Milli QHT Forumu: Gəncədə icra başçısına qarşı törədilən terror aktı dövlətçiliyimiz əleyhinə hazırlanmış təxribatdır
A A A
07/09/2018
Oxunma sayısı : 35100


Milli Qeyri-Hökumət Təşkilatları Forumu bəyanat yayıb.

QHT.az -a daxil olan bəyanatda qeyd olunur: "Müstəqil xarici və daxili siyasət yürüdən Azərbaycanın uğurları gündən günə artmaqdadır. Sosial-iqtisadi inkişaf səviyyəsinə görə regionun liderinə çevrilmiş ölkəmiz dünyada həm də davamlı ictimai-siyasi sabitliyin bərqərar olduğu dövlətlərdən biri kimi tanınır.

Təəssüflər olsun ki, hər zaman olduğu kimi, günümüzdə də Azərbaycanın inkişaf səviyyəsindən, güclənməsindən narahat olan antimilli qüvvələr təxribatlar törətməyə, insanlar arasında hakimiyyətə qarşı inamsızlıq yaratmağa, dövlətçiliyin əsaslarını sarsıtmağa çalışırlar. Azərbaycan vətəndaşlarının öz dövlətinə olan sevgisi, onun daha da qüdrətlənməsi və müstəqil siyasi xəttin davam etdirilməsi üçün nümayiş etdirdiyi iradə hər zaman belə təxribatların qarşısının alınmasında müstəsna rol oynayıb.

Bu günlərdə Gəncədə ölkə prezidentinin yerli nümayəndəsinə - şəhər İcra Hakimiyyətinin başçısına qarşı həyata keçirilən terror hadisəsi əslində məqsədli şəkildə dövlətçiliyimiz əleyhinə hazırlanmış təxribatdır. Təsadüfi deyil ki, bu terror hadisəsindən sonra ölkəmizə qarşı düşmən mövqedə olan daxili və xarici qüvvələr vahid mövqedən çıxış edərək cəmiyyətdə ictimai-siyasi sabitliyin pozulmasına yönələn çağırışlar etməyə başlamışlar.

Biz ölkə QHT-ləri olaraq dövlət rəsmisinə qarşı törədilmiş terror aktını qəti şəkildə pisləyirik. Vətəndaş cəmiyyətinin təmsilçiləri olaraq, hər zamankı kimi ölkəmizdə ictimai-siyasi sabitliyi pozmağa çalışan bütün qüvvələrin qarşısında, dövlətçiliyimizin isə keşiyində olduğumuzu bəyan edirik.

Hesab edirik ki, ölkəmizdə sabit ictimai-siyasi vəziyyətin qorunub saxlanılması və möhkəmləndirilməsi siyasi düşüncəsindən, ictimai baxışlarından asılı olmayaraq bütün Azərbaycan vətəndaşlarının mənafeyi üçün vacibdir. Ona görə də həmvətənlərimizi təxribatçı çağırışlara uymamağa, xarici dairələrin əlində alət olan şəxslərin əməllərini birmənalı pisləməyə çağırırıq. Şübhə etmirik ki, müstəqilliyimizə, dövlətçiliyimizin əsaslarını sarsıtmağa yönələn hər bir cəhd, həmişə olduğu kimi, bu dəfə də hakimiyyətlə xalqın birliyi sayəsində iflasa uğrayacaq".

Bəyanat öz tərkibində 705 təşkilatı birləşdirən Milli QHT Forumu tərəfindən qəbul olunub.

ŞƏRHLƏR

Digər Yazılar
XƏBƏRLƏR
Azay Quliyev QHT-lərə dəstəyin artırılmasını təklif etdi - Video - 13 / 11 / 2018 20:56
General KƏRİM KƏRİMOV fenomeninin sirri - 13 / 11 / 2018 19:37
"Bərdə Peşə Liseyinin Modernləşdirilməsi” layihəsi çərçivəsində görüş keçirilib - 13 / 11 / 2018 17:50
QHT-nin 20 illik yubileyi münasibətilə təbrik məktubu - 13 / 11 / 2018 12:56
Respublika Veteranlar Təşkilatında Mehdi Hüseynzadənin anadan olmasının 100 illik yubileyi qeyd edilib - 13 / 11 / 2018 11:01
QHT-lərin hazırladıqları filmlərin telekanallarda yayımı məsələsi gündəmə gətirilir - 13 / 11 / 2018 09:49
Diabetə birlikdə qalib gələk - 13 / 11 / 2018 06:50
Azerbaijan, Turkey ink MoU on joint activity, cooperation on work with NGOs - 12 / 11 / 2018 19:27
Elməddin Behbud Bilik Fondunda tələbə-jurnalistlərlə görüşüb - 12 / 11 / 2018 19:07
Türkiyədəki 17 min azərbaycanlı tələbənin problemi nazirlə müzakirə edildi - 12 / 11 / 2018 09:26
Dünya Veteranlar Federasiyasının prezidenti Azərbaycan Prezidenti İlham Əliyevə minnətdarlıq məktubu ünvanlayıb - 12 / 11 / 2018 05:48
Veteran jurnalist xatirə medalı ilə təltif edildi - 11 / 11 / 2018 19:55
Hemofiliyalı vətəndaşların dərman təchizatında olan çətinliklər həllini tapmaqdadır - 11 / 11 / 2018 11:20
QHT sədri xüsusi medalla təltif edilib - 10 / 11 / 2018 17:11
Parlament Jurnalistlər Birliyinin üzvləri ənənəvi olaraq Bayraq Günündə aksiya keçirdilər - 10 / 11 / 2018 07:52
Ankarada Azərbaycan ilə Türkiyə arasında QHT-lərin birgə fəaliyyətinə dair memorandum imzalanıb - 09 / 11 / 2018 20:15
Ağdamda möhtəşəm “Bayraq yürüşü” - 09 / 11 / 2018 19:07
“Hərəyə bir bayraq verək” aksiyası - 09 / 11 / 2018 13:35
“Milli Qəhrəmanlarımızı tanıyaq və tanıtdıraq!” - 09 / 11 / 2018 05:10
QHT-lərə Dövlət Dəstəyi Şurası tarixçi-alim İsrafil Məmmədovu Fəxri Fərmanla təltif etdi - 08 / 11 / 2018 20:06
Hasilat Sənayesində Şəffaflıq üzrə Komissiyanın növbəti iclası keçirilib - 08 / 11 / 2018 17:25
“Vətəndaş Cəmiyyətinin psixoloji maarifləndirilməsi və Media” layihəsinin bağlanış mərasimi keçirilib. - 08 / 11 / 2018 11:09
Tamxil Ziyədinoğlu “Oxu Akademiyası” tərəfindən Fəxri diplomla təltif edilib - 08 / 11 / 2018 10:34
Şuranın dəstəyilə hazırlanan “İrəvan - Azərbaycanın qədim mədəniyyət mərkəzi” adlı kitabın təqdimatı olub - 08 / 11 / 2018 10:09
Onlayn mediaya maliyyə dəstəyi günün tələbidir - 08 / 11 / 2018 08:32
Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkdilər - 08 / 11 / 2018 08:13
Gənclər təşkilatı “İnteqrasiya olunmuş sosial xidmətlər modelini” təqdim etdi - 08 / 11 / 2018 08:11
Şəmistan Əlizamanlı “Diriliş Ərtoğrul”da mahnı oxudu - VİDEO - 07 / 11 / 2018 21:06
Sumqayıtda "Uşaqlar hüquqlarını bilirlərmi" mövzusunda seminar təşkil olundu - 07 / 11 / 2018 19:44
Şura sədri Azay Quliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Ankaraya səfərə gedir - 07 / 11 / 2018 17:08