Azay Quliyevin müəllifi olduğu qətnamə mütləq səs çoxluğu ilə qəbul edilib
A A A
07/09/2018
Oxunma sayısı : 14055

|


Qətnamənin əleyhinə səs verən yeganə nümayəndə Ermine Nağdalyan olub.

Berlində ATƏT PA-nın iqtisadiyyat, elm, texnologiya və ətraf mühit məsələləri üzrə komitəsinin iclasında ATƏT PA-nın vitse-prezidenti, Azərbaycan Milli Məclisinin deputatı Azay Quliyev “Nəqliyyat şəbəkələrinin və dəhlizlərin inkişafı yolu ilə, o cümlədən qədim İpək Yolunun dirçəldilməsi vasitəsilə ATƏT regionunda qarşılıqlı əlaqəliliyin artırılması” adlı qətnamə layihəsini təqdim edib.

Ermənistan nümayəndə heyətinin rəhbəri Ermine Nağdalyan “spoyler” rolunu öz üzərinə götürməyə çalışaraq Azərbaycanın bu təşəbbüsünə qarşı çıxış edib. O, spekulyativ mövqe tutaraq bəyan edib ki, ATƏT “nəqliyyat təşkilatı” deyil, təhlükəsizlik məsələləri ilə məşğul olan qurumdur. Lakin nümayəndələr onun fikrini dəstəkləməyiblər. Ondan dərhal sonra çıxış edən sənədin müəllifi Azay Quliyev erməni həmkarına izah edib ki, təhlükəsizlik və regional əməkdaşlıq məsələləri bir-biri ilə çox sıx bağlıdır və ATƏT təkcə təhlükəsizliyə görə deyil, həm də sözün geniş mənasında əməkdaşlığa görə cavabdehdir. A.Quliyev vurğulayıb ki, Nağdalyan nümayəndə kimi göndərildiyi təşkilatın əsas sənədlərini yenidən öyrənsə, pis olmazdı.

ATƏT PA üzvləri bu arqument ilə razılaşıb və erməni həmkarlarının təklif etdiyi düzəlişi rədd ediblər.

Ermənistan nümayəndə heyətinin təklif etdiyi və əsl məqsədi sözügedən sənədi “yaxşılaşdırmaq” deyil, Azərbaycanın təşəbbüsünün qəbul edilməsinə əngəl törətmək olan bir sıra başqa yersiz düzəlişlər də rədd edilib. Belə uğursuz düzəlişlərdən biri bu ölkənin özünü düçar etdiyi təcridolunma ilə bağlı idi. Lakin qətnamənin müəllifi xatırladıb ki, təklif olunan sənəddə ATƏT-in prinsiplərinə və beynəlxalq hüquq normalarına riayət edənlərin heç birinə qarşı ayrı-seçkilik edilmir.

Səsvermənin gedişində nümayəndələr Azərbaycanın təklif etdiyi qətnaməni mütləq səs çoxluğu ilə (lehinə 35, əleyhinə 1 səs) qəbul ediblər. Aydındır ki, qətnamənin əleyhinə səs verən yeganə nümayəndə Ermine Nağdalyan özü olub. Burada rəmzi məna var: “regional təcridçiliyin” əleyhinə çıxış edən erməni nümayəndə özü ATƏT PA üzvləri tərəfindən eyni şəkildə təcrid olunmuş vəziyyətə düşüb.

Beləliklə, bu sənədin qəbul edilməsi ilə Assambleya yanında “İpək Yoluna Dəstək Qrupu” (SRG) ATƏT PA tərəfindən siyasi dəstək alıb.

ATƏT PA bu qətnaməni qəbul etməklə İpək Yolu proqramı çərçivəsində bütün nəqliyyat layihələrini, o cümlədən əsas tərkib hissəsi Azərbaycan olan Şərq-Qərb, Şimal-Cənub və digər layihələri dəstəkləyib. ATƏT PA İpək Yolu proqramını dəstəkləməklə artıq fəaliyyətdə olan Bakı-Tbilisi-Ceyhan neft kəməri, Bakı-Tbilisi-Qars dəmir yolu, Bakı-Tbilisi-Ərzurum qaz kəməri və digər regional nəqliyyat layihələrini növbəti dəfə dəstəkləyib.

Qətnamə faktiki olaraq bütün bu layihələrdən və bütün İpək Yolundan kənarda qalmış Ermənistanın regional təcridolunma faktını təsdiqləyib. Beləliklə, ATƏT PA bu barədə açıq danışmadan, bu qətnaməni qəbul etməklə Ermənistanın ünvanına çox nəzakətli şəkildə özünəməxsus incə bir ismarıc göndərib. Bu ismarıcın mahiyyəti Ermənistanın təcrid olunmasının səbəblərini ona xatırlatmaqdan ibarətdir. Başlıca səbəb ərazi ekspansionizmi, bütün qonşulara qarşı mənasız ərazi iddiaları doktrinası, Azərbaycan ərazilərinin işğal edilməsi və sair amillərdir. Əgər erməni xalqı bu ideologiyanın dəstəkləyən qüvvələrin təsiri altına düşməsəydi, bu gün o, Böyük İpək Yolunun tərkib hissəsi ola bilərdi. Belə ağılsız siyasətin nəticələrindən biri də bu olub ki, bu gün Ermənistan özünün bütün qonşularından fərqli olaraq, həm Böyük İpək Yolu layihəsindən, həm də deputat Azay Quliyevin təşəbbüsü ilə yaradılmış SRG qrupundan kənarda qalıb.

Bu qətnamənin qəbul edilməsi başda Prezident İlham Əliyev olmaqla Azərbaycan rəhbərliyinin siyasi xəttinin və vaxtilə Azərbaycanın irəli sürdüyü təşəbbüslərin beynəlxalq birlik tərəfindən, xüsusən ATƏT PA tərəfindən dəstəklənməsini və bəyənilməsini nümayiş etdirdi.

Xatırlatmaq lazımdır ki, bu dəstək dərhal yaranmayıb. İlk illərdə Azərbaycan bu gün arftıq reallaşdırılmış və səmərə verən beynəlxalq və regional layihələr barəsində skeptik proqnozlar eşitməli olurdu. Bugünkü sənədin qəbul olunması dövlətimizin siyasi xəttinin haqlı olmasının beynəlxalq birlik tərəfindən başa düşülməsinə dəlalət edir.

ŞƏRHLƏR

Digər Yazılar
XƏBƏRLƏR
Şəki veteran hərakatın ön sırasındadır - 20 / 09 / 2018 13:13
Şuranın dəstəyilə "Radikal dini cərəyanlarla mübarizədə maarifçilik işinin təşkili" mövzusunda tədbir keçirilib - 20 / 09 / 2018 12:15
ATƏT-in Parlament Assambleyasının sədri Azərbaycanda səfərdədir - 20 / 09 / 2018 07:59
“Qarabağ dünən və bu gün” mövzusunda ictimai müzakirələr Ruminiya səfirliyində davam etdi. - 20 / 09 / 2018 06:15
Şəhid ailələrinə 11 min manat nə vaxt və necə ödəniləcək? - Şərh - 19 / 09 / 2018 22:32
Səbuhi Abbasov ATƏT-in tədbirində iştirakçılara səsləndi: "Mən sadəcə öz doğma yurduma, evimə qayıtmaq istəyirəm" - VARŞAVADA (VİDEO) - 19 / 09 / 2018 14:38
“Qarabağ dünən və bu gün” mövzusunda ictimai müzakirələr Polşa səfirliyində davam etdi - 19 / 09 / 2018 09:59
Şuranın dəstəyilə həyata keçirilən layihənin yekun tədbiri keçirilib - 18 / 09 / 2018 20:53
ATƏT toplantısında erməni təxribatı, separatçı çıxış edən erməni zaldan qovulub - 18 / 09 / 2018 19:55
Sahib Məmmədov: Konvensiya əleyhinə bir şəbəkə də yaradılır - 18 / 09 / 2018 14:29
Şuranın dəstəyilə qeyri-leqal məşğulluğun qarşısının alınması və işçilərin əmək hüquqlarının müdafiəsi mövzusunda veriliş hazırlanıb - 18 / 09 / 2018 05:51
“Qurbağa öpüşü” təqdim ediləcək - Ceylan Mumoğludan yeni kitab - 17 / 09 / 2018 18:40
Şuranın dəstəyilə dini radikalizmlə mübarizəyə dair layihə icra olunur - Video - 17 / 09 / 2018 18:07
Azay Quliyev: "Paşinyan bu addımları ilə bölgəni yenidən iri miqyaslı hərbi əməliyyatlara sürükləyir" - 17 / 09 / 2018 17:37
Şuranın dəstəyi ilə QHT TV-nin Xəbərlər blokunun X buraxılışı hazırlanıb - Video - 17 / 09 / 2018 05:37
Dələduzluqda və rüşvət almaqda ittiham olunan QHT sədrinin məhkəmə işi yekunlaşdı - 16 / 09 / 2018 18:15
Bu parad türk dünyasına qardaşlıq, səmimi dostluq mesajı idi - 16 / 09 / 2018 10:26
"Türk və Azərbaycan əsgərlərinin əziz xatirəsi iki qardaş xalqın qəlbində hər zaman yaşayacaq!" - Azay Quliyev - 15 / 09 / 2018 14:54
“15 sentyabr paradı Azərbaycan və Türkiyənin birlik mesajı idi” - Cəsarət Hüseynzadə - 15 / 09 / 2018 14:48
Liderlərin görüşü: Azərbaycan-Rusiya əlaqələri strateji tərəfdaşlığın məzmununa tamamilə uyğundur - 15 / 09 / 2018 09:22
“İnsanlığın qətl günü”: Xocalı ilə bağlı UNİKAL ADDIM - FOTO - 14 / 09 / 2018 19:54
Növbəti tədbir Xaçmaz rayonunda baş tutub - 14 / 09 / 2018 19:45
Özbəkistan ATƏT PA-nın Azərbaycanın təşəbbüsü ilə yaradılmış İpək Yoluna Dəstək Qrupuna üzvlüyə dəvət edilib - 14 / 09 / 2018 08:00
QHT-lərə Dövlət Dəstəyi Şurasının təşkilatçılığı ilə Bakının işğaldan azad olunmasının 100 illiyinə həsr edilmiş konfrans keçirilib - 13 / 09 / 2018 19:49
“15 sentyabr Türkiyə-Azərbaycan qardaşlığının bariz nümunəsi kimi əlamətdardır” MÖVQE-ÖZƏL - 13 / 09 / 2018 11:02
Milli QHT Forumu Qafqaz İslam Ordusunun 100 illik dönümü münasibətilə tədbir keçirib - 13 / 09 / 2018 10:53
“Yerli İdarəetməyə Yardım” ictimai birliyi regionlarda infosessiyalar keçirib - 12 / 09 / 2018 20:43
Türkiyənin qazi və ehtiyatda olan zabitlərdən ibarət nümayəndə heyəti Bakıda səfərdədirlər - 12 / 09 / 2018 20:31
Hemofiliyalı Xəstələrin dərman preparatlarının təminatında problemlər yaranıb - Video - 12 / 09 / 2018 17:40
Azay Quliyev: “ATƏT-in bütün üzvləri Mərkəzi Asiya ölkələri və Əfqanıstan arasında daha güclü inteqrasiyanı dəstəkləyir” - 12 / 09 / 2018 17:17