbatdır, qrant yeyəndir. Sonra yazırsız ki, Eminin psixoloji problemləri var. Sözünüz hamısı boş çıxıb. Dediklərimi faktlarla təkzib edə bilmirlər, deyirlər, Emin dəlidir, başqaları ilə yola getmirlər” . 
 
Bəzi mənbələr bu qarşıdurmanın arxasında Leyla Yunusun da dayanma ehtimalını həqiqi hesab edir.
Özünü "hüquq müdafiəçisi" kimi təqdim edən, “Sülh və Demokratiya İnstitutu” adlı qurumun sədri Leyla Yunus 2006-2014-cü illərdə ABŞ-ın Milli Demokratiyaya Dəstək Fondu (NED), German Marşall Fondu (GMF) və başqa donor təşkilatları tərəfindən ona ayrılan – ümumi məbləği 159.842.29 manat, 580.978.94 ABŞ dolları, 241.338.49 avro olan qrantları mənimsəyərək külli miqdarda dələduzluq, vergidən yayınma və digər cinayətlər törədib.
Bu barədə Azərbaycan Vəkillər Kollegiyasının Rəyasət Heyətinin üzvü, vəkil Elçin Qəmbərovun yazdığı “Leyla Yunusun Parlaqlığı və Səfaləti” adlı kitabda məlumatlar yer alıb.
Sözügedən kitabda qeyd olunub ki, Leyla Yunus əri Arif Yunusla qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək qrup halında NED və GMF təşkilatı tərəfindən 2009-2012-ci illər ərzində “Azərbaycan Qadınları Ön Qafqazda Sülh və Demokratiya Uğrunda” qeyri-hökumət təşkilatının “Unibank” ASC-də yerləşən hesablarına köçürülmüş cəmi 89.910 ABŞ dolları məbləğində pul vəsaitinin 88 468 ABŞ dolları məbləğində hissəsini rəsmi sənədləri saxtalaşdırmaqla əldə etdiyi kassa çek vərəqələrindən istifadə etməklə nağdlaşdırıb çıxaraq, həmin pulun 17 iyun 2009-cu il tarixdə 20 000, 24 may 2010-cu il tarixdə 31 000, 28 fevral 2012-ci il tarixdə isə 20 000 ABŞ dolları olmaqla cəmi 71 000 ABŞ dollarını özünün qeyd olunan bankda yerləşən hesablarına mədaxil edib.
 
Məsələ ilə bağlı Metbuat.az-ın suallarını cavablandıran hüquq müdafiəçisi Sahib Məmmədov bunları deyib:
"Bu qarşıdurmalar zaman-zaman olub, bəzən də əndazəsindən çıxıbdır. Son zamanlar bu qarşıdurmaların yaranmasının əsas səbəbi odur ki, seçkilər zamanı bütün xaricdəki bu şəbəkələr tələsik seçki müddətinə kölgə salmaq üçün fəalliyyətə başladılar və uğursuzluğa düçar oldular. İndi verilən vəsaitlər azalıb, Emin Milli ordan ianə toplamaq barədə status yazır, biri bu tərəfdən qəribə çağırışlar edir. Resurslar azalır, xaricdə hərə bir "TV" domeini alıb, adını internet tv qoyur və başlayır Azərbaycan əleyhinə fəaliyyət göstərməyə. Nəticədə bu adamların özü arasında böyük konfliktlər yaranır. Antimilli qüvvələrə heç kim inanmır, çirkaba batan, Avropada milyonlar dəyərində mülkləri olanların sözlərinə kim inanasıdır? Leyla Yunus korrupsiyadan danışır, amma özünə deyən lazımdır ki, sən Amsterdamda 1 milyon 200 min avro dəyərindəki daşınmaz əmlakı nə ilə almısan, Praqada 3 mənzil, Antalyada satışa çıxardığın mənzili hansı pullarla almısan? Satqınlıq və erməni lobbisinin verdiyi pullarla özlərinə güzəran qururlar və məsələ bundadır ki, satqınlığı da tam edə bilmirlər. Leyla Yunus proseslərdə üzdə deyil, o, həmişə proseslərin arxasında olmağı xoşlayır. İndi əsas konflikt Meydan TV, Turan TV və sair arasında gedir. Yəqin ki, bu vəsaitlərin azalması ilə bağlıdır." 

ŞƏRHLƏR

Digər Yazılar
XƏBƏRLƏR
“Əhali arasında tibbi maarifləndirmə işinin təşkili və əhaliyə tibbi-psixoloji yardımların göstərilməsi” layihəsi başa çatıb - 15 / 08 / 2018 14:15
Layihə çərçivəsində bölgələrdə prezidentin fərmanına ictimai dəstək verilib - 15 / 08 / 2018 13:38
“Peşə təhsili ndə səriştəli kadrların yetişdirilməsi” - 15 / 08 / 2018 13:30
Bakı QHT Resurs və Təlim Mərkəzi QHT-ləri dəvət edir... – Elan - 15 / 08 / 2018 12:49
Bakıda ‘Life Long Learning’ formu keçiriləcək. - 15 / 08 / 2018 12:45
“Ailə Dünyası” Qazax rayonunun “Sınıq körpü” sərhəd-keçid məntəqəsində maarifləndirmə aksiyası keçirib - 15 / 08 / 2018 10:27
Summit of heads of state of Caspian countries great historical event - analyst - 14 / 08 / 2018 17:27
Hotellər Assosiasiyası yaradılacaq - 14 / 08 / 2018 17:17
Каспийская декларация: выдающееся достижение азербайджанской дипломатии - 14 / 08 / 2018 17:15
Xəzərin hüquqi statusu haqqında Konvensiya Azərbaycan diplomatiyasının böyük nailiyyətidir - 14 / 08 / 2018 15:24
Türk dünyası bir araya gəldi - 14 / 08 / 2018 13:40
QHT TV Xəbərlər Bloku - 06 - 14 / 08 / 2018 12:09
Layihə çərçivəsində “Qeyri-rəsmi məşğulluğa qarşı məlumatlandırma və təbliğat işlərinin təşkili” ilə bağlı mövqe sənədi hazırlanıb - 14 / 08 / 2018 10:16
Emin Həsənli: “Azərbaycan tərəfi 40 dəqiqəyə Ohanyan xəttini darmadağın etdi” - 14 / 08 / 2018 07:25
QHT sədri generalla görüşdü - 13 / 08 / 2018 18:27
“Erməni şəbəkəsinin məyusluğu hiss olunur” – Sahib Məmmədov - 13 / 08 / 2018 16:34
Binəqədi rayonunda yaşayan Qarabağ müharibəsi əlilləri və şəhid ailələri ilə görüş keçirilib - 13 / 08 / 2018 12:57
Gənclər Fondununun icraçı direktoru Türkiyədə işgüzar səfərdə olub - 13 / 08 / 2018 11:07
Nazirliyin işsizlərlə bağlı yeni qərarı: nəyi dəyişəcək? - 13 / 08 / 2018 09:25
V Xəzər Sammiti – Xəzərin hüquqi statusunu müəyyənləşdirməklə böyük tarixi hadisəyə çevrildi - 13 / 08 / 2018 07:02
Cənub bölgəsində hemofiliya və digər laxtalanma pozulmalarına dair təlimlər keçirilib - 11 / 08 / 2018 19:05
Beynəlxalq “Zaparoji Kazakları” Birliyinin Getmanı Azərbaycanda işgüzar səfərdə olub - 11 / 08 / 2018 10:55
Ekspert: “Sosial şəbəkələrdə əks hücum taktikası qurulmalıdır” - 10 / 08 / 2018 13:46
Kənd təsərrüfatı naziri İnam Kərimov Nar İstehsalçıları və İxracatçıları Assosiasiyasının üzvləri ilə görüşüb - 10 / 08 / 2018 13:38
“Tacikistan prezidentinin Azərbaycana səfəri strateji əhəmiyyətə malikdir” - Politoloq Rufiz Qonaqov - 10 / 08 / 2018 12:44
Tanınmış QHT sədrindən açıqlama: SMS göndərməklə reforma aparmaq alınmayacaq, xüsusən sosial sahədə - 10 / 08 / 2018 11:43
Milli ziyalı Mobil Vəkiloğlu haqqında.. - 10 / 08 / 2018 08:23
QHT sədri Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədrinə təşəkkür etdi - 09 / 08 / 2018 17:15
Şəmkir rayonunda növbəti məlumatlandırma sessiyaları həyata keçirilib - 09 / 08 / 2018 08:21
Məcburi köçkün icmaları arasında yol təhlükəsizliyi mövzusunda keçirilən intellektual müsabiqəyə yekun vuruldu - 08 / 08 / 2018 12:29