2500 illik Nizami Yurdunda baş verən hadisələr
A A A
07/11/2018
Oxunma sayısı : 32694

Ramil Süleymanov

“Demokratik Gənclər”  İctimai Birliyinin sədri 

Bu şəhər əslində mənə çox doğmadır. İctimai fəaliyyətimin, təlimçilik fəaliyyətimin bir hissəsi bu şəhərlə bağlıdır.  Bu şəhər nəylə tanınır? Cavad xan qəhrəmanlığı, Nizami və Məshəti yurdu kimi tariximizə böyük səs salmışdır. Bu şəhər hər zaman öz qonaqpərvərliyi, mədəniyyəti ilə bu şəhərə gələn insanların fikirlərində böyük tərəqqi oyatmışdı. 


Gəncədə səfərdə olan bir xarici qonağın fikirlərini Sizinlə bölüşmək istərdim. Evlin Başi, nümayəndə heyətinin üzvü – Ölkəniz, şəhəriniz haqqında çox böyük təəssüratlarım var. Burada biz bütün gözəlliklərin şahidi olduq və duyduq. Gəncənin iki böyük şairini tanıdım; Nizami Gəncəvi və Məhsəti Gəncəvi. İstərdim ki, daha çox azərbaycanlı şair tanıyım. Xan bağı öz yaşıllığı, bitkilərinin müxtəlifliyi ilə məndə xoş və qeyri-adi duyğular oyatdı. Burada daha bir azərbaycanlı xanım şairin – Nigar Rəfibəylinin heykəlini gördüm. Deməli sizin müasir ədəbiyyatınızda da məşhur qadın şairləriniz varmış. Xan bağının kənarında İkinci Dünya müharibəsinin qəhrəman döyüşçüsü İsrafil Məmmədovun qəbrini ziyarət edərkən bu xalqın cəsur, igid, cəngavər oğulları haqqında da məlumat əldə edə bildim. Düzünü deyim ki, məşhur «Cücələrim»in müəllifinin bu şəhərdən olmasını bilmirdim. Sağ olun ki, Qəmbər Hüseynli haqqında məni xeyli məlumatlandırdınız. Onu da öyrəndim ki, şəhərinizin yetirməsi Fikrət Əmirov da dünya şöhrətli bir bəstəkar olub. Ümumiyyətlə, mən belə görürəm ki, bu şəhər təkcə keçmişi ilə deyil, müasir dövrü ilə də fəxr edə bilər və etməlidir də. Gəncənin daha bir təqdirəlayiq xüsusiyyəti odur ki, burada quruculuq, tikinti işləri ilə yanaşı, yaşıllıq salınmasına da xüsusi önəm verilir. Artıq payızdır, lakin hələ də hər tərəf gül-çiçəyə, yaşıllığa bürünüb. Gəncə çinarları isə öz əzəməti, möhtəşəmliyi, payız fəslinə xas olan qızılı-sarı yarpaqları ilə məni heyran etdi. Mən dünyanın bir çox ölkələrində səyahətlərdə olmuşam. Hətta Mərakeşdə işləmişəm. Siz çox mədəni xalqsınız. Burada turizmin inkişafı üçün bütün lazımi şərtlər var. Mətbəxiniz çoxçeşidli, yeməkləriniz çox ləziz, meyvələriniz çox dadlıdır. Sadəcə bütün bunları dünyaya təqdim etmək, tanıtmaq lazımdır. Qadınlarınız fəal və işgüzardırlar. Azərbaycan qadını bütün sahələrdə çalışır və bu çox böyük mədəniyyət göstəricisidir.

Dünən Gəncə şəhərində baş verən bu xoşagəlməz olaya bir qəhrəmanlıq donu geyindirmək lazım deyil. Gəncə Azərbaycanın ən qədim tarixi ənənəyə malik olan, qürur yerimiz və fəxrlə dediyimiz Şərqdə qurulan AXC-nin ilk paytaxtı olan ikinci böyük şəhərimizdir.  Bu baş verən qanlı olay onu göstərdi ki, Bu xalqın birləşməyə dağıdıcı ekstrim qüvvələrdən uzaq olmağa ehtiyacı vardır. Dünən baş verən hadisə haqqında maraqlısı onda ibarət idi ki, hətta Azərbaycan müxalifətidə bu olaya istər siyasi, istərsədə dini don geyindirməkdən çəkindi. İnsanları sosial şəbəkələrdə açıq mübarizəyə səsləyən şəxsləri nədənsə görə bilmirəm. Sizcə onlar hardadır? Kim deyə bilər? Axtarmaq lazım deyil, yoxdular. Çün ki, öz xaricdəki, dayı və xalalarından ödəniş çirkli pullar alaraq, Azərbaycanlı  adına ləkə gətirən bu şəxslər öz işlərini görüb yeraltına çəkildilər.


 Amma nəticədə iki polis zabiti öz xidməti vəzifəsini yerinə yetirərək, həlak oldular. Meydanlarda Ya Hüseyin qışqıranlar və sonra yoxa çıxan “Hüseyinçilər” harda? Onlarda qaçıqb gizləndilər.  İmam Hüseyin özü Yəzidə qarşı baş qaldırmışdı İslam yolunda, İslamın nicatı yolunda haqq dünyasına qovuşaraq, şəhid olmuşdu. Bu yalanşı inqilabmıların fəaliyyətinə baxanda yadıma Sovetlər dönəmində həvəslə baxdığımız və özümüzü bəzən ona bənzətmək istədiyimiz bir “qəhraman” olan 1917-ci ildə Gəncə quberniyasında AXC-nə qarşı vuruşan və bolşeviklərnən əlbir olan Qatır Məmməd düşdü. O da özünü xalq qəhramanı adlandırmış və ətrafına qaçaq quldur yığaraq, AXC-ə qarşı mübarizə aparırdı. 


Amma onun dəstəsini bu xalqın qanını içən Stepan Şaumyan və ətrafındakı daşnak və bolşevik cəlladları vardı. Bu gün ki, hadisədədə meydanlara çıxıb Ya Hüseyin deyib, daş kəsək dəmir parçası ilə polisin üzərinə hücum çəkən insanlar düşünsünlər ki, bu addımı atmaqla qəhramanlıq etmiyəcəklər. Baxın dünən iki nəfər öldürülən polisin övladları atasız qaldı. Məgər İslam dinində zorakılıq, günahsız qətil varmı? Bu qanın hesabını necə verəcəklər? Çox təəsüf ki, bu hadisəylə biz dünyaya yalnız, İslamın zorakılıq tərəflərini göstərmiş olduq.

 

ŞƏRHLƏR

Digər Yazılar
XƏBƏRLƏR
Murad Məmmədovun həyat dərsi - "Stand up" - 14 / 11 / 2018 18:26
"Minlərlə QHT gözləyir ki, 2019-cu ilin dövlət büdcəsindən QHT-lərə ayrılan vəsait artırılacaq" – Niyaməddin Orduxanlı - 14 / 11 / 2018 14:39
Sahib Məmmədov: Bizdə xarici fəaliyyət uçun resurs çatmır - 14 / 11 / 2018 14:36
Əliməmməd Nuriyev: Qrantlara ehtiyac var. - 14 / 11 / 2018 14:23
“Azay Quliyevin qaldırdığı məsələ çox aktualdır” - QHT sədrləri də danışdılar - 14 / 11 / 2018 14:15
Şuranın mobil tətbiqetməsi istifadəyə verilib - 14 / 11 / 2018 14:04
Şuranın dəstəyilə təhsil ocaqlarında “Azərbaycanın Milli Qəhrəmanları” adlı foto-guşələr yaradılıb - 14 / 11 / 2018 10:12
MP: Azerbaijani NGOs need financial support - 14 / 11 / 2018 08:15
Азай Kулиев: НПО Азербайджана необходима финансовая поддержка - 14 / 11 / 2018 08:14
Azay Quliyev QHT-lərə dəstəyin artırılmasını təklif etdi - Video - 13 / 11 / 2018 20:56
"Bərdə Peşə Liseyinin Modernləşdirilməsi” layihəsi çərçivəsində görüş keçirilib - 13 / 11 / 2018 17:50
General KƏRİM KƏRİMOV fenomeninin sirri - 13 / 11 / 2018 17:48
QHT-nin 20 illik yubileyi münasibətilə təbrik məktubu - 13 / 11 / 2018 12:56
Respublika Veteranlar Təşkilatında Mehdi Hüseynzadənin anadan olmasının 100 illik yubileyi qeyd edilib - 13 / 11 / 2018 11:01
QHT-lərin hazırladıqları filmlərin telekanallarda yayımı məsələsi gündəmə gətirilir - 13 / 11 / 2018 09:49
Diabetə birlikdə qalib gələk - 13 / 11 / 2018 06:50
Azerbaijan, Turkey ink MoU on joint activity, cooperation on work with NGOs - 12 / 11 / 2018 19:27
Elməddin Behbud Bilik Fondunda tələbə-jurnalistlərlə görüşüb - 12 / 11 / 2018 19:07
Türkiyədəki 17 min azərbaycanlı tələbənin problemi nazirlə müzakirə edildi - 12 / 11 / 2018 09:26
Dünya Veteranlar Federasiyasının prezidenti Azərbaycan Prezidenti İlham Əliyevə minnətdarlıq məktubu ünvanlayıb - 12 / 11 / 2018 05:48
Veteran jurnalist xatirə medalı ilə təltif edildi - 11 / 11 / 2018 19:55
Hemofiliyalı vətəndaşların dərman təchizatında olan çətinliklər həllini tapmaqdadır - 11 / 11 / 2018 11:20
QHT sədri xüsusi medalla təltif edilib - 10 / 11 / 2018 17:11
Parlament Jurnalistlər Birliyinin üzvləri ənənəvi olaraq Bayraq Günündə aksiya keçirdilər - 10 / 11 / 2018 07:52
Ankarada Azərbaycan ilə Türkiyə arasında QHT-lərin birgə fəaliyyətinə dair memorandum imzalanıb - 09 / 11 / 2018 20:15
Ağdamda möhtəşəm “Bayraq yürüşü” - 09 / 11 / 2018 19:07
“Hərəyə bir bayraq verək” aksiyası - 09 / 11 / 2018 13:35
“Milli Qəhrəmanlarımızı tanıyaq və tanıtdıraq!” - 09 / 11 / 2018 05:10
QHT-lərə Dövlət Dəstəyi Şurası tarixçi-alim İsrafil Məmmədovu Fəxri Fərmanla təltif etdi - 08 / 11 / 2018 20:06
Hasilat Sənayesində Şəffaflıq üzrə Komissiyanın növbəti iclası keçirilib - 08 / 11 / 2018 17:25