Rauf Zeyni: "Gəncədə atılan güllənin hədəfi bizim dövlətçiliyimiz, stabilliyimiz olub..."
A A A
07/07/2018
Oxunma sayısı : 6119


Gəncə Şəhər İcra Hakimiyyətinin  başçısı Elmar Vəliyev və onun mühafizəçisi Qasım Aşbazova edilən sui-qəsd cəhdilə bağlı müzakirələr hələ də aktuallığını qoruyub saxlamaqdadır. Son günlər bir çox ictimai-siyasi fəallar, tanınmış şəxslər bu  qanlı olaya münasibət bildirib. Məsələyə münasibətini açıqlayanlardan biri də Milli Qeyri Hökumət Forumunun prezidenti  Rauf  Zeynidir.

O,  açıqlamasında bildirdi ki,  Gəncədə baş verən hadisə hamı kimi onu da dərindən narahat edib: “ Hesab edirəm ki, hər bir Azərbaycan vətəndaşı ölkəmizin inkişafına, Azərbaycançılıq ideyasına, Dağlıq Qarabağın işğaldan azad olunmasına xidmət edən istənilən məmura  qarşı törədilən təxribata, sui-qəsdə birmənalı olaraq öz etirazını bildirməlidir.  Gəncədə atılan güllənin hədəfi yalnız Elmar Vəliyev olmayıb. Həmin güllə eyni zamanda bizim dövlətçiliyimizə, stabilliyimizə tuşlanmış olub. Məlum təxribat bu gün Elmar Vəliyevə qarşı olubsa, sabah başqa məmurlara qarşı da ola bilər. Bu səbəbdən də, biz məsələyə ayıq başla reaksiya verməli, hadisənin mahiyyətini başqa aspektə yönəltməməliyik. Yaşanan qanlı hadisəyə heç bir şəxsi münasibət səbəb olmayıb. Hədəf kimi Azərbaycanın stabilliyi və konstutusion quruluşu götürülüb. Hüquq-mühafizə orqanlarının yaydığı birgə bəyanatın məzmununda da biz bu notlara rast gəldik. Belə hallara qarşı sayıqlığımızı əldən verməməliyik. Düşmən yatmır, o hər zaman bizə zərbə vurmaq üçün boşluqlar axtarır. Bizim Elmar Vəliyevlə dəfələrlə təmaslarımız olub. Mən onu millətini, vətənini, dövlətini sevən bir məmur kimi xarakterizə edə bilərəm”.

Rauf Zeyni qeyd etdi ki, bir tədbirin Gəncədə keçirilməsi çərçivəsində  bu yaxınlarda Elmar Vəliyevlə yaxın təması olub: “ Bilirsiniz ki, Xalq Cumhuriyyəti Tiflisdən köçəndən sonra Gəncədəki Aqrar Universitetin binasında fəaliyyət göstərib. Biz də məhz həmin binada tədbir keçirmək üçün Gəncə  İcra Hakimiyyətinə müraciət etdik. Bizə çox yüksək səviyyədə şərait yaradıldı. Tədbirdən sonra bizim nümayəndə heyətini Elmar müəllim şəxsən qəbul etdi. Onunla 40 dəqiqəyə yaxın söhbətimiz oldu. Gəncədə böyük işlərin görüldüyünü və gələcəkdə icra olunacaq böyük meqa layihələr barədə bizə ətraflı məlumat verdi. Həmin söhbətdən sonra bir daha əmin oldum ki, Elmar Vəliyev çox işgüzar məmurdu və hətta ən xırda  məsələlər belə onun  şəxsi nəzarətindədir. Hesab edirəm ki, ölkə prezidenti başda olmaqla, ölkəmizin ağırlığı məhz belə məmurların ciyinləri üzərindədir.  Biz həmin görüşdə Elmar müəllimin Yevlax və Gəncənin inkişafı ilə bağlı göstərdiyi xidmətləri xüsusi olaraq qeyd etdik. Düşünürəm ki,  belə insanları qorumaq lazımdır. Kim Vətənin inkişafına, İrəvan ideallarına xidmət edirsə, o, pis adam ola bilməz. Bu məsələ ətraflı təhlil edilib, araşdırılmalıdır. Artıq hüquq-mühafizə orqanlarının hadisə ilə bağlı ilkin rəyi var və əminəm ki,  günahkarla öz layiqli cəzalarını alacaqlar. Sosial şəbəkələrdə  lazım olmayan fikirləri paylaşan vətəndaşlarımız bilməlidir ki, insan qaraguruha inanıb dərindən bələtçiliyi olmadığı mövzu barədə hansısa lazımsız təbliğatın təsirinə düşməməlidir”.

“Bakı-Xəbər”
Məhəmmədəli QƏRİBLİ

ŞƏRHLƏR

Digər Yazılar
XƏBƏRLƏR
Qadın və uşaq hüquqlarının təbliğində ictimai rolun artırılması“ lahiyəsi davam edir - 20 / 07 / 2018 09:24
Əlilliyi olan şəxslərin turları davam edir-FOTOLAR - 19 / 07 / 2018 16:06
QHT sədrinin müavini millət vəkillərinə səsləndi - Təcili - 19 / 07 / 2018 09:05
Hansı QHT-lərin sosial xidmət mərkəzləri var - Siyahı - 18 / 07 / 2018 20:22
"Yay məktəbi"nin iştirakçıları "AccessBank"ın fəaliyyəti ilə tanış olublar - 18 / 07 / 2018 18:48
Sumqayıt şəhərində yaradılmış İcma Əsaslı Sosial Reabilitasiya Mərkəzi fəaliyyətini uğurla davam etdirir - 18 / 07 / 2018 18:43
Millət vəkili Azay Quliyev İctimai Televiziyanın “Diqqət Mərkəzi” verilişinin qonağı olub - Video - 18 / 07 / 2018 10:22
Şuranın dəstəyi ilə QHT TV-nin Xəbərlər blokunun növbəti buraxılışı hazırlanıb - Video - 18 / 07 / 2018 09:20
Mühasibat uçotu üzrə mövcud tədris proqramlarının təkmilləşdirilməsi ilə bağlı ekspertlər tərəfindən təqdim olunan təkliflərin müzakirəsi keçirilib - 18 / 07 / 2018 08:20
"Ölkədə ən çox problemlərdən danışan prezident İlham Əliyevdir" - 17 / 07 / 2018 20:23
“Qarabağ dünən və bugün” mövzusunda ictimai müzakirələr Macarstan səfirliyində davam etdi - 17 / 07 / 2018 18:20
Anfisa Zinyeddin: “Reproduktiv sağlamlıq sahəsində problemlərin aradan qaldırılması üçün, əhalinin bu məsələyə daha məsuliyyətli yanaşması vacıbdir” - 17 / 07 / 2018 08:20
Şuranın dəstəyi ilə “Sahibkar saatı” verilişi hazırlanıb - Videolar - 16 / 07 / 2018 19:23
"Loqos" un Müdafiə Nazirliyi ilə qarşılıqlı əməkdaşlığı davam edir. - 16 / 07 / 2018 13:13
Əlillər Cəmiyyəti əlilliyi olan şəxslər arasında özünüməşğulluq proqramlarından yararlanma imkanları mövzusunda tədbir keçirib - 16 / 07 / 2018 07:23
Şuranın dəstəyi ilə "Azərbaycanda sahibkarlığın inkişafı üçün hansı güzəştlər nəzərdə tutulub?" adlı videoçarx hazırlanıb - 15 / 07 / 2018 13:58
London evində əlilliyi olan şəxslərin övladları üçün tədbir təşkil edildi - 15 / 07 / 2018 13:35
“Qadın və uşaq hüquqlarının təbliğində ictimai rolun artırılması“ lahiyəsi davam edir - 15 / 07 / 2018 08:58
Şuranın dəstəyi ilə "Sahibkar saatı" verilişinin 5-ci buraxılışı hazırlanıb - 14 / 07 / 2018 20:23
Ailə ənənələri mövzusunda sosioloji araşdırmalar layihəsi yekunlaşdı - 14 / 07 / 2018 19:29
"Təxribatları təşkil edən qüvvələr bilirdilər ki..." - Sahib Məmmədov - 14 / 07 / 2018 19:25
QHT sədri: Ölkə vətəndaşlarının çətin anlarda öz dövlət başçısının yanında olması bir daha xalq-iqtidar birliyinin bariz göstərici oldu - 13 / 07 / 2018 19:17
OXU Akademiyası sizi Yay Məktəbinə dəvət edir - 13 / 07 / 2018 11:45
Cənub bölgəsində prezidentin fərmanına ictimai dəstək verildi - 13 / 07 / 2018 10:35
Rufiz Qonaqov: NATO Sammitinin yekun sənədi Ermənistanın işğalçı siyasətini iflasa uğratdı - 13 / 07 / 2018 10:10
Əliyevadan göstəriş: yüzlərlə tələbənin diplomu... -Video - 13 / 07 / 2018 09:02
Azərbaycan konstitusion, hüququn aliliyini əsas götürmüş dünyəvi bir dövlətdir - 13 / 07 / 2018 06:54
QHT sədri: “Törədilən qanlı olaylar Azərbaycan dövlətçiliyinə qarşı qəsdir” - 13 / 07 / 2018 06:17
Müharibədən zərər çəkmiş uşaqlar haqqında - 12 / 07 / 2018 18:40
Məktəb psixoloqlarının bilik və bacarıqlarının artırılması üçün təlim keçirilib. - 12 / 07 / 2018 13:41