Hərbi yönümlü təşkilatlardan Gəncədəki iğtişaşları pisləyən BƏYANAT
A A A
07/11/2018
Oxunma sayısı : 1300


Bir qrup hərbi yönümlü qeyri-hökumət təşkilatları (QHT) iyulun 10-da Gəncədə iki polis əməkdaşının şəhid olması ilə nəticələnən hadisə bağlı bəyanat verib.

 

QHT.az.-ın verdiyi xəbərə görə, bəyanatda ilk olaraq iyunun 26-da Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaradılmasının 100 illik yubileyi münasibətilə Bakının Azadlıq meydanında keçirilən təntənəli hərbi parad xatırlanıb. Bildirilib ki, bu hərbi parad ordu quruculuğu sahəsində görülən işlərin hesabatı olmaqla yanaşı, Azərbaycan Ordusunun qüdrətini bir daha göstərib. 

Bəyanatda o da vurğulanır ki, işğalçı Ermənistan və havadarları da Silahlı Qüvvələrin Ali Baş Komandanının qətiyyəti və, Azərbaycan Silahlı Qüvvələrinin qüdrətindən təşvişə düşməyə bilməzdi:

 

“Bu gün  güclənən Azərbaycan heç vaxt indiki qədər öz ərazi bütövlüyünü bərpa etməyə yaxın olmayıb. Azərbaycan ordusu heç vaxt indiki qədər nizamlı, döyüş qabiliyyətli və indiki qədər həm texniki təchizat baxımından həm döyüş hazırlığı baxımından düşən ordusundan bu qədər üstün olmayıb. Ona görə də ermənipərəst, anti-Azərbaycan dairələri məqsədyönlü Azərbaycanda ictimai-siyasi sabitliyi pozmağa cəhd edir. İyul ayının 10-da Gəncə şəhər İcra Hakimiyyətinin inzibatı binası qarşısında xaricdən anti-Azərbaycan dairələri tərəfindən idarə olunan bir qrup radikal tərəfindən asayişin pozulmasına cəhd edilməsi də bunun bir nümunəsidir. Ancaq Gəncədə xalqın bu təxribatçılara dəstək vermədi. Qısa müddətdə şəhərdə ictimai asayiş təmin edildi. Bu, bir daha Azərbaycan xalqının dövlətçiliyimizin keşiyində olduğunu, ölkədə xalq-iqtidar birliyinin sarsılmaz olduğunu təsdiqlədi”. 

 

Bir qrup hərbi yönümlü qeyri-hökumət təşkilatının yaydığı bəyanatda bir qrup radikal ünsürün törətdiyi cinayət əməli qətiyyətlə pislənilir:

 

“Gəncə Şəhər Baş Polis İdarəsinin rəis müavini,  polis polkovniki İlqar Balakişiyev və Nizami Rayon Polis İdarəsinin rəis müavini, polis polkovnik-leytenantı Səməd Abbasov radikal ünsürlərin kəsici-deşici alətlərlə yetirdikləri zərbələr nəticəsində şəhid olublar. Allah şəhidlərimizə rəhmət etsin. Hərbi yönümlü QHT-lər qətiyyətlə bir qrup radikal ünsürün törətdiyi əməli pisləyir, cinayətkarların tezliklə cəzalandırılacaqlarını inanır. Biz – Bəyanata imza atan hərbi yönümlü QHT-lər vətəndaş cəmiyyəti institutları olaraq Azərbaycan prezidenti, Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşdiyimizi, dövlətçiliyimizə və xalqımıza qarşı yönələn təxribatların qarşısının alınmasında üzərimizə düşən vəzifəni yerinə yetirməyə hazır olduğumuzu bildiririk”.

 

Bəyanatı Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyi, Ehtiyyatda olan Zabitlər Konfederasiyası İctimai Birliyi, Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyi, Azərbaycan Çernobil Əlilləri İttifaqı İctimai Birliyi, Azərbaycan Əfqanıstan Veteranları  İctimai Birliyi, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi, 20 Yanvar  İctimai Birliyi, Azərbaycan Respublikası Milli Qəhrəmanlarını Tanıtma İctimai Birliyi, Əsgər Anaları Şurası və digər təşkilatlar imzalayıb.

ŞƏRHLƏR

Digər Yazılar
XƏBƏRLƏR
“Qadın və uşaq hüquqlarının təbliğində ictimai rolun artırılması“ lahiyəsi davam edir - 15 / 07 / 2018 15:26
Şuranın dəstəyi ilə "Azərbaycanda sahibkarlığın inkişafı üçün hansı güzəştlər nəzərdə tutulub?" adlı videoçarx hazırlanıb - 15 / 07 / 2018 13:58
London evində əlilliyi olan şəxslərin övladları üçün tədbir təşkil edildi - 15 / 07 / 2018 13:35
Şuranın dəstəyi ilə "Sahibkar saatı" verilişinin 5-ci buraxılışı hazırlanıb - 14 / 07 / 2018 20:23
Ailə ənənələri mövzusunda sosioloji araşdırmalar layihəsi yekunlaşdı - 14 / 07 / 2018 19:29
"Təxribatları təşkil edən qüvvələr bilirdilər ki..." - Sahib Məmmədov - 14 / 07 / 2018 19:25
QHT sədri: Ölkə vətəndaşlarının çətin anlarda öz dövlət başçısının yanında olması bir daha xalq-iqtidar birliyinin bariz göstərici oldu - 13 / 07 / 2018 19:17
OXU Akademiyası sizi Yay Məktəbinə dəvət edir - 13 / 07 / 2018 11:45
Cənub bölgəsində prezidentin fərmanına ictimai dəstək verildi - 13 / 07 / 2018 10:35
Rufiz Qonaqov: NATO Sammitinin yekun sənədi Ermənistanın işğalçı siyasətini iflasa uğratdı - 13 / 07 / 2018 10:10
Əliyevadan göstəriş: yüzlərlə tələbənin diplomu... -Video - 13 / 07 / 2018 09:02
Azərbaycan konstitusion, hüququn aliliyini əsas götürmüş dünyəvi bir dövlətdir - 13 / 07 / 2018 06:54
QHT sədri: “Törədilən qanlı olaylar Azərbaycan dövlətçiliyinə qarşı qəsdir” - 13 / 07 / 2018 06:17
Müharibədən zərər çəkmiş uşaqlar haqqında - 12 / 07 / 2018 18:40
Məktəb psixoloqlarının bilik və bacarıqlarının artırılması üçün təlim keçirilib. - 12 / 07 / 2018 13:41
QHT Yevlaxda seminar keçirib - 12 / 07 / 2018 13:33
Layihənin yekun təqdimat mərasimi keçirilib - 12 / 07 / 2018 10:05
“Loqos” daha bir yeniliyə imza atdı. - 12 / 07 / 2018 08:38
“Yayım” Assosiasiyası layihə üzrə yekun tədbirini keçirib - 12 / 07 / 2018 07:50
Azərbaycan iqtisadiyyatının inkişafı ölkəmizi beynəlxalq aləmdə tanıdılmasında mühüm rol oynayır - Cəsarət Hüseynzadə - 12 / 07 / 2018 07:31
"Sahibkar saatı" verilişi, 4-cü buraxılış - 12 / 07 / 2018 07:19
Gənc QHT rəhbəri: "Bir insanı öldürən şəxs, bütün bəşəriyyəti öldürmüş olur!" - 11 / 07 / 2018 17:53
Hərbi yönümlü təşkilatlardan Gəncədəki iğtişaşları pisləyən BƏYANAT - 11 / 07 / 2018 17:47
2500 illik Nizami Yurdunda baş verən hadisələr - 11 / 07 / 2018 14:35
“Loqos “ Psixoloji və Nitq İnkişaf Mərkəzi Qubaya səfər edib. - 11 / 07 / 2018 14:02
Rufiz Qonaqov : “Ölkəmizdə ictimai siyasi sabitliyi pozmaq mümkün olmayacaq” - 11 / 07 / 2018 13:59
“Gəncə hadisəsində əli olan hər kəs məsuliyyətə cəlb olunmalıdır” - 11 / 07 / 2018 13:57
“Mədəniyyətin və Milli Ənənələrin Təbliği” İctimai Birliyi radikalların əməlini pislədi - 11 / 07 / 2018 13:55
“Azərbaycanı Suriyaya çevirmək istəyənlərin arzusu ürəyində qalacaq" - 11 / 07 / 2018 13:30
“Sosial müdafiəyə xüsusi ehtiyacı olan şəxslərin sosial hüquqlarının müdafiəsi sahəsində maarifləndirmə və ödənişsiz hüquqi yardım xidmətlərinin göstərilməsi” layihəsi davam edir - 11 / 07 / 2018 13:27