“İnkişafa Doğru Qadın Təşəbbüsü” və “German Hospital” əməkdaşlığı çərçivəsində yüksək endirimli Hepatoloji aksiyaya start verilib
A A A
07/06/2018
Oxunma sayısı : 4540

|

Dünya Səhiyyə Assambleyasının 2010-cu il 18 saylı Qərarı ilə 28 iyul Beynəlxalq Hepatitlə Mübarizə Günü elan edilmişdir. Bu tarix qlobal ictimai səhiyyə problemi kimi, bütün dünya ölkələrində viruslu hepatitlərə yoluxmaya qarşı profilaktik və mübarizə tədbirlərinin gücləndirilməsinin stimullaşdırılmasına xidmət edir.

Dünyada  hepatit B virusuna yoluxmuş  xəstələrin sayı təqribən 257 milyon, hepatit C virusuna yoluxanların sayı isə 71 milyon nəfər təşkil edir. Hər il bu xəstəliklərdən 1,4 milyon nəfərə qədər insan dünyasını dəyişir.

70-80% hallarda xronikiləşən hepatit C və xroniki hepatit B xəstəliyi uzun illər klinik simptomlarla özünü biruzə verməyib, gizlin qala bilir. İnsan yaşayır, amma  qaraciyərinin tədricən məhv olduğundan xəbərsiz olur. Ona görə virusun vaxtında aşkarlanması insan sağlığının mühafizəsi və digər şəxslərə yoluxmanın qarşısını almaq baxımından çox önəmlidir.

Bu məqsədlə “İnkişafa Doğru Qadın Təşəbbüsü” İB-nın sədri Ziba Nəbiyevanin könüllü təşəbbüsü və “German Hospital” klinikasının rəhbəri İlqar Mustafayevin göstərdiyi dəstək və qarşılıqlı əməkdaşlıq çərçivəsində “Viruslu Hepatitlərə Yox Deyək!” adlı Hepatoloji check-up aksiyasına start verilib. Aksiya “German Hospital” klinikasında həyata keçirilir. Bu təşəbbüs əhalinin qabaqlayıcı profilaktik müayinə, müalicə və maarifləndirməyə cəlb edilməsinə xidmət edir. 

Aksiya daxilində qeyd olunan xidmətlərə 50-65% endirim tətbiq etməklə aşağıdakı qiymətlər təklif olunur:

  • USM (Qaraciyər, öd kisəsi, mədəaltı vəzi, dalaq) - 10 AZN
  • İFA üsulu ilə Hepatit B virusunun seroloji markerlərinə müayinə - 7 AZN
  • İFA üsulu ilə Hepatit C virusunun seroloji markerlərinə müayinə - 7 AZN
  • Qanın ümumi analizi - 5 AZN 
  • Qanın biokimyəvi analizi (ALT, AST, QQT, ALP, Total bilirubin) -15 AZN (hər biri 3 AZN)
  • Qastroenteroloq Dr.Rəşad Həsənovun qəbulu isə ödənişsizdir.

Ümumilikdə, klinika tərəfindən 158 manat məbləğində olan xidmətlər aksiya nəticəsində əhaliyə 44 manata təklif olunur.

Aksiyadan qismən bəhrələnmək istəyənlər isə endirimli qiymətlərlə yalnız Hepatit B və Hepatit C virusunun seroloji markerləri üzrə müayinədən keçə bilərlər.

Beynəlxalq Hepatitlə Mübarizə Gününə həsr olunmuş aksiya 2018-ci il iyul ayının sonuna qədər davam edəcək.

Hepatit C virusu aşkarlanmış insanlar bilməlidirlər ki, bu xəstəlik artıq tam müalicə olunur. Hepatit B və Hepatit Delta virusundan qorunmağın ən etibarlı yolu isə hepatit B əleyhinə peyvənd olunmaqdır.    

Sağlamlığınıza dəyər verin! Profilaktik müayinədən vaz keçməyin!


İnkişafa Doğru Qadın Təşəbbüsü Ictimai Birliyi

ŞƏRHLƏR

Digər Yazılar
XƏBƏRLƏR
“Qadın və uşaq hüquqlarının təbliğində ictimai rolun artırılması“ lahiyəsi davam edir - 15 / 07 / 2018 15:26
Şuranın dəstəyi ilə "Azərbaycanda sahibkarlığın inkişafı üçün hansı güzəştlər nəzərdə tutulub?" adlı videoçarx hazırlanıb - 15 / 07 / 2018 13:58
London evində əlilliyi olan şəxslərin övladları üçün tədbir təşkil edildi - 15 / 07 / 2018 13:35
Şuranın dəstəyi ilə "Sahibkar saatı" verilişinin 5-ci buraxılışı hazırlanıb - 14 / 07 / 2018 20:23
Ailə ənənələri mövzusunda sosioloji araşdırmalar layihəsi yekunlaşdı - 14 / 07 / 2018 19:29
"Təxribatları təşkil edən qüvvələr bilirdilər ki..." - Sahib Məmmədov - 14 / 07 / 2018 19:25
QHT sədri: Ölkə vətəndaşlarının çətin anlarda öz dövlət başçısının yanında olması bir daha xalq-iqtidar birliyinin bariz göstərici oldu - 13 / 07 / 2018 19:17
OXU Akademiyası sizi Yay Məktəbinə dəvət edir - 13 / 07 / 2018 11:45
Cənub bölgəsində prezidentin fərmanına ictimai dəstək verildi - 13 / 07 / 2018 10:35
Rufiz Qonaqov: NATO Sammitinin yekun sənədi Ermənistanın işğalçı siyasətini iflasa uğratdı - 13 / 07 / 2018 10:10
Əliyevadan göstəriş: yüzlərlə tələbənin diplomu... -Video - 13 / 07 / 2018 09:02
Azərbaycan konstitusion, hüququn aliliyini əsas götürmüş dünyəvi bir dövlətdir - 13 / 07 / 2018 06:54
QHT sədri: “Törədilən qanlı olaylar Azərbaycan dövlətçiliyinə qarşı qəsdir” - 13 / 07 / 2018 06:17
Müharibədən zərər çəkmiş uşaqlar haqqında - 12 / 07 / 2018 18:40
Məktəb psixoloqlarının bilik və bacarıqlarının artırılması üçün təlim keçirilib. - 12 / 07 / 2018 13:41
QHT Yevlaxda seminar keçirib - 12 / 07 / 2018 13:33
Layihənin yekun təqdimat mərasimi keçirilib - 12 / 07 / 2018 10:05
“Loqos” daha bir yeniliyə imza atdı. - 12 / 07 / 2018 08:38
“Yayım” Assosiasiyası layihə üzrə yekun tədbirini keçirib - 12 / 07 / 2018 07:50
Azərbaycan iqtisadiyyatının inkişafı ölkəmizi beynəlxalq aləmdə tanıdılmasında mühüm rol oynayır - Cəsarət Hüseynzadə - 12 / 07 / 2018 07:31
"Sahibkar saatı" verilişi, 4-cü buraxılış - 12 / 07 / 2018 07:19
Gənc QHT rəhbəri: "Bir insanı öldürən şəxs, bütün bəşəriyyəti öldürmüş olur!" - 11 / 07 / 2018 17:53
Hərbi yönümlü təşkilatlardan Gəncədəki iğtişaşları pisləyən BƏYANAT - 11 / 07 / 2018 17:47
2500 illik Nizami Yurdunda baş verən hadisələr - 11 / 07 / 2018 14:35
“Loqos “ Psixoloji və Nitq İnkişaf Mərkəzi Qubaya səfər edib. - 11 / 07 / 2018 14:02
Rufiz Qonaqov : “Ölkəmizdə ictimai siyasi sabitliyi pozmaq mümkün olmayacaq” - 11 / 07 / 2018 13:59
“Gəncə hadisəsində əli olan hər kəs məsuliyyətə cəlb olunmalıdır” - 11 / 07 / 2018 13:57
“Mədəniyyətin və Milli Ənənələrin Təbliği” İctimai Birliyi radikalların əməlini pislədi - 11 / 07 / 2018 13:55
“Azərbaycanı Suriyaya çevirmək istəyənlərin arzusu ürəyində qalacaq" - 11 / 07 / 2018 13:30
“Sosial müdafiəyə xüsusi ehtiyacı olan şəxslərin sosial hüquqlarının müdafiəsi sahəsində maarifləndirmə və ödənişsiz hüquqi yardım xidmətlərinin göstərilməsi” layihəsi davam edir - 11 / 07 / 2018 13:27