Masallıda talış icması ilə görüş keçirilib
A A A
07/09/2018
Oxunma sayısı : 29935

“Kamillik” Vətəndaşların Hüquqi Maarifləndirilməsi İctimai Birliyi AR Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının “Azərbaycanda yaşayan xalqların mədəniyyətlərinin təbliği və dövlətin bu istiqamətdə gördüyü işlərin ictimailəşdirilməsinə dəstək” layihəsi çərçivəsində Masallı rayonunda yaşayan talış icması ilə görüş keçirib.


İB-dənQHT.az-a verilən məlumata görə, görüşdə çıxış edən “Kamillik” Vətəndaşların Hüquqi Maarifləndirilməsi İctimai Birliyinin sədri Niyaz Niftiyev bildirib ki, talışların qismən yaşadığı cənub rayonlarımızdan biri də Masallıdır: “Masallı Azərbaycanın ən zəngin və qədim tarixə malik olan rayonlarından biridir. Masallı rayonunda  olan 100-ə qədər toponimin çoxu Azərbaycan və talış  mənşəlidir. Bununla bərabər rayonun ərazisində ərəb, fars və rus mənşəli toponimlər də vardır. Talışlar Azərbaycan əlifbasından istifadə edirlər. Azərbaycan Respublikası müstəqillik qazandıqdan sonra talış dilində yenidən kitablar nəşr edilməyə başlandı. 1994-cü ildə N.X.Məmmədov və Ş.O.Ağayev tərəfindən talış dilində “Əlifba” və digər dərsliklər nəşr olundu. Talış tərkibli bir sıra orta məktəblərin 1-ci siniflərdə talış dili həftədə iki saat tədris edilir. 1992-ci ildə “Tolışo sədo” qəzeti, sonrakı illərdə bir sıra şeir kitabı, almanax nəşr edildi. Hazırda Azərbaycanda yaşayan azsaylı xalqların dillərindən biri kimi talış dili Azərbaycan EA Nəsimi adına Dilçilik İnstitutunda tədqiq edilir, onun öyrənilməsi dövlət planına salınmışdır. Azərbaycan Respublikasında talışlar dövlət dili kimi Azərbaycan dilindən istifadə edirlər”.

Jurnalist Araşdırmalar Mərkəzinin rəhbəri Seymur Verdizadə Azərbaycanda nəyinki talışlara, bütün xalqlara bərabər imkanlar yaradıldığını vurğulayıb: “Onlar bizlərdən heç nə ilə fərqlənmirlər, həm dövlət, həm də sadə vətəndaşların Azərbaycanda yaşayan xalqlara münasibəti müsbətdir”. S.Verdizadə Azərbaycanda yaşayan xalqları bir xalçanın üzərindəki rəngli naxışlara bənzədib: “Bu naxışlar nə qədər çox olarsa xalça da bir o qədər gözəl olur. Azərbaycanda yaşayan xalqlar da nə qədər çox olarsa cəmiyyətimiz də bir o qədər rəngarəng olar”.


Tədbirdə çıxış edən Qızlavar kənd orta məktəbinin müəllimi Camal Ağayev bir sıra problemlərə diqqət çəkib: “Prezident İlham Əliyevin Azərbaycanda yaşayan xalqlara göstərdiyi qayğını yüksək qiymətləndiririk. Ümummilli lider Heydər Əliyevin bu sahədə də siyasəti uğurla davam edir. Lakin bəzi məmurlar bir sıra məsələlərdə problemlər yaradır. Məsələn, talış dilində dərs vəsaitləri  yox dərəcəsindədir, talış dilində tədris azaldılıb, metodist yoxdur. Nəzərdə tutulan 2 saatlıq talış dilinin tədrisi 1 saata endirilib. Bundan başqa talış adlarının uşaqlara qoyulması qadağan edilib.”

Masallı rayon Qəriblər kənd orta məktəbinin müəllimi Şahlar Əliyev də dərs saatlarının məhdudlaşdırılmasına diqqəti çəkib. Ş.Əliyev qeyd edib ki, talış dilində dərs saatlarını Azərbaycan dilindən ayırıb verirdilər.

Qaldırılan məsələlərə münasibət bildirən N.Niftiyev bildirib ki, 2005-ci ildə Talış ziyalılarının  Prezident İlham Əliyevdən talış dili dərsliklərinin təkrar çapını və indiyə qədər nəşr edilməyən dərs vəsaitinin hazırlanmasını xahiş etdilər: “Ölkə başçısına talış dilinin tədrisində mövcud olan problemlərlə bağlı açıq məktubla müraciət öz bəhrəsini verdi. Təhsil Nazirliyi prezidentin göstərişi ilə bir il ərzində I-IV siniflər üçün dərslikləri yenidən işləyərək, bəzilərini isə yenidən hazırlayaraq nəşr etdirdi. 2006-cı ildə Yəhya Kərimovun müəllifliyi ilə bütün xalqlar üçün ümumi olan "Dilimizi öyrənək”, Novruzəli Məmmədov və Şahrıza Ağayevin həmmüəlliflikləri ilə II sinif üçün "Tolışə zıvon”, Kərim Kərimov və Yədulla Ağazadənin həmmüəllifliyi ilə III sinif üçün "Tolışə zıvon”, Əbülfəz Rəcəbov və Əlirza Əliyevin həmmüəllifliyi ilə IV sinif üçün "Tolışə zıvon” adlı dərslik tam və komplekt halda nəfis şəkildə çap edilərək məktəblərə çatdırılıb. Talışlar  üçün 250-yə yaxın  məktəbdə  dərslər  keçirilir.  Onların  1716  sinifdən ibarət 248 ibtidai sinifləri var”. 


Sonda tədbir iştirakçılarına maarifləndirici materiallar paylanılıb.  


ŞƏRHLƏR

Digər Yazılar
XƏBƏRLƏR
Azay Quliyev QHT-lərə dəstəyin artırılmasını təklif etdi - Video - 13 / 11 / 2018 20:56
General KƏRİM KƏRİMOV fenomeninin sirri - 13 / 11 / 2018 19:37
"Bərdə Peşə Liseyinin Modernləşdirilməsi” layihəsi çərçivəsində görüş keçirilib - 13 / 11 / 2018 17:50
QHT-nin 20 illik yubileyi münasibətilə təbrik məktubu - 13 / 11 / 2018 12:56
Respublika Veteranlar Təşkilatında Mehdi Hüseynzadənin anadan olmasının 100 illik yubileyi qeyd edilib - 13 / 11 / 2018 11:01
QHT-lərin hazırladıqları filmlərin telekanallarda yayımı məsələsi gündəmə gətirilir - 13 / 11 / 2018 09:49
Diabetə birlikdə qalib gələk - 13 / 11 / 2018 06:50
Azerbaijan, Turkey ink MoU on joint activity, cooperation on work with NGOs - 12 / 11 / 2018 19:27
Elməddin Behbud Bilik Fondunda tələbə-jurnalistlərlə görüşüb - 12 / 11 / 2018 19:07
Türkiyədəki 17 min azərbaycanlı tələbənin problemi nazirlə müzakirə edildi - 12 / 11 / 2018 09:26
Dünya Veteranlar Federasiyasının prezidenti Azərbaycan Prezidenti İlham Əliyevə minnətdarlıq məktubu ünvanlayıb - 12 / 11 / 2018 05:48
Veteran jurnalist xatirə medalı ilə təltif edildi - 11 / 11 / 2018 19:55
Hemofiliyalı vətəndaşların dərman təchizatında olan çətinliklər həllini tapmaqdadır - 11 / 11 / 2018 11:20
QHT sədri xüsusi medalla təltif edilib - 10 / 11 / 2018 17:11
Parlament Jurnalistlər Birliyinin üzvləri ənənəvi olaraq Bayraq Günündə aksiya keçirdilər - 10 / 11 / 2018 07:52
Ankarada Azərbaycan ilə Türkiyə arasında QHT-lərin birgə fəaliyyətinə dair memorandum imzalanıb - 09 / 11 / 2018 20:15
Ağdamda möhtəşəm “Bayraq yürüşü” - 09 / 11 / 2018 19:07
“Hərəyə bir bayraq verək” aksiyası - 09 / 11 / 2018 13:35
“Milli Qəhrəmanlarımızı tanıyaq və tanıtdıraq!” - 09 / 11 / 2018 05:10
QHT-lərə Dövlət Dəstəyi Şurası tarixçi-alim İsrafil Məmmədovu Fəxri Fərmanla təltif etdi - 08 / 11 / 2018 20:06
Hasilat Sənayesində Şəffaflıq üzrə Komissiyanın növbəti iclası keçirilib - 08 / 11 / 2018 17:25
“Vətəndaş Cəmiyyətinin psixoloji maarifləndirilməsi və Media” layihəsinin bağlanış mərasimi keçirilib. - 08 / 11 / 2018 11:09
Tamxil Ziyədinoğlu “Oxu Akademiyası” tərəfindən Fəxri diplomla təltif edilib - 08 / 11 / 2018 10:34
Şuranın dəstəyilə hazırlanan “İrəvan - Azərbaycanın qədim mədəniyyət mərkəzi” adlı kitabın təqdimatı olub - 08 / 11 / 2018 10:09
Onlayn mediaya maliyyə dəstəyi günün tələbidir - 08 / 11 / 2018 08:32
Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkdilər - 08 / 11 / 2018 08:13
Gənclər təşkilatı “İnteqrasiya olunmuş sosial xidmətlər modelini” təqdim etdi - 08 / 11 / 2018 08:11
Şəmistan Əlizamanlı “Diriliş Ərtoğrul”da mahnı oxudu - VİDEO - 07 / 11 / 2018 21:06
Sumqayıtda "Uşaqlar hüquqlarını bilirlərmi" mövzusunda seminar təşkil olundu - 07 / 11 / 2018 19:44
Şura sədri Azay Quliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Ankaraya səfərə gedir - 07 / 11 / 2018 17:08