Bilik Fondunun təmsilçisi Girne Amerika Universitetində Azərbaycan təhsilinin uğurlarından danışıb
A A A
07/09/2018
Oxunma sayısı : 31534

|

Şimali Kiprdə keçirilən “Təhsildə beynəlxalq liderlər” forumunda Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun mətbuat katibi Ceyhun Musaoğlu da iştirak edib.

Bilik Fondundan  bildirilib ki, Girne Amerika Universitetində keçirilən tədbirə Azərbaycan da daxil olmaqla müxtəlif ölkələrin təhsil nazirlikləri, dövlət qurumlarının rəsmi nümayəndələri, KİV təmsilçiləri və digər səlahiyyətli şəxslər qatılıblar. Tədbirdə C.Musaoğlu "Maarifçilik ənənələri tərəqqinin təməli kimi” mövzusunda məruzə ilə çıxış edib. O, Azərbaycanın təhsil sahəsindəki böyük uğurlarından söz açıb, xüsusən gənclərin biliklənməsi, maariflənməsi istiqamətində hökumətin və ictimaiyyətin gördüyü işlərdən danışıb. Bildirilib ki, Azərbaycan təhsili vətəndaşlara paralel biliklərin verilməsinə çalışır. Dövlətimiz onların həm layiqli vətəndaş, həm dünya səviyyəsində inkişaf edən qlobal düşüncəli mütəxəssis kimi yetişməsində maraqlıdır, ictimaiyyət bu siyasətə əməli dəstək verir. Əhalinin maarifləndirilməsi işi uğurla aparılır, dövlətin həm daxili, həm də xarici siyasətinin mahiyyəti vətəndaşlara dolğunluğu ilə çatdırılır və bu istiqamətdə Bilik Fondu ölkənin Təhsil Nazirliyi ilə sıx əməkdaşlıq edir. Maarifləndirici tədbirlərin bir çoxu ali, orta-ixtisas və orta məktəblərdə təşkil olunur. Tələbə və şagirdlər beynəlxalq elmi konfranslara, mühazirə və təlimlərə qatılırlar, şəhər və rayonların təcrübəli və qabaqcıl təhsil işçiləri isə Bilik Fondunun yerli nümayəndələri qismində fəaliyyət göstərirlər.

Forum dünyanın diqqətini təhsilin əhəmiyyətinə yönəltmək, planetin hər yerində insan kapitalının ən vacib sərvət kimi qavranılmasını önə çəkmək, “yurda sülh, cahanda sülh” anlamının gercəkləşməsinə təhsilin liderliyi ilə çatmağın mümkünlüyü mesajını vermək, dünya təhsil sistemində baş verən yeniliklərlə yaxından tanış olmaq, tanınmış təhsil mütəxəssislərinin təcrübəsindən yararlanaraq liderlik bacarıqlarını artırmaq məqsədilə təşkil olunub.

ŞƏRHLƏR

Digər Yazılar
XƏBƏRLƏR
Azay Quliyev QHT-lərə dəstəyin artırılmasını təklif etdi - Video - 13 / 11 / 2018 20:56
General KƏRİM KƏRİMOV fenomeninin sirri - 13 / 11 / 2018 19:37
"Bərdə Peşə Liseyinin Modernləşdirilməsi” layihəsi çərçivəsində görüş keçirilib - 13 / 11 / 2018 17:50
QHT-nin 20 illik yubileyi münasibətilə təbrik məktubu - 13 / 11 / 2018 12:56
Respublika Veteranlar Təşkilatında Mehdi Hüseynzadənin anadan olmasının 100 illik yubileyi qeyd edilib - 13 / 11 / 2018 11:01
QHT-lərin hazırladıqları filmlərin telekanallarda yayımı məsələsi gündəmə gətirilir - 13 / 11 / 2018 09:49
Diabetə birlikdə qalib gələk - 13 / 11 / 2018 06:50
Azerbaijan, Turkey ink MoU on joint activity, cooperation on work with NGOs - 12 / 11 / 2018 19:27
Elməddin Behbud Bilik Fondunda tələbə-jurnalistlərlə görüşüb - 12 / 11 / 2018 19:07
Türkiyədəki 17 min azərbaycanlı tələbənin problemi nazirlə müzakirə edildi - 12 / 11 / 2018 09:26
Dünya Veteranlar Federasiyasının prezidenti Azərbaycan Prezidenti İlham Əliyevə minnətdarlıq məktubu ünvanlayıb - 12 / 11 / 2018 05:48
Veteran jurnalist xatirə medalı ilə təltif edildi - 11 / 11 / 2018 19:55
Hemofiliyalı vətəndaşların dərman təchizatında olan çətinliklər həllini tapmaqdadır - 11 / 11 / 2018 11:20
QHT sədri xüsusi medalla təltif edilib - 10 / 11 / 2018 17:11
Parlament Jurnalistlər Birliyinin üzvləri ənənəvi olaraq Bayraq Günündə aksiya keçirdilər - 10 / 11 / 2018 07:52
Ankarada Azərbaycan ilə Türkiyə arasında QHT-lərin birgə fəaliyyətinə dair memorandum imzalanıb - 09 / 11 / 2018 20:15
Ağdamda möhtəşəm “Bayraq yürüşü” - 09 / 11 / 2018 19:07
“Hərəyə bir bayraq verək” aksiyası - 09 / 11 / 2018 13:35
“Milli Qəhrəmanlarımızı tanıyaq və tanıtdıraq!” - 09 / 11 / 2018 05:10
QHT-lərə Dövlət Dəstəyi Şurası tarixçi-alim İsrafil Məmmədovu Fəxri Fərmanla təltif etdi - 08 / 11 / 2018 20:06
Hasilat Sənayesində Şəffaflıq üzrə Komissiyanın növbəti iclası keçirilib - 08 / 11 / 2018 17:25
“Vətəndaş Cəmiyyətinin psixoloji maarifləndirilməsi və Media” layihəsinin bağlanış mərasimi keçirilib. - 08 / 11 / 2018 11:09
Tamxil Ziyədinoğlu “Oxu Akademiyası” tərəfindən Fəxri diplomla təltif edilib - 08 / 11 / 2018 10:34
Şuranın dəstəyilə hazırlanan “İrəvan - Azərbaycanın qədim mədəniyyət mərkəzi” adlı kitabın təqdimatı olub - 08 / 11 / 2018 10:09
Onlayn mediaya maliyyə dəstəyi günün tələbidir - 08 / 11 / 2018 08:32
Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkdilər - 08 / 11 / 2018 08:13
Gənclər təşkilatı “İnteqrasiya olunmuş sosial xidmətlər modelini” təqdim etdi - 08 / 11 / 2018 08:11
Şəmistan Əlizamanlı “Diriliş Ərtoğrul”da mahnı oxudu - VİDEO - 07 / 11 / 2018 21:06
Sumqayıtda "Uşaqlar hüquqlarını bilirlərmi" mövzusunda seminar təşkil olundu - 07 / 11 / 2018 19:44
Şura sədri Azay Quliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Ankaraya səfərə gedir - 07 / 11 / 2018 17:08