“Sosial müdafiəyə xüsusi ehtiyacı olan şəxslərin sosial hüquqlarının müdafiəsi sahəsində maarifləndirmə və ödənişsiz hüquqi yardım xidmətlərinin göstərilməsi” layihəsi davam edir
A A A
07/11/2018
Oxunma sayısı : 15624

|


“Sosial hüquqların araşdırılması” İctimai Birliyi (SHAİB) Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının ayırdığı vəsait çərçivəsində “Sosial müdafiəyə xüsusi ehtiyacı olan şəxslərin sosial hüquqlarının müdafiəsi sahəsində maarifləndirmə və ödənişsiz hüquqi yardım xidmətlərinin göstərilməsi” adlı layihəsini həyata keçirməyə başlayıb. 

Layihənin əsas  məqsədi benefisiarların sosial hüquqlarla (əmək, tibb, sosial təminat, ailə, təhsil və s.) bağlı məlumatlandırılmasından, regionlarda “Ödənişsiz hüquqi yardım günləri”nin təşkil edilməsindən, vəkilliyə namizəd olan şəxslərin sosial hüquqlara dair biliklərinin artırılması üçün təlimlərin təşkilindən, sosial məsələlər üzrə hüquq klinikasında benefisiarlara  ödənişsiz hüquqi yardım xidmətlərinin göstərilməsinin davam etdirilməsindən ibarətdir. Layihə çərcivəsində  sosial müdafiəyə xüsusi ehtiyacı olan əhaliyə fərdi qaydada hüquqi məsləhət xidmətinin göstərilməsi məqsədilə sosial məsələlər üzrə hüquq klinikasının fəaliyyəti davam etdirilir.6 ay müddətində həyata keçirilməsi nəzərdə tutulan layihə çərçivəsində həm də vəkilliyə namizəd olan şəxslərə və layihənin könüllülərinə sosial hüquqlara dair biliklərin və bacarıqların artırılması ilə bağlı  silsilə təlimlər təşkil edilir. 

Növbəti təlimlər “Sosial müdafiəyə xüsusi ehtiyacı olan şəxslərin pensiya hüquqlarının müdafiəsi mexanizmləri” və “Sosial müdafiəyə xüsusi ehtiyacı olan şəxslərlə bağlanmış əmək müqavilələrinin xitamı zamanı hüquqi təminatlar” mövzularında 11 iyul 2018-cı il saat saat 09:00 və 12:00-da vəkilliyə namizəd olan şəxslər üçün Azərbaycan Respublikası Ədliyyə Akademiyasında keçirilmişdir. Təlimlərin məqsədi layihəyə cəlb edilmiş vəkilliyə namizəd olan şəxslərə və layihənin könüllülərinə sosial hüquqlarla bağlı biliklərin və bacarıqların formalaşdırılmasıdır. 

Təlimlərdə ilk öncə  “Sosial müdafiəyə xüsusi ehtiyacı olan şəxslərin sosial hüquqlarının müdafiəsi sahəsində maarifləndirmə və ödənişsiz hüquqi yardım xidmətlərinin göstərilməsi” layihəsinin icra vəziyyəti və sosial məsələlər üzrə hüquq klinikasına müraciətlər və onların mahiyyəti barədə məlumat verilmişdir. Təlimləri aparan layihə meneceri, Sosial Hüquqların Araşdırılması” İctimai Birliyinin sədri, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü Mayis Əliyev interaktiv metodlarla vətəndaşların pensiya hüquqlarıının reallaşdırması zamanı meydana çıxan problemlərə toxunmuş, mübahisəli məsələlər əsasında yaranmış problemlərin həlli yolları göstərmişdir. Növbəti təlimdə isə sosial müdafiəyə xüsusi ehtiyacı olan şəxslərlərlə bağlanmış əmək müqaviləsinin xitam edilməsinin praktiki problemlərinə toxunulmuş, mübahisələrin həlli yolları barəsində geniş məlumat verilmişdir. Təlimin sonunda mövzularla bağlı məsələlər, eləcədə hüquq klinikasına müraciət etmiş şəxslərin mübahisəli məsələləri  geniş şəkildə müzakirə edilmişdir.  Təlimlərdə iştirak edən dinləyicilər təlimin yüksək səviyyədə təşkil edildiyini vurğulamış və onun davamlı olmasını arzu etmişlər. SHAİB sosial məsələlər üzrə hüquq klinikasında sosial müdafiəyə xüsusi ehtiyacı olan şəxslərə  (ailələrə) pulsuz hüquqi yardım xidməti göstərməyini davam etdirir və əhaliyə sosial hüquqlarının  müdafiəsi ilə bağlı Bakı şəhəri Süleyman Rüstəm küçəsi 33/93 ünvanına müraciət etməyi xahiş edir. Müraciət etmək istəyənlər lahiyə üzrə əlaqələndirici Ülvi Əliyevlə əlaqə saxlaya bilərlər (055 612 85 45, E-mail: [email protected]).

Sosial hüquqların araşdırılması ictimai birliyi

ŞƏRHLƏR

Digər Yazılar
XƏBƏRLƏR
Şəki veteran hərakatın ön sırasındadır - 20 / 09 / 2018 13:13
Şuranın dəstəyilə "Radikal dini cərəyanlarla mübarizədə maarifçilik işinin təşkili" mövzusunda tədbir keçirilib - 20 / 09 / 2018 12:15
ATƏT-in Parlament Assambleyasının sədri Azərbaycanda səfərdədir - 20 / 09 / 2018 07:59
“Qarabağ dünən və bu gün” mövzusunda ictimai müzakirələr Ruminiya səfirliyində davam etdi. - 20 / 09 / 2018 06:15
Şəhid ailələrinə 11 min manat nə vaxt və necə ödəniləcək? - Şərh - 19 / 09 / 2018 22:32
Səbuhi Abbasov ATƏT-in tədbirində iştirakçılara səsləndi: "Mən sadəcə öz doğma yurduma, evimə qayıtmaq istəyirəm" - VARŞAVADA (VİDEO) - 19 / 09 / 2018 14:38
“Qarabağ dünən və bu gün” mövzusunda ictimai müzakirələr Polşa səfirliyində davam etdi - 19 / 09 / 2018 09:59
Şuranın dəstəyilə həyata keçirilən layihənin yekun tədbiri keçirilib - 18 / 09 / 2018 20:53
ATƏT toplantısında erməni təxribatı, separatçı çıxış edən erməni zaldan qovulub - 18 / 09 / 2018 19:55
Sahib Məmmədov: Konvensiya əleyhinə bir şəbəkə də yaradılır - 18 / 09 / 2018 14:29
Şuranın dəstəyilə qeyri-leqal məşğulluğun qarşısının alınması və işçilərin əmək hüquqlarının müdafiəsi mövzusunda veriliş hazırlanıb - 18 / 09 / 2018 05:51
“Qurbağa öpüşü” təqdim ediləcək - Ceylan Mumoğludan yeni kitab - 17 / 09 / 2018 18:40
Şuranın dəstəyilə dini radikalizmlə mübarizəyə dair layihə icra olunur - Video - 17 / 09 / 2018 18:07
Azay Quliyev: "Paşinyan bu addımları ilə bölgəni yenidən iri miqyaslı hərbi əməliyyatlara sürükləyir" - 17 / 09 / 2018 17:37
Şuranın dəstəyi ilə QHT TV-nin Xəbərlər blokunun X buraxılışı hazırlanıb - Video - 17 / 09 / 2018 05:37
Dələduzluqda və rüşvət almaqda ittiham olunan QHT sədrinin məhkəmə işi yekunlaşdı - 16 / 09 / 2018 18:15
Bu parad türk dünyasına qardaşlıq, səmimi dostluq mesajı idi - 16 / 09 / 2018 10:26
"Türk və Azərbaycan əsgərlərinin əziz xatirəsi iki qardaş xalqın qəlbində hər zaman yaşayacaq!" - Azay Quliyev - 15 / 09 / 2018 14:54
“15 sentyabr paradı Azərbaycan və Türkiyənin birlik mesajı idi” - Cəsarət Hüseynzadə - 15 / 09 / 2018 14:48
Liderlərin görüşü: Azərbaycan-Rusiya əlaqələri strateji tərəfdaşlığın məzmununa tamamilə uyğundur - 15 / 09 / 2018 09:22
“İnsanlığın qətl günü”: Xocalı ilə bağlı UNİKAL ADDIM - FOTO - 14 / 09 / 2018 19:54
Növbəti tədbir Xaçmaz rayonunda baş tutub - 14 / 09 / 2018 19:45
Özbəkistan ATƏT PA-nın Azərbaycanın təşəbbüsü ilə yaradılmış İpək Yoluna Dəstək Qrupuna üzvlüyə dəvət edilib - 14 / 09 / 2018 08:00
QHT-lərə Dövlət Dəstəyi Şurasının təşkilatçılığı ilə Bakının işğaldan azad olunmasının 100 illiyinə həsr edilmiş konfrans keçirilib - 13 / 09 / 2018 19:49
“15 sentyabr Türkiyə-Azərbaycan qardaşlığının bariz nümunəsi kimi əlamətdardır” MÖVQE-ÖZƏL - 13 / 09 / 2018 11:02
Milli QHT Forumu Qafqaz İslam Ordusunun 100 illik dönümü münasibətilə tədbir keçirib - 13 / 09 / 2018 10:53
“Yerli İdarəetməyə Yardım” ictimai birliyi regionlarda infosessiyalar keçirib - 12 / 09 / 2018 20:43
Türkiyənin qazi və ehtiyatda olan zabitlərdən ibarət nümayəndə heyəti Bakıda səfərdədirlər - 12 / 09 / 2018 20:31
Hemofiliyalı Xəstələrin dərman preparatlarının təminatında problemlər yaranıb - Video - 12 / 09 / 2018 17:40
Azay Quliyev: “ATƏT-in bütün üzvləri Mərkəzi Asiya ölkələri və Əfqanıstan arasında daha güclü inteqrasiyanı dəstəkləyir” - 12 / 09 / 2018 17:17