"Gənc Vətəndaş” İctimai Birliyi Tərtərdə tədbir keçirib - ”Bir Uşaq - Bir Dünya”
A A A
07/02/2018
Oxunma sayısı : 6687

"Gənc Vətəndaş” Maarifləndirmə İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə ”Bir Uşaq - Bir Dünya” adlı layihə çərçivəsində növbəti tədbirini Tərtərdə keçirib.

Layihə rəhbəri Anar Yusifzadə bildirib ki, əsas məqsəd cəmiyyətin diqqətini uşaq hüquqlarının müdafiəsinə yönəltmək, müdafiə mexanizmləri haqqında uşaqlarla birbaşa çalışan insanların və xüsusi ilə valideynlərin məlumatlılıq səviyyəsinin artırılması və uşaq hüquqlarının müdafiəsi ilə bağlı maarifləndirmə tədbirlərinin təşkilidir.

"Gənc Vətəndaş" İctimai Birliyinin icraçı direktoru, təlimçi Günel Səfərova layihənin icrası zamanı Tərtərin seçilməsininin məqsədini bu rayonun təmas xəttində yerləşməsiylə izah edib. Günel Səfərova uşaq zorakılığının formaları, zorakılıq vasitələri, zorakılıqdan qorunma mexanizmləri haqqında məlumat verib. İcraçı direktor ailənin müasir dünyada dəyər olduğunu qeyd edib. O bildirib ki, uşaqlar təkcə gələcəyimiz deyil, həm də indimizdir, bunu unutmayaq! Uşaqların təhsil almasının vacibliyini qeyd edən G.Səfərova Azərbaycanın ailə modelinin nümunə olduğunu da xatırladıb.

Millət vəkili Sahib Alıyevuşaq hüquqlarının müdafiəsinin dövlətin prioritet istiqaməti olduğunu qeyd edərək bu sahədə ciddi addımlar atıldığını vurgulayıb. O qeyd edib ki, ailə dəyərlərinin kökündə uşaga sevgi durmalidir və valideynlər öz məsuliyyətlərini anlamalıdırlar: "Çünki tərbiyə sevgidən başlayır. Uşaqda vətənpərvərlik hissi formalaşdırmaq istəyiriksə, valideyn özü vətənpərvər olmalıdır. Valideynin sözü ilə əməli üst-üstə düşərsə, uşaq onun dediklərinə həvəslə əməl edəcək və bu vətənpərvərlik məsələsində də keçərlidir. Yaxşı vətəndaş yetişdirmək üçün ilk növbədə özümüz yaxşı vətəndaş olmalıyıq. Əks halda yaxşı vətəndaş yetişməz".

Mediada ailə dəyərlərinə xələl gətirən halların daha çox işıqlandırılmasından narahatlıq ifadə edən Sahib Alıyev bunu təhlükəli hal, mənəvi virus kimi qiymətləndirib. Onu da əlavə edib ki, xəstəlik törədən viruslar imuniteti zəif olanları tez yoluxdurduğu kimi, bu cür viruslara da psixikası zəif olanlar yoluxurlar. Uşaqların tərbiyə metodu ilə bağlı düşüncələrini ifadə edən millət vəkilinin fikrincə, məktəblərdə təhsillə bərabər tərbiyəyə önəm verilməlidi. Ən yaxşı məktəb tərbiyəyə təhsil qədər üstünlük verəndi. Millət vəkili bildirib ki, millətin gələcəyini ilk tərbiyəçi kimi analar müəyyən edir.

Tərtərdə gözəl nəsil yetişdiyini diqqətə çatdıran Sahib Alıyev aprel döyüşləri zamanı tərtərli gənclərin vətən sevgisindən də danışıb.

Rayon İcra hakimiyyətinin başçısı Müstəqim Məmmədov 23 yaşayış məntəqəsi təmas xəttində yerləşən Tərtərin qəhrəman şəhər, əhalisinin cəsarətli olduğunu vurğulayıb. O qeyd edib ki, Ermənistanın təcavüzü, əraziyə Sərsəng su anbarından suyun kəsilməsi və tez-tez torpaqlarımızın yandırılması zorakılığın ən böyük formasıdı. Onun fikrincə, belə hallar əhalinin psixoloji vəziyyətinə təsir edir ki, bu da zorakılıqdı. M.Məmmədov son zamanlar cənab prezident İlham Əliyevin regiona göstərdiyi diqqət və qayğıdan da danışıb, qeyd edib ki, bu uşaq müdafiə sisteminə müsbət təsir edir. Belə ki, ərazidə uşaq bağçası, orta məktəb, musiqi məktəbi olan şəhərcik salınıb, məcburi köçkünlərin yaşayış şəraiti yaxşılaşdırılıb.

M.Məmmədov iyunun 26-da Bakıda keçirilən hərbi paradın gənclərin tərbiyəsindəki roluna toxunaraq Ulu öndərin əsasını qoyduğu ordunun şücaətindən danışıb.











 

Gənc Vətəndaş İctimai Birliyi

ŞƏRHLƏR

Digər Yazılar
XƏBƏRLƏR
Qadın və uşaq hüquqlarının təbliğində ictimai rolun artırılması“ lahiyəsi davam edir - 20 / 07 / 2018 09:24
Əlilliyi olan şəxslərin turları davam edir-FOTOLAR - 19 / 07 / 2018 16:06
QHT sədrinin müavini millət vəkillərinə səsləndi - Təcili - 19 / 07 / 2018 09:05
Hansı QHT-lərin sosial xidmət mərkəzləri var - Siyahı - 18 / 07 / 2018 20:22
"Yay məktəbi"nin iştirakçıları "AccessBank"ın fəaliyyəti ilə tanış olublar - 18 / 07 / 2018 18:48
Sumqayıt şəhərində yaradılmış İcma Əsaslı Sosial Reabilitasiya Mərkəzi fəaliyyətini uğurla davam etdirir - 18 / 07 / 2018 18:43
Millət vəkili Azay Quliyev İctimai Televiziyanın “Diqqət Mərkəzi” verilişinin qonağı olub - Video - 18 / 07 / 2018 10:22
Şuranın dəstəyi ilə QHT TV-nin Xəbərlər blokunun növbəti buraxılışı hazırlanıb - Video - 18 / 07 / 2018 09:20
Mühasibat uçotu üzrə mövcud tədris proqramlarının təkmilləşdirilməsi ilə bağlı ekspertlər tərəfindən təqdim olunan təkliflərin müzakirəsi keçirilib - 18 / 07 / 2018 08:20
"Ölkədə ən çox problemlərdən danışan prezident İlham Əliyevdir" - 17 / 07 / 2018 20:23
“Qarabağ dünən və bugün” mövzusunda ictimai müzakirələr Macarstan səfirliyində davam etdi - 17 / 07 / 2018 18:20
Anfisa Zinyeddin: “Reproduktiv sağlamlıq sahəsində problemlərin aradan qaldırılması üçün, əhalinin bu məsələyə daha məsuliyyətli yanaşması vacıbdir” - 17 / 07 / 2018 08:20
Şuranın dəstəyi ilə “Sahibkar saatı” verilişi hazırlanıb - Videolar - 16 / 07 / 2018 19:23
"Loqos" un Müdafiə Nazirliyi ilə qarşılıqlı əməkdaşlığı davam edir. - 16 / 07 / 2018 13:13
Əlillər Cəmiyyəti əlilliyi olan şəxslər arasında özünüməşğulluq proqramlarından yararlanma imkanları mövzusunda tədbir keçirib - 16 / 07 / 2018 07:23
Şuranın dəstəyi ilə "Azərbaycanda sahibkarlığın inkişafı üçün hansı güzəştlər nəzərdə tutulub?" adlı videoçarx hazırlanıb - 15 / 07 / 2018 13:58
London evində əlilliyi olan şəxslərin övladları üçün tədbir təşkil edildi - 15 / 07 / 2018 13:35
“Qadın və uşaq hüquqlarının təbliğində ictimai rolun artırılması“ lahiyəsi davam edir - 15 / 07 / 2018 08:58
Şuranın dəstəyi ilə "Sahibkar saatı" verilişinin 5-ci buraxılışı hazırlanıb - 14 / 07 / 2018 20:23
Ailə ənənələri mövzusunda sosioloji araşdırmalar layihəsi yekunlaşdı - 14 / 07 / 2018 19:29
"Təxribatları təşkil edən qüvvələr bilirdilər ki..." - Sahib Məmmədov - 14 / 07 / 2018 19:25
QHT sədri: Ölkə vətəndaşlarının çətin anlarda öz dövlət başçısının yanında olması bir daha xalq-iqtidar birliyinin bariz göstərici oldu - 13 / 07 / 2018 19:17
OXU Akademiyası sizi Yay Məktəbinə dəvət edir - 13 / 07 / 2018 11:45
Cənub bölgəsində prezidentin fərmanına ictimai dəstək verildi - 13 / 07 / 2018 10:35
Rufiz Qonaqov: NATO Sammitinin yekun sənədi Ermənistanın işğalçı siyasətini iflasa uğratdı - 13 / 07 / 2018 10:10
Əliyevadan göstəriş: yüzlərlə tələbənin diplomu... -Video - 13 / 07 / 2018 09:02
Azərbaycan konstitusion, hüququn aliliyini əsas götürmüş dünyəvi bir dövlətdir - 13 / 07 / 2018 06:54
QHT sədri: “Törədilən qanlı olaylar Azərbaycan dövlətçiliyinə qarşı qəsdir” - 13 / 07 / 2018 06:17
Müharibədən zərər çəkmiş uşaqlar haqqında - 12 / 07 / 2018 18:40
Məktəb psixoloqlarının bilik və bacarıqlarının artırılması üçün təlim keçirilib. - 12 / 07 / 2018 13:41