Şuranın dəstəyi ilə inklüziv təhsillə bağlı növbəti tədbir Xırdalan şəhər 5 saylı tam orta məktəbdə baş tutub
A A A
06/29/2018
Oxunma sayısı : 37410

|

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə “İnklüziv cəmiyyət naminə - inklüziv təhsil” şüarı ilə ictimai maarifləndirmə kampaniyalarının təşkili” layihəsinin icrasını uğurla davam etdirən “Ümman” Əlilliyi olan Uşaqlara Qayğı ictimai birliyinin həmin layihə çərçivəsində növbəti ictimai maarifləndirmə tədbiri Abşeron rayonu Xırdalan şəhəri 5 nömrəli tam orta məktəbdə baş tutub.

Əvvəlcə məktəbin direktoru Şahin Yusifov giriş nitqi ilə çıxış edərək tədbiri açıq elan edib və ümumtəhsil müəssisələrində inklüziv təhsilin təbliğinə həsr edilmiş bu kimi mühüm əhəmiyyətə malik tədbirlərin keçirilməsinin nəticə etibarı ilə müsbət dəyişikliklərə səbəb olcağını vurğulayıb. 
İctimai birliyin sədri Şükufə Məmmədova da öz növbəsində tədbir iştirakçılarını salamlayıb,  layihənin əsas məqsədi barədə ətraflı məlumat verib, həmçinin sosial statusundan və digər əlamətlərindən asılı olmayaraq uşaqların ümumi təyinatlı təhsil müəssisələrində heç bir ayrı-seçkiliyə məruz qalmadan həmyaşıdları ilə birgə təhsilə cəlb olunmasını nəzərdə tutan inklüziv təhsilin təşviq edilməsinə xidmət edən layihəyə dəstək verdiyinə görə Şuraya, tədbirinin təşkili üçün yaradılan şəraitə görə isə yerli icra hakimiyyətinə, təhsil şöbəsinə və məktəb rəhbərliyinə bir daha təşəkkür etdiyini söyləyib. 

Layihəyə ekspert qismində cəlb olunmuş sosial iş üzrə mütəxəssis Ramilə Rasimqızı və təlimçi Gülnar Vəliyeva inklüziv təhsilin mahiyyəti, məqsəd və vəzifələri, əlilliyi olan şəxslərin təhsil hüquqlarının bir çox tərəflərini əhatə edən və inklüziv təhsilin hər kəs üçün ən yaxşı təhsil mühiti olduğunu təşviq edən BMT-nin “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Konvensiyasının, habelə ölkə Prezidenti cənab İlham Əliyevin 2017-ci il 14 dekabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “2018-2024-cü illərdə Azərbaycan Respublikasında sağlamlıq imkanları məhdud şəxslər üçün inklüziv təhsilin inkişafı üzrə Dövlət Proqramı”nın müvafiq müddəaları barədə maraqlı məruzə və təqdimatlarla çıxış ediblər.  

Tədbir iştirakçılarının diqqətinə çatdırılıb ki, inklüziv təhsil cox geniş bir anlayış olsa da, ölkəmizdə inklüziv təhsil dedikdə yalnız xüsusi qayğıya ehtiyacı olan uşaqların ümumtəhsil məktəblərində digər uşaqlarla birgə təhsil alması mənasında başa düşülür. Amma əslində inklüziv təhsil (fr. inclusif – “özünə daxil edən”, lat. Include - “daxil edirəm”) - uşaqların fiziki, psixi, intellektual və digər xüsusiyyətlərindən asılı olmayaraq, onların öz həmyaşıdları ilə məktəbdə eyni sinifdə təhsilə cəlb edilməsi deməkdir. Yəni, əsas məqsədi heç bir fərq qoyulmadan hər bir uşağın təhsil ehtiyaclarını ödəmək, onların tam və bərabər hüquqlu şəxsiyyət kimi inkişaf etmələrinə kömək etməkdən ibarət olan inklüziv təhsilin tətbiqi zamanı əlilliyi olan uşaqlar dərs prosesinə digər həmyaşıdları ilə birgə qoşulur və təbii ki, belə olan halda, onların arasında bir-birinə qarşı anlaşma və hörmət hissinin inkişafına da münbit zəmin yaranır.

Təhsil Nazirliyi və BMT-nın Uşaq Fondu arasında imzalanmış “2014-2015-ci illərə dair İllik Fəaliyyət Planı”na müvafiq olaraq, 3 tədris ilidir ki, davam etdirilən “İbtidai təhsil səviyyəsi üzrə inklüziv təhsilin tətbiqi” layihəsi çərçivəsində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki 138, 220, 202 və 255 nömrəli ümumi təhsil məktəblərində bu qəbildən olan cəmi 40 nəfər uşağın inklüziv təhsil cəlb olunduğu bildirilmiş və gələcəkdə bu layihənin genişləndirilərək ölkənin bütün məktəblərini əhatə etməsinin artıq sosial sifariş olduğu diqqətə çatdırılmışdır.  

Tədbirdə əlilliyi olan şəxslərin inklüziv təhsilə cəlb olunması sahəsində mövcud maneələr və onların  aradan qaldırılması yolları ilə bağlı geniş fikir mübadiləsi aparılıb, iştirakçılar tərəfindən verilən suallar cavablandırılıb.  

ŞƏRHLƏR

Digər Yazılar
XƏBƏRLƏR
Azay Quliyev QHT-lərə dəstəyin artırılmasını təklif etdi - Video - 13 / 11 / 2018 20:56
General KƏRİM KƏRİMOV fenomeninin sirri - 13 / 11 / 2018 19:37
"Bərdə Peşə Liseyinin Modernləşdirilməsi” layihəsi çərçivəsində görüş keçirilib - 13 / 11 / 2018 17:50
QHT-nin 20 illik yubileyi münasibətilə təbrik məktubu - 13 / 11 / 2018 12:56
Respublika Veteranlar Təşkilatında Mehdi Hüseynzadənin anadan olmasının 100 illik yubileyi qeyd edilib - 13 / 11 / 2018 11:01
QHT-lərin hazırladıqları filmlərin telekanallarda yayımı məsələsi gündəmə gətirilir - 13 / 11 / 2018 09:49
Diabetə birlikdə qalib gələk - 13 / 11 / 2018 06:50
Azerbaijan, Turkey ink MoU on joint activity, cooperation on work with NGOs - 12 / 11 / 2018 19:27
Elməddin Behbud Bilik Fondunda tələbə-jurnalistlərlə görüşüb - 12 / 11 / 2018 19:07
Türkiyədəki 17 min azərbaycanlı tələbənin problemi nazirlə müzakirə edildi - 12 / 11 / 2018 09:26
Dünya Veteranlar Federasiyasının prezidenti Azərbaycan Prezidenti İlham Əliyevə minnətdarlıq məktubu ünvanlayıb - 12 / 11 / 2018 05:48
Veteran jurnalist xatirə medalı ilə təltif edildi - 11 / 11 / 2018 19:55
Hemofiliyalı vətəndaşların dərman təchizatında olan çətinliklər həllini tapmaqdadır - 11 / 11 / 2018 11:20
QHT sədri xüsusi medalla təltif edilib - 10 / 11 / 2018 17:11
Parlament Jurnalistlər Birliyinin üzvləri ənənəvi olaraq Bayraq Günündə aksiya keçirdilər - 10 / 11 / 2018 07:52
Ankarada Azərbaycan ilə Türkiyə arasında QHT-lərin birgə fəaliyyətinə dair memorandum imzalanıb - 09 / 11 / 2018 20:15
Ağdamda möhtəşəm “Bayraq yürüşü” - 09 / 11 / 2018 19:07
“Hərəyə bir bayraq verək” aksiyası - 09 / 11 / 2018 13:35
“Milli Qəhrəmanlarımızı tanıyaq və tanıtdıraq!” - 09 / 11 / 2018 05:10
QHT-lərə Dövlət Dəstəyi Şurası tarixçi-alim İsrafil Məmmədovu Fəxri Fərmanla təltif etdi - 08 / 11 / 2018 20:06
Hasilat Sənayesində Şəffaflıq üzrə Komissiyanın növbəti iclası keçirilib - 08 / 11 / 2018 17:25
“Vətəndaş Cəmiyyətinin psixoloji maarifləndirilməsi və Media” layihəsinin bağlanış mərasimi keçirilib. - 08 / 11 / 2018 11:09
Tamxil Ziyədinoğlu “Oxu Akademiyası” tərəfindən Fəxri diplomla təltif edilib - 08 / 11 / 2018 10:34
Şuranın dəstəyilə hazırlanan “İrəvan - Azərbaycanın qədim mədəniyyət mərkəzi” adlı kitabın təqdimatı olub - 08 / 11 / 2018 10:09
Onlayn mediaya maliyyə dəstəyi günün tələbidir - 08 / 11 / 2018 08:32
Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkdilər - 08 / 11 / 2018 08:13
Gənclər təşkilatı “İnteqrasiya olunmuş sosial xidmətlər modelini” təqdim etdi - 08 / 11 / 2018 08:11
Şəmistan Əlizamanlı “Diriliş Ərtoğrul”da mahnı oxudu - VİDEO - 07 / 11 / 2018 21:06
Sumqayıtda "Uşaqlar hüquqlarını bilirlərmi" mövzusunda seminar təşkil olundu - 07 / 11 / 2018 19:44
Şura sədri Azay Quliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Ankaraya səfərə gedir - 07 / 11 / 2018 17:08