Əcnəbi qaçqınların Azərbaycan cəmiyyətinə inteqrasiyasının aktual aspektləri ilə bağlı məlumat sessiyası keçirilib
A A A
07/05/2018
Oxunma sayısı : 14790

|

“Sputnik Azərbaycan” Multimedia Mərkəzində əcnəbi qaçqınların Azərbaycan cəmiyyətinə inteqrasiyasının aktual aspektlərinə həsr olunan məlumat sessiyası keçirilib. Tədbiri giriş sözü ilə açan “Həyat” Humanitar Dəstək İctimai Birliyinin sədri Azər Allahverənov qeyd edib ki, təmsil etdiyi ictimai qurum 1994-cü ildən fəaliyyət göstərən və yarandığı gündən miqrasiya sahəsində fəal şəkildə müxətlif proqramlar həyata keçirən aparıcı yerli qeyri-hökumət təşkilatıdır.



Təşkilat sədri bildirib ki, hər il olduğu kimi, bu il də təşkilat Azərbaycan Respublikasının hökuməti tərəfindən tanınan qaçqınların cəmiyyətə inteqrasiyası ilə bağlı növbəti proqramın həyata keçirilməsinə müvəffəq olub. Belə ki, ABŞ-ın Julia Taft Qaçqın Fondu, Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin (DMX) və Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığı (BMTQAK) tərəfindən dəstəklənən və əlaqələndirilən “Azərbaycan Respublikasının hökuməti tərəfindən tanınmış qaçqınların inteqrasiyası: əmək bazarına çıxışın təmin olunmasının dəstəklənməsi” proqramının məqsədi Azərbaycanda qaçqın statusu almış şəxslərin cəmiyyətə hərtərəfli inteqrasiyasına dəstəyin göstərilməsi və bu sahədə mövcud təşəbbüslərin perspektivlərini müəyyən etmək olub.

Proqramın icrası barədə məlumat verən təşkilat sədri vurğulayıb ki, adı çəkilən proqram çərçivəsində əcnəbi qaçqınların əmək bazarına çıxış imkanlarının müəyyən edilməsi məqsədilə 60 qaçqın arasında sorğu keçirilib, onların üzləşdikləri problemlərin spesifikası müəyyən edilib, həmin problemlərin aradan qaldırılması məqsədilə aidiyyəti dövlət qurumları, xüsusilə də Dövlət Miqrasiya Xidməti, Əmək və Əhalinin Sosial Müdafiəsi, Təhsil Nazirliyi və digərləri ilə zəruri məsləhətləşmələr aparılıb və bu sahədə fəaliyyət göstərən beynəlxalq və yerli təşkilatların iştirakı ilə ictimai müzakirələr keçirilib, müxtəlif sahələrdə əmək fəaliyyəti ilə məşğul olmaq istəyən 10 əcnəbi qaçqın üçün peşə kursları təşkil olunub.

Hər bir fəaliyyət barədə ətraflı məlumat verən Azər Allahverənov xüsusilə qeyd edib ki, cəmiyyətin həssas qruplarına aid edilən əcnəbi qaçqınların böyük əksəriyyəti uzun illərdir ki, Azərbaycanda məskunlaşıblar və Azərbaycan Hökuməti təqiblər ucbatından burada sığınan insanlara qaçqın statusu verib. Bu kateqoriyadan olan şəxslərin sonrakı mərhələdə sosial və iqtisadi sahələrdə üzləşdikləri çətinliklərin müəyyən bir qismi zaman-zaman Dövlət Miqrasiya Xidməti, həmçinin bu sahədə fəaliyyət göstərən Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığı (BMTQAK) aradan qaldırılıb və bu kimi fəaliyyətlər bu qurumlar tərəfindən bu gün də davam etdirilir.

Məlumat sessiyasında qeyd olunub ki, əcnəbi qaçqınların inteqrasiyası bu sahədə həyata keçirilən dövlət siyasətinin prioritet məsələlərindən biri hesab olunur və bu istiqamətdə reallaşdırılması nəzərdə tutulan tədbirlər planı və gündəmdə olan təkliflər mövcuddur. Şübhəsiz ki, Azərbaycanda sığınacaq tapan qaçqınların böyük bir qismi Azərbaycana cəmiyyətinə inteqrasiya olunub və proses daima inkişaf etdirilir. Lakin bununla yanaşı müəyyən bir qisim əcnəbi qaçqın var ki, onların cəmiyyətə inteqrasiyası müəyyən obyektiv və subyektiv səbəblər ucbatından ləng baş verir. Məhz buna görə həmin şəxslərin əmək fəaliyyəti ilə məşğul olmaları və bunun üçün zəruri imkanların yaradılması istiqamətində həyata keçirilən dövlət siyasətinə dəstəyin göstərilməsi hazırkı proqram qarşısında duran mühüm vəzifədir.

Məlumat sessiyasında vurğulanıb ki, əmək fəaliyyəti ilə məşğul olmayan şəxslər üçün kiçik biznesin idarə olunması və saç ustası peşə bacarıqlarının inkişaf etdirilməsi üzrə təşkil olunan peşə təlimləri, həmçinin qaçqın statusu olan şəxslərin özünü məşğulluq proqramları həmin əcnəbi qaçqınların lokal səviyyədə əmək bazarına çıxışının təmin edilməsi və bununla da onların Azərbaycan cəmiyyətinə inteqrasiyasını sürətləndirən fəaliyyətlərdir və bu kimi təşəbbüslərin miqyasının kəmiyyət və keyfiyyət indikatorları üzrə artırılmasına ehtiyac var.

Tədbirdə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin (DMX), ABŞ Dövlət Departamentinin, Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının (BMTQAK), DMX yanında İctimai Şuranın, yerli qeyri-hökumət təşkilatlarının və qaçqın icmalarının nümayəndələri iştirak ediblər.

"Həyat" Humanitar Dəstək İctimai Birliyi

ŞƏRHLƏR

Digər Yazılar
XƏBƏRLƏR
Şuranın dəstəyilə "Radikal dini cərəyanlarla mübarizədə maarifçilik işinin təşkili" mövzusunda tədbir keçirilib - 20 / 09 / 2018 12:15
ATƏT-in Parlament Assambleyasının sədri Azərbaycanda səfərdədir - 20 / 09 / 2018 07:59
“Qarabağ dünən və bu gün” mövzusunda ictimai müzakirələr Ruminiya səfirliyində davam etdi. - 20 / 09 / 2018 06:15
Şəhid ailələrinə 11 min manat nə vaxt və necə ödəniləcək? - Şərh - 19 / 09 / 2018 22:32
Səbuhi Abbasov ATƏT-in tədbirində iştirakçılara səsləndi: "Mən sadəcə öz doğma yurduma, evimə qayıtmaq istəyirəm" - VARŞAVADA (VİDEO) - 19 / 09 / 2018 14:38
“Qarabağ dünən və bu gün” mövzusunda ictimai müzakirələr Polşa səfirliyində davam etdi - 19 / 09 / 2018 09:59
Şuranın dəstəyilə həyata keçirilən layihənin yekun tədbiri keçirilib - 18 / 09 / 2018 20:53
ATƏT toplantısında erməni təxribatı, separatçı çıxış edən erməni zaldan qovulub - 18 / 09 / 2018 19:55
Sahib Məmmədov: Konvensiya əleyhinə bir şəbəkə də yaradılır - 18 / 09 / 2018 14:29
Şuranın dəstəyilə qeyri-leqal məşğulluğun qarşısının alınması və işçilərin əmək hüquqlarının müdafiəsi mövzusunda veriliş hazırlanıb - 18 / 09 / 2018 05:51
“Qurbağa öpüşü” təqdim ediləcək - Ceylan Mumoğludan yeni kitab - 17 / 09 / 2018 18:40
Şuranın dəstəyilə dini radikalizmlə mübarizəyə dair layihə icra olunur - Video - 17 / 09 / 2018 18:07
Azay Quliyev: "Paşinyan bu addımları ilə bölgəni yenidən iri miqyaslı hərbi əməliyyatlara sürükləyir" - 17 / 09 / 2018 17:37
Şuranın dəstəyi ilə QHT TV-nin Xəbərlər blokunun X buraxılışı hazırlanıb - Video - 17 / 09 / 2018 05:37
Dələduzluqda və rüşvət almaqda ittiham olunan QHT sədrinin məhkəmə işi yekunlaşdı - 16 / 09 / 2018 18:15
Bu parad türk dünyasına qardaşlıq, səmimi dostluq mesajı idi - 16 / 09 / 2018 10:26
"Türk və Azərbaycan əsgərlərinin əziz xatirəsi iki qardaş xalqın qəlbində hər zaman yaşayacaq!" - Azay Quliyev - 15 / 09 / 2018 14:54
“15 sentyabr paradı Azərbaycan və Türkiyənin birlik mesajı idi” - Cəsarət Hüseynzadə - 15 / 09 / 2018 14:48
Liderlərin görüşü: Azərbaycan-Rusiya əlaqələri strateji tərəfdaşlığın məzmununa tamamilə uyğundur - 15 / 09 / 2018 09:22
“İnsanlığın qətl günü”: Xocalı ilə bağlı UNİKAL ADDIM - FOTO - 14 / 09 / 2018 19:54
Növbəti tədbir Xaçmaz rayonunda baş tutub - 14 / 09 / 2018 19:45
Özbəkistan ATƏT PA-nın Azərbaycanın təşəbbüsü ilə yaradılmış İpək Yoluna Dəstək Qrupuna üzvlüyə dəvət edilib - 14 / 09 / 2018 08:00
QHT-lərə Dövlət Dəstəyi Şurasının təşkilatçılığı ilə Bakının işğaldan azad olunmasının 100 illiyinə həsr edilmiş konfrans keçirilib - 13 / 09 / 2018 19:49
“15 sentyabr Türkiyə-Azərbaycan qardaşlığının bariz nümunəsi kimi əlamətdardır” MÖVQE-ÖZƏL - 13 / 09 / 2018 11:02
Milli QHT Forumu Qafqaz İslam Ordusunun 100 illik dönümü münasibətilə tədbir keçirib - 13 / 09 / 2018 10:53
“Yerli İdarəetməyə Yardım” ictimai birliyi regionlarda infosessiyalar keçirib - 12 / 09 / 2018 20:43
Türkiyənin qazi və ehtiyatda olan zabitlərdən ibarət nümayəndə heyəti Bakıda səfərdədirlər - 12 / 09 / 2018 20:31
Hemofiliyalı Xəstələrin dərman preparatlarının təminatında problemlər yaranıb - Video - 12 / 09 / 2018 17:40
Azay Quliyev: “ATƏT-in bütün üzvləri Mərkəzi Asiya ölkələri və Əfqanıstan arasında daha güclü inteqrasiyanı dəstəkləyir” - 12 / 09 / 2018 17:17
Bakının bolşevik-daşnak işğalından azad olunmasının 100 illik yubileyi Respublika Veteranlar Təşkilatında qeyd edilib - 12 / 09 / 2018 13:25